MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə47/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
145 
nə  qayırırlar,  nə  yolda  iş  görüyorlar.  Necə  gör  hürriyyət  və 
füqəra yolunda candan və başdan keçiyorlar" (49, 81-82). 
Rəsulzadə  yaxşı  anlayırdı  ki,  məhz  gənclər  inqilabın 
avanqardı  rolunu  oynaya  bilər.  Dünyagörüşü  inkişaf  edən 
müsəlman  gəncləri  sosial-demokratiya  ideyalarının  həyata 
keçirilməsində  yaxından  iştirak  edəcək  və  hansı  ideyanın 
arxasınca getdiklərini də anlamış olacaqlar. 
1906-cı ildə, Dövlət Dumasına seçkilərə həsr etdiyi "Bakı, 10 
dekabr"  adlı  başqa  bir  məqaləsində  «ictimaiyyun-ammiyyun 
(sosial-demokrat)  müsəlman  firqəsidir»  -  deyə,  Rəsulzadə 
yazır  ki,  nə  "həqiqi  rus",  nə  daşnaksutyun,  inqilabçı-
sosialistlər və kadetlərin bloku, nə də ki, müsəlmanların bloku 
sağlam, azadlıqsevər xətt seçməyib. Rəsulzadə yazır ki, ancaq 
sosial-demokratlar  həmişə  camaat  və  onun  səadəti  yolunda 
çalışıb, onun mənafeyinin mühafizə və qarovulçusu olub: «Bu 
firqeyi-ammə cəmaətindir. Bu firqə hüquqsuzların, məzlum və 
məfluqların  firqəsidir.  Bu  firqənin  amalı  və  əfkarı  fəqət 
füqərayi-kasibənin  əmniyyətini  təmin  edib,  ümum  insanları 
nəzərində bir tutub, bilafərq millət, məzhəb, arvad və kişilərin 
hər  bir  hüquq  və  ixtiyaratda  müsavi  olmalarıdır.  Bu  firqə 
beynəlmiləldir.  Bunun  üçün  milliyyət  filan  yoxdur.  Bunun 
nəzərində  əhəmiyyət  qazanan  fəqət  sinifdir.  Bir-biri  ilə  zidd 
olan iki sinfin ki, onları heç bir rabitə  müttəhid edə bilməz…. 
Əsl  həqiqətinə  baxsaq,  biz  müsəlmanlar  ümumən  bir 
məzlumlarıq.  İctimaiyyun-ammiyyunda  məzlumlar  firqəsidir. 
Kəmali-cürətlə  demək  olar  ki,  ictimaiyyun-ammiyyun 
müsəlman firqəsidir. Bəli, müsəlmanlara, müsəlman füqəra və 
məzlumlarına, o ixtiyarsız və hüquqsuz füqəralara bir firqəyə 
mülhəq olmaq, bir heyətə mənsub olmaq münasibət və məravə 
yavuq isə o da «ictimaiyyun-ammiyyun firqəsidir»» (49, 93). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
146 
146 
Bununla  da  o,  "sosial-demokrat"ın  müsəlmanları  müdafiə 
edən  yeganə  firqə  olduğunu  deyir.  Buna  görə  də  əhalini 
Dumaya  seçkilərə  səsləyən  Rəsulzadə  millət  naminə,  millət 
üçün  işləyənləri  seçməyə  çağırır.  Onun  fikrincə,  aşkarda  və 
gizlində  "millətçilik"lə  məşğul  olan  partiyalardan  xalq  uzaq 
durmalıdır:  "Müstəqilən  çalışmaldır  ki,  ictimaiyyun-ammiy-
yun  keçsin.  Yox,  bu  mümkün  olmaz  isə  "Yer  və  ixtiyar"  ilə 
müsəlman blokunun arasında heç bir təfavüt yoxdur! Təfavüt 
yoxdur,  deyiriz.  Zira,  həqiqətən  millətçi  olub  üzünü  dürlü-
dürlü maskalar tlə örtən bir millətçinin, aşkara millətçilik edən 
ilə heç bir təfavütü olmasın gərək" (49, 97). 
O,  sosial-demokrat  ideologiyasına  fəhlə,  kəndli,  kasıb  və 
məzlumların  partiyası  kimi  üstünlük  verirdi.  Bütün 
məzlumları  birgə  və  bərabər  şəkildə  istibdada  qarşı  səsləyən 
Rəsulzadə  yazır:  «...  ictimaiyyun-ammiyyun  üçün  milliyyət  - 
filan  yoxdur.  Fəqət  məzlumların  haqqını  himayə  etmək, 
həqiqəti açıb, aləmə bildirmək vardır» (49, 108). Bu zaman o, 
sosial-demokratların  rus,  müsəlman,  erməni  və  digər 
millətçiləri  qəbul  etmədiyini  deyirdi.  Rəsulzadənin  bu 
məsələdə  də  erməni  daşnakların  tənqid,  nisbətən  erməni 
sosialistlərini onlardan uzaq tutmasını və  bütövlükdə, sosial-
demokratları müdafiə etməsi yalnız onlara inam ola bilməzdi. 
Kifayət  qədər  güclü  olan  rus,  erməni,  gürcü,  yəhudi 
şovinistlərinə  cavab  verə  biləcək  nəinki  türk,  heç  müsəlman 
birliyinin  olmadığı  bir  zamanda  Rəsulzadənin  sözdə  bütün 
millətlərin bərbarərliyini istəyən sosial-demokrat prinsiplərini 
müdafiə etməsi təbii idi.  
İkinci Dumanın açılışına bir neçə gün qalmış Rəsulzadə yazır 
ki, hürriyyət, azadlıqsevər millət vəkilləri caamatın tələblərini 
çarizm  cəlladlarına  yetirəcək  və  hökumət  başından  rədd 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
147 
olmalarını  istəyəcəklər.  Birinci  Dumanı  buraxmaqla  əhalini 
"sağ"laşdırmaq niyyəti güdən stolıpinlərin səhvə yol verdiyini 
iddia edən Rəsulzadə inanırdı ki, caamat artıq ikinci Dumanın 
məhvinə  razı  olmayacaq.  Azadlıq  və  hürriyyət  carçısı  olan 
Rəsulzadə  yazır:  "Cəmaət  qoymayacaqdır  ki,  bir  dəxi  o,  bir 
gün  də  olsa  Dumasız  qalsın.  Cəmaət  Dumanın  təbdilinə, 
özündən ali bir idarə təbdilinə razı olar, lakin qovulmasına bir 
dəqiqə  olsun,  səbr  edəməz…  Duma  bədəndir,  cəmaət  onun 
ruhu! Bədənə ruh verilməlidir, vətəndaşlar! Duma bir idarədir 
ki,  onun  vasitəsilə  cəmaət  tamam  ixtiyarlar  el  məclisinə 
müvəffəq  ola  bilər.  Duma  intihayi-amal  deyildir.  Lakin  ona 
yetməyə  bir  alətdir!  Duma  həqiqi  cəmaət  nümayəndəsi 
deyildir. 
Lakin 
onun 
vasitəsi  ilə  həqiqi  cəmaət 
nümayəndəliyinə çatmaq olar!" (49, 117). 
İkinci  Dumanın  stolıpinlərin  əlində  oyuncağa  çevrildiyini 
deyən  mütəfəkkir  yazır  ki,  Dumada  çıxarılan  qərarların 
əksəriyyəti  çarizmin  istədiyi  şəkildə  baş  verir.  Buna 
baxmayaraq, ikinci Dumanın da fəaliyyətinin çox çəkmədiyini 
görən Rəsulzadə bir qədər də hissiyyata qapılırdı, ancaq bunu, 
şəxsinə  aid  məsələ  kimi  qələmə  verirdi.  Ancaq  burada 
aparılan  mübarizədə  bir  ümidsizlikdə  hiss  olunur.  Artıq  çar 
Rusiyasında  inqilabın  boğulması,  Dumanın  tam  şəkildə 
çarizmin  əlində  cəmləşməsi,  azad  mətbuatın  bir-birinin 
ardınca  bağlanması,  sosial-demokratların  təqibi,  "Hümmət"in 
siyasi  fəaliyyətinə  qadağa,  üzvlərinin  həbsxanalara  atılması, 
Sibirə  sürgün  olunması  və  s.  amillər  Rəsulzadəyə  ciddi  təsir 
göstərmişdi.   Üçüncü  Dumadan  heç  nə  gözləməyən 
Rəsulzadə  yazır  ki,  artıq  bu  Duma  millətin  deyil,  ancaq 
hökumətin işinə yarıyır. Ona görə də mütəfəkkir artıq üçüncü 
Dumanın  buraxılıb  yenisinin  seçilməsi  ilə  nəyinsə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə