MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
139 
nə əqidədə, nə yolda işlədiklərini bilib seçirdilərsə, biz əlli iki 
min  hiylə  və  təzvir  qurub  öz  aşnamızı,  dostumuzu,  "millət 
necə  tarac  olur  olsun,  nə  işim  var"  -  deyib,  vəkil  etməyə 
çalışdıq.  Ümumi  adətimizə  görə  hər  kəsin  pulu  varsa,  arxalı 
isə, qolu güclü isə ondan qoruxub, öz hüququmuzu bir taqım 
"millətpərəst"  naminə  cibpərəstlərə  qruban  etdik.  Vəkil 
seçəndə  onun  istedadına,  bacarığına,  əqidəsinə,  tutduğu 
məsləkinə etina etməyib, fəqət filankəs oxumuş adamdır, filan 
ağa  onu  təklif  edir  -  deyə  qoyun  sürüsü  kimi  birimiz 
hürükdükdə  qeyrilərimiz  də  həmin  tərəfə  qaçışdıq.  Dəxi 
Rusiyanı  bürüyən  bu  təlatüm  və  həyacanın  həmin  bu 
hüquqpərəstlikdən  öz  qədr  və  heysiyyəti-insaniyyəsini 
özgələrə  qurban  etməmək  xahişində  olmadan  nəşət  etməsini 
qanmadıq" (49, 65). Rəsulzadə müsəlman sosial-demokratları, 
bütövlükdə  müsəlmanları  (türkləri)  bir  daha  belə  ciddi 
səhvlərə yol verməməyə çağırır.  
Rəsulzadə  islamın  sosial-demokratiyaya  zidd  olmadığı  kimi, 
həqiqi  milliyyətin  də  sosial-demokratiyaya  əks  olmadığını 
sübut  etməyə  çalışır.  Milliyyət  məsələsinə  sosial-
demokratların  bəslədiyi  münasibəti  Rəsulzadə  ən  doğru 
taktika kimi  qəbul  edirdi. 1906-cı  ilin  dekabrın 16-sında nəşr 
olunmağa  başlayan  "Təkamül"  qəzetinin  ilk  sayında, 
"Milliyyət  məsələsi"  adlı  məqaləsində  Rəsulzadə  deyir  ki, 
milli  ədavət  toxumunu,  milliyyət  məsələsini  çarizm  istibdadı 
ortaya salıb: "Rusiya məmləkətində hökm sürən istibdadın ən 
qədim və köhnə olan üsullarından biri budur ki, istibdad (yəni 
bir nəfərin, yaxud bir dəstənin keyfi istədiyi kimi edilən idarə) 
özünə  tabe  olan  millətləri  bir-biri  ilə  yağılaşdırıb  və 
tutuşdurub  və  bununula  müxtəlif  millətlər  arasında  ziddiyyət 
və  düşmənçilik    salıyordu,  hökumət  tamam  qərinə  özünü  öz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
140 
140 
təhti  hökumətində  olan  millətləri  bəzi-bəzi  xüsusi  qanunlar 
verməklə  və  özünün  nökərləri-qulluqçuları  vasitəsilə  və  bəzi 
öz millətini, qövmini hər bir irz və namusunu satan "rəislər"in 
köməyi  ilə  cümlə  Rusiya  təbəəsi  millətləri:  müsəlmanları, 
erməniləri,  gürcüləri,  polyakları  və  qeyrilərini  təqib  edib 
sıxırdı" (49, s.75). 
Rəsulzadəyə görə partiyalar arasında milliyyət məsələsində ən 
sağlam  və  doğru  mövqe  tutan  sosial-demokratlardır:  "Ən  sol 
firqələr 
cümləsindən 
ictimaiyyun-ammiyyun 
(sosial-
demokratiya)  hal-hazırda  mövcud  olan  bir  millətin  o  biri 
millətə  olan  hökmranlığında  haman  sərmayə  binasının 
səmərəsini görür, necə ki, bir sinfin o biri sinfə ağa olub onun 
zəhmətindən  nəfbərdar  olmasında  vardır.  Bir  millətin  o  biri 
millətin  üstündə  ağalığını  və  birinin  o  birinə  olan  tabeliyini 
yerli-dibli puç  etmək  ancaq  bu  sərmayə  əsasını  uçurub, zatən 
nifaq  və  müsavatsızlıq  deyil,  ittihad,  ittifaq,  müsavat  və 
qardaşlıq  əsası  üzrə  bina  olunan,  ictimaiyyət  əsasını  quranda 
olar  -  deyib  əlavə  edir  ki,  "həmin  bu  zamanda,  yəni 
sərmayadarlıq  əsası  durduğu  halda  ictimaiyyun-ammiyyun 
təzyiqə-milliyyə, yəni millətlərin zülm və cəbr altında qalması 
qarşısına  şiddətlə  cihad  ediyor.  İndiki  Rusiyada  millət 
təzyiqini  rəf  etməkdən  ötrü  hökuməti-istibdadiyyəyənin 
kökünü  bilmərrə  aradan  götürüb  el  hökumətilə  bərabər  elə 
müəssisələr  icad  etməlidir  ki,  hər  millətin    həyati-
ruhaniyyəsinə  azadlıq  ilə  tərəqqi  etmək  yollarını  təmin 
eləsin"" (49, s.74). 
Sosial-demokratiyanın  prinsiplərini,  əsaslarını  açıqlamaqda 
davam  edən  Rəsulzadə  yazır  ki,  sosial-demokratlar  bütün 
millətlərin  mübarizəsinə  eyni  prizmadan  yanaşır  və  onların 
sinfi  mübarizəsinə  yüksək  dəyər  verir:  "Bu  da  əvvəl  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
141 
biləvvəl milləti təzyiq və yox etmək niyyəti ilə olmuş olsa da, 
verilən  qanunların  götürülməsindən  sonra  cümlə  Rusiya 
məmləkətində  olan  millətlərin  öz  dillərini  hər  bir  ümumi  və 
xüsusi  dairələrdə,  məsələn,  sudlarda,  divanxanalarda, 
upravalarda, kontorlarda işlətmək imkanından və həmçinin öz 
uşaqlarını  ana  dilində  oxutdurmaqdan  və  cümlə  vətəndaşlara 
bilatəfriq    millət  hər  bir  qulluq  xidmətlərə  mümanətsiz 
girməkdən ibarətdir. Budur, o əsaslar ki, onun üstündə sosial-
demokratiya 
milliyyəti  gözləyir.  İctimaiyyun-amiyyun 
düşmənləri bu firqəni ləkəyərək deyirlər ki,  guya ictimaiyyət 
əfkarı  milliyyəti  bilmərrə  götürüb  millətlərin  mədəniyyət, 
ədəbiyyat və dillərinə əsla qədr vermiyor" (49, s.75). 
O,  sosial-demokratlarla  milliyyətçilər  arasında  olan  fərqi  və 
ziddiyyəti  isə  belə  dəyərləndirir:  «Doğrudur,  sosial-
demokratlar  milliyyətə  düşməndir.  Lakin  həqiqi  milliyyətə 
deyil, kavıçkaya keçirilən «milliyyət»ə əksdir ki, bu da ancaq 
milliyyət  maskası  (niqabı  ilə)  örtülmüş  cibpərəstlikdən 
ibartədir  ki,  millət  sözünü  hiyləgər  sərmayədarlar  əllərində 
aləti-kəsbi ruzi eləmişlər. Sosial-demokratiya külli millətlərin 
özü  üçün  tərəqqi  edib  mədəniyyətləşməsinə  zidd  deyildir. 
Onların zidd olduğu o «millət»dir ki, özgə millətləri məhv və 
müzməhlil  (tədricən  aradan  çıxarmaq)  etmək  istiyor»  (49, 
s.75). 
Rəsulzadə  bütün  sahələrdə  çalışan  savadlı  və  savadsız 
müsəlmanların  (türklərin)  nicat  yolunu,  açıq  şəkildə  "sosial-
demokrat"  təşkilatında  gördüyünü  bəyan  edirdi.  Məhəmməd 
Əmin  1906-cı  ilin  sonu,  1907-ci  ilin  əvvəllərində  Dövlət 
Dumasına keçirilən seçkilərlə bağlı  yazdığı məqalələrində də 
sosial-demokratiya 
ideyalarının, 
prinsiplərinin 
ardıcıl, 
mübariz, qızğın tərəfdarı kimi çıxış etmişdi. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə