MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
181 
məhəllinə  görə  onun  vasitəsi  olan  dillərin  öyrənməsidir»  (3, 
122).  
Rəsulzadə  yazır  ki,  vaxtilə  Əli  bəy  Hüseynzadə  "Füyuzat"da 
bunu,  "İslam  əqidəli,  türk  qanlı  və  Avropa  qiyafəli  bir  insan 
olalım" - deyə, ifadə edib. 
Rəsulzadədə  müsavatçılıq  ideologiyasının  formalaşması, 
təbliği 
və 
"Müsavat" 
Partiyasının 
prinsiplərinin 
müəyyənləşdirilməsi də bu mərhələyə təsadüf edir. Bu dövrdə 
Rəsulzadə  milli  məfkurəni  əsaslandırmağı,  müsavatçılığın 
prinsiplərini  müəyyənləşdirməyi,  türkçülüyü  yaymağı,  türk 
milləti  ideyasını  orrtaya  atmağı,  istiqlala  nail  olmağı  və  s. 
qarşısına məqsəd kimi qoymuşdu. 
M.Ə.Rəsulzadənin  nəzərində  milli  məfkurə  üç  amilə 
əsaslanırdı: milli varlıq, dini reallıq və yenilik. «Tələb olunan 
yeni  inkişaf  səviyyəsinə  çatmaq  üçün  xalq  hər  şeydən  əvvəl 
özünü  tanımalı,  dinini,  etiqadını  qorumalı  və  dünya 
mədəniyyətinə  yiyələnməlidir.  Daha  doğrusu,  bunlar  xalqa 
öyrədilməlidir. Rəsulzadənin türkçülərdən və onların ideoloqu 
Əfqanidən əxz etdiyi bu amillər onun nəzərində Azərbaycanda 
milli  şüurun,  milli  mənliyin  oyanmasına,  milli  birliyin 
yaranmasında  nicat  yolunun  tapılmasına  kömək  etməlidir» 
(37, s.149). 
Məlum  olduğu  kimi,  çarizmin  müstəmləkə  zülmünün  bir 
cəhəti  də  xalqımızın  etnik  mənşəyini  qəsdən  dolaşdıraraq 
milliyyətimizi 
təhrif 
etmək 
olmuşdur. 

zaman 
azərbaycanlıları  gah  «tatar»,  gah  «persian»,  gah  da 
«müsəlman»  adlandırırdılar.  Məqsəd  bu  millətin  özünü 
tanımasına  əngəl  olmaq  idi.  M.Ə.Rəsulzadə  hələ  1914-cü 
ildən  öz  yazılarında  «müsəlman»,  «türk»,  «tatar»  əvəzinə 
Azərbaycan  və  azərbaycanlı  terminini  işlədirdi  (47,  s.8). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
182 
182 
Rəsulzadə  bu  dolaşıqlığı  açaraq  xalqın  adını  özünə  qaytardı. 
Rus  idarəsi  tərəfindən  müsəlmanlara  "türk"  və  "Azərbaycan" 
kəlməsinin  işlədilməsinin  icazə  verilməsini  M.Ə.Rəsulzadə 
qazanılmış böyük nailiyyət adlandırırdı. Onlar artıq müsəlman 
olmalarını  düşünməklə  yanaşı,  bir  millət  olaraq  türk 
olduqlarını  da  anlamağa  başlayacaqdılar.  Bəlkə  də,  burada 
artıq  özünüdərkin  ilk  nişanələri  də  vardı.  Hər  halda 
müsəlmanların  (türklərin)  maariflənməsi,  dünyagörüşünün 
artması  zəruri  idi.  O,  1915-ci  ildə  təsis  etdiyi  «Açıq  söz» 
qəzetində  Qafqaz  müsəlmanının  və  ya  tatarın  türk  olduğunu 
bəyan  etdi.  Bu  qəzetdə  yazdığı  bütün  məqalələrində 
M.Ə.Rəsulzadə  cəhalətdən  xilasın  yolunu  göstərir,  əhalini 
milli özünüdərkə səsləyirdi.  
M.Ə.Rəsulzadə  artıq  millətçiliyə  sinfi  mübarizənin  əleyhinə 
olan  bir  ideologiya  kimi  yox,  millətin  milli  kimliyini 
tanımasının  bir  yolu  kimi  baxırdı.  Mütəfəkkir  milli  istiqlal 
olmadan  hər  hansı  sosial  bərabərliyə  nail  olacağına  artıq 
inanmırdı: 
«Milli 
istiqlal, 
ələlxüsus, 
millətlərə 
xüsusiyyətlərinin  mühafizəsini  təmin  edən  istiqlal  daima 
bəşəriyyətə  saheyi-mədəniyyətdə  yeni  və  əsil  bir  taqım 
ibdalar,  ixtiralar  nəvidindədir  ki,  mədəniyyəti-bəşəriyyə 
dediyimiz  şey  də  bu  bədaət  və  ixtiraların  məcmuindən  ibarət 
bir yekundur» (50, s.466). 
Əvvəlki 
dönəmlərdən 
fərqli 
olaraq 
M.Ə.Rəsulzadə 
millətpərəstliyin, 
türkçülüyün 
bəşəri 
dəyərlərə 
zidd 
olmadığını,  əksinə  onun  tərkib  hissəsi  olduğuna  da  inanırdı. 
Bütün  bunları  müsavatçılıq  ideologiyasında  birləşdirən 
Rəsulzadə  yazır:  «Ona  görə,  başqlarını  təmsil  üçün  deyil,  öz 
mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-
bəşəriyyə  naminə  təqdir  və  təsdiq  olunmalı  zəruri  və  faydalı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
183 
böyük bir fikirdir» (50, s.466). M.Ə.Rəsulzadə yazır: «Millətə 
hər bir fitnə və fəsadın mənbəyini göstər, onun nə tərəfdən və 
nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini 
bilər» (49, s.154).  
M.Ə.Rəsulzadə  artıq  ona  da  inanırdı  ki,  Avropada  da  sosial-
demokrat  yox,  milliyyət  nəzəriyyəsi  üstün  gələcək:  «Avropa 
üsul  məmləkətdarları  başdan-başa  dəyişəcək  və  milliyyət 
nəzəriyyəsi  sair  nəzəriyyələrə  faiq  (üstün)  gələcəkdir.  Bütün 
aləmin 
mütəfəkkirlərincə 
indiki 
Avropa 
müharibəsi 
dövlətlərin  deyil,  millətlər  və  mədəniyyətlərin  müharibəsidir. 
Madam  ki,  bu  böylədir  demək  ki,  müharibə  nəticəsi  dəxi 
dünya  millətlərinin  xəritəsi  dəyişdiyi  kimi,  dövlət 
təşkilatlarına  olan  nəzəriyyələrdə  dəyişəcək  və  bilaşübhə 
sosalistlərin  də  təbii  gördükləri  milliyyət  əsası  qəbul 
olunacaqdır. İştə böylə bir zaman üçün hazırlanmağı millətlər 
özlərinə  vəzifə  biliyorlar.  Çünki  özünü  bilməyən,  vicdani-
milliyyəsi  inkişaf  və  amali-həyatiyyəsi  təmin  etməyən  insan 
heyətlərini  bir  millət  kimi  qəbul  etmiyorlar.  Və  irəlidə  də 
etməyəcəklərdir»  (50,  s.386).  M.Ə.Rəsulzadə  yazır:  «Milli 
hürriyyət ilə istiqlala nail ola bilmək böyük bir nemətdir və bu 
nemət uğrunda hər nə qədər fədakarlıq göstərilərsə azdır» (50, 
s.42). 
Milli məfkurənin formalaşması, milli azadlıq hərəkatı uğrunda  
mübarizə  aparan  M.Ə.Rəsulzadə  Rusiyada  yaşayan  türklərin, 
ancaq  müsəlman  adlandırılmasını  səhv  sayırdı:  «Rusiyada 
yaşayan  müsəlmanlar:  Volqa  boyundakı  tatarlar,  krımlılar, 
qafqaziyalılar,  türküstanlılar  hamısı  bir  din  ilə  mütəəddid 
olduqları kimi, bir böyük suyun ayrı-ayrı bulaqları, bir böyük 
kötüyün  dürlü  şaxələridir.  Hənbəli,  şafi,  hənəfi,  maliki  şiə 
kimi  müxtəlif  məzhəblər  haman  bir  dinin  fəriə  aid  cüzi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə