MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
142 
142 
Rəsulzadə  "Bakı,  23  dekabr"  məqaləsində  yazır:  "İndi  külli 
Rusiyada  seçkiyə  çalışan,  öz  işini  meydandan  aparmağa 
əlləşən  iki  böyük  üz-üzə  durmuş  tərəflər  vardır.  Onlardan 
əvvəlincisi  həqiqi  hürriyyət  tərəfdarı  olub,  insaniyyət, 
həqqaniyyət,  füqəra  və  züəfa  tərəfdarı  olub,  məmləkətin  bir 
girdabi-həlakətə  döndərən  bürokratiya  və  üsuli-istibdadiyyə 
və keyfəmayəşa düşmən olanlar,o biri tərəf isə "həqiqi rus" və 
"17  oktyabr"  firqələri  kimi  köhnəpərəst  olan  bədəndişə  pis 
fikirlilərdən  ibarətdir  ki,  Rusiyanı  azadlıq  və  səadətə  hələ 
qabil  bilməyib,  bir  az  da  onu  zənciri-əsarətdə  saxlamaq 
tərəfdarlarıdırlar" (49, s.79). 
Rəsulzadənin  fikrincə,  sol  firqə,  sosial-demokratlar  hürriyyət 
və  azadlıq  tərəfdarıdır,  hökumətin  caamatın  əlinə  keçməsini 
istəiyr.  Bu  mübarizədə  hökumətin  sosial-demokratları  deyil, 
sağları, bürokrat və istibdad tərəfdarlarını seçdiyini qeyd edən 
Rəsulzadə yazır ki, hökumət nə yolla olursa-olsun, hürriyyəti 
və  azadlığı  boğmaq  istəyir.  Ona  görə  də  yalnız  sol  firqələri 
deyil,  hətta  onlara  yaxın  olan  təşkilatların  da  üzvlərini  təqib 
edir.  Dövət  Duümasını  "sağ"laşdırmaq,  "sağ"  vəhşilərlə 
doldurmaq  istəyənlərə  qarşı  mübarizə  aparan  Rəsulzadə 
azadlıq sevənləri buna yol verməməyə çağırır və çıxış yolunu 
da göstərir:  "İndi ey  azadlığı sevən, cəmaət, ey hökumət cəbr 
və  təəddisinə  dübarədən  mübtəla  olmaq  istəməyənlər,  ey 
Rusiyanın  anarxiya  halından  cana  gəlib  bir  rahi-səadət 
arayanlar,  iki  yoldan  birini  qəbul  edin:  ya  sol  tərəfə  gedib 
gözlədiyiniz hürriyyət və azadlığa, səadət və rəfahətə çıxınız. 
Yainki istibdad və zülmə alışdığınızdan ondan ayrıla bilməyib 
sağ  tərəfə  yollanınız  ki,  ölkəni,  cəmaəti  tazədən  zəncirə 
çəkəsiniz" (49, 80). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
143 
Hələlik,  yalnız  Azərbaycan  xalqı,  Azərbaycan  türkləri, 
müsəlmanlar  üçün  deyil,  bütbövlükdə  Rusiya  millətlərinin, 
xalqlarının azadlığı uğrunda mübarizə aparan Rəsulzadə, nicat 
yolu  kimi  də  sosial-demokratiyanı  göstərir.  O  çalışırdı  ki, 
müsəlmanlar bu mübarizədə, bütün mənalarda  geri qalmasın. 
Müsəlmanları  sosial-demokrat  əqidəsinə  cəlb  etmək  üçün 
Rəsulzadə  gah  islamla  sosial-demokrat  pirinsiplərinin  zidd 
olmadığını  yazır,  gah  milliyyətlə  sosial-demokrat  əqidəsini 
müqayisə edir, yeri gələndə də dövründəki baş verən inkişafı 
görmək istəməyən və ya görə bilməyən mollalları, ruhaniləri, 
millətçiləri  tənqid  edir:  "Millətimiz  bir  cəhl  içində  yaşayıb, 
ömrünü  qəflət  və  xəbərsizlikdə  keçirməkdədir.  Ətrafını  tutan 
heç  bir  hərəkətləri  sənələr  ilə  istibdadın  və  hökuməti-
mütləqinin  çəkdiyi  zəncirlərdən  keyimiş  bədəni  hiss  etməyib 
havayı-havayı sözlər ilə cəfəngiyyat və mövhumata həkayə və 
vəzlərilə  dolmuş  qulaqları  külli  Rusiyanı  çuğlayan  hürriyyət 
və  inqilab  sədalarını  eşitmiyor.  Alimnüma  mollaların  göz 
heyrətləndirən  şəbədələri  və  sərmayədarların  hər  bir  şeyi 
əsildə  olmadığı  bir  rəngdə  göstərmələrindən  naşi  pərdeyi-
zəlam  və  qəflət  ilə  örtülən  gözləri  hürriyyət,  insaniyyət  və 
həqqaniyyət  yolunda tökülən qanları, onu (özünü) əhatə edən 
rəzalət  və  zəlaləti  görmiyor.  Və  daha  doğrusu  əvarizi-
siyasiyyə  ilə  məyub  olan  gözləri  əhvəl  adamlar  kimi  hər  bir 
şeyi  başqa  bir  rəngdə,  başqa  bir  ədəddə  görür.  Elmə  həvəs 
etmiyor, mərifət kəsb  eləmiyor, kəsb-ruzi  yolunda lazım olan 
səy və kuşiş etmiyor, Allah özü yetirər diyor. Giriftar olduğu 
fəqir və faqəyə təhəmmül ediyor. Sahibkar və dövlətlinin hər 
bir  gövr  və  sıxıntısına  səbr  ediyor.  İnsana  yaraşmaz 
ağırlıqlarda  ən  alçaq  bir  məvacib  və  şərtlər  üzrə  işliyor.  Hər 
cəbr və zülmü, nə qədər ağır və şiddətli olsa da çəkiyor. Hər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
144 
144 
ədalətsizliklərə  səbr  edib  dinmiyor,  göydən  belə  yazılıb  - 
diyor.  Hər  bir  hiyləkara  düçar  olur,  var-yoxunu  əlindən 
aldadıb  alırlar,  bir  yavan  çörəyə  möhtac  ediyorlar.  Bunların 
hamısını görür, hamısının ağrısını qəbul ediyor - yenə də ümid 
üzməyib, Allah kərimdir - diyor" (49, 80). 
Rəsulzadə  özünə  bir  nicat  yolunu  tapa  bilməyən  millətin 
oyanmasına  mollaların,  "millətiçilərin"    də  əngəl  olduğunu 
yazır:  "O biri yandan isə hallı mollalar, rövzəxanlar və qeyri 
bu kimi şəbədəbazlar, o zülm və zülmətin əmirləri, o şəriət və 
millətin  xadimləri,  o  pula  səcdə  edən  dənilər  bu  biçarəni 
səbrə,  təhəmmülə,  hər  bir  şeyə  razı  olub  "Allah  tərəfindən 
müqəddərdir  razı  olmaq  gərək"  -  deməyə  alışdırıb  və  bu 
zəifin, bu məzlumun başaltını yastıqlayıb, onu yatırdırlar" (49, 
s.81). 
Rəsulzadə müsəlmanların cəhalətdən oyanıb Rusiya, Avropa, 
Amerika  xalqları  ilə  birlikdə  hürriyyət  və  azadlıq  uğrunda 
mübarizə  aparmasını  istəyirdi.  M.Ə.Rəsulzadə  azadlıq 
uğrunda  mübarizə  aparmaqda,  inqilabçı  ruhlu  insanlar 
yetişdirməkdə  və  s.  məsələlərdə  daha  çox  ümidini  gənclərə 
bağlayırdı.  Bu  məqsədlə  o,  cavanlara  üz  tutaraq  onları 
cəhalətdən əl çəkməyə çağırırdı: «Ey millət, millət deyib bar-
bar bağıranlar, ey öz elm və bilikləri ilə fəxr və mühabat edən 
cavanlar,  ey  tələbəlik  və  studentlik  faxir  libası  ilə  müzəyyən 
ziyadarlar,  ey  cəmaət  müəllimi  adlanan  zəvati-kiramlar,  ey 
təbən hürriyyət və azadlıq məftunu olan millət balaları! Biçarə 
füqəra ürəyinin ən dərin guşəsindən gələn bu səda və fəryadı, 
millətimizin  çox  qismi  olan  bu  füqəra  və  kəsəbənin  yanğılı 
fəryadlarına guş veriniz. Giriniz bunlarnı içinə, göstərin onlara 
o  yolu  ki,  onunla  mənzilə  yetişə  bilsinlər…  Bir  baxın 
özgələrə, bir baxın ətrafınıza, bir görün qeyri-millət cavanları 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə