MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə57/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
175 
yollarından  kənar  çıxmadığımız  üçün  müqəddəs  əsas  və 
binalarımızın  rəxnədar  olmadığına  inandığımızdan  hər  bir 
millətçilik  asarına  qarşı  dururuz.  Biz  deyiriz  ki,  hürriyyət, 
azadlıq, gələcək səadət və rəfahət bir şəxsin işi olmadığı kimi, 
bir  millət,  bir  taifənin  işi  olmayıb,  hamı  insanların  müttəhid, 
müttəfiq olaraq görəcəkləri bir əmri-əzimdir. Ona görə də «tək 
əldən  səs  gəlməz»  zərbül-məsəlni  ünvan  edib,  cümlə 
millətlərin  füqəralarını  ki,  onların  bir  qismdə  olan  övzayi-
iqtisadiyyə və haləti-ictimaiyyələri birləşdirib müttəfiq ediyor, 
çağırırız ki, birləşib birlikdə əlbir olaraq dəhşətli bir sitvəti ilə 
üstlərinə  düşən  istibdad  zəncirini  qırsınlar.  Və  bu  nöqteyi-
nəzərdən  olaraq,  hər  bir  firqə,  hər  bir  heyəti  ilə  ki,  bu  əsasa 
ziddiyyət  göstərib,  bu  binanın  üstündə  deyildir.  Biz  ümumi 
azadlıq naminə mübarizə ediyoruz» (49, s.101). 
M.Ə.Rəsulzadə 
əsl  millətsevərliyi  milli  məktəblərin 
açılmasında  və  onun  inkişafına  köməkdə  görür.  Deməli,  bu 
dövrdə  Rəsulzadə  üçün  milliyyətsevərlik  ana  dilinin  inkişafı, 
türk dilində məktəblərin olması, mətbuatın yaranmasıyla və s. 
bağlı  idi.  «İbtidai  yerli  məktəblər»  adlı  məqaləsində 
M.Ə.Rəsulzadə  milli  məktəblərin  açılması  və  təliminin  ana 
dilində  tədris  olunmasına  yüksək  qiymət  verir:  «İbtidai 
məktəb  gərək  ki,  milli  olsun.  İbtidai  məktəb  gərək  ki,  yerli 
cəmaətə  doğma  olsun.  Burada  təlim  ana  dilində  olsun.  Bu 
məktəblər  gərək  cəmaətin  məişətinə  uyğun  olsun…  İştə  bu 
nəzərlər həmişə maarifi politika aləti deyil,  cəmaət ümidgahı 
etmək  istəyənlərin  xahişi  idi.  Hər  kəs  ki,  məktəbi  azad  bir 
Maarif  İdarəsi  bilirdisə,...  mütləq  onun  fikri  yerli  məktəbləri 
yerli  etmək  idi...  Ancaq  bəzi  surətnümalar,  məktəblərə 
məktəblikdən  irəli  bürokratizm  idarəsi  və  missionerxanalar 
nəzəri ilə baxanlar bu fikirlərin əleyhinə idilər» (71). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
176 
176 
M.Ə.Rəsulzadə  Rusiyada  baş  verən  17  oktyabr  manifestinə 
qədər vəziyyətin tamam başqa cür olduğunu yazır: «Əvət, rus-
müsəlman adı ilə müsəlmanlar üçün açılmış olan məktəblərin 
17  oktyabr  günlərindən  qabaqkı  halı  böylə  bir  dairədə  idi. 
Müsəlman  və  yerli  məktəbi  hesab  olunur  idisilər  də 
müsəlmanlıq və yerlilikdən fəqət bir ad var idi… Həftədə 25-
30  dərs arasında  3 saat türk  dili  və  2  saatı  şəriət  dərsinə  vaxt 
ayrılması  bunu  türk  və  müsəlman  məktəbi  ediyormuş»  (49, 
s.253). Onun fikrincə,  yalnız çar manifestindən sonra  «ibtidai 
məktəbləri  milli  olmaq  surətinə salmaq istəyən»  sağlam fikir 
zəfər  çalmış  oldu.  Lakin  bu  da  uzun  sürmədi.  O  yazır  ki, 
birinci  rus  inqilabı  məğlubiyyətə  uğrayandan  sonra  1907-ci 
ilin  noyabrından  etibarən  yenidən  1881-ci  ilin  təlim  layihəsi 
elan  və  təsdiq  edildi:  «Mənən  və  maddən  əhaliyə  köməkçi 
olmaq  və  gələcək  məişətlərində  onlara  rəhbər  olmaq  üçün 
«ana  dilinə  həftədə  6-ca  saat  verilir».  «Rus  milləti  ilə  tanış 
olub birləşmək üçün» isə rus dilinə 2 dəfə artıq olaraq həftədə 
12 saat veriliyor» (49, s.255). 
M.Ə.Rəsulzadə  çar  Rusiyasının  müsəlmanlara  qarşı  bu  cür 
rəftarını təsadüfi saymırdı. Rusiyanın siyasi həyatının ən ağrılı 
yerinin  milli  məsələ  olduğunu  qeyd  edən  M.Ə.Rəsulzadə 
«Milliyyət  və  əyalət  məsələsi»  adlı  məqaləsində  yazır: 
«Milliyyət  və  ya  əyalət  məsələsi;  iştə  Rusiya  həyatının, 
həyati-siyasiyyəsinin ən azarlı, ən ağırlı yeri!.. Rusiyanın hər 
bir  əyaləti,  Rusiyada  sakin  olan  hər  bir  millət,  hökumət 
başında olan heyətə və ya Dumada olan əksəriyyətə öz əlaqə 
və münasibətini bu məsələnin surəti-həllinə nisbətlə müəyyən 
edir» (49, s.265).  
Rəsulzadə  yazır  ki,  Dövlət  Dumasında  da  Qafqaza, 
qafqazlılara,  xüsusilə  müsəlmanlara  ögey  münasibət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
177 
bəslənilir.  Onun  fikrincə,  Fon-Anrep  kimi  oktyabrist 
deputatlar  yerli  əhalinin,  daha  doğrusu  müsəlmanların  ana 
dilində tədris almasına qarşı çıxırlar: "Öylə bir əyalətlərdən və 
təlimi-ibtidaisi  ana  dilində  "ola  bilənlərdən"  biri  də  məlum 
olduğu  üzrə  Qafqazdır.  Əcaba  Qafqazda  mümkün  olacaqmı 
ki,  tədrisi-ibtidai  ana  dilində  olsun?  Əcaba  Fon-Anreplərin 
xüsusi  mülahizat  və  siyasiyyatı  bu  zavalı  əyalətə  aid 
olmayacaqmı?.." (49, s.266). 
«Qafqaz  barəsində»  məqaləsində  isə  o,  Dumanın  üzvü 
Purişkeviçin  Qafqaz  millətlərini  Rusiyadan  ayıraraq  xüsusi 
idarə  hazırlamaq  fikrində  olduqları  mülahizəsini  şərh  edir: 
«Purişkeviçin  fikrincə,  bütün  Qafqaz  millətləri  hamısı 
Rusiyadan  ayrılmaq  üzrə  olub  özlərinə  xüsusi  idarə 
hazırlamaq 
fikrindədirlərmiş… 
Qafqaz 
millətlərindən 
hökumətə və Rusiyaya sadiq, doğru qalan ancaq bir müsəlman 
milləti  imiş  ki,  bunlar  da  Qafqaz  hökuməti  tərəfindən  daima 
təqib olunmaqda imişlər. Böylə bir politikada da təqsir canişin 
həzrətlərinin  üzərində  deyil,...onu  əhatə  etmiş  olan 
ermənipərəst  rüşvətxor  amirlər  imiş»  (72).  Rəsulzadə 
Purişkeviçin  bu  sözlərini  Qafqaz  müsəlmanlarının  qayğısına 
qalmaq  kimi  deyil,  «qeyri-Qafqaz  vətəndaşları...  ilə  düşmən 
surətində  göstərib  canişin  həzrətlərinin  də  tərəfdar  bir  hakim 
olduğunu  isbat  etməyə  çalışmaq»  mənasında  qəbul  etmişdir. 
Milli 
məsələnin 
qabardılmasının 
əleyhinə 
olmasına 
baxmayaraq  çar  Rusiyasının  millətlər  arasında  ayrı-seçkilik 
salmasını  Rəsulzadə  aydın  şəkildə  görürdü.  Bu  baxımdan 
milli  və  dini  ayrı-seçkilik  M.Ə.Rəsulzadənin  fikirlərində 
getdikcə  dəyişikliklərə  səbəb  olurdu.  Bu,  Rəsulzadənin 
İrandakı fəalliyyəti zamanı da davam etmişdi.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə