MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə55/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
169 
məfkurəni  istənilən  ideyadan  üstün  tutsa  da,  M.Ə.Rəsulzadə 
sonralar  özü  də  etiraf  edib  ki,  demokratik  ölkədə  millətçiliyə 
yol  verilməməlidir.  Demokratik  cəmiyyətdə  bütün  millətlərin 
nümayəndələri  bərabər  şəkildə  yaşamalı  və  biri  başqası 
üzərində ağalıq etməməlidir. 
 
2.2. M.Ə.Rəsulzadə müsavatçılıq ideologiyası və  
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  biri 
kimi 
 
M.Ə.Rəsulzadə  uzun  sürən  elmi-fəlsəfi,  ideoloji-siyasi 
axtarışlardan  sonra  müsavatçılıq  (müsavat  ərəbcə  müsavi 
sözündəndir  bərabərlik  deməkdir)  ideologiyasının  əsasını 
qoymuşdur.  Bu  ideologiyada  hürriyyət  və  azadlıq,  insan 
haqları,  sosial-iqtisadi  bərabərliklər  və  s.  milli  dəyərlərlə  bir 
yerdə götürülür. Halbuki o vaxta qədər solçular və millətçilər 
bunun 
mümkünsüzlüyünü  iddia  edirdilər.  Rəsulzadə 
müsavatçılıq ideologiyasını irəli sürməklə sübut etdi ki, heç də 
sosial-demokrat ideyası və islam dini türkçülüyə, ümumilikdə 
milli  məfkurəyə  zidd  deyil.  Rəsulzadədə  bu  fikirlər  birdən-
birə  formalaşmamış  mürəkkəb,  uzun  bir  mərhələdən 
keçmişdir.  
Əvvəllər sosial-demokrat ideyasına və islama münasibətin ön 
planda olması yeni bir ideologiyanın yaranmasını əngəlləyirdi. 
Məsələn,  sosial-demokratlar  hesab  edirdilər  ki,  ayrı-ayrılıqda 
heç  bir  millətin  mübarizəsindən  söhbət  gedə  bilməz.  Onlar 
üçün  yalnız  sinfi  mübarizə  var  idi.  Sinfi  mübarizə  isə 
birmənalı  şəkildə  milliyyətçiliyin  əleyhinə  idi.  Sosial-
demokratlar  kimi  islam  dinini,  islamçılığı  təbliğ  edənlər  də 
milli  məsələni  bir  kənara  qoyurdular.  İslamçıların  fikrincə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
170 
170 
əgər  istibdada  qarşı  mübarizə  varsa,  bu,  milli  yox,  dini 
çərçivədə 
olmalıdır. 
Bütün 
bunların 
fonunda 
isə 
milliyyətçiliyi,  milli  məsələni  qabardanlar  dərhal  hər  iki 
zümrənin tənqidinə məruz qalırdılar. Çar Rusiyasının özünün 
belə  ən  çox  qorxduğu  məhz  milli  məsələ  idi.  Müxtəlif 
zamanlarda pərdəarxasında və ya açıq formada imperiyapərəst 
sosial-demokratlarla  və  fırıldaqçı  ruhanilərlə  danışıqlara 
gedən istibdad rejimi milli məsələni qaldıranları nəinki qəbul 
edir, onların kökünü həmişəlik kəsməyə cəhd  edirdi. Belə bir 
mürəkkəb  və  çətin  dövrdə  M.Ə.Rəsulzadəni  əvvəlcə  sosial-
demokrat  kimi  görməyimiz  təbiidir.  Əslində  bunu,  dövrün 
mürəkkəbliyi zəruri edirdi.  
Doğrudur, həmin dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa 
mütəfəkkirlərimiz bütün səyləri ilə milli məsələni qaldırmağa 
çalışırdılar. M.Ə.Rəsulzadədən fərqli olaraq Ə.Hüseynzadə və 
Ə.Ağaoğlu  dünyanın  bir  sıra  ölkələrində  olmuş,  milli 
məsələnin xalqa verə biləcək gücünü görürdülər. Ona görə də 
onlar  sosial-demokratiyanı  hədəf  kimi  götürmür,  islama  isə 
sadəcə  apardıqları  mübarizənin  tərkib  hissələrindən  biri  kimi 
baxırdılar.  Ancaq  Ə.Hüseynzadə  və  Ə.Ağaoğludan  fərqli 
olaraq  Rəsulzadə  hələlik  Azərbaycandan  kənara  çıxa 
bilməmiş,  yalnız  onların  fikirləri  ilə  mətbuatda  tanış  ola 
bilmişdi. Şübhəsiz ki, sosial-demokrat ideyalarının və islamın 
təsiri altında olan Rəsulzadə əvvəllər milliyyətçiliyi qəbul edə 
bilmirdi.    Bu  baxımdan  onda  milli  məfkurənin  əsasnı  təşkil 
edən türkçülük, müsavatçılıq ideyaları yaranana qədər (1911-
1913-cü  illər)  millət,  milliyyət  və  s.  məsələlərə  sinfi,  sosial-
demokrat ideologiyası və islam dini çərçivəsində yanaşmışdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
171 
Rəsulzadədə  müsavatçılıq  (türçülük,  çağdaşlıq  və  islamçılıq) 
ideologiyasının təşəkkülü və inkişafını bir neçə dövrə bölmək 
olar:  
1.
 
Müsavatçılıq,  türkçülük  ideologiyasına  tapınana 
qədər,  Rəsulzadənin    millətə,  milliyyətçiliyə, 
türkçülüyə baxışı (1903-1911).  
2.
 
Rəsulzadə 
müsavatçılıq 
ideologiyasının 
qurucularından 
biri 
kimi: 
Müsavatçılıq 
prinsiplərinin,  Müsavat  Partiyasının,  türkçülük, 
istiqlal  ideyalarının  formalaşması  və  təbliği  (1911-
1917). 
3.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  və    onun  başlıca 
ideya-məfkurə əsasları (1918-1920). 
4.
 
AXC-nin  mühacirətdə  təbliği  və  istiqlal  ideyasının 
ölməzlyi; 
Yeni 
turançılıq, 
milli 
həmrəylik 
(təsanüdçülük) ideyaları (1920-1955). 
Rəsulzadədə  müsavatçılıq  ideyası  yaranana,  türkçülük 
məfkurəsinə  bağlanana  qədər,  millət,  milliyyət,  türkçülük, 
islamçılıq,  çağdaşlıq  və  s.  məsələlərə  baxışı  bir  qədər  fərqli 
olmuşdur.  
Sosial-demokrat  olarkən,  başqa  sosial-demokratlar  kimi 
Rəsulzadə  də  millət,  milliyyət  məsələsinin  önə  çəkilməsinə 
müsbət  yanaşmır,  tənqidi  fikirlər  söyləyirdi.  Milliyyət 
məsələləsinə  sırf  sosial-demokrat  nəzəriyyəsindən    baxan 
Rəsulzadə, milliyyəti təbliğ edənləri tənqid edirdi. 1906-cı ilin 
sonlarında  "Təkamül"  qəzetində  nəşr  olunan  "Milliyyət 
məsələsi"  və  "Milliyyət  və  ticarət"  məqalələrində  Rəsulzadə 
bunu,  bir  qədər  geniş  şəkildə  şərh  etmişdi.  "Milliyyət 
məsələsi"  məqaləsində  Rəsulzadə  daha  çox  sosial-demokrat 
əqidəsinin  milliyyətə  zidd  olmamasından  yazır  ki,  bunu,  bir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə