MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə65/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
199 
Rusiya  Azərbaycana  qarşı  münasibətdə  birmənalı  mövqe 
tutacaq.    M.Ə.Rəsulzadə  azadlıq  məsələsində  Azərbaycanın 
yalnız özünə güvənməsini istəyirdi: «… bu yol çox müşkül və 
tikanlı  olmaqla  bərabər,  gedilmiş  şanlı  bir  yoldur.  Bu  həqq 
yolu  və  millət  yoludur.  Bir  yol  ki,  Avropa  XVIII,  bilxassə 
XIX  əsrdə  getmişdir.  Bir  yol  ki,  müasir  Şərq  hal-hazırda  o 
yola  salik  olmuşdur.  Bir  yol  ki,  sabiq  Rusiya  imperatorluğu 
daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. 
Bir yol ki, səvarisi milliyyət hədəfi istiqlaldır!» (100, s.4). 
Rəsulzadə  bolşeviklərin  Azərbaycan  və  onun  xaricində 
aparılan  azadlıq  mübarizəsinin  qarşısında  aciz  olduğunu 
bildirirdi.  «Odlu  yurd»  jurnalının  ilk  sayında  baş  məqalənin 
müəllifi  M.Ə.Rəsulzadə  «Çöhrəmiz»  adlı  məqaləsində  yazır: 
««Odlu  yurd»!  bu  iki  söz  türkcə  kəlmənin  «Azərbaycan»ın 
müqabil  olduğunu  söylərsək,  məsələn,  yarı-yarıya  anlaşılmış 
olur.  Yarı-yarıya  deyirik,  çünki  hal-hazırda  bir  deyil,  iki 
Azərbaycan  vardır.  Rus  istilasına  pərdəlik  rolunu  oynayan 
«qızıl  Azərbaycan»  ilə,  qəlbində  hürriyyət  və  istiqlalın 
sönməz  odunu  daşıyan  milli  Azərbaycan!  «Odlu  yurd»  milli 
Azərbaycan  fikrinin  mürəvvici  olaraq  intişar  edir… 
Qəzetimizin  başında  Azərbaycanın  əski,  yeni  maddi  çox 
bulunan  işıq  və  odlarını  göstərən  lövhədə  bu  hər  tərəfə  nur 
saçan,  bir  ulduz  şəklində  göstərilmişdir.  Səkkizguşəli  ulduz 
Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, 
qırmızı  və  yaşıl  rənglərin  üzərinə  gəlincə  Milli  Azərbaycan 
bayrağını  təşkil  edər.  Milli  Azərbaycan  bayrağı-  iştə  bizim 
çöhrəmiz! 
...İstiqlal  iştə  Azərbaycan  milliyyətçilərini  məşğul  edən  ən 
aktual bir məsələ! 
...İstiqlal milli hakimiyyət xaricində var deyildir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
200 
200 
...Müstəqil  millət  demək,  xalq  hakimiyyətinə  dayanan  milli 
dövlət deməkdir.  
...Taktikamızda daha real və metodik olmaq istərik! 
...Milli  hakimiyyəti  uğrunda  çarpışan  çalınmış  istiqlalını 
geriyə almaq üçün çalışan bir millət çöhrəsi!» (106, 3-4). 
«Odlu  yurd»  jurnalının  başqa  bir  sayında,  Rəsulzadə  yazırdı 
ki,  ermənilərin  köləliyinin  Azərbaycan  türklərinə  heç  bir 
aidiyyəti yoxdur: «Biz, istiqlalçılar davamızı əsrin ən qüvvətli 
şüarına  istinad  etdiriyoruz;  Rusiya  imperalizminin,  qəsb  və 
istila nəticəsində təəssüs edən hüdudlarını müdafiə bizim üçün 
bir  qayə  olamazdı.  Bizi  bu  qayəyə  sədaqətsizlikdə  ittiham 
edəcək  Rusiya  imperatorluğu  tarixə  keçdiyi  halda 
hondkaryanların  bufuzuli  davada  israrları  kölə  ruhlu 
olduqlarını  isbat  üçün  nə  parlaq  bir  dəlildir!  Papadan  ziyadə 
katolik buna dəyərlər iştə!» (109, s.35-36). 
Rəsulzadə açıq şəkildə bəyan edirdi ki, rus millətinə qarşı heç 
bir  ədavət  bəslənilmir,  onların  mübarizəsi  imperiyaya, 
köləliyə qarşıdır: «Biləks ona bu xüsusda hər cür yaxşı təmən-
nilərdə  bulunuruz.  Fəqət  bununla  bərabər  bizi  istədiyimiz 
şəkildə  həyatımızı  qorumaqdan  və  mədəni  həyatımıza 
istədiyimiz  istiqaməti  verməkdən  ibarət,  öz  gərdunəsinə 
taxaraq,  istismar  və  istila  əməlində  bulunan  hər  hansı  rus 
imperalizminə bütün varlığımızla düşməniz» (109, 36). 
M.Ə.Rəsulzadə 
türk 
birliyindən, 
pantürkizmdən 
əndişələnənlərə  də  cavab  verməyi  unutmurdu:  «Pantürkizm 
məsələsinə  gəlincə,  fürsətdən  bilistifadə  müğalitəcilərin  iğfal 
etmək  istədikləri  zümrəyə  bir  dəfəlik  anlatalım  ki,  slavyan 
millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi 
bir birlik, məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman 
romantik  bir  dövr  yaşayaraq,  o  vaxta  qədər,  islam  dini 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
201 
düşünüş  itiyadında  bulunan  siyasi  türk-tatar  əfkarı  üzərində 
daha  əsri  və  tərəqqi  sevərcəsinə  bir  təsir  yapmışdır.  Fəqət 
panslavyanizmdən  daha  az  real  şərait  və  imkana  malik  olan 
panturanizm panslavyanizm çatdığı nəticəyə nisbətən daha az 
bir zamanda gəlmiş və bu gün ən qatı panturanistlər belə sadə 
bir  kültür  birliyini  mümkün  mərtəbə  mühafizəyə  qeyrət 
etməklə  iktifa  etmişlərdi…  Türk  millətlərinin  birər  dövlət  və 
cümhuriyyət halında istiqlal qazanmaq  yolundakı hərəkətlərini 
şübhə  altına  alanlar  ancaq  rus  imperalizminin  könüllüləri  və 
yaxud kölələri ola bilirlər! Azərbaycan istiqlalçılığının türk bir-
liyi fikrindən əzəmi surətdə mülhəm olduğunu inkar etməməklə 
bərabər,  siyasətdə  realizm  mütəqidi  olan  Azərbaycan 
milliyyətçiləri üçün bu fikrin sadə hars sahəsində qəbulu tətbiq 
olacağı  aşkardır.  Buna  görə  də  biz  müstəqil  Qafqasiya  Kon-
fedarasiyonu fikrini zamanın ən aktual bir tezisi olaraq müdafiə 
ediyoruz» (109, s.36-37). 
M.Ə.Rəsulzadə Almaniyada «İstiqlal» qəzetində nəşr etdirdiyi 
«Kəsilməyən səs» məqaləsində isə yazır: «Mütaliənizə təqdim 
olunan  bu  qəzet  müqəddəs  bir  mübarizənin  müdafiəçisi  üçün 
yüksələn  bir  səsi  mədəniyyət  dünyasına  çatdırmaq  üçün  nəşr 
olunur.  Milli  Azərbaycan  istiqlal  mübarizəsinin  səsi!  -  budur 
bizi həyəcanlandıran səs!» (102). M.Ə.Rəsulzadə indiyə qədər 
istiqlal  səsinin  Türkiyədən  gəlməsinə  də  işarə  vururdu:  «Bu 
gün  Berlindən  eşitdiyimiz  bu  səs  on  ilə  yaxın  idi  ki, 
İstanbuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətənin, 
istilaya  uğramış  bir  türk  millətinin  qəsb  edilmiş  haqqını  və 
haqlı  istiqlalını  müdafiə  etmək  üçün  türkcə  çap  olunan 
mətbuat orqanına qardaş Türkiyədən daha münasib sığınacaq 
yeri  təsəvvür  etmək  olarmı?!  Yabançı  rus  istilacının  qırmızı 
terroru altında boğucu bir qəmginliklə oxunacaq bu məqalənin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə