MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
187 
rejiminin  süqutundan  sonrakı  ilk  həftələrdə  gəldiyini 
söyləmək olar» (29, s.43). 
Rusiya 
daxilində  milli-məhəlli  muxtariyyət  əsasında 
Azərbaycan,  Dağıstan,  Türküstan  və  b.  türk  millətlərinə 
muxtariyyət  tələb  edən  M.Ə.Rəsulzadə  yazır:  «Hər  bir 
millətin müstəqil olub da öz başına idarə olunması tərəqqiyati-
tarixiyyəyə  müvafiqdir,  demokrasi  ancaq  bir  millətdən 
mütəşəkkil  olub  da  bir  dildə  danışan  məmləkətlərdədir  ki, 
gözəl  tərəqqi  edər  və  özünü  göstərə  bilər.  Bu  məmləkətdə 
mənəvi ixtilaflar insanlar arasında ki, tarixi və təbii hüdudlar 
nə qədər azalsa və nə qədər dil ittihadi qüvvətli olsa o qədər 
də məmləkətin iqtisadi, siyasi və əqli tərəqqiyatı qüvvətli olar. 
Məmləkətin  aşağı  sinifləri  dəxi  böylə  bir  məmləkətdə 
məmləkətin  mədəni  və  siyasi  həyatında  iştirak  edərlər  və  bu 
hal məzkur məmləkətin qüvvətinə səbəb olar» (50, s.385). 
Rəsulzadədə  müsavatçılıq  ideologiyasının  ən  parlaq  və 
möhtəşəm  mərhələsi,  üçüncü  dövrü  Azərbaycan  Xalq 
Cümhuriyyəti ilə bağlıdır. 
1918-ci  illərin  əvvəllərində  Azərbaycan  türklərinin  ortaya 
qoyduğu  mübarizə, milli istiqlala doğru aparırdı. Azərbaycan 
xalqı  nicatını  nə  bolşeviklərdə,  nə  də  digər  qeyri-milli 
təşkilatlarda axtarırdı. Artıq bu funksiyanı yerinə yetirən milli 
təşkilat olan «Müsavat» və onun lideri M.Ə.Rəsulzadə var idi. 
Bu,  müstəqilliyə  doğru  atılan  addımlarda  özünəqayıdışın 
nümunələrindən  idi.  Rəsulzadə  yazırdı:  «Şurayyi-Milli  elanı 
milli  istiqlalla  bərabər  Azərbaycan  hökumətini  dəxi  təşkil 
elədi. İlk hökumət Tiflisdə Azərbaycan hərəkati milliyyəsinin 
düşmənləri  tərəfindən  qətl  edilən  mərhum  Fətəli  xanın  təhti-
riyasətində təşəkkül etmişdi» (46, s.39). Yeni cümhuriyyət isə 
müsavatçılıq  ideologiyasının  əsasında  quruldu.  Bu  dövlətin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
188 
188 
ictimai-siyasi 
quruluşu  məhz  müsavatçılığa  (türçülük, 
müasirlik  və  islamçılıq),  milli-demokratik  dəyərlərə 
söykənirdi.  
M.Ə.Rəsulzadənin 
sədri  olduğu  Milli  Şura  mühüm 
səlahiyyətlərə  malik  olmasına  baxmayaraq,  hökumətin  işinə 
müdaxilə etməmiş, ən zəruri hallarda taleyüklü məsələləri öz 
boynuna  götürmüşdü.  Milli-demokratik  dəyərlərə  həmişə 
hörmətlə  yanaşan  M.Ə.Rəsulzadənin  rəhbərlik  etdiyi  Milli 
Şura  və  "Müsavat"  Partiyası  ölkənin  parlament  üsuli-idarəsi 
ilə  idarə  olunmasına  şərait  yaratmışdı.  «Millət  Məclisi, 
məmləkətin  bütün  sinif  və  millətlərini  təmsil  edib,  dövlətin 
tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç 
bir  məsrəf  yapılmaz,  heç  bir  müharibə  başlanmaz,  heç  bir 
barışıq  bağlanmazdı.  Hökumət  məclisin  etimadını  qazananda 
qalır,  itirəndə  düşürdü.  Ortada  hakim  olacaq  vasitə-vəzifə  də 
yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq 
olunmayan  həqiqi  bir  xalq  cümhuriyyəti  qurulmuşdu»  (47, 
s.41). Əslində Rəsulzadənin bu formuləsi tarix üçün gözəl bir 
örnəkdir. 
Rəsulzadə  müstəqil  Azərbaycan  respublikasının  birinci 
ildönüumü  ilə  bağlı  yazır:  "Azərbaycan  türkləri  bu  gün  ilk 
dəfə  olaraq  böyük  bir  bayram  saxlayırlar:  İstiqlal  bayramı! 
Əvət,  Zaqafqaziya  millətləri  bilməcburiyyə  elani-istiqlal 
etmişlərdi.  Bilməcburiyyə  elani-istiqlal!  İstiqlalımıza  düşmən 
olanlar bu  iki  "məcburiyyət" və  "istiqlal" sözlərinin  bir  araya 
toplanmasını  "ictimai  ziddin"  qəbilindən  ədd  etməklə, 
Zaqafqaziya  cümhuriyyətlərinin  qeyri-təbii  olduqlarını  isbat 
etmək istəyirlər. Fəqət, bu mülahizə zahirdə doğru görünsə də, 
batində elə deyildir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
189 
Bir  növzadın  məsəmməyi-madərdən  xilas  olub  da,  dünyaya 
gəlməsi  heç  şübhəsiz,  bir  vaqieyi-istiqlaldır.  Qadının  vəzi-
həmlinə digər təbirlə bizdə "azad olmaq" deyirlər. Halbuki bu 
"azadlıq" 
eyni 
zamanda 
bir 
zərurəti-təbiiyyə, 
bir 
məcburiyyətdir" (29, s.34). 
Rəsulzadə parlamentin açılışında "bir kərə yüksələn bayraq bir 
daha  enməz"-  söyləyib:  "İştə  qoy  bu  günkü  gün,  milli 
bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin 
qəlbini  təsfiyə  etsin!  Bir  sənəlik  həyat  həqiqətən  də  göstərdi 
ki,  bir  kərə  açılmış  Ləvai-hürriyyət  bir  daha  bükülməz!"  (50, 
s.35). 
O, yazır: «Cəmaət istiqlala, o qədər munis olmuş, hürriyyət və 
istiqlal  fikri  o  qədər  xalqın  qanına  sinmiş,  ruhuna  işləmişdir 
ki,  indi  artıq  istiqlal  fikri  bir  firqənin,  bir  kütlənin  arzusu 
deyil,  bütün  cəmaət  Vətəni  istiqlalsız  və  dövləti  hürriyyətsiz 
təsəvvür  etmir.  Ona  görə  demokratiya  biltəbii  qapısında 
şübhəli  adamlar  durmasına  hər  vəchlə  razı  olmaz  və  vahid 
vücud kimi hürriyyət və istiqlalının müdafiəsinə hazırdır» (29, 
s.44-45). 
M.Ə.Rəsulzadə bəyan edirdi ki, yeni cümhuriyyət yalnız milli 
olmaqla  kifayətlənmir,  eyni  zamanda  müasir  dövrün  bütün 
müsbət tələblərinə cavab verən dövlət kimi fəaliyyət göstərir: 
«Azərbaycan  müsəlman  aləmində  ilk  respublika  və  türk 
aləmində  ilk  dövlətdir.  Mənim  ilk  baxışda  qəribə  görünən 
bəyanatımın  ikinci  hissəsi  ola  bilsin,  sizi  təəccübləndirir. 
Lakin  əslində  elə  də  var.  Türk  mənşəli  bütün  digər  dövlətlər 
başlıca  olaraq  dini  təməl  üzərində  qərar  tutduqları  halda 
Azərbaycan  Respublikası  müasir  milli-mədəni  müstəqillik 
təməlinə,  türk  milli-demokratik  dövlət  qurumu  zəmininə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə