MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
124 
124 
etdilər, tainki bu əqdi-əzmin sadir olmasına, yəni məşrutiyyət 
verilməsinə  müvəffəq  oldular.  Tehran  inqilabından  sonra 
Təbriz  hadisələri  aralığa  düşüb  cümlə  Azərbaycanı  bir 
həycani-əzim  bürüdü.  Cəmaət  və  el  təşəbbüsü  burada  da 
zühura  gəldi.  İran  millətinin  tələbləri  müəyyən  olunmağa 
başladı.  İran  milləti-nəcibəsinin  istədiyi,  onnu  tələb  etdiyi 
müsavat  küll  olub,  bilafərq  millət  və  məzhəb,  arvad,  kişi 
hamısının bərabər hər hüquq və ixtiyarda bilafərq olmasıdır. 
İndi  Təbriz  şəhəri  bizləri  küll  Azərbaycandan  məbus  olaraq 
seçib,  Millət  Məclisinə  göndərirlər  ki,  orada  onların  hüquqi-
bəşəriyyələrini mühafizə və müdafiə edək. İndi biz də cəmaət 
yolunda  canımızı  əlimizə  tutub  gedirik  və  hər  müaminə  və 
müqabiləyə  müqavimət  edib  hər  bir  mühaimət  ilə  çalışıb 
vuruşacağız.  Siz  də  müttəhid  olub,  bizim  tərəfimizə  durun, 
ittifaq edin. Müttəhid olun ki, fəqət ittihad və ittifaq ilə oların, 
müstəbidlərin,  zalımların  əleyhinə  dura  bilərsiniz,  nuqəti-
ittihad ilə məramə çatarsınız!" (49, s.94-95). 
Rəsulzadə  Təbriz  inqilabına  böyük  ümidlə  baxırdı.  Başda 
Səttarxan olmaqla Təbriz inqilabçılarının, Tehranda toplanmış 
Millət  Məclisinin  qərarlarını  hökumətin  əməl  etməyəcəyi 
təqdirdə,  yeni  hökumət  seçəcəklərini  bəyan  etməsini, 
Rəsulzadə  təsadüfi  hal  kimi  dəyərləndirmir.  Onun  fikrincə 
İranda hürriyyətin mahiyyətini anlayan Təbətəbai kimi ruhani 
alimlərlə  yanaşı,  bəzi  adlarını  alim  qoyub,  özləri  mal,  var-
dövlət  düşkünü,  istibdad  tərəfdarı  olan  alimlərdə  var: 
"Xoşbəxtlik  buradadır  ki,  qədrşünas  olan  əhali  əvvəlincilər 
kimi cəmaət fədailərinin qədrini bildiiyi halda, axırıncıların da 
cəzasının yaxşıca düşünüb, onları layiq olduqları vəsilələr ilə 
cəzalandırırlar" (49, s.119). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
125 
Rəsulzadə  İran  inqilabında  türklərin  böyük  rol  oynadığını, 
Təbrizin əsas inqilab mərkəzinə çevrildiyini fəxrlə qeyd edir. 
Onun  fikrincə,  İran  türkləri  Rusiyada  fəhləlik,  hambalıq 
edərkən  hürriyyət  və  azadlıq  ideyalarını  da  mənimsəyiblər: 
"Qafqaz  vilayətlərində  fəhləlik  və  hamballıq  etməklə  kəsb-
ruzi  edən  iranlıların  əksəri  Azərbaycan  türkləridir  ki,  burada 
Rusiya  fəhlələlri  arasında  işləməklə,  yoldaşlıq  təsiri  olaraq, 
hürriyyət  və  fədakarlıq  işlərinə  alışmışlar!  "İran  bahadırları 
türklərdir"  -  demək  İran  inqilabının  əsası  ilə,  əsasi-elmiyyəsi 
ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə 
olmaz" (49, s.120). 
Qeyd edək ki, Rəsulzadə İranda məşrutiyyətin baş verməsində 
və  onların  müəyyən  bir  yola  istiqamətlənməsində  Cənubi 
Azərbaycan türklərinin rolunu xüsusilə önə çəkib. Səttarxanın 
başçılığı ilə Təbrizdə başlanan inqilaba seyirçi qala bilməyən 
Rəsulzadə  üçün,  Bakı  ilə  Təbriz,  Gəncə  ilə  Ərdəbil  və  s. 
birdir,    Bütövlükdə,  Azərbaycan  anlayışı  var  ki,  burada  onun 
Şimalı  ilə  Cənubu,  Qərbi  ilə  Şərqi  arasında  heç  bir  fərq 
yoxdur və ola da bilməz. Vətənmizin bir adı var: Azərbaycan. 
Azərbaycanımızın istənilən bir yerində baş verən hadisə, eləcə 
də  Təbrizdə  baş  verənlər  Rəsulzadə  üçün  eyni  dərəcədə 
önməli  idi.  Bu,  başqa  cür  də  ola  bilməz.  Bəlkə  də,  çar 
Rusiyasının  irticasından,  həbsxanaya  düşməkdən  daha  çox, 
Rəsulzadəni  1909-cu  ildə  Təbrizə  getməyə,  burada  İran 
istibdadına  qarşı  baş  qaldıran  inqilab  olmuşdu.  Təbrizdə 
olarkən  inqilabın  rəhbəri  Səttarxanla  görüşən  Rəsulzadə  bir 
jurnalist kimi, onun inqilabla bağlı fikirlərini bölüşür: "Sərdar 
(Səttarxan) qayətdə sadə və safdil bir adam olub, öz qüvveyi-
bazusinə  kəmali-əmniyyətlə  inanan  bir  adam  olduğu  hər  bir 
hərəkət  və  kövtari  ilə  aşkar  ediyor.  Nə  üçün  konsulxanada 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
126 
126 
bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı və ciddi 
bir tövr ilə: 
- Mən vətənimin istiqlali yolunda bir il tamam çalışdım. Ölüm 
içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü kimi, 
o  doğma  anam başqa  bir  həlakətə  uğrayır.  Asayiş  hazırlamaq 
və  rahətlik  bərdavam  etmək  üzrə  gəlmiş  olan  ruslar,  hala  bir 
hərəkəti-istilacuyanəyə  başlamışlar  ki,  artıq  vətənimizin 
istiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana 
bilmiyoruz.  Zira  xaricilər  hər  kəsi  istərlərsə,  tutarlar  hər  nə 
istərlərsə,  edərlər.  Məmləkətin  hakimləri  vəzifə  almaq 
istiyorlar.  İştə  böylə  bir  haldə  biz  nə  qayıra  bilərik.  Artıq 
canbazlıq  meydanına  atılıb,  müqatilə  başlamaq  işə  keçməz. 
Çünki  burası  vətəni  daha  tez  əldən  verməyə  səbəb  ola  bilər. 
Odur  ki,  biz  də  burada  mütəhssin  olub,  sülhə  protestimizi 
bütün  dövlətlərə  bildirib,  xaricilərin  tezliklə  vilayətimizdən 
çıxmalarını  istəyirik.  Mən  artıq  istərdim  ki,  bizim  millət 
Osmanlı  ilə  yaxınlaşsın.  İndi  bu  haldan  bir  dərəcə 
mütəşəkkirəm  ki,  bizi  birləşdiriyor.  Təmin  almaq  və  bəstə 
girmək  üçün  doğrusu  burasını  müvaifq  gördük.  Zira,  islam 
məmləkəti 
və 
ümdəsi 
məşrutəli 
bir 
məmləkətin 
nümayəndəsidir… 
Sərdar  qayətdə  qanı  isti  bir  adam,  hərəkəti  xeyli 
cəlddir,  danışığı  çox  ciddidir.  Məşrutəpərəstiliyi  din 
dərəcəsində  qəvidir.  Bu  adam  məşrutə  tərəfdarı  olmaqda 
fanatizm  ediyor.  Bütün  hərəkətini,  vücudunu,  zori-bazusunu 
millətə  sərf  etmiş  olan  bu  adam  özünü  təkrarən  bəyan 
etdiklərinə  görə  Nəcəf  üləması  hökmi-müqəddəslərinə  tabe 
olub,  onlar  nə  əmr  edirsə,  bir  an  təxir  etməsizin  icrayə 
hazırdır.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə