MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə56/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
172 
172 
qədər  geniş  şəkildə  yuxarıda,  mütəfəkkirin  sosial-demokrat 
baxışlarını  izah  edərkən  qeyd  etmişik.  Rəsulzadə  bu  dövrdə 
yazdığı  bütün  məqalələrində  milləti,  milliyyəti,  islamı  və 
çağdaşlığı  sosial-demokratiya  prinsipləri  əsasında  şərh 
etmişdi. 
Rəsulzadə 
"Milliyyət 
və 
ticarət" 
məqaləsində 
"millətpərəst"lərin  iç  üzünü  açmağa  cəhd  göstərir    və  onların 
əsl simaları haqqında yazır: «Milliyyəti təbliğ edənlər həmişə 
sinfiyyətə  göz  örtüb  onu  görmək  istəməyənlərdir.  Bir 
millətpərəst  millət  dedikdə  dövlətli-kasıb,  mülkədar-rəncbər, 
iş verən və işçiliyi nəzərə almayıb, fəqət bir dildə danışan bir 
adətdə  olanları  nəzərə  alır.  Milliyyət  müqəddəsdir,  qeyri 
mütacavizdir,  hüququ  mühafizə  edilməlidir,  hər  bir  xarici 
sədəmədən  saxlanılmalıdır  kimi  iki  mənalı  sözlər  diyor.  Bir 
mülkədar ilə rəncbəri, bir sərmayədar ilə fəhləni, bir iş verənlə 
işçini  nəzərində  "bərabər"  tutub  onları  ayrılmaz  bir  heyət, 
firqələnməz kilit hesab ediyor. Millətin içində sinifləri və  bu 
siniflər arasında birləşən təbayün və təbii ziddliyi görmiyor və 
daha doğrusu görmək istəmiyor» (75).  
Rəsulzadə  yazır  ki,  adını  millətpərəstlər  qoyanlar,  öz  ağır 
həyatlarına  dözməyib tətil  edən öz soydaşlarına  qarşı heç bir 
insanlığa  sığışmayan  hərəkətlər  edir,  döydürür  və 
həbsxanalara saldırır: "Yəni həqiqət göstərmişdir ki, millətdən 
hesab  olunan  bir  taqım  məzlum  fəhlələrin  cüzi  də  olsa 
əhvallarını dərc edən qəzetəyə fabrikasını millət üçün qayıran 
sərmayədar  necə  hərbələr  gəlib,  nə  biabırçılıqlar  eləmişdir!! 
Hər  kəscə  məlum  və  aşkardır  ki,  müsəlman  firmaları  ki, 
onlarda  işləyənlərin  çoxusu  (dəcəl  olmadıqları  üçün) 
müsəlmandırlar. Həmin fəhlələr hamıdan ucuz və ağır şəraitdə 
işləyirlər.  Onların  qayğısına  qalan  yoxdur  məsələsi  o  yanda 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
173 
dursun,  həmişə  tərbiyyət  və  inqiyyada  qalmaqları  üçün 
"millətpərəsət" ağalar tərəfindən saxlanan qoçular vardır… 
Xülasə,  sözümüz  oradadır  ki,  dili  bir  olmaq,  adəti  bir-birinə 
oxşamaq  ilə  ittihad,  birlik  lazım  görünür  isə  də,  şərh 
etdliyimiz  iqtisadi  cəhət  bu  ittihadı  hər  bir  halda  "nifaqa" 
döndərir" (49, s.85). 
 Açıq 
şəkildə  milliyyət  məsələsini  təbliğ  edənləri, 
milliyyətçiliyi  önə  çəkənləri  sinfi  mübarizəni  görməməkdə 
ittiham  edən  mütəfəkkir,  bir  millətin  ayrıca  şəkildə  davasını 
da  rədd  edirdi.  M.Ə.Rəsulzadə  sonralar  özü  də  etiraf  edir  ki, 
XX  əsrin  əvvəllərində  milliyyətpərvərlik  xalq  arasında  çox 
aşağı səviyyədə olub.  
Bu  dövrdə  milliyyət  məsələsinin  önə  çəkilməsinə  əngəl  olan 
əsas amillərdən biri də «milliyyətçi»lərin hərəkətləri olub. Hər 
halda  özlərini  millətçi  adlandıranların  bəzilərinin  əməlləri  ilə 
sözlərinin  üst-üstə  düşməməsi    M.Ə.Rəsulzadəni  nəzərindən 
yayınmırdı.  Rəsulzadə  yazır  ki,  sahibkarlar  öz  fəhlələrinə 
qeyri-millətdən  olan  fəhlələrə qoşulmamağı  tövsiyə  etdiyi  bir 
halda özləri müxtəlif millətlərin sahibkarları və ya tacirlərinin 
ittifaqlarına  daxil  olur,  can-başla  qulluq  edirdilər:  ««Özgə 
fəhlələrin  ittifaqına  qoşulmaq  müsəlman  fəhləsinə  yaramaz»-
diyor  da cənab  millətpərəst  tacir  özü  tacirlərin bilafərq  millət 
təşkil olunan ittifaqına girib, can-başla qulluq ediyor. 
İndi müsəlman "millətpərəstləri" də müsəlman fabrikantçıların 
mallarını  rəvac  vermək  üçün  həmin  gömrükə  oxşar  bir 
vəsiləyə əl atıyorlar ki, o da milliyyət hissindən istifadə etmək 
istəyib,  məzkur  malları  millət  mətai  -  deyə  satdırmaqdadır. 
Lakin  bu  zəvatə  deyilməlidir  ki,  əzizim,  nə  ticarət  və  nə 
müştərilik  milliyət  qanmayır,  hərgah  belələlri  tapılarsa,  o  da 
onların  fanatizminə  mərbutdur»  (75).    Rəsulzadə  bununla 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
174 
174 
demək  istəyir  ki,  "millətpərəstlər"in  milliyyət  məsələsini 
ortaya  atmaqda  məqsədləri  heç  də  millətin  halına  yanmaq 
deyil, 
daha 
yaxşı  ticarət  etməkdir:  "Yox  cənab 
"millətpərəstlər",  bu  yol  ilə  sənaye  və  ticarət  iləriyə  getməz, 
heç vaxt da tərəqqi eləməz… cəmaət də heç öz əli ilə özünə 
quyu  qazımaz,  qurd  balasını  tutub,  öz  əli  ilə  bəsləməz!"  (49, 
s.86). 
Bu  cür  hallar  sağlam  düşüncəli  milliyyətpərvərliyə  olan 
münasibəti mənfiləşdirirdi. Rəsulzadə kimi milli ziyalılarımız 
isə,  bu  cür  "millətpərəstlik"  etməkdənsə,  nicat  yolunu  sinfi 
mübarizədə,  dünyada  sosializmin  qələbəsində  görürdülər. 
Rəsulzadə  "millətpərəstliy"i  heç  bir  cəhətdən  qəbul  etmirdi: 
"Bax iki cür "millətpərəstlik var. Biri qoçaq, biri də maymaq. 
O  ki  qoçaq  millətpərəstdir  -  gedib  bir  dükan  açır,  yainki 
karxana  bina  eləyir.  Adın  qoyur  "millət  dükanı",  yainki 
"millət  fabrikası",  başlayır  yavaş-yavaş  "millət  qarpızı"; 
"millət  papirosu";  "millət  bezi"  satmağa.  Bu  "millətpərəst"in 
mətai  də  həmişə  qeyrilərinkindən  bir  az  baha  olur.  Bu  da 
məlumdur ki, nə üçün, ondan ötrü ki, özgələrinin yalxu (təkcə) 
papiros,  qarpız,  bez  və  flan  isə,  bunun  ki,  "millət  qarpızı", 
"millət  papirosu";  "millət  bezi"  və  "millət  flanı"dır.  O  ki, 
maymaq  millətpərəstdir,  o  da  bu  qoçaqların  sözlərinə  inanıb, 
bir şahılıq qarpızı altı qəpiyə, acı "papirosu" "şirin" əvəzinə, 8 
qəpiklik  bezi  10  qəpiyə  "millət"  naminə  alıb  işlədir"  (49, 
s.91). 
M.Ə.Rəsulzadə  millətçilik  məsələsində  heç  də  milli 
xüsusiyyətlərin əleyhinə çıxmırdı. O, sadəcə bir millətin başqa 
millət  üzərində  ağalığına  etirazını  bildirib.  Bununla  yanaşı 
Rəsulzadə  inanırdı  ki,  cəmi  dünya  ölkələrinin  xoşbəxtliyi  bir 
millətin  işi  deyil:  «Biz  öz  əqidəmizin  göstərdiyi  həqiqi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə