MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə49/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
151 
zəhmətkeş,  fəhlə  və  sizin  kimi  bir  karxana  maşınının  bir 
hissəsi olanlardır» (50, 95). 
Avropa  sosial-demokratları  da  bütün  millətlərin  zəhmətkeş, 
fəhlə sinfini vahid sinif kimi təqdim edir və qeyd edirdilər ki, 
onlar  üçün  fəhlə  sinfinin  düşməni  kapitalizm,  istibdad 
rejimlərdir. Bu məsələdən məharətlə istifadə edən Rusiyadakı 
sosialistlər  (bolşeviklər)  sosial-siyasi  bərabərliyi,  sinfi 
mübarizəni  önə  çəkərək  ayrı-ayrı  millətlərin,  xüsusilə  də 
müsəlman xalqların öz milli azadlıqlarını tələb etməsinə əngəl 
olmağa  çalışırdılar.  Bolşeviklər  sosial-demokrat  ideyaları 
altında  pərdələnərək,  çar  Rusiyası  istibdadını  devirmək 
faktorunu  önə  çəkərək  qeyri-rus,  qeyri-xristian  millətlərin 
mübarizəsinin  milli  xarakter  almasını  əngəlləyirdilər.  Bütün 
millətlərin milli mücadilələrinə zorla da olsa, sosializm donu 
geyindirməyə  çalışırdılar.  Onlar  öz  əməllərini  məharətlə 
pərdələməyi  də  bacarırdılar.  Nəticədə  də  sözdə  çox  yaxşı 
səslənən  sosial-demokrat  ideyaları  M.Ə.Rəsulzadənin  də 
ictimai-siyasi  baxışlarına  təsir  göstərir:  «Sosialistlər  milli 
məsələdən  yan  keçir  və  bəşəriyyəti  müxtəlif  millətlərə 
bölmürlər. Başqa sözlə, onlar beynəlmiləl firqədirlər. Bunu da 
qeyd  etməliyik  ki,  bu  beynəlmiləl  nəzəriyyə  yalnız 
sosialistlərə  məxsus  deyildir.  Bir  çox  kapitalist  partiyaları  da 
bu  fikirdədir.  Mədəni  millətlərin  liberal  və  demokrat 
partiyalarının  əksəriyyəti  də  dövlətin  ümumi  mənafeyinə  və 
insan 
hüquqlarına 
uyğun 
olaraq 
öz 
dövlətçilik 
nəzəriyyələrində  heç  vaxt  müəyyən  bir  millətə  üstünlük 
vermirlər» (50, s.98). 
Dünyanın bir çox ölkəl 
ərində  ictimai-siyasi  proseslərin 
bu  cür  istiqaməti  M.Ə.Rəsulzadənin  fəaliyyətində  də  özünü 
büruzə  verirdi.  Avropanın  sosialist  qurumları  kimi,  bəzi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
152 
152 
kapitalist  partiyalarının  da  ictimai-siyasi  fəaliyyətlərində 
ayrıca  bir  millətə  üstünlük  verməmələri  M.Ə.Rəsulzadəni 
düşündürməyə  bilməzdi.  Çox  böyük  ehtimalla  bu  məsələnin 
özü  də  M.Ə.Rəsulzadənin  sosial-demokrat  prinsiplərinə 
müəyyən  mənada  inanmasına  səbəb  olub.  Bu  baxımdan  bir 
çox 
azərbaycanlı-türk 
sosial-demokratlar 
kimi, 
M.Ə.Rəsulzadə  də  ilk  dövrlərdə  məhz  çar  Rusiyasındakı, 
ümumiyyətlə,  ayrı-ayrı  ölkələrdəki  istibdadların  yıxılıb 
yerində  sosialist  hökuməti  qurulması  ilə  bəşəriyyətin 
bəlalardan qurtulacağına inanıb.  
Rəsulzadənin fikrincə beş formada hürriyyət var: birincisi-söz 
azadlığı;  ikincisi-  mətbuat  azadlığı;  üçüncüsü-  cəmiyyət  və 
ittifaq  azadlığı;  dördüncüsü-  vicdan  azadlığı; beşincisi- malın 
və  canın  mühafizə  olunması  azadlığı.  Onun  fikrincə,  söz 
azadlığı  insanın  öz  fikrini,  düşündüklərini  qorxub 
çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması demək 
idi.  M.Ə.Rəsulzadənin  fikrincə,  hürriyyətin  mövcudluğunu 
şərtləndirən  ikinci  amil  mətbuat  azadlığıdır.  O,  hürriyyətin 
üçüncü  əlamətini  cəmiyyətin  və  ittifaqların  yaradılıb  sərbəst 
fəaliyyət  göstərməyində  görür.  M.Ə.Rəsulzadə  hürriyyətin 
dördüncü  əlamətinin  vicdan  azadlığı  olduğunu  göstərir. 
M.Ə.Rəsulzadəyə 
görə 
hürriyyətin 
sonuncu 
əlaməti 
şəxsiyyətin toxunulmazlığındadır. 
Bu  cür  azadlıqlar  bəlkə  də  M.Ə.Rəsulzadənin  təsəvvür  etdiyi 
milli,  ancaq  mahiyyətində  həm  də  sosial-demokrat  ideyaları 
dayanan  bir  iqtidarda  mövcud  olmalıydı.  Bu  ölkədə  isə 
Rəsulzadə  sosial-demokrat  ideyalarını  milli  haqlar  kimi 
bərabər tutur. Ancaq Rəsulzadə sezməyə bilməzdi ki, onun da 
bir  müddət  yaxın  münasibətdə  olduğu  Rusiya  Sosial-
Demokrat Fəhlə (b) Partiyasının başında duranlar heç də belə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
153 
bir  ölkənin  varlığını  arzulamırdılar.  Əgər  bu  partiyanın 
mərkəzində  dayanan  ruslar  sosial-demokrat  ideyası  altında 
yeni bir imperiya qurmaq istəyirdilərsə, Qafqaz və Orta Asiya 
türklərini  çıxmaq  şərti  ilə  yerdə  qalan  millətlər  də  yanlız  öz 
maraqları üçün çalışırdılar.   
M.Ə.Rəsulzadə  də  sosial-demokrat  cərəyanına  daha  çox 
dövrünün  ictimai-siyasi  prosesləri,  dünyada  sosial  ədalətin, 
ictimai 
bərabərliyin  bərqərar  olması,  milli  ideoloji 
cərəyanların olmaması və yaxud çox zəif şəkildə olması və s. 
baxımından  tərəfdar  olub.  Ancaq  sosial  ədalət,  ictimai 
bərabərlik  məsələlərini  çıxmaq  şərti  ilə,  sonralar  sosializm 
M.Ə.Rəsulzadə üçün dərindən bağlanacaq ideoloji bir cərəyan 
olmayıb.  
Rəsulzadənin  sosializm  və  demokratiya  problemlərinə 
yanaşmasının  ikinci  dövrü  1911-13-cü  illərdə  başlamış  və 
1920-ci illərin əvvəllərinə qədər davam etmişdi. Maraqlıdır ki, 
1911-13-cü  illər  Türkiyə  dövründən  başlayaraq  Rəsulzadənin 
sosial-demokrat  prinsiplərinə  əvvəlki  rəğbəti  azalmağa 
başlamışdı.  Sosial-demokrat  əqidəsindən  tədricən  milliyyət-
çiliyə,  türkçülüyə  keçməkdə  Rəsulzadəyə,  İstanbulda 
fəaliyyyət  göstərən  "Türk  ocağı"  dərnəyinin  fəalları,  "Türk 
yurdu"  məcmuəsinin  müəllifləri  Ə.Hüseynzadə,  Ə.Ağayev, 
Z.Göyalp  və  əsərləri  ilə  yaxından  tanış  olduğu  C.Əfqanin 
fikirləri  mühüm  təsir  göstərmişdi.  "Rəsulzadənin  Bakıya 
dönüşü,  Romanovlar  sülaləsinin  300  yübleyi  münasibəti  ilə 
elan  olunan  ümumi  əfv  üzərinə  1913-cü  ildə  vaqe  olmuşdur. 
İrandakı fəaliyyəti, hürriyyət yolundakı mücadilə təcrübəsinin,  
rus  imperializminə  qarşı  kininin  artmasına  yaradığı  kimi, 
İstanbuldakı  təmasları  da  milli  məfkurənin  yetişməsi  və 
mənəvi  təşəkkülünə  qəti  şəkil  verməsi  baxımından  çox 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə