MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə54/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
166 
166 
vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi təşəkkülləri 
işğal etdiyiniz zaman ümumiyyətlə, sabiq imperiyanın çarizm 
siyasətilə  ruslaşdırılmış  müstəmləkə  şəhərlərindən  rus 
fəhləsindən  ibarət  ən  kiçik  azlığın  arzusuna  uyğun  olaraq 
böyük  bir  çoxluq  təşkil  edən  yerli  əhalinin  ən  qanuni  bir 
haqqını  kobud  bir  surətdə  çeynəmiş  olursunuz.  Fəhlənin 
Azərbaycan və Türküstanda diktatura elan etməsinin Moskva 
diktaturasından  başqa  bir  şey  olmadığı  günəş  kimi  aşkardır» 
(29, s.286).  
M.Ə.Rəsulzadə  fikirlərinə  davam  edərək  yazır:  «Moskvada 
olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk 
ellərinin  nicatının  yalnız  özlərində,  özünü  bir  millət  kimi 
tanınmalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun 
üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündə 
yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil 
edildiyinə  soyuqanlı  baxa  bilmirdim.  Sizin  istədiyiniz  bu 
mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə 
deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər» (29, s.287). 
Ən  azı  üç  müxtəlif  dövrdə-  çar  Rusiyası,  AXC  və  Sovetlər 
Birliyi  zamanlarında  sosial-demokrat  ideyasını  dəyərləndirən 
M.Ə.Rəsulzadənin bu ideologiyaya  baxışlarında  zamana  görə 
kəskin fikir ayrılıqlarının olduğunu söyləmək mümkün deyil. 
Düzdür,  onun  zaman-zaman  bu  ideologiyaya  baxışlarında 
müəyyən  dəyişikliklər  olub.  Bunu  dəyişikliklərdən  daha  çox 
M.Ə.Rəsulzadənin 
formalaşma 
mərhələlərində 
bu 
ideologiyaya  yeniləşmiş  baxışı  kimi  dəyərləndirmək  olar. 
M.Ə.Rəsulzadə  sosial  məsələni  milli  dövlətin  ideologiyası 
yox, onun daxili siyasətinin bir hissəsi sayıb. Sosial-demokrat 
ideyasını  o,  mücərrədə  gələcəkdən  real  bir  cəmiyyətin  işinə 
yarayan  istiqamətə  çevirməyə  çalışıb.  Bu  baxımdan  ilk 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
167 
dövrlərdə  sosial-demokrat  ideyalarını  beynəlmiləl  hədəfə 
çevirən M.Ə.Rəsulzadə  çox  keçmir ki, onu  milli dövlətin bir 
hissəsinə  aid  edir.  Bu  cərəyanı  sadəcə,  insanların  xoşbəxt 
yaşayışını təmin edən bir proqram kimi hökumət çəriçvəsində 
istifadə  edilməsinin  zəruriliyini  dərk  edir,  həm  də  AXC 
hakimiyyəti dövründə sosial-demokrat ideyalarını qisəmən də 
olsa, həyata keçirməyə çalışır.  
Bu,  bir  daha  göstərir  ki,  Rəsulzadə  üçün  sosial-demokrat 
ideyası  sadəcə  milli  hökumətin  işinə  yarıya  biləcək 
prinsiplərdən  başqa  bir  şey  olmayıb.  Rəsulzadənin  etiraz 
elədiyi  sosial-demokratiya  sovetlərin  yalançı  sosialist 
ideyaları  idi.  Sovetlərin  ortaya  qoyduğu  yalançı  «sosializm» 
və «demokratiya»nın mahiyyətini də açmaqdan geri qalmayan 
M.Ə.Rəsulzadə  marksist  sosial-demokrat  ideyalarının  isə 
müəyyən  müddəalarını  qəbul  edib.  Hansı  ki,  bu  müddəalar 
cəmiyyətin  sosial  bərabərliyi,  maddi  rifahı  ilə  bağlı  idi. 
Ümumilikdə,  Rəsulzadənin  demokratiyaya  və  sosializmə 
baxışlarını üç yöndən qiymətləndirmək olar.  
Birinci  halda  o,  sosial-demokrat  ideyasını  islama  zidd 
saymadan  bütün  ideologiyalardan  üstün  tutur  və  hesab  edirdi 
ki, 
bütün  millətlərin  azadlıqları,  yalnız  sosializmin 
beynəlmiləl  halda  qələbəsindən  keçir.  Rəsulzadə  sosial-
demokratlar  kimi  təklif  edirdi  ki,  bütün  ölkələrin  fəhlə  və 
zəhmətkeş  sinfi  birləşərək  bərabər  şəkildə  sosializmin 
beynəlmiləl  qələbəsini  təmin  etməlidir.  O,  bu  zaman  milli 
dəyərlərə  sosial-demokrat  baxışlarından  yanaşır  və  hər  bir 
millətin  azadlığını  da  bu  cərəyanın  prinsipləri  çərçivəsində 
dəyərləndirir.  Yəni  o,  ayrılıqda  götürülmüş  bir  millətin 
müstəqil  şəkildə,  hətta  sosial-demokrat  ideyalarına  söykənsə 
belə, mübarizə aparıb qalib gələcəyinə inanmır. Onun fikrincə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
168 
168 
bu,  yalnız  bütün  millətlərin  fəhlə-kəndli  sinfinin  bərabər 
şəkildə mübarizəsi nəticəsində reallaşa bilər. 1911-12-ci illərə 
qədər M.Ə.Rəsulzadə də bu fikrin hakim olduğunu görməmək 
mümkün deyil.  Düzdür,  o,  bəzən bunun özünə də tərəddüdlə 
yanaşıb.  Hətta  boş  məhculluq  içərisində  sosial-demokrat 
ideyasına  söykəndiklərini  də  etiraf  edən  M.Ə.Rəsulzadənin 
bütün  bunlarla  yanaşı  müəyyən  bir  dövrdə  ən  çox  sosial-
demokrat ideyasına  üstünlük  verdiyi açıq  şəkildə  hiss  olunur. 
Bunun 
nəticəsidir  ki,  M.Ə.Rəsulzadə  hətta  mənəvi 
baxımından 
bağlandığı 
islamı 
belə 
sosial-demokrat 
ideyalarına  zidd  saymayıb.  Əksinə,  onlar  arasında  ideya 
yaxınlığı tapıb ortaya çıxarmağa çalışıb.  
İkinci  halda  isə  M.Ə.Rəsulzadə  sosial-demokrat  ideyalarını 
sosial məsələ kimi, ikinci plana salıb. Bu, o vaxt baş verib ki, 
Rəsulzadə  sosial-demokrat  ideyaları  əsasında  bir  millətin 
azad,  müstəqil  ola  biləcəyinə  inanmayıb.  Eyni  zamanda 
anlayıb 
ki, 
Rusiya 
bolşevikləri 
sosial-demokratiya 
(bolşevizm)  adı  altında  yeni  bir  imperiya  qurmaq  istəyirlər. 
Bu  baxımdan  müsavatçılıq  ideologiyasını  ortaya  ataraq  milli 
davanı  önə  çəkən  Rəsulzadə  sosial-demokrat  ideyasına  daha 
çox  sosial  nəzəriyyə  kimi  yanaşıb.  Bu  nəzəriyyəyə  görə  isə 
sosial-demokrat  ideyasında  olduğu  kimi,  bütün  millətlər 
bərabar  şəkildə  sosial-iqtisadi  rifaha,  insan  haqlarına  sahib 
olmalıdır. Ancaq bundan öncə milli dava aparılmalı və hər bir 
millət  ayrı-ayrılıqda  ən  azı  muxtariyyət  şəklində  özünü 
idarəetməyə  nail  olmalıdır.  Sosial  məsələdən  sadəcə,  hər  bir 
millət  azad  olacağı  təqdirdə  insanlarının  bərabər  şəkildə 
yaşaması üçün istifadə edilə bilər.  
Üçüncü  halda  Rəsulzadə  sosial-demokrat  və  türkçülük-
islamçılıq  ideyalarına  bərabər  şəkildə  yanaşıb.  Milli 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə