MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə60/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
184 
184 
təfavütlərlə - şöbələr olduğu kimi, tatar, azərbaycanlı, özbək, 
qırğız və türküstanlılar da böyük türk ailəsinin doğma uşaqla-
rıdır. Biz Rusiyada yaşayan müsəlmanlar eyni zamanda da bir 
türk, biz Rusiya türkləri eyni zamanda da müsəlmanız, hər nə 
qədər  sayımız  da  20  milyon  ilə  30  milyon  arasında  gəzər. 
Aramızda böyük bir ixtilaf varsa, hamımızın bir din və bir cin-
sə mənsub olduğumuza da əslən şübhə yoxdur. Belə iki böyük 
mənəvi  rabitlə  ilə  bir-birinə  bağlı  olan  Rusiya  müsəlmanları 
arasında az-çox bir təfavüt  görünürsə bu, cinsiyyət və  ya din 
təsiri  ilə  deyil,  iqlim  və  şərait  sayəsində  irəli  gəlmiş  xü-
susiyyətlərdir ki, hər halda əsli deyil, ərzidir. Bu ərzi (xaricdən 
ariz  olan)  təsirlər  sayəsində  digər  «bir  kütlə»  (kütleyi-vahid) 
olan  «camiə»lərdə  görüldüyü  kimi  türk-tatar  «camiə»si  də 
vaxtilə təsiratı-firqeyi tutlaraq ayrılıb dağılmışdır» (29, s.258).  
Rəsulzadə  istiqlal  uğrunda  mübarizədə  azərbaycanlıların 
millətcə  turk  olmalarını  dərk  etmələri  üçün  əlindən  gələni 
edirdi.  M.B.Məmmədzadə  yazır:  "O  zamana  qədər  liberal  və 
inqilabçı  millətçilər  də  türk  mədəniyyəti,  türk  dili  və  türk 
birliyi prinsiplərinə xidmət etdikləri halda, özlərinə müsəlman, 
millətlərinə 
müsəlman 
milləti 
deyirdilər. 
Mürtəce 
mühafizəkarların nəzərində heç biz millət də deyildik. Rəsmi 
hökumət  nəzərində  isə  biz  tatardıq.  Çoxdan  başlamış 
Azərbaycan  Milli  hərəkatı  öz  adını  almamışdı.  Qəzetlərin 
başında  "müsəlman  qəzeti",  məktəblərin  lövhələrində  "rus-
tatar  məktəbi"  sözləri  yazılmışdı.  Bax,  belə  bir  şəraitdə 
"Müsavat"  firqəsinin  ruporu  şəklini  alan  "Açıq  söz"  ilk  dəfə 
olaraq "müsəlman", "tatar" sözlərini "türk" sözü ilə dəyişməyə 
girişdi,  millətə  "sən  türksən"",  rus  hökumətinə  biz  türkük" 
deyə  xitab  etdi.  Bu  surətlə  Məhəmməd  Əmin  Rəsulzadə 
"ümmət"  və  "ümmətçilik"  dövrünü  rəsmən  qapamış,  "millət" 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
185 
və  ""türk  millətçiliyi"  dövrünün  başlandığını  elan  etmişdir" 
(38, s.52). 
Rəsulzadə yazır ki, türklər islam dininə o qədər uyublar ki, az 
qala  milli  kimliklərini  də  unudublar:  «Türklər  xasiyyətcə 
olduqca  mütəddəyyin  bir  millətdirlər.  Bu  tədəyyünləri 
sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-
diniyyəyə  mərbut  olmuşlardır  ki,  adətən  türklüklərini  belə 
itirmişlərdir» (50, s.477). 
M.Əmin  xüsusilə,  Cənubi  Azərbaycan  türklərinin  bundan 
əziyyət  çəkdiyini  deyirdi.  O,  "İran  türkləri"  əsərində  yazır: 
"Şiəlik  İran  türklərini  o  qədər  farslaşdırmışdır  ki,  indi  onlar 
kəndlərini türkləşmiş fars, yəni iranlı tələqqi edərlər!…" (50, 
s.115).  Onun  bu  fikri  də  göstərir  ki,  nə  qədər  dərin  bilikli, 
uzaq görən bir mütəfəkir olub. 
M.Ə.Rəsulzadə  türkçülüyü  inkişaf  etdirməklə  yanaşı,  islamı 
türk  millətçiliyinin  tərkib  hissəsinə  çevirməklə  türkçülüyü 
daha təsirli  etməyə  çalışmışdır:  «İslam  təəssübü  vücudumuzu 
dühaməhlik (başqa etiqada qail olmaq) xətərlərindən saxlamış 
olduğundan əlavə, milli ədəbiyyatımızın vücuda gəlməsinə də 
səbəb  olmuşdu...  Xəvas  hər  nə  qədər  ərəbcə  və  farsca 
öyrənmiş, tənvir və təmsil etmiş isə, də əvam həman əsliliyini 
mühafizə  eləmiş  türk  oğlu  türk  qalmışdı.  Bu  böyük  türk 
kütləsi  eyni  zamanda  da  mütədəyyin  olaraq  qalmışdır»  (83, 
s.99). 
Rəsulzadə  açıq  şəkildə  bəyan  edirdi  ki,  azərbaycanlılar  türk 
oğlu türkdülər, Rusiyadakı 30 milyon müsəlmanın 29 milyonu 
da  türkdür.  O,  İslam  dininin  millətlə  qarışıq  salınmasının 
əleyhinə çıxış edir və qeyd edirdi ki, bu, yanlış bir anlamdır. 
Onun  fikrincə,  bir  xiristian  millət  olmadığı  kimi,  bir 
müsəlman milləti də yoxdur. "O (Rəsulzadə) bunu (türk, türk 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
186 
186 
millətçiliyi), "Açıq söz" qəzetinin ilk nömrəsində belə formulə 
edirdi: "… Ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək 
üçün,  hər  şeydən  əvvəl,  özlərini  bilməli,  müəyyən  fikir  və 
əməllər  ətrafında  birləşərək  böyük  bir  məfkurəyə,  qayeyi-
xəyala  hədəf  olacaq  o  işıqlı  ulduza  sahib  olmalıdırlar.  Çünki 
müttəhid  bir  ruh  və  müştərək  bir  qayəyə  malik  olmayan 
millətlərə 
yeni 
əsaslar 
üzərində 
quracağı 
həyat 
hesablaşmayacaq  və  belə  bir  silahdan  məhrum  qalan 
cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcək" (38, s.53). 
Deməli,  M.Ə.Rəsulzadənin  müsavatçılıq  və  türkçülük 
ideologiyası konteksində millət məsələsinə geniş yer verməsi 
səbəbsiz deyil. Mütəfəkkir bunun, millətin taleyində oynadığı 
rolu görür, başa düşürdü.  
M.Ə.Rəsulzadənin  müsavatçılıq  ideologiyasında  islamçılığa, 
sosial-demokratiyaya  yox,  türkçülüyə,  yəni  milliyyətçiliyə 
üstünlük verməsi təsadüfi deyil. Bir millət kimi özünü tanıyıb 
ortaya  çıxmaq,  həm  də  bir  dövlətin  qurulmasına  zəmin 
deməkdir. Rəsulzadədə ilk dövrlərdə muxtariyyət tələbini irəli 
sürür:  «Rusiyanın  idarə  forması  demokratik  respublika 
olmalıdır.  Yer  kürəsinin  altıda  birini  tutan  və  Kamçatkadan 
Qara  dənizə  qədər  və  Arxangelskdən  İranla  sərhədə  qədər 
uzanıb 170 milyon əhalisi olan bir dövlət bir mərkəzdən idarə 
oluna  bilməz.  Ona  görə  də  Rusiya  dövlətinin  idarə  forması 
federasiya olmalıdır» (92, s.163-164). 
M.Ə.Rəsulzadə  artıq  rəsmi  şəkildə  millətin  azadlığı, 
Azərbaycanın  muxtariyyəti  məsələsini  irəli  sürürdü. 
Rəsulzadə türk idi və türk  olduğu üçün də millətini müstəqil 
görməsi onun haqqı idi. «M.Ə.Rəsulzadənin Xalq Cümhuriy-
yəti  yaratmaq  ideyası  fikrinə  hələ  1917-ci  il  fevral  burjua-
demokratik  inqilabının  qələbəsindən,  yəni  mütləqiyyət 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə