MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
154 
154 
mühüm bir mərhələ olmuşdu" (49, 8). Bu, onun 1913-cü ildə 
Bakıya qayıdıb, aktiv fəaliyyətə başladığı dövrlərdə də özünü 
açıq  şəkildə  büruzə  verir.  Bununla  da  Rəsulzadənin  sosial-
demokrat  ideologiyasına,  bolşevik  inqilabına  bəslədiyi 
ümidlər nisbətən arxa plana keçirdi.  
Qeyd  edək  ki,  M.Ə.Rəsulzadə  1911-1913-cü  illərdən 
başlayaraq  sosial-demokrat  ideologiyasından  fərqli,  milləti 
azadlığa  aparıb  çıxaracaq  bir  ideyanın  axtarışında  olub. 
Doğrudur,  əvvəlcə    M.Ə.Rəsulzadə  ümid  edib  ki,  Azərbay-
canın  xalqının  azadlığı  çar  Rusiyasına  qarşı  mübarizə  aparan 
sosial-demokratlarla  bir  yerdə  də  mümkündür.  Ancaq  zaman 
keçdikcə  M.Ə.Rəsulzadə  anladı  ki,  nə  sosial-demokrat 
ideyası, nə də bu ideyanın daşıyıcısı olan RSDF(b)P-nin siyasi 
xətti  Azərbaycan  xalqının  istiqlalına,  azadlığına  səbəb 
olmayacaq. 
1910-cu  illərin  əvvəllərində  sosial-demokrat  ideyasını  təbliğ 
etməsinə baxmayaraq Rəsulzadə özü də etiraf edirdi ki, nə isə 
çatışmır.  «Bu  təlatümdə  biz  nə  istədiyimizi  bilmədik.  Bunu 
bilən tək-tək fərdlərimiz var idisə, bildiklərini bizə bildirməyə 
vaxt  yox idi.  O  məşhur  sənələrdə  biz  bir təlatümə  düçar  olan 
gəmiyə bənzəyirdik ki, hara gedəcəyimizi və sahili-nicatın nə 
tərəfdə olduğunu bilmirdik. Hər halda bir tərəfə olsa da, sükan 
saxlamaq  lazım  gəlirdi.  Biz  də  bizimlə  bərabər  təlatümə 
tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu 
onların  getdiyi  səmtə  düzəltdik.  Əlimiz  sükanda  titrəyir, 
ürəklərimiz  məhcul  bir  aqibət  qarşısında  çırpınırdı»  (36,  45). 
Rəsulzadə  açıq  şəkildə  yazırdı  ki,  sanki  boş  bir  məhculluq 
üzündən  sosial-demokrat  ideyası  adı  altında  mübarizə 
aparıblar.  Bu,  onu  göstərir  ki,  M.Ə.Rəsulzadə  «beynəlmiləl 
qələbə»yə  bütün  varlığı  ilə  inanmayıb.  Bunun  əvəzində  isə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
155 
Rəsulzadə sosial-demokrat ideyasından fərqli bir yol axtarırdı. 
Bu  yol  isə  daha  konkret,  milli  və  hədəfinə  çatacaq  bir 
ideologiyaya söykənməli idi. «Məhəmməd Əmin fəaliyyətinin 
ilk  dövründə  sosial-demokratlarla  yaxın  olub,  sosializm 
ideyasının  təsiri  altında  idi.  Onun  gizli  imzalarından  biri  də 
«sosialist»  olmuşdur.  Onlar  cəmiyyəti  inqilab  yolu  ilə 
dəyişdirmək,  yeniləşdirmək  istəyirdilər  ki,  bu  da  zamanın 
tələbindən  doğurdu.  Məhəmməd  Əmində  Müsavat  fikrinin 
formalaşmasına və eyni adlı partiya  yaranana qədər bu əqidə 
onda güclü idi» (36, 49).  
Göründüyü kimi, milli dəyərlərlə sosial-demokrat ideyalarının 
sintezi  də  onda  1910-cu  illərin  əvvəllərində  yaranıb. 
Maraqlıdır  ki,  məhz  "Müsavat"  Partiyası  da  bu  dövrdə 
qurulub.  Bu  partiyanın  da  əsas  məramlarından  biri  sosial-
demokrat  ideyaları  olmuş,  ancaq  əvəzində  özündə  milli 
çalarları da ehtiva edən bu partiya həm də müstəqil fəaliyyət 
göstərmiş  və  heç  bir  xarici  qüvvədən  asılı  olmamışdır.  Bu 
baxımdan  sonralar  türkçülük  üzərində  qurulan  ideologiyanın 
daşıyıcısına  çevriləndə  belə  Rəsulzadə  sosial-demokrat 
prinsiplərindən  tamamilə  üz  döndərməyib.  Əksinə,  bu 
məsələlərdə son dərəcə həsas olan M.Ə.Rəsulzadə "Müsavat" 
Partiyasının  proqramında  və  1918-ci  ildə  qurulan  AXC-nin 
idarəçiliyində  müəyyən  qədər  sosial  ideyaların  olmasını 
müdafiə edib.  
Bu  dövrdə  də  (1911-1920-ci  illər)  Rəsulzadə  lideri  olduğu 
"Müsavat"  Partiyasında  sosial-demokrat  prinsiplərinə  ciddi 
diqqət  yetirmiş  və  bunu,  partiyanın  nizamnamə  və 
məramnaməsində  nəzərə  almışdı.  Ancaq  onun  1914-1917-ci 
illərdə  yazdığı məqalələrdə artıq əsas qayəni sosial-demokrat 
prinsipləri  deyil,  milli  varlıq  (dirilik),  türk  dili,  millət, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
156 
156 
türkçülük  amalı  təşkil  etmişdi.  O,  bütün  səyini  xalqın  milli 
varlığına (diriliyinə) yönəltmişdi ki, bunu,  növbəti paraqrafda 
daha geniş şəkildə şərh edəcəyik.  
Qeyd etdiyimiz kimi, Rəsulzadənin sosial-demokrat əqidəsinə 
inamının  zəifləməsində  bolşeviklərin,  yəni  rus  "sosial-
demokratiya"sının  miillətlərin  öz  müqəddəratını  təyin  etməsi 
haqqını  onlara  verməməsi  də  səbəb  olmuşdu.  Belə  ki, 
bolşeviklərin  lideri  Lenin  və  onun  həmfikirləri  1917-ci  ildə 
verdiyi 
bəyannaməyə,  çar  Rusiyasının  xalqları  öz 
müqəddəratlarını özləri müəyyənləşdirəcək prinsipinə sonralar 
əməl  etməmişdilər.  "Məhəmməd  Əmin  Rəsulzadə  sosial-
demokratlarla,  bolşeviklərlə  o  vaxta  qədər  həmfikir,  həmrəy 
oldu  ki,  artıq  millətlərə  öz  müqəddəratını  təyin  etmək,  hətta 
ayrılıb  müstəqil  suveren  dövlət  yaratmaq  hüququ  verilməkdə 
idi.  Bu  zaman  bolşeviklər  öz  vədlərindən  imtina  etdilər, 
sələflərinin  tutduqları  yolu  davam  etdirməyi  vacib  bildilər. 
Bundan sonra Məhəmməd Əminin siyasi yolu başqa istiqamət 
yönəldi. Amma bu o demək deyil ki, M.Ə.Rəsulzadə marksist 
təlimdən üz döndərdi" (10, s.28). 
1918-ci  ildə  qurulmuş  AXC-nin  mahiyyətində  sosial-
demokrat  prinsipləri  çox  mühüm  yer  tutmuşdu.  AXC 
dövründə  xalq  Avropadakı  sosial-demokratların  görmək 
istədiyi  sosialist  ölkəsindən  heç  də  geri  qalmayan  sosial 
ədalət, ictimai bərabərlik, insan haqları və azadlıqlarına malik 
idi. 
M.Ə.Rəsulzadə 
yazır: 
«Azərbaycan 
Xalq 
Cümhuriyyətində  vətəndaşlar  arasında  siyasi  bərabərlik  bir 
qərar olmaqla, bərabər sosial ədalətsizliyin zərərli nəticələri də 
aydın  tərzdə  dəyişdirilirdi.  Azərbaycan  zehniyyətincə, 
dünyanın 
əvvəlindən 
bəri 
insanların 
yaşayış 
və 
iqtisadiyyatında  qarşılaşdıqları  ədalətsizliyi  bir-birə  ortadan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə