MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə42/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
130 
130 
bildilər ki, hürriyyət ayrı-ayrı olub, hərə bir tərəfə çəkmək ilə 
deyil,  ittifaq,  ittihad  ilə  başa  gələck  bir  işdir…  Bunların  bir-
birilə 
yavuqlaşmasından 
"Şurayi-Osmani" 
rəayasını 
mütləqiyyətdən qurtarıb idareyi-məşrutə ilə azad etməkdir. Bu 
məqsədini  əmələ  çıxarmaq,  tutduğu  amala  vasil  olmaq  üçün, 
hamı  Türkiyə  təbəələrini  hər  millət  və  məzhəbdən  olursa-
olsun arvadmı, kişimi, - bilatəfavüt  - öz səflərinə çağırır və bu 
yol  ilə  Osmanlını  düşdüyü  girdabi-həlakətdən  çıxarmaq 
istiyor" (49, s.146). 
Rəsulzadə  1908-ci  ildə  Osmanlıda  Gənc  türklərin  inqilabına 
da  xüsusi  diqqət  yetirir.  Rəsulzadə    yazır  ki,  Gənc  türklərin 
"İttihad  və  Tərəqqi"  Partiyası  Türkiyənin  yeni  bir  dönəmə 
başlamasına rəvac verir: "Məlumdur ki, Gənc türklərin xarici 
siyasətinin  məqsədi  ölkə  daxilində  həyatın  yenilənməsi  və 
konstitusiya  əsaslarının  möhkəmlənməsi  ilə  rahat  məşğul  ola 
bilmək üçün, ölkəni hər cür təcavüzlərdən qorumaqdan ibarət 
idi. Onlar öz işlərinin bu sahəsində fövqəladə qabiliyyət sahibi 
olduqlarını  göstərdiər…  "İttihad  və  Tərəqqi"  Partiyası 
parlament  seçkilərində  parlaq  zəfər  çalmışdır  və  məlum 
olduğu kimi, indi parlamentdə rəhbər rol oynayır" (49, 281). 
Ümumilikdə,  qonşu  ölkələrdə  gedən  ictimai-siyasi,  ideoloji 
prosesləri sosail-demokrat kimi dəyərləndirən M.Ə.Rəsulzadə 
əvvəllər  sosial-demokratlar  kimi  inanırdı  ki,  sosializm  bütün 
ölkələrdə bərqərar olmaqla ayrı-ayrı millətlərin problemləri də 
həll  olunacaq.  Şübhəsiz  ki,  bu  zaman  Rəsulzadə  ayrı-ayrı 
millətlərin milli ideoloji savaşlarındakı kəskin fərqləri nəzərə 
almayıb. Hətta Bakının özündə fəaliyyət göstərən erməni, rus 
və  başqa  millətlərin  şovinist  hərəkətləri  belə  ilk  dövrlərdə 
onun  beynəlmiləl  inqilab  fikirlərinə  ciddi  şəkildə  təsir 
göstərməyib.  Rəsulzadə  tutduğu  yolun  doğruluğuna  hələlik, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
131 
müəyyən mənada inanırdı. Bu inanc isə bütün millətləri sinfi 
mübarizə  yolu  ilə  xoşbəxt  görməkdən  başqa  bir  şey  deyil. 
Ancaq  Rəsulzadə  unudurdu  ki,  bir  çox  millətlərin 
nümayəndələri  sosial-demokratizm  pərdəsi  adı  altında  yalnız 
öz  maraqları,  mənfəətləri  üçün  çalışırlar.  Bunu  dərk  etməsi 
üçün,  Rəsulzadənin  müəyyən  bir  zamana  ehtiyacı  vardı.  Bu 
baxımdan  Rəsulzadənin  ilk  dövrlərdə  çar  Rusiyasında, 
Osmanlı imperiyasında, İranda və dünyanın başqa ölkələrində 
baş  verən  hadisələrə  yalnız  sosial-demokrat  mövqeyindən 
yanaşması təbiidir. 
M.Ə.Rəsulzadə  istər  Bakıda,  istərsə  Tehranda  yazdığı 
məqalələrində,  əsərlərində  sosial-demokrat  prinsiplərinin, 
islam  və  sosial-demokratiyanın,  əsl  milliyyətçilik  və  sosial-
demokratiyanın 
bir-birinə 
zidd 
olmamasına, 
əmək 
bərabərliyinin,  ictimai  bərabərliyin,  sosial  ədalətin,  edamın 
ləğv  olunmasının,  insan  hüquq  və  azadlıqlarının  və  s. 
məsələlərin  təbliğinə  də  geniş  yer  verir.  1905-1907-ci  illərdə 
çar  Rusiyasında  baş  verən  inqilab  Rəsulzadəyə  çox  böyük 
təsir  göstərmişdi.  Başqa  mütəfəkkirlər  kimi  (Ə.Hüseynzadə, 
Ə.Ağayev,  Ə.Topçubaşov,  C.Məmmədquluzadə  və  b.) 
M.Əmin  də  azad  mətbuatın  yaranmasından  istifadə  etmiş  və 
bir  çox  məqalələr  yazmışdı.  Rəsulzadə  inqilabçı  "Təkamül" 
qəzetinin  başçısı  kimi  açıq  şəkildə  inqilabçılığı,  hürriyyət  və 
istiqlalı təbliğ edirdi. "Çox keçmədən onu, (M.Ə.Rəsulzadəni) 
1906-cı ildə nəşrə başlayan "Təkamül" (1906-1907) qəzetinin 
başında  görürük.  İnqilabçı,  millətsevər  gəncliyin  fikirlərinə 
tərcüman  olan  bu  qəzet  proqram  məqaləsində  "Millətlərin, 
qövmlərin,  heyətlərin  siniflərin  və  şəxslərin  hüquq  və 
ixtiyaratda  azad  və  bərabər  olmalarını",  hər  növ  təcavüzdən 
qorunmalarını  müdafiə  edən  gənc  və  inqilabçı  mütəfəkkir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
132 
132 
Rəsulzadə  bu  tezisi  həyatı  boyunca  işlədəcək:  "İnsanlara 
hürriyyət,  millətlərə  istiqlal!"  şəklində  ifadə  etdiyi  milli 
məfkurə halına gətirəcəkdir" (49, s.7). 
Monoqrafiyanın  birinci  fəslinin  ilk  paraqrafında  da  qeyd 
etdiyimiz  kimi,  Qərbi  Avropanın  həm  sözdə,  həm  də  əməldə 
hürriyyət  dəyərlərini  ilk  dəfə  dərindən  böyük  filosofumuz 
M.F.Axundazə  dərk  etmiş  və  bu  dəyərləri,  "Kəmalüddövlə 
məktubları"ında  Şərq  və  Qərb  xalqlarının,  dövlətlərinin 
timsalında  uğurla  müqayisə  etmişdi.  M.F.Axundzadənin 
başladığı  bu  işi  Həsən  bəy  Zərdabi  davam  etdirmiş  və  artıq 
ötən əsrin əvvəllərində Qərbi Avropanın azadlıq ideyaları çar 
Rusiyasında,  o  cümlədən  Quzey  Azərbaycanda  geniş 
yayılmışdı.  M.Ə.Rəsulzadə  Axundzadə,  Zərdabi,  C.Əfqani 
(İstanbulda  C.Əfqaninin  elmi-fəlsəfi  fikirləri  ilə  tanışlıqdan 
sonra) 
və  başqalarının  tutduğu  yolu  çox  düzgün 
dəyərləndirmiş, dərk  etmiş  və "İnsanlara hürriyyət, millətlərə 
istiqlal!"  şüuarı  altında  milli  məfkurəmizin  əsas  prinsiplərini 
müəyyənləşdirmişdir. "Fərdin, (şəxsin, insanın) azadlığı, əmək 
və  çalışma  azadlıqları  və  millətlərin  azadlığı  kimi  üç  ana 
ünsürdən ibarət olan bu Qərbi Avropa azadlıq ideyasının Şərq 
dünyasına yayılmasına və yerləşməsinə qarşı çətin bir cəhalət 
səddi təşkil edən Rusiya imperatorluğunu, inqilabçı həmlələrlə 
yıxıb  ortadan  qaldırmağın  mümkün  olacağına  inanan  Rəsul-
zadə  "insanlara  hürriyyət,  millətlərə  istiqlal"  şüarı  ilə  milli 
Azərbaycan  məfkurəsinin  insani,    mədəni  və  aləmşümul 
mənasını da qısa bir şəkildə ifadə etmişdir" (49, 7). 
Bu baxımdan yaradıcılığının ilk dövründə yazdığı məqalələrin 
ana  xəttində  sosial-demokrat  əqidəsi,  inqilabi  ideyalar 
dayanan  M.Ə.Rəsulzadə  sinfi  azadlıq,  sosial  ədalət,  ictimai 
bərabərlik  və  s.  ideyaların  daşıyıcısı  kimi  bir  qism 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə