MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə44/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
136 
136 
də  həmin  ədaləti,  həqqaniyyəti  tələb  ediyoruz.  Çünki,  ədalət 
vasitəsilə cəmaətin qədri ucalar, yüksəklərə çıxar" (49, s.38). 
Rəsulzadə  8  saat  iş  gününə  keçiləcəyi  təqdirdə,  işsizliyin 
azalacağına,  maaşların  artırlacağına,    keyfiyyətli  məhsullar 
istehsal  olunacağına  inanırdı:  "8  saat  iş  günü  işsizliyi 
əksiltmək  və  cəmaətin  iqtidari-maadiyyəsini  artırmaq  üçün 
tələb  edilir…  Cümlə  o  yerlərdə  ki,  iş  vaxtı  qısadır,  (muzd) 
həqi-əməkdə çoxdur; iş vaxtı uzun olan yerlərdə isə iş muzdu 
azdır… Gündə 8 saat işləyən və lazımi qədər də məvacib alan 
fəhlə çox işləyib, az məvacib alan fəhlədən bir  çox məhsulat 
hüsula  verər.  Çünki  yaxşı  bəstlənmiş  və  vaxtlı-vaxtında 
rahətlik  etmiş  fəhlə  8  saat  işlədikdə  həvəs  və  huş  ilə  işlədiyi 
üçün işi əldən tez, həm də əla vəchilə çıxardar" (49, 39). 
Daha  sonra  Rəsulzadə  8  saatlıq  iş  gününün  fəhləyə,  onun 
ailəsinə təsiri baxımından əhəmiyyətindən yazır: «Ailə içində 
güzəranı düz bir yola salıb, məişəti rahatlandırmaqdan ötrü və 
ailənin  tərəqqi  və  təkamülü  üçün,  yəni  bədənən  və  ruhən, 
mənən  və  maddən  irəli  getmək  üçün  8  saat  iş  gününün 
müqərrər  olunması  tələb  edilir.  İctimaiyyun-ammiyyunları 
ailəni  dağıtmaq  fikrilə  ittiham  ediyorlar.  Lakin  bu  töhmətin 
bica  və  biəsil  olmasını  həmin  hal-hazırda  mövcud  sərmayə 
dövründə  tələf  olmuş,  pərakəndə  düşmüş  ailə  göstəriyor. 
Zəmanə ki, 8 saat iş günü qərar verildi, ailənin hər fərdi gündə 
2 saat rahat qalıb, əfradi ailənin tərbiyəsinə bədənən və mənən 
tərəqqisinə  səy  edir.  Atanın  və  ananın  uşaqlarının  dalınca 
müvazib olub, tərbiyələrinə layiqincə məşğul olmağa vaxtları 
olar.  Bu  minval    ilə  ailə  tərəqqi  edib,  insaniyyətə  böyük  bir 
nəfi gəlmiş olur" (49, s.40). 
Rəsulzadə  sosial-demokrat  olaraq  xalqı  öz  haqlarını  tələb 
etməyə səsləyir: «Ey insaniyyətpərvər əhli həmiyyətlər, cümlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
137 
cihad  edib  əlləşin,  fəhlə  sinfi  və  əfkarı  xeyriyyə  sahibləri  ilə 
bərabər 8 saat iş gününü tələb ediniz. Tələb edib də bu yol ilə 
yaxşı tərbiyənin, yaxşı nəslin zühuruna müvəffəq olunuz» (49, 
s.41). 
Rəsulzadə  fəhlələrin  haqlarını  tələb  etməklə  yanaşı,  istibdadı 
lənətləyir və belə bir ölkədə azad olmağın mümkünsüzlüyünü 
deyir. Onun fikrincə, istibdadla mübarizə aparılmalı və bunun 
nəticəsi  kimi  inqilabın  olması  labüddür.  "Dəhşətli  məbər" 
(Dəhşətli  yol)  məqaləsində  Rəsulzadə  yazır  ki,  Rusiyanı 
bürüyən  anarxiya  bütün  millətlər  üçün  bir  yoldur,  bəzi 
millətlər  bu  yolu  gedibəlr,  bəziləri  də  getməlidirlər.  Bunu, 
dəhşətli  yol  kimi  qələmə  verən  Rəsulzadə  yazır:  "Bu  bir 
yoldur ki, bunu cəmi milləli-qərbiyyə getmişlər və yerdə qalan 
millətlər  də  gedəcəklər.  Bu  bir  keçiddir  ki,  tarix  hamısını 
buradan  sürüb  keçirdəcəkdir.  Bu  bir  dəhşətli  yoldur  ki,  istər-
istəməz hər kəs buradan keçməyə məcburdur. Bu bir məbərdir 
ki, istibdad dağlarından  axan bulanlıq zülm sellərindən tərkib 
tapmış dəhşətli bir nəhr içində ittifaq düşmüşdür" (49, s.55). 
Rəsulzadə hesab edir ki, Rusiyada baş verən inqilab isə fəhlə 
və  füqərayi-kasibənin  inqilabıdır.  Onun  fikrincə,  zülm  və 
istibdadla  hürriyyət  və  səadət  arasında  mübarizə  gedir  ki,  bu 
da həmin dəhşətli məbərin, keçidin, yolun üstündən keçən bir 
nəhrdən,  çaydan,  göldən  keçir:  "Rusiya  camaatı təyyi-mənzil 
edib,  indi  bu  nəhri  (çayı,  gölü)  keçib  çəmənzara  çıxmaq 
istiyor.  Məlum  olduğu  üzrə  bu  da  asan  bir  şey  deyildir.  Bu 
yolda  fədakarlıq  lazımdır.  Cürət,  himmət,  qeyrət  gərəkdir. 
Buradan  geri  qayıtmaq  olmaz.  Bu  yolu  labüd  və  naçar 
keçməlidir.  Bu  məbəri  keçdikdə  insan  tələfatı,  mal  zərəri  və 
qeyri  qəzalar  olacaq.  Kimini  su  aparacaq,  kimi  ayaq  altında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
138 
138 
qalıb  şikəst  olacaq,  bir-birindən  yol  almaq  üçün  mübahisə, 
mücadilələr də olacaq" (49, 56). 
Rəsulzadə  də  başqa  sosial-demokratlar,  xüsusilə  bolşeviklər 
kimi  inqilabın  qaçılmaz  olduğuna  inanır.  Onun  fikrincə, 
Rusiya  bu  inqilabdan  qaça  bilməyəcək:  "Rusiya  cəmaəti 
tamamlıq  reaksiyanın  müdhiş  məbərindən  keçmək  istiyor. 
Odur  ki,  aləm  bir-birinə  qarışıb,  hər  yandan  iğtişaş,  ixtilaf 
xəbəri gəlməkdədir" (49, s.56). 
Rəsulzadə 1905-ci il 17 oktyabr inqilabının bir illiyi ilə bağlı 
yazdığı  məqaləsində  bu  inqilabın  doğurduğu  nəticələri 
göstərir, hökumətin verdiyi vədlərin boşa çıxdığını qeyd edir. 
Sosial-demokrat 
kimi 
Rəsulzadə  Rusiyada  vəziyyətin 
inqilabaqədərki şəraitdən daha dözülməz olduğunu yazır: "Bu 
oktyabrda  vədə  verilənlər  çox-çox  idi.  Həm  mətbuat 
hürriyyəti,  həm  danışıq,  ittifaq  və  ictimalar  azadlığı, 
hürriyyəti-din və vicdan, insani ondan mən eləmək olmayacaq 
bir  taqım  hürriyyətlər,  cümləsi  vəd  edilmişdi.  Bəli,  vəd 
edilmişdi.  Yalxu  (yalqız)  vədə  olub  da    vədəliyində  qaldı-
qövldən  felə  keçmədi.  Qövldən  felə  keçmədi  səhihdir, 
tərəqqiyi məkus edib oktyabrdan qabaqki dövrdən daha betər, 
daha  acıq  olaraq  zülm  və  təəddilər  rəsmi  cəbr  və  təkdirlər 
çoxaldı" (49, 64). 
Rəsulzadə  adıçəkilən  məqaləsində,  qeyri-müsəlmanların 
çarizmin  verdiyi  az-çox  hürriyyətdən  istifadə  etdiyi  zaman 
müsəlmanların,  müsəlman  sosial-demokratların,  Dumaya 
seçilmiş millət vəkillərinin bundan kənarda qalmasına biganə 
yanaşa  bilmirdi.  Müsəlmanların  bu  məsələdə  də,  geri 
qalmasına o, təəssüf edir: "Hər kəs öz hüququnu yaxşıca bilsə 
də,  biz  müsəlmanlar  öz  hüququmuzu  heç  yamanca  da  olsun 
belə bilmiyoruq. Cümlə millətlər vəkil göndərəndə, o vəkilin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə