MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə63/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
193 
vəkilləri)  yerlərindən  şalxır,  şiddətli  alqışlar  milli  bayrağa 
yönələrək uzun müddət davam edir). 
Mən  buna  iman  edirəm.  Mənim  bu  imanımı  millətləin 
qəlbində  doğmuş  olan  əməl  günəşi  işıqlandırır.  Bu  günəş  bir 
daha  üful  (batmayacaq)  etməyəcək.  Mən  bəşəriyyətin 
vicadınına  inanıram.  Milyonlarla  insan  bahasına  mal  olan 
qitali-ümumidən  (ümumi  qırğından)  sonra  bəşər  vicdanı 
qazandıqları həqiqətləri asanlıqla əlindən verəməz. 
«Millətlər Cəmiyyəti» fikri bu gün hərkəscə qəbul edilmiş bir 
fikirdir.  Bu  mənə  ümid  verir,  qüvvətlə  inanıram  ki,  artıq 
milləti  öldürmək,  millətin  hüququnu  tapdalamaq  qətiyyən 
mümkün  deyildir.  Qaliblər  də,  məğlublar  da  millətlərin 
hüquqları təslim ediləməz deyirlər» (42, 90). 
Rəsulzadə  daha  sonra  deyir:  «Biz  azərbaycanlılar  bütün 
mövcudiyyətimizlə  kəndi  (öz)  müqəddəratımızı,  kəndi 
istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat (dirəniş) 
və  mətanət  göstərəksə,  heç  şübhəsiz  ki,  Azərbaycan 
Cümhuriyyəti  paydar  (yaşayar)  olar…  Ancaq  bu,  təkrar 
edirəm,  səbat  və  mətanət,    fədəkarlıq  istər.  İstər  ki,  biz 
kəndimizin istiqlala layiq olduğumuzu isbat edək. Bu oldumu, 
sizi  təmin  edirəm  ki,  kimsə  haqqımızı  təslim  etməmək 
cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən və 
ona ləyaqətini isbat edən bir milləti qəhr (peşman) etsin» (42, 
91).  
Nitqinin  sonunu  Rəsulzadə  belə  yekunlaşdırır:  «Əfəndilər, 
mən  buraya  qədər  sizə  ümidli  sözlər  söylədim,  buna  iman 
edirəm. Ancaq nəzərinizi əhvalın ağırlığına da cəlb etməsəm, 
vəzifəmi hüsn (yaxşı, gözəl) ifa etməmişəm deməkdir. Zaman 
ağır,  gedəcəyimiz  yol  çox  tikanlı  və  arizəlidir  (gözlənilməz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
194 
194 
çətinliklərlə  doldudur).  İrəlidə  bir  çox  müşkülat  (çətinlikləri) 
və maneələri də gözə almalıyız...  
Bu  gün  firqə  ehtirasları,  şəxsi  qərəzləri  və  bütün  bu  kimi 
Vətən  və  millət  qayəsi  qarşısında  qalan  qərəzlər  atılmalı, 
Vətən  qayğısı  və  millət  duyğusu  hər  şeydən  yüksək 
tutulmalıdır (Sürəkli alqışlar). 
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan 
açılışındayıq. Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər 
zaman  kəndi  sinəsində  bir  müqəddəs  atəş  bəsləməlidir.  Bu 
atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöləyi-
ümid və iman təşkil eləmişdir. O atəş ki, bu gün də sərvət və 
saman (var-dövlət) səbəbi və mədəniyyət baisidir.  
Güclü  bir  atəş,  Azərbaycan  övladının  sinələrinə  düşən, 
milyonlarla  bürkü  yağan  bu  atəş  əbədən  sönməz,  bir  məşəl 
təşkil edib də hürriyyət və istiqlala doğru getdiyimiz maneəli 
yolları işıqlandırsın! (Sürəkli alqışlar).  
Bu  atəş  sönməmək  üçün  əl-ələ  verib  müttəhidən  çalışaq 
əfəndilər!  Mən  sizi  belə  bir  ittihada  dəfət  edirəm!  (Alqış)» 
(42, 92). 
AXC-nin 
müstəqilliyinin  təhlükə  altında  olması  isə 
M.Ə.Rəsulzadəni 
düşündürən  əsas  məsələlərdən  idi. 
Azərbaycan  Milli  Şurasının  iclaslarında  M.Ə.Rəsulzadə 
deyirdi  ki,  AXC-nin  gələcək  varlığı  hamını  düşündürməlidir. 
Çox  keçmədi  ki,  bu  acı  reallıq  özünü  göstərdi,  istiqlalı 
qoruyub-saxlamaq 
mümkün 
olmadı. 
M.Ə.Rəsulzadə 
parlamentdəki son çıxışında deyirdi: «Əfəndilər, mötəcazir bir 
ultumatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. 
Fəqət, əfəndilər, təslim nə demək?... Kimə tərki mövqe edirik? 
Bizə  deyirlər  ki,  hüdudunuz  keçən  ordunun  başında  Nicati 
adında  bir  türk  komandanı  durmuşdur.  Rusiyadan  gələn  bu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
195 
mötəcaviz  ordu  təmin  edirlər  ki,  həyat  və  məmat 
mücadiləsində  qalan  Türkiyəni  xilas  üçün  gedir.  Əfəndilər, 
Türkiyə  Azərbaycanın  xilaskarıdır.  Amali  milliyyətimizin 
təbcil  eylədiyi  müqəddəs  bir  məmləkətdir.  Onun  xilasına 
gedən  qüvvəti  biz  məmnuniyyətlə  istiqbal  və  teşyi  edərik. 
Fəqət  bir  şərtlə  ki,  bu  qüvvət  bizim  hürriyyətimizi, 
istiqlalımızı  çeynəməsin.  Halbuki,  əfəndilər,  bizə  sormadan 
hüdudumuzu  keçən  hər  hansı  bir  qüvvət  dostumuz  deyil, 
düşmənimizdir...  Biz  buraya  millətin  iradə  və  arzusuyla 
gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır» (84, 
s.146-147). 
O,  AXC-nin  göz  görə-görə  məhvi  ilə  heç  cürə  razılaşa 
bilmirdi.  Rəsulzadə  parlament  və  hökumət  üzvlərinin  yadına 
salırdı  ki,  milli  dövləti  göz  bəbəkləri  kimi  qoruyacaqları 
barədə  and  içiblər.  Mütəfəkkir  onları  bu  andlarını  yerinə 
yetirməyi  çağırır:  «Bu  kürsüdən  çox  kərə  istiqlalımızı  göz 
bəbəyi kimi saxlamağa, hürriyyətimiz yolunda canımızı sipər 
etməyə, «öldü var, döndü yoxdur»- deyə son damla qanımıza 
qədər  dayanmağa  and  içmiş  adamlar  deyilikmi?..  Orada  olan 
əhali  bu  nitqi  ağlayan  gözlərlə  alqışladısa  da,  məclisin 
əksəriyyəti  tarixin  gedişatına  təslim  oldu,  Səyavuşun 
öldürülməsinə razı oldu» (47, 49). 
M.Ə.Rəsulzadənin  burada  parlament  üzvlərinin  bir  qisminin 
«Səyavuşun öldürlməsinə razı» olmasını xüsusilə vurğulaması 
səbəbsiz  deyil:  «Türklərin  Azərbaycan  üzərində  mənəvi 
nüfuzundan  istifadə  ilə  bolşeviklər  Yaxın  Şərqdə  özlərini  o 
qədər  sevdirə  bildilər  ki,  bunlar  müsəlmanların  könlünü  fəth 
edərək,  Azərbaycanın  istila  deyil,  əksinə,  İstanbulu  belə 
qurtaracaqlarına  inandırdılar.  Hər  nə  qədər  Müsavat 
Partiyasına  mənsub  olan  millətsevərlər  xalqı  bu  yuxudan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə