MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə62/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
190 
190 
əsaslanır  və  bu  baxımdan  bizim  respublikamız  ilk  türk 
dövlətidir» (29, s.77). 
M.Ə.Rəsulzadə  gənc  dövlət  üçün  ən  önəmli  hal  kimi  onun 
iqtisadi  cəhətdən  ayaq  üstə  durmağını  göstərirdi.  Onun 
fikrincə,  müstəqilliyə  qovuşmuş  Azərbaycan  Şərq  ölkələri 
arasında ən inkişaf etmiş bir diyardır. Şərqdə bütün yeniliklər 
öncə  bu  ölkədə  baş  verir.  Buna  görə  də  M.Ə.Rəsulzadə  bu 
hökumətin və onun vətəndaşlarının özəlliklərini göstərməyi də 
unutmurdu:  «İnkişafa  meylli  olduqlarını  göstərmək  üçün  bu 
kafi  deyilmi  ki,  ilk  türk  dramaturqu  azərbaycanlı,  ilk  türk 
bəstəkarı  azərbaycanlı,  Rusiya  türkləri  arasında  ilk  qəzet 
yaradıcısı  azərbaycanlı,  məzhəb  uzlaşmadığını  ilk  olaraq 
ortadan  qaldıran  yenə  azərbaycanlı,  əlifba  islahatını  ilk 
düşünən  azərbaycanlı,  nəhayət,  islam  aləmində  ilk  dəfə 
cümhuriyyət  elan  edən  də  azərbaycanlıdır...  Azərbaycan 
Cümhuriyyətinin  əsas  idarəsi  bütün  vətəndaşlarının  bərabər 
hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insan 
möhtərəm  şəxs,  Azərbaycan  vətəndaşı  olduğu  üçün  hüququ 
saxlanırdı» (47, s.40). 
Dinindən  və  millətindən  asılı  olmayaraq  ölkənin  bütün 
vətəndaşlarına eyni gözlə baxan Cümhuriyyətin qurulmasında 
müstəsna  rol  oynayan  Rəsulzadə  deyirdi  ki,  əgər  Azər-
baycanda  milli  hökumət  möhkəmlənərsə,  ölkədə  istənilən 
müsbət  ideyalar  həyata  keçəcək.  Mütəfəkkirin  fikrincə,  bu 
zaman  Rusiyadakı  inqilabın  Azərbaycana  təsiri  də  azalmış 
olacaq.  Yəni  bu  zaman  Moskva  bolşevikləri  milli  hökumətə 
təsir  etmək  gücündə  olmayacaqlar:  «Rusiya  inqilabi-əzəmi, 
hər  nə  deyirlərsə  desinlər,  qətiyyən  iflas  etmədi.  Rusiyada 
inqilab  nə  yapacaqdır?  Bu  sualla  «Böyük  Rusiya»  fikri  ilə 
məsum  olan  rus  inqilabçıları  nöqteyi-nəzərindən  deyil, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
191 
inqilabın  kəndi  təbiəti  təhlil  edərək  cavab  verməlidir...  Bili-
yoram  əfəndilər  ki,  Azərbaycan  Rusiya  inqilabının  vəz  etmiş 
olduğu  müsbət  nəzəriyyələrlə  elan  etdiyi  əqanimi-hürriy-
yətdən  son  dərəcə  istifadə  edəcəkdir.  İştə  müstəqil  bir  Azər-
baycan:  siyasətin  kəsbi-hürriyyət  və  istiqlal  edəcək  Azərbay-
canda  ictimai  hürriyyətlər  və  hüquq-bəşərə  aid  düsturlar,  hər 
halda,  müstəbid  Rusiya  zamanından  daha  geniş,  daha  müsaid 
olacağına şübhə etməm. Hətta əfəndilər söyləmək istərəm ki, 
Azərbaycan  Qafqasiyada  ən  hürriyyətpərvər  və  inqilabçı 
təsəvvür  olunan  Gürcüstandan  daha  məsuddur.  Çünki  burada 
bizim  daxili  hürriyyətlərimizə  icrai-nüfuz  edən  və  edəcəyi 
mütəsəvvir  bulunan  qüvvət  yabançı  bir  qüvvət  deyil,  öz 
qüvvətimizdir» (46, 41).  
Azərbaycan  parlamentinin  açılışında  (7  dekabr  1918-ci  il) 
Milli Şuranın sədri, Azərbaycan Cümhuriyyətinin qurucusu və 
ideoloqu  Məhmməd  Əmin  Rəsulzadənin  söylədiyi  nitqdən 
bəzi məqamlara toxunmaq da yerinə düşərdi: «Rusiyada zühur 
edən  inqilabi-kəbir  (böyük  inqilab)  digər  həqiqətlər  arasında 
bir  həqiqəti-bahirəyi  (aydın  həqiqəti)  də  elan  etmiş  idi.  Bu 
həqiqət millətlərin hürriyyət haqqı və istiqlalları idi.  
Rusiya  inqilabı  təbiətində  mövcud  olan  ruha  sadiq  qalaraq 
təbii  yolu  ilə  inkişaf  etsə  idi,  millətlərin  hüququnu  təmin  ilə 
muxtariyyətlərdən  mütəşəkkil  azad  və  demokratik  bir 
Rusiyanı  bir  an  əvvəl  təsis  edəcəkdi.  O  vaxt  təbii  idi  ki, 
Rusiyada  yaşayan  müsəlmanların  da  siyasi  həyatları  digər 
məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan 
edəcəkdi.  
Millətlər  öz  müqəddəratının  təyinini  çox  səmimi  bir  surətdə 
Rusiya  Məclisi-Müəssisaınıdan  gözlədilər.  Ancaq  Rusiyada 
inqilab  və  demokratiya  namına  (adına)  zühur  (ortaya  çıxan) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
192 
192 
edən məkus (geri dönmüş) bir istibdadın nə kimi xarabalıqlar 
yaratdığını bilirsiniz.  
İnqilab  namına  hökmfərma  (hakim)  olan  anarxiya  və 
millətlərin 
hüquq 
elanından 
sonra 
verilən 
qatı 
mərkəziyyətçilik  Zaqafqaziya  millətlərini  öz  başlarının 
çarəsinə baxmağa sövq etdi» (42, 89). 
Rəsulzadə  parlamentdəki  çxışına  davam  edərək  deyir: 
«Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç bir 
ədavətimiz  və  nifrətimiz  yoxdur.  Bezar  olduğumuz  Rusiya 
çarizm  Rusiyası,  Rusiya  istibdadır.  Rusiyaya  nifrətimiz 
Rusiya  istibdadı  altında  inləyən  Rusiya  cəmaətinə  nifrət 
demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətlər əzən və 
hüquqlarını verməyən rəsmi Rusiyadır. 
Hər  bir  millət  müstəqil  və  hürr  olmalı,  hürr  olduqdan  sonra 
digər  millətlələ  ürəyi  istədiyi  kimi  ittifaq  bağlamalıdr.  Bütün 
dünya 
millətlərinin 
«Cəmiyyəti-Əqvam» 
(Millətlər 
Cəmiyyəti) vücuda gətirməsi bizim ən əziz fikirlərmizdəndir. 
Bu  «federasyon»çılarla  deyil,  təbii  bir  meyil  və  arzu  ilə  hasil 
olmuşdur (Alqışlar)… 
Biz  Rusiyanın  sədaətini  istəriz,  Rusiya  cəmaətini  sevəriz, 
ancaq öz istiqlalımızı da əziz tutarız! (Alqışlar). 
Cəbr ilə qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, çünki 
səadət hürriyyət və istiqlaldadır! (Alqışlar).  
Bax  bunun  üçün  əfəndilər,  müstəqil  Azərbaycanı  təmsil  edən 
üçboyalı  bayrağı  Milli  Şura  qaldırmış,  türk  hürriyyəti,  islam 
mədəniyyəti 
və 
müasir 
Afropa 
iqtidarı-əhraranəsini 
(özgürlüksevərliyini)  təmsil  edən  bu  üçboyalı  baryaq  daima 
başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə 
qaldırılmış  bayraq  bir  daha  enməyəcəkdir!  (Məbuslar  (millət 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə