MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə64/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
196 
196 
oyatmaq  istəyir,  «camaat  aldanmayın»-  deyir,  bunlar  dərhal 
Quranın  buyurduğu,  «İnnə  Yəcücə  və  məcucə  müfsidunə 
filərz»-edərlər. Eyni məxluqlərdir ki, Krım, Türküstan və Bakı 
faciələrini  icad  etdilər...  Hətta  iş  o  mərhələyə  gəlmişdi  ki, 
küçə 
baqqalları 
belə 
bolşevikin, 
artıq 
gördükləri 
«spekulyasion»  düşməni  olmadığına  inanmışdılar,  dargörüşlü 
ittihadçılar  da  Qarayevin  qızıl  yalanlarına  qapılmışdılar. 
Düşünürdülər  ki,  Rusiya  gələcək,  Ermənistanı  ortadan 
qaldıracaq  və  ordularını  Mustafa  Kamal  Paşanın  yardımına 
göndərəcəkdir.  Yalanın  ömrü  az  olur.  Xalq  hikmətincə  açıq 
olan  bu  həqiqət  bir  daha  isbat  olundu.  Bolşeviklərlə  bolşevik 
təbliğatı  aparanların  yalanlarına  aldanan  xalq,  Qızıl  ordunun 
Ermənistana  təcavüzünü  gözlərkən  Moskvanın,  Ermənistanın 
istiqlalını tanıdığı xəbəri alındı» (47, 50-51).  
Göründüyü  kimi,  aldanan  yalnız  Azərbaycanın  daxilindəki 
qüvvələr  deyildi.  Eyni  zamanda  Azərbaycanın  özünə  arxa 
bildiyi  Osmanlı  dövləti  də  bu  məsələdə  yanlışlığa  yol  verdi. 
Osmanlı  dövlətində  bəziləri  hesab  edirdilər  ki,  Azərbaycan 
sovetləşsə  də  müstəqil  dövlət  olaraq  qalacaq.  Ancaq  bu  belə 
olmadı.  «Adı  müstəqil  Azərbaycan,  özü  Rusiyanın  federativ 
bir  hissəsi!  Daha  doğrusu,  muxtar  bir  vilayəti!  Millətsevər 
Azərbaycan  türkçülərinin  vaxtilə  kimsəyə  sözlə  inandıra 
bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər. Xalq 
həyəcana gəldi. Aldanmış adam qızğınlığı ilə dil və dodağını 
dişlədi: fəqət iş-işdən keçmiş, ox yaydan çıxmışdı» (47, 52).  
Bununla  da  Azərbaycanın  qısamüddətli,  ancaq  şərəfli  istiqlal 
tarixinə, müvəqqəti də olsa, son qoyuldu. Lakin bu mübarizə 
heç  vaxt  bitmədi.  Əksinə,  bu,  daima  Azərbaycan  türkləri 
tərəfindən  davam  etdirildi.  M.Ə.Rəsulzadə  də  türklərin  heç 
vaxt  mübarizədən  geri  çəkilməyəcəyini  yaxşı  bilirdi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
197 
Rəsulzadə  inanırdı  ki,  bu  istila  uzun  müddət  davam 
etməyəcək: «Azərbaycanlılar türkdürlər: türklər də Ergenokon 
tilsimində  iki  yüz  il  qaldılar.  Nə  qədər  çalışırdırlarsa  da  bir 
tərəfə  çıxamadılar.  Geniş  dünyaya  həsrət  qaldılar.  Fəqət  bir 
dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib 
geniş dünyaya çıxsınlar. Əsrimizin Səyavuşu ölmüşsə də onun 
doğurduğu  istiqlal  fikri  ölməmişdir.  Bu  fikrin  tərəfdarları 
indiki  halda  dağlarda,  vətənlərindən  uzaq  məmləkətlərdə, 
həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, 
köməksiz,  bir  halda  yaşayırlar.  İstiqlal  və  hürriyyətimizin 
kövrək əlaməti- o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, 
qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəkdə 
onun eşqi çırpınmaqdadır» (47, 54). 
M.Ə.Rəsulzadə  mühacirət  həyatı  dövründə  də  milli  istiqlal 
davasını və müsavatçılıq ideologiyasını davam etdirib. Bunu, 
Rəsulzadənin 
müsavatçılıq 
ideologiyasının 
sonuncu,  
dördüncü dövrü hesab etmək olar.  
Bu  dövrdə  birincisi,  Azərbaycanın  istiqlal  davası  idi  ki, 
Rəsulzadə 
yalnız 
elmi-siyasi 
məqalələr 
yazmaqla 
kifayətlənmir,  həm  də  əməli  işlər  görürdü.  O,  Azərbaycanın 
istiqlalı  uğrunda  mübarizə  aparan  təşkilata  rəhbərlik  edir, 
onun ölkə daxilində və xaricində təbliğatını təşkil edirdi. Hətta 
Azərbaycanın  istiqlalı  üçün  İkinci  Dünya  müharbəsində 
mühacir  hökumətin  lideri  kimi  Hitlər  Almaniyası  ilə 
danışıqlar da aparırdı.  
İkinci  istiqamət  daha  çox  istiqlal  davasının  ideoloji  tərəfi  ilə 
bağlıdır.  Rəsulzadə  keçdiyi  ideoloji  yolun  nəticəsini 
ümumiləşdirirdi. 
Bu 
yolun 
ümumiləşdirilməsi 
isə 
M.Ə.Rəsulzadənin  ideoloji  dünyagörüşünün  son  dayaq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
198 
198 
nöqtəsi  idi.  Rəsulzadənin  yeni  dövrdə  türkçülük,  yeni 
turançılıq, milli solidarizm və s. ideyaları da buraya aiddir.  
Öncə  M.Ə.Rəsulzadənin  mühacirət  həyatındakı  müsavatçılıq 
ideologiyasıyla bağlı bu dövrdəki istiqlal davasına və bununla 
bağlı  düşüncələrinə  nəzər  salaq.  «Bulunduğumuz  mühacirət 
şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli 
davanı  yaşatmış  və  yaşadan  fikir  sistem  və  nümayəndələrinə 
hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan 
və  hisslərdən  sıyırlaraq  fikrə  önəm  vermək  lazımdır»  (88, 
s.14). 
M.Ə.Rəsulzadə  qardaş  Türkiyədə  «Yeni  Qafqasiya»nın  ilk 
nömrəsindəki  «Atəş  çalan  Prometey»  məqaləsində  yazır: 
«Bəhri-Xəzər  sahilindən  başlayan  ilk  mənzərə  qüvvətli  bir 
aydınlıq  təşkil  edirdi.  Bu,  səmalara  doğru  yüksələn  bir  atəş 
idi. Azərbaycan isminin müsəmməsini təşkil edən atəş, o atəş 
ki,  mədəniyyəti  bəşəriyyət  ilk  əvvəl  onun  yaxdığı  ocaq 
başında təsis edilmiş. O atəşi müqəddəs ki, «promotey» özünü 
çalaraq, yer üzünə qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət 
və  üsyanının  cəzasını  görməkdədir»  (104,  s.3).  «Yeni 
Qafqasiya»da  qələmə  aldığı  başqa  bir  «Böyük  faciə» 
məqaləsində  isə  Rəsulzadə  yazır:  «Böyük  faciə!  İştə  türk 
tarixçisinin  bundan  tam  7  sənə  əvvəl  Bakıda  vüqu  bulan 
hadisəyə verəcəyi ən müvafiq bir isim yüz sənəlik bir əsarət, 
bu  dövrdə  yaşanan  tarixin  həyat  səhifələri,  məhkumiyyət  və 
əsarət!» (105, s.5).  
M.Ə.Rəsulzadə 1920-ci illərin birinci yarısında Azərbaycanda 
bolşevik  rejiminə  qarşı  baş  qaldıran  milli  azadlıq  hərəkatına 
diqqətlə  yanaşırdı.  M.Ə.Rəsulzadə  bütün  hallarda  xalqın 
nicatını  özündə  axtarmağa  üstünlük  verirdi.  M.Ə.Rəsulzadə 
yaxşı  bilirdi  ki,  istər  demokratik,  istər  qeyri-demokratik 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə