MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
127 
-  Rus  və  ingilis  konsulları  yanıma  gəldiklərində: 
məşrutə sənin əlindədir - dedilər. Mən isə cavab verdim ki, siz 
böyük  bir  səhv  edirsiniz,  mən  məşrutənin  iti  işli  bir 
pasibaniyəm.  Sahibləri  isə  Nəcəf  üləmayi-əlamdır.  Onlar  nə 
əmr edirlərsə, mən o saatdaca icraya hazıram" (49, 335). 
Rəsulzadəyə  görə,  İran  inqilabı  iki  böyük  qüvvətli  ruhla 
ruhlanır: "Biri məmləkəti qanuni bir ölkə edib əsil məşrutiyyət 
yoluna salma, digəri isə xarici təxti-nüfuzundan çıxıb istiqlali-
mülki-milləti bilmərrə təmin etmək" (49, 416). 
Rəsulzadə  Cənubi  Azərbaycanda  olduğu  müddətdə  demək 
olar  ki,  bütün  şəhərləri,  bir  çox  qəsəbə  və  kəndləri  gəzmişdi. 
Sonralar  Rəsulzadə  bunu  "İran  türkləri"  başlıqlı  silsilə 
məqalələrində  geniş  şərh  etmişdi.  "İran  türkləri»  əsərində 
ayrıca  olaraq  Güney  Azərbaycan  türklərinin  həyatına  və 
onların mübarizə üsullarına toxunan Rəsulzadə yazır: «… İran 
türklərini farslara nisbətilə daha müsaid bir halda bulunduran 
bir  səbəb  dəxi  vardır  ki,  o  da  səciyyeyi-zatiyyələridir.  İran 
türkü,  başqa  türk  qardaşı  kimi  bir  az  mühafizəkardır. 
Azərbaycanlı  bir  türk,  Şirazi  bir  farsdan  daha  mütəssisibdir, 
türk  fars  qədər  hürrnədiş  deyil,  fəqət  onun  qədər  əzimsiz  və 
laübal  deyildir.  Türk  daha  mətin  və  daha  səbatkardır»  (50, 
s.118). 
M.Ə.Rəsulzadə  İran  inqilabında  türklərin  daha  böyük  rol 
oynadığını,  onun  istiqamətlərinin  müəyyənləşməsində  səy 
göstərdiyini  ortaya  qoyur:  «İran  türkləri,  inqilabın  yalnız 
maddiyyatını deyil, mənəviyyatını da idarə etmişlərdir. Təbriz 
adətən İran əfkarı-əhraranəsinin bir nazimi-mütləqi olmuşdur, 
məşrutiyyətin  bir  dərəcə  istiqrarından  və  Məclisi-Millinin 
güdaşından 
sonra 
da 
türklərin 
həyati-siyasiyyədə 
əhəmiyyətləri  artmış  və  ədədlərinin  nisbətindən  fəzlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
128 
128 
fəaliyyətləri  görülmüşdür.  Gərək  birinci  məclisdə  və  gərək 
ikinci  Azərbaycan  vəkilləri  nüfuzu-nəzər  və  həmiyyət-
vətəniyyəcə  sair  arkadaşalrından  daima  yüksək  bir  mövqedə 
bulunmuşlardır» (50, s.118). 
Rəsulzadə  Osmanlı  imperiyasında  baş  qaldıran  inqilabi 
hərəkatda,  Gənc  türklərin  mübarizəsində  çar  Rusiyasındakı 
1905-1906-cı  illərdəki  inqilabının  mühüm  rol  oynadığını 
yazır. Onun fikrincə Rusiya inqilabı bir çox işlərə rəvac verib 
ki,  bunlardan  biri  də,  Gənc türklərə təsiridir:  "İllər ilə  cəlayi-
vətən olub, Alp və Altay dağlarında "vətən-vətən" - deyib nalə 
edən  Gənc  türklər  sinələri  hürriyyət  yolunda  dağidar  olub 
Türkiyə istibdadından vərəmlənmiş dahiyələr Rusiyanın böylə 
qeyrətli  hərəkətini  görüb,  cürətləndilər.  Himmətləri  artdı.  Bir 
az  da  ümidlə  işə  girdilər.  İnşallah  müvəffəq  də  olarlar"  (49, 
s.52). 
Osmanlı  İmperiyasında,  o  cümlədən  İstanbulda  baş  qaldıran 
«Gənc türklər» hərəkatını sosial-demokrat nöqteyi-nəzərindən 
Rəsulzadə  belə  dəyərləndirir:  «Türkiyə  cəmaəti  bunu  başa 
düşmüyor  ki,  hürriyyət,  səadət  ayrılıqla  deyil,  ittihadi-ittifaq 
ilə başa gəlib beynəlmiləllik zühuru ilə qələbə edəcəkdir. Hal-
hazırda  isə  Rusiya  hərəkati-hürriyyətpərvanəsinin  əsəri-
feyzbəxşi  olaraq  bu  nöqteyi-nəzər  həqiqi  Türkiyə 
vətəndaşlarının  arasında  nüfuz  olub,  istər  Gənc  türklər,  istər 
erməni  və  qeyri  inqilabiyyunların  arasında  bu  fikri-səadət 
əsəri  özünə  tərəfdarlar  aramaqda  və  kəsbi-müvəffəqiyyət 
göstərməkdədir…  "Şurayi-Osmani"  cəmiyyətinin  qəsdi 
Türkiyə  istibdadından  qəsb  edilmiş  qanuni-əsası  iadəsi  ilə 
bəxtiyar etməkdir» (49, s.120).  
Rəsulzadə  "Şurayi-Osmani"nin  hürriyyət  və  azadlıqsevər 
yolunu  alqışladığını,  ancaq  bir  məsələdə  onlarla  razılaş-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
129 
madığını  yazır:  «Bizi  düşündürəcək  bir  məsələ  varsa,  o  da 
cəmiyyətçilərin nöqteyi-nəzərlərinin burada dayanıb bir az da 
o  yanı  görməmələridir  ki,  bu  da  əsl  hürriyyət  almağa  qabil 
olan  füqərayi-cəmaətə  istinad  etməyib,  sinfiyyət  ayırmayaraq 
«hamı cəmaətə» söykənmələridir» (49, 121).  
Sinfi  mübarizənin  önəmliliyini  qeyd  edən  Rəsulzadə  bu  vaxt 
millətçilikdən uzaq durub, sinfiyyətə ayırmadan ümumi halda 
xalqa  söykənməyi mənasız  sayır. Ancaq  Rəsulzadə  ilk  addım 
kimi  bunu,  müsbət  qiymətləndirir  və  «Şurayi-Osmani» 
məqaləsində  yazır:  «Hərgah  Türkiyə  əhrarları,  istər  Gənc 
türklər,  istər  qeyriləri  bu  vaxta  kimi  Şurayi-Osmaniyyənin 
indi tapdığı olan yol ilə getsəydilər, yəqin ki, bu vaxta kimi bir 
şeyə  nail  olmuşdular!  Heç  eləməməkdən  isə  gec  eləmək 
yaxşıdır-  nöqteyi-nəzərindən  baxılırsa  biz  cümlə  Türkiyə 
əhrarına  Şurayi-Osmani  məsləki  dairəsində  yığışıb  bilafərq 
millət  və  məzhəb  çalışmalarını  Türkiyə  hürriyyəti  və  səadəti 
naminə  olaraq  tövsiyə  edib,  "Şuryai-Osmani"  cəmiyyətinin 
zühurunda  Türkiyə  üləmasının  oyanmağına  bir  nişanə  olaraq 
meydana gəldiyini təbrik və təhniyyət edib, ona Həqqin yar və 
mədədkar olmasını səmim qəlb ilə arzu eləriz!  
Qoy beynəlmiləllik nuri işıqlanıb «millətçilik» və dargözlülük 
cəhlini yer üzündən məhv edərək səadəti-ümuminin vücudunu 
təmin eləsin!» (49, 123). 
Türkiyədə  də  millətlərin  ayrı-ayrılıqda  deyil,  istibdada  qarşı 
birlikdə,  sinfi  mübarizə  halında  mübarizə  aparmalarının 
doğruluğuna  inanan  Rəsulzadə  bu  istiqamətdə  artıq  ilk 
addımların atıldığını yazır: "Çoxlu məşəqqət və əzabdan sonra 
cümlə Türkiyə milləti arasında olduğu kimi erməni millətinin 
arasında da böylə bir xətti-hərəkətin bimənfəət olduğunu hiss 
edənlər  çoxlaşmağa  başlayıb,  həm  türklər,  həm  də  ermənilər 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə