MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
148 
148 
dəyişiləcəyinə inanmırdı: "Sol tərəf geriləndi, iştə qanuni-təbii 
olaraq,  gerilənən  sol  tərəf  yerini  doldurmaq  üçün  Stolıpindən 
sağda duran "sağ xilafdarlar hərəkətə gəldilər" " (49, 160). 
Rəsulzadə  1905-ci  il  17  oktyabr  inqilabının  üçüncü 
ildönümündə  yazır  ki,  inqilabın  əlamətləri  hələ  də 
qalmaqdadır:  "Rusiya  cəmaəti  o  günləri  bir  ayrı  məişətə,  bir 
ayrı  rüzigara  girmək  istəyirlərdi.  Rusiya  övzai-ictimaiyyəsi 
köhnə qəvaidən qurtarıb tazə əsrül-güzəran və rəftara keçmək 
istəyirdi.  Bu  təşəbbüs  ona  əl  vermədisə  ürəklərdə,  ağıllarda, 
evlərdə,  binalarda,  havada  belə  məhv  olunmaz  əsərlər 
buraxdı…" (49, 242). Daha sonra Rəsulzadə yazır: «Siyasətcə 
istibdada,  ibadətcə  istibdada,  məişətcə  istibdada  və  yenə  də 
istibdada qəhr olan bir məmləkətdə, həyati-ictimaiyyətin azad 
və nəfis bir surətdə olduğunu arzu etmək qaranlıq bir otaqda 
aynabəndlik etməyə bənziyor» (74). 
Rəsulzadənin  sosial-demokrat  ideologiyasına  nisbətən  daha 
dərin  və  müqayisəli  təhlili,  konkret  prizmalardan  yanaşması, 
onun  İrandakı  yaradıcılığı  dövrünə  (1909-1911-ci  illər) 
təsadüf  edir.  1909-cu  ildə  qələmə  alıb  Bakıya,  "Tərəqqi" 
qəzetinə  göndərdiyi  yazılarında,  eləcə  də  Tehranda  Avropa 
üsulu  ilə  nəşr  olunan  və  baş  redaktoru  olduğu  "İrani-no" 
qəzetindəki  məqalələrində  Rəsulzadə  İran  inqilabının  təsiri 
altında çıxış edirdi. 
 1910-cu  ildə  İranda  mühafizəkar  "Etidaliyyun"  (Mötədillər) 
partiyasının  yaranması  ilə  bağlı  yazdığı  "Mühafizəkar  və  ya 
sosialist  mühafizəkar  partiyaların"  adlı  tənqidi  əsərdə  və 
"İrani-no"  qəzetində  yazdığı  məqalələrində  də  Rəsulzadəni 
sosial-demokrat  ideologiyasının  tərəfdarı  kimi  görürük.  Artıq 
Rəsulzadə  sosial-demokrat  ideologiyasını  Avropadakı  sosial-
demokrat  nəzəriyyəsi  ilə  təhlil  və  müqayisə  şəklində  verir  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
149 
önəmli nəticələrə gəlir. Rəsulzadə sosializm əqidəsində burjua 
və  fəhlə-kəndi  sinfi  arasında  gedən  mübarizənin  mühüm 
əhəmiyyətini  qeyd  etmişdi:  «Sosializm  əqidəsinə  Avropa  və 
başqa  yerlərdə  rəvac  verən  elə  bu  iki  sinif  arasında  gedən 
mübarizədir. Proletariatın mənafeyinin hamisi olan sosialistlər 
bütün 
bəşəriyyətin 
azadlığını 
proletariatın 
kapitalın 
boyunduruğundan  azad  olmasında  görürlər.  Sosialistlərin 
fikrinə  görə  təkamül  qanunu  və  texnikanın  inkişafı 
proletariatın  zəfərinə  kömək  edir.  Sosialistlərin  böyük 
müəllimi  Karl  Marksın  təxminən  50  il  bundan  qabaq  kəşf 
etdiyi  kimi,  kapitalizmin  hakim  olduğu  və  inkişaf  etmiş 
sənaye  ölkələri  dəmir  bir  iqtisadi  qanuna  tabedir  ki,  o  da 
kapitalın  mərkəzləşməsi  və  cəmiyyətin  proletariatlaşmasıdır» 
(50, 94). 
O  qeyd  edirdi  ki,  bütün  millətlərin  fəhlə-kəndli  təbəqəsi 
kapitalizmdən azad olarsa, o zaman millətlərin də azadlığı baş 
verəcək. İlk dövrlərdə M.Ə.Rəsulzadə fəhlə və kəndli sinfinin 
haqlarını, başqa azadlıqlardan üstün tuturdu. Bu baxımdan o, 
bir 
millətin  azadlığı  uğrunda  mübarizə  aparılmasını 
məqsəduyğun saymırdı. M.Ə.Rəsulzadənin fikrincə, yalnız bir 
millətin  azadlığı  ilə  bəşəri  problemlər  həll  edilə  bilməz. 
Mütəfəkkir  sosializmin  dünyada  bərqərar  olmasının  tərəfdarı 
kimi  çıxış  edir,  sosialistlərin  mübarizələrini  müdafiə  edirdi. 
Rəsulzadə  Avropa  sosialistlərinin  mübarizə  üsulunu  belə 
dəyərləndirir:  «Avropada  sosialist  adlanan  «ictimaiyyun»  elə 
bir  firqədir  ki,  yalnız  Avropanın  konservatorları  deyil,  hətta 
onların  demokratlarını,  liberallarını  və  radikallarını  da 
«etadiliyyun»  (mühafizəkar)  sayaraq,  onlarla  mübarizə 
aparırlar. Bunlar, (yəni sosialistlər) elə firqədir ki, təkcə siyasi 
bərabərlik  deyil,  ictimai-iqtisadi  bərabərlik  də  tələb  edirlər. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
150 
150 
Bunlar, 
Avropa 
məişətinin  bütün  kiçik  və  böyük 
məsələlərində  nüfuzu  olan  kapitalizm  üsüli-idarəsinin 
əleyhinə çıxıb onu (kapitalizmi) Avropa, Amerika, Yaponiya 
və s. yerlərdə dağıdıb, sosializm idarə üsulunu bərqərar etmək 
istəyirlər.  Çünki  onlar  bütün  bəşəriyyətin  səadətini 
sosializmdə  görür  və  öz  ali  məqsədlərinə  çatmaq  üçün 
təkamül  qanununu  sosializm  amalına  uyğun  bilərək,  siyasi 
hakimiyyəti mənafeyi onlarla üst-üstə düşən siniflərə vermək 
istəyirlər» (50, 93). 
O,  bu  yolun,  millətlərə  həqiqi  azadlıq  və  xoşbəxtlik 
gətirəcəyinə inanır: «Sinfi mübarizənin zəruriliyi sosialistlərin 
dəyişilməz əsaslarından biridir. Onlar hakimiyyətin hər yerdə 
əksəriyyət  təşkil  edən  proletarların  əlində  olmasını  istəyirlər. 
Onlar  qanunu  elə  şəkildə  tərtib  etmək  istəyirlər  ki,  onun 
sayəsində özlərinin son amalına, yəni kapitalizmin sosializmə 
keçməsinə nail olsunlar və bu məqsədə çatmaq üçün tam milli 
hökumətə tərəfdardırlar» (50, 95). 
Avropa sosialistlərinin nəzəriyyədə çox yaxşı səslənən sosial-
demokrat  ideyalarını  M.Ə.Rəsulzadənin  də  qəbul  etməsi 
zamanınca adi hal idi. Mücərrəd xoşbəxt gələcəkdən danışan, 
əsasən,  qeyri-müsəlmanları  təmsil  edən  Rusiyadakı  sosial-
demokratlara  gəlincə,  hələlik  onlar  iç  üzlərini  açıb  ortaya 
qoymamışdılar. O, Avropadakı sosialistlərin isə milli hökumət 
formasında,  bərabər  şəkildə  sosial-siyasi  bərabərliklərə  nail 
olma 
prinsiplərini 
müsbət 
dəyərləndirməyə 
bilmir: 
«Sosialistlər  həmişə  öz  müraciətlərində  zəhmətkeş  və  fəhlə 
kütləsinə təlqin edirlər ki, yalnız dinləri və dilləri bir olan xalq 
nümayəndələri  və  ya  bir  ölkənin  vətəndaşı  olanlar  sizin 
qardaşınız  deyillər.  Sizin  həqiqi  qardaşlarınız,  sadiq 
yoldaşlarınız  sizinlə  bir  sinfə  mənsub  olan,  sizin  milli 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə