MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
178 
178 
Bakı  dövründən  (1903-1909)  fərqli  olaraq  Rəsulzadə,  Təbriz 
və Tehranda (1909-1911) millət və milliyət anlayışlarına daha 
çox  yaxnlaşmışdı:  "Millətin  azadlığı,  düşüncənin  azadlığıdır. 
Başqa  mənada  zülmü  güclə  aradan  götürmək  azadlığa 
bərabərdir. Azadlıqda inkişaf İlahi bəxşişdir" (50, s.78). 
O  qeyd  edirdi  ki,  istibdad  və  məşrutə  davası  nəticəsində 
yaranacaq 
milli 
hökumət  fərqli  fikirlərə  hörmətlə 
yanaşmalıdır.  Bu  dövrdə  Rəsulzadən  artıq  sosial-demokrat 
ideyalarını  milliləşdirməyə  çalışır,  yəni  bəşəri  sosializm 
ideyası,  öz  yerini  milli  ideyaya  verməyə  başlayırdı.  Çünki, 
Rəsulzadə türk olduğunu İranda, Cənubi Azərbaycanda olanda 
daha  yaxşı  anlayır,  bununla  fəxr  edirdi:  "Müxtəlif  millətlərin 
arasında bir-birini qanmaq  və qandırmaq üzrə ümumi olaraq 
türk  dili  işlənir.  Türk  dili  burada  (İranda)  beynəmiləl  bir 
dildir.  Onu  hər  kəs  bilir.  Erməni,  kürd,  rus,  fransız,  ingilis, 
fars,  aysor,  alman  hamısı  türkcə  danışır.  Bu  qədər  müxtəlif 
cinsli  bir  heyətin  hamısı  ilə  danışa  bilirəm.  Türkəm,  bu 
cəhətdən özümü xoşbəxt hiss edirəm" (29, 193). 
"İran  türkləri"  sislsilə  məqalələrində  də  Rəsulzadə  artıq  türk 
millətinin  hürrnədiş  olmasından,  milli  azadlığa  can 
atmasından,  milli  hökumət  yarada  biləcəyindən  və  s.  bəhs 
edirdi.  
Qeyd  etdiyimiz  kimi,  Rəsulzadəyə  türkçülük  cərəyanının 
təsiri,  bunun  nəticəsində  müsavatçılıq  ideologiyasının, 
bütövlükdə  milli  məfkurənin  formalaşması  ikinci  dövrlə 
bağlıdır. Bu, onun 1911-1913-cü ildə İstanbuldakı elmi-fəlsəfi 
fəaliyyəti  ilə  başlamışdı.  Türkçülük  cərəyanının  Məhəmməd 
Əminə  hakim  kəsilməsi,  məhz  onun  İstanbuldakı  fəaliyyəti 
(1911-1913)  dövrünə  təsadüf  edir.  ««Təlatümə  düşmüş» 
gəminin  sükanını  saxlamaq  yolunu  və  «sahil  nicatın»  hansı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
179 
tərəfdə  olduğunu  M.Rəsulzadə  1911-ci  ildən  sonra  özü  üçün 
qəti şəkildə aydınlaşdırdı. Həmin il o, İrandan Türkiyəyə gəldi 
və burada məşhur türkçülərin əhatəsinə düşdü. Milli türk şairi 
azadlıq  nəğməkarı  Əmin  Yurdaqulun  başçılıq  etdiyi  «Türk 
yurdu» 
cəmiyyətinə 
daxil 
oldu» 
(37, 
s.110). 
M.Ə.Rəsulzadənin  İstanbula  gəlməsi  ilə  həyatında  əsaslı 
dəyişiklik baş verdiyi görməmək mümkün deyil. Artıq sosial-
demokrat,  inqilabçı  Rəsulzadəni,  türkçü,  milli  məfkurəli 
Rəsulzadə  kimi  görürük.  ""Türk  yurdu"  jurnalında 
Rəsulzadənin  bir  neçə  əsəri  və  tərcüməsi  də  dərc  edilmişdir. 
Onlardan  ən  məşhuru  Cəmaləddin  Əfqaninin  «Vəhdəti 
cinsiyyə  fəlsəfəsi  və  dil  birliyinin  həqiqi  mahiyyəti»  adlanan 
əsərinin tərcüməsi və «İran türkləri» adlı məşhur məqaləsidir. 
Ancaq bundan sonra Rəsulzadənin fikirləri formalaşır, sanki o 
axtardığı idealını tapır" (37, s.147).  
M.B.Məmmədzadə  yazır  ki,  Rəsulzadənin  ümmətçilikdən 
millətçiliyə, 
islamçılıqdan 
türkçülüyə 
keçməsində 
C.Əfqaninin  böyük  rolu  olub.  ""Ümmət"  dövrünü  yaşayan 
müsəlman  Şərqində  milliyyət  şüurunun  oyanmasında  çox 
böyük  rolu olan məşhur islam mütəfəkkiri Şeyx Cəmaləddin 
Əfqaninin  "milliyyət  xaricində  səadət  yoxdur"  -  deyən 
"Vəhdəti  cinsiyə  fəlsəfəsi"ni  (yəni  "Milli  birlik  fəlsəfəsi") 
farsccadan türkcəyə çevrib "Türk yurdu"nda dərc etməsi də bu 
zamana  rast  gəlir.  Sonraları  (Rəsulzadənin)  Bakıdakı 
nəşriyyatında milliyyət məsələsini işlədiyi zaman Cəmaləddin 
Əfqanidən çox faydalandığı görüləcəkdir" (49, s.8). 
Z.Göyalpın  dərin  təhlil  edib  təkmilləşdirdiyi  «türkçülük» 
ideyasının  da  M.Ə.Rəsulzadəyə  böyük  təsiri  olmuşdu:  «... 
Mərhumun  (Ziya  Gökalpın)  "Türk  yurdu"nda  dərc  olunan 
"Türkləşmək, islamlaşmaq və müasirləşmək" məqalələri məni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
180 
180 
adətən,  vəcdə  gətirdi.  Bakıya  geri  döndüm.  Mətbuat  dil 
məsələsi  ilə  məşğul  idi.  Bu  məsələdə  Ziya  nəzəriyyəsinin 
müdafiəçisi  oldum.  Türkçülüyə  rəvac  vermək  üçün  dünya 
müharibəsi  əsnasında  təsis  etdiyimiz  «Açıq  söz»  qəzetinin 
başına  Ziyanın  müqəddəs  düsturunu  bir  şüar  olaraq  qoyduq. 
Daha  sonra  Ziyanın  son  zamanlarda  «Türk  millətindənəm, 
islam  ümmətindənəm,  Qərb  mədəniyyətindənəm»  şəklində 
dediyi  bu  «şüar»  türkçülük,  xalqçılıq  ümdələri,  vəzifələri 
üzərində  təşəkkül  edən  millətpərvər  «Müsavat»  firqəsinin 
proqram 
müqəddiməsində  yer  tutdu.  Rus  istibdadı 
pənəcəsindən  dağılmış  xanlıqlar  şəklində  deyil,  müttəhid  və 
milli bir kütlə surətində  nicat arayan Azərbaycan türklüyü bu 
istiqlalını  tərtəmiz  edəcək  bayrağa  əsri  məfkurəsi  ilə 
mütənasib  bir  məna  vermək  istəyirdi.  Bu  mənanı  da 
"türkləşmək,  islamlaşmaq  və  müasirləşmək"  məfhumlarında 
tapdı:  bayrağı  mavi,  al  (qırmızı)  və  yaşıl  rəngli  qumaşlardan 
düzəldildi» (84, s.45). 
M.Ə.Rəsulzadə  türk  vətənpərvərlərindən,  yəni  Z.Gökalpdan, 
Ə.Hüseynzadədən,  Ə.Ağaoğlundan,  C.Əfqanidən  turançılığı 
və türkiyəçiliyi yox, məhz türkçülüyü qəbul edirdi. Rəsulzadə 
əsaslandığı  ideya mənbələrinə ehkam kimi  baxmırdı. Həmişə 
yerli  şəraiti,  milli  psixologiyanı  və  dövrün  tələblərini  nəzərə 
alırdı. Artıq M.Ə.Rəsulzadə islama və sosializmə əsas məqsəd 
kimi yox, milli ideologiyanın tərkib hissəsi kimi baxırdı. Artıq 
hədəf  də  öncə  milli  məsələ,  yəni  türkçülük,  sonra  islam, 
sosial-demokrat  (müasirləşmək)  ideyaları  gəlirdi:  «Mədəni 
yaşayış üçün 3 əsas amil lazımdır: Milliyyət, beynəlmiləliyyət 
və  əsriyyət.  Millətin  rüknü  ana  dili,  beynəlmiləliyyətin  əsası 
din  və  əsriyyətin  binası  əsrə  hakim  olan  ülum  və  finun  ilə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə