MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə53/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
163 
əsası  üzərində  qurulu  qoşma  cümhuriyyətlər  (fedarisyon) 
şəklində təsisinin şiddətlə əleyhinə idi» (51, 47). 
M.Ə.Rəsulzadə  yazır  ki,  Lenin  bolşevik  inqilabına  qədər  öz 
fikirlərində  israr  edib:  «1917-ci  ildə  bolşevik  konqresi  Lenin 
tərəfindən təklif olunan bu formulu «mərama müvafiq olarsa» 
qeydi  ilə  qəbul  etmişdi.  Yəni  demək  istəmişdi  ki,  «bəli  bir 
millət dövlətdən ayrılmaya belə haqlıdır. Yalnız bir şərtlə ki, 
bu  ayrılma  mərama  müvafiq  olsun».  Mərama  müvafiq  olan 
ayrılmanın  təqlidi  isə  bolşevik  firqəsinə  aiddir.  Sonralar  «bu 
təqdir»in  miqyası  da  təyin  olundu.  «Təyini-müqəddərat» 
haqqı  bir  millətin  ümumi  heyətinə  deyil,  ancaq  o  millətin 
«proletariat»  sinfinə  məxsus  olundu»  (51,  49).  Rəsulzadə 
Azərbaycanın,  Gürcüstanın  bu  adla  işğal  edildiyini  qeyd 
etmişdi: «Guya, Azərbaycan və Gürcüstanda «fəhlə üsyan»ları 
olub  və  onlar  Sovet Rusiyasına ilhaq qərarı  veriblər.  Moskva 
bolşevikləri də milliyyət prinsipini pozmadan hərəkət ediblər» 
(51, 49). «Sovet federalizmi» və «ayrılma haqqı» məsələsi ilə 
bağlı  Rəsulzadə  yazır:  «Daxili  siyasətdə  mənfi  görülən 
«təyini-müqəddərat» prinsipi ilə bu prinsipdən çıxan «ayrılma 
haqqı»nın  xarici  siyasətdə  müsbət  bir  qiymətə  malik  olduğu 
fikri  bolşevik  siyasətinin  milliyyət  məsələsində  fəaliyyət 
proqramı  qəbul  etdiyi  çox  mühüm  bir  «tezis»dir.  Bu  tezisə 
görə, sovet federalizmi müvvəqəti bir tezisdir» (51, 52). 
M.Ə.Rəsulzadə  hesab  edirdi  ki,  bununla  ikiüzlüyə  yol  verən 
sovet  rejimi  əslində  tamam  başqa  siyasət  yürüdürdü:  «Sözdə 
sovetlərə  görə  ittifaqı  təşkil  edən  üzvlərin  hankısı  istərsə 
ittifaqı  tərk  etmək  haqqına  malikdir.  Ancaq  bu  xəyali  bir 
istiqlal  idi.  «Sovetlər  ittifaqı»  təşkilati-əsasiyyəsi  -ölkə  ruslar 
tərəfindən birmənalı şəkildə idarə olunur. MİK «ittifaq şurası» 
və  «millətlər  şurası»  rusların  əlindədir.  O  birisi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
164 
164 
cümhuriyyətlərin  heç  bir  səlahiyyəti  yoxdur.  Sovet 
federasiyonunu  təşkil  edən  cümhuriyyətlərin  yalnız  adı 
cümhuriyyətdir» 
(51, 
s.61). 
O, 
sovet 
«sosial-
demokratiya»sının  mahiyyətini  Lenin  öz  əsərlərində  biruzə 
verdiyini  yazır:  «Lenin  «Dövlət  və  inqilab»  adlı  klassik 
əsərində  xəyali  kommunizmi  anarxistlər  kimi  hökumətsiz  və 
cəbri 
qüvvətdən 
azad, 
tamamilə 
sərbəst 
insanlar 
cəmiyyətindən  ibarət  bilərək  hökumətin  getdikcə  ölməyə 
məhkum  olduğunu  təlim  etdiyi  halda,  «proletariya 
hakimiyyəti»  adını  verdiyi  dünyanın  ən  şiddətli  və  ən 
müstəbid hökumət sistemini işə salmış və  əməli şəkildə təsis 
eləmişdir. Milliyyət məsələsində də öylə: hər milləti tamamilə 
sərbəst  və  öz  müqəddəratına  şəxsən  hakim  qəbul  edərək, 
sözdə  sovet  sisteminin  ana  əsasları  daxilində  federalizmə 
mühüm bir mövqe ayırdığı halda, işdə dünyada tayı olmayan 
bir sentralizm vücudə gətirmişdir» (51, s.63). 
Sözdə  müstəqilliyin  bolşeviklər  üçün  bəhanə  olduğunu 
göstərən  Rəsulzadə  yazırdı  ki,  «rəsmən  «sovet  hökuməti» 
ünvanını daşıyan bir hökumət adı ilə idarə olunur ki, hüquqən 
«zəhmətkeşlər»  tərəfindən  seçilən  əsaslara  istinad  edər. 
Halbuki,  həqiqətdə  tamamilə  kommunist  firqəsinə  və  bu 
firqənin başında duran məhdud diktatorlar zümrəsinə məhkum 
və tabedir» (51, s.64). 
Hətta rusların internasionalarda bütün «milli cümhuriyyətləri» 
əvəz  elədiyini  önə  çəkən  M.Ə.Rəsulzadə  bildirirdi  ki, 
bolşevikləri milli istiqlal şüarı ilə federalizmə, sözdə də olsa, 
güzəştə  getməyə  məcbur  edən  bu  şərait,  daxilinə  milli 
hərəkatları  inkar  etməklə  çox  ciddi  bir  düşmən  qazanmamaq 
olub: «Halbuki, «federalizm» adı altında işlənən yapmacıq bir 
sistemlə  bu  hərəkatı  bolşevik  məqsədinə  doğru  döndərmək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
165 
qabildi.  Milli  hərəkatlara  verilən  zahiri  əhəmiyyətlə  onlardan 
bir  qisminin  dostluğu  qazanılır,  şəklən  milli  birər  hökumət 
halına  gəlmələrilə  də  bu  millətlər  eyni  zamanda  «milli 
məhkumiyyətdən  qurtulmayan»  digər  millətləri  təhrik  üçün 
gözəl bir təbib olardı» (51, s.69). 
Bolşeviklərin  Şərq  siyasətini  isə  o,  belə  dəyərləndirir:  «Rus 
«Lafonten»i  məşhur  Krılovun  «istifadə  edə  bilmədiyimizi 
hədiyyə  edirik»-  deyə  bir  misrası  vardır.  Bolşeviklərin  Şərq 
məmləkətləri haqqındakı comərdlikləri də bu  yöndəndir. Əlləri 
çatmadıqlarını  hədiyyə  edirlər…  Bu,  parlaq  manevr  idi. 
Manevrə  idi-deyirik,  çünki  manevrə  olmayıb  da  Sovet 
hökumətinin Şərqdəki qonşuları ilə dostluğu həqiqi və hər cürə 
istismar iştihasından ari həqiqətpərvaranə bir əsasə istinad etmiş 
olsaydı  o  zaman  biz  aradakı  siyasi  razılıq  və  uyğunluğa 
baxmayaraq, Şərq millətləri ilə Sovet arasında sənələrcə davam 
edən və hələ də bir cürə zəll edilməyən iqtsadi ixtilaflarla ticarət 
mübarizələrinə şahid olmazdıq» (51, s.74-75). Rəsulzadə bunun 
davamı  olaraq  yazır:  «Yalnız  nə  edərsiniz  ki,  kəndliyə  torpaq 
verib  də  məhsulunu  verməyən  kommunizm  Şərqdə  istiqlal 
hərəkatını qüvvətləndirməklə bərabər bu hərəkatın təbii nəticəsi 
olan istiqlala düzə bilməz» (51, s.80). 
M.Ə.Rəsulzadə 
Stalinə 
yazdığı 
məktubunda 
Stalin 
«demokratiya»sının  əsl  mahiyyətini  göstərir:  «Bir  hökumətin 
rəsmi 
ideologiyası 
zadəgan 
şovinizmindən 
fəhlə 
kosmopolitizminə dəyişərsə, bundan məsələ çox da dəyişməz 
və  ən  sonunda  geridə  qalmış  və  az  inkişaf  etmiş  millətlərin 
milliyyətlərindən  məhrum  olmasına  (demasionalizə  olması), 
digər bir milliyyətə təmsilləri (assimilizmə olmaları) kimi bir 
nəticəyə  səbəb  olur.  Yerli  fəhlə  (proletariat)  sinfinə  istinad 
iddiası  ilə  əldə  silah  Qafqaz  və  Türküstan  kimi  ucqar 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə