MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
94 
94 
təyin  edək"  kimi  tələblər  virdi-zəmanımız  olmuyubmu?.. 
Hökumət bir xeyli zaman bu tələblərə, bu həqiqi arzuya qulaq 
vermədi.  Daima  özünü  eşitməzliyə  qoydu.  Əyalət 
məsələsində,  milliyyət  bəhsində  menşikovlar  təhti-nüfuz  və 
məsləkində olan bürokratlar "təmamiyyəti-mülkiyyə" nöqteyi-
nəzərindən  olaraq,  idarəni  cahil  mütərcimlərə  tapşırmağı  aqil 
və  qadir  yerliyə  verməkdən  daha  əfzəl  hesab  etdilər"  (49, 
226).  Bütün  hallarda  Rəsulzadə  bu  hadisəni  maarifçi,  sosial-
demokrat  kimi  müsbət  dəyərləndirmiş  və  qeyd  etmişdir  ki, 
ancaq bu göstəriş bütün ehtiyacları ödəmir: "Bizə qalırsa yerli 
dillərinə maarif nahiyyə müdirinin verdiyi əhəmiyyət ehtiyacı 
rəf  etmiyor.  Daha  artıq  nafi  və  lüzumlu  olardı  ki,  yerli 
dillərindən  biri  məktəbin  olduğu  yerin  əhalisinin  miqdarına 
nisbətilə  bütün  şagirdlər  üçün  hər  kəs  olursa-olsun  məcburi 
dərslərdən olub, rus dili dərəcəsində olaydı» (49, 226). 
Rəsulzadə  başqa  məsələlərdə  olduğu  kimi,  müsəlman  maarif 
cəmiyyətlərinin  birləşə  bilməməsinə  də  təəssüf  edir.  Başqa 
millətlərin  Azərbaycanın  mərkəzi  şəhəri  Bakıda  birləşib 
müxtəlif  ictimai,  siyasi  və  milli  cəmiyyətlər  yaratdığı  halda, 
türklərin  buna  müvəffəq  ola  bilməməsinə  Rəsulzadə  dözə 
bilmir  və  onları  heç  olmazsa  mədəni-maarif  cəmiyyətləri 
ətrafında  birləşməyə  çağırır:  «Səbəb  nə  isə  bu  işləri  bir  yerə 
mərkəzləşdirib  bunlarda  parça-parça  olunan  qüvayi-maddiyə 
və  mənəviyyələri  bir  yerə  bitişdirmək  əvəzində  xırda-xırda 
olunur  və  bu  cəhətdən  də  qonşularımızın  bütün,  böyük  və 
görkəmli  əsərlərinə  müqabil  bizim  işlərimiz  hamısı  xırda-
xırda kimi nəzərə gəlinir. Həqiqətən də xırda-mırdadır. Çünki 
bir  çox  xırda  və  kiçik  qüvvələr  madam  ki,  cəmləşməyib, 
madam ki, nəşri-maarif və mədəniyyəti-əvam və imrani-vətən 
kimi böyük işləri görməyə bizdə koperasiyonluq əlbirliyi ilə iş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
95 
görmək  yox,  ancaq  tərəf-tərəfə  çəkilib  parçalanmaq  vardır, 
madam ki, Krılovun hekayəsində olduğu timsal kimi hərəmiz 
bir  yana  çəkəcəyik,  o  halda-dövrün-çərxeyi  mədəniyyətimiz 
haman  yerində  qalacaq,  hərəkətə  gəlməyəcəkdir…  Bütün 
müsəlman  xeyriyyə  və  maarif  cəmiyyətlərinə  ümummillət 
maarifi  və  tərəqqisi  naminə  lazımdır  ki,  saheyi-ittifaqa 
qəməndaz  olub,  ayrı-ayrı  işləməyi  buraxıb  birləşsinlər»  (49, 
235).  
Rəsulzadə  müsəlmanları  birləşdirəcək  maarif  cəmiyyətinin 
əsas  prinsiplərini  də  məqaləsində  vermişdi:  «Mənim 
nəzərimcə  atidə  başa  gəlməsi  möhtəməl  olan  «İslam  mədəni 
cəmiyyətinin» əsası gərək aşağıdakı əsas üzərində qurulusun:  
1.  Ümumbəşəriyyət  nöqteyi-nəzərindən  nəşət  edən  və 
mümənnəyi-haliyə, 
əsri-mədəniyyəyə 
mühtəməl 
olan 
tərəqqiyə müvafiqət; 
2.  Bir  idarə  və  ya  bir  kassa  olduğu  ilə  bərabər  cəmiyyətin 
müxtəlif  şüubuatı  olmalı  və  bu  şüubatə  gördükləri  işlərinə 
imtiyaz verməkdə ədəmi-mərkəziyyəti əsas ittixaz etməli;  
3.  Ol  karda  «nəqdiyyə»,  «məkatib»,  «mətbuat»,  «sənaeyi-
nəfisə»  (teatro,  rəssamlıq  və  qeyrə)  şüubuatının  təşkili 
vücübatdan ədd edilməlidir» (49, 235). 
Məhəmməd  Əmin  yaxşı  anlayırdı  ki,  elm,  bilik,  maarif 
olmayan  yerdə,  cəhalət,  avamlıq,  xürafat  olur.  Bunun  da 
nəticəsində  xalq  həmişə  xarici  işğalçılar,  yerli  zülmkarlar  və 
riyakar ruhanilənr  tərəfindən əzilir və təhqir edilir.  
Milli  mətbuatımızın  banisi,  milli  ideoloq  və  mütəfəkkir 
Həsənbəy  Zərdabinin  dəfn  mərasimində  işirak  edən 
Rəsulzadə,  mərhumun  qəbirüstü  nitqində  onun  şəxsində 
böyük  bir  maarifçini,  ustadı  itirdiklərini  deyir:  «Cəmaət  özü 
öz  azadlığına  gərək  çalışsın,  rəislərə  yalvarmaq,  onlardan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
96 
96 
mərhəmət  istəməklə  onun  halına  heç  bir  fayda  olmaz… 
Cəmaəti  ayıltmaq,  onu  dərrakəli  etmək  üçün  nə  lazımdır?  -
maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün 
nə olduğunu və nə edə biləcəyini qana bilər. İştə bu qoca ədib 
də haman camaatın hər dərdinə dərman olan irfan toxumlarını 
səpmişdir. Həmin bu maarif mücahidi olan piri-rövşənzəmizə 
xitabən  cəmaətin  maarifmənd  və  mütərəqqi  olduğunu  özünə 
məslək tutan «Nicat» maarif cəmiyyəti tərəfindən deyirəm ki, 
yat, Allah sənə rəhmət eləsin!!!» (49, 151). 
Elmin, maarifin xalq arasında yayılması üçün mücadilə verən 
Rəsulzadə  çalışır  ki,  müsəlmanlar,  o  cümlədən  müsəlman 
fəhlələri  maariflənsin  və  təşkilatlansın:  «Cəmaətin  ziyalı 
olması,  yəni  elm  ilə,  bilik  nuru  ilə  ziyalanması,  onun  azad 
olması, hürriyyətdir. Cəhalət, nadanlıq isə əbdlikdir. Bilik-bir 
qüvvəyi-fövqəladə  olub,  heç  bir  vaxt  məğlub  olamaz.  Bu 
əsaslar  cəmaətin  mərifətli  və  tərbiyəli  olmasının  qədr-
qiymətini, dərəcəyi-əladə bəyan edib bildiriyor» (49, 41). 
Məhəmməd  Əmin  millətin  savadlanmasını,  ictimai-siyasi 
proseslərdə fəal iştirak etməsini, hürriyyət və azadlıqlara sahib 
olmasını istəyir, eyni zamanda bir sosial-demokrat kimi başa 
düşürdü ki, bu, başqa millətlərdən təcrid olunmuş şəkildə baş 
verə  bilməz.  Ona  görə  də  bütün  millətlərin  birgə  şəkildə  bu 
cür  haqlara  sahib  olacağına  Rəsulzadə  inanır  və  onun  bu 
inancında, əvvəllər sinfi mübarizə ön planda dayanır. O qeyd 
edir  ki,  insanlar  arasında  zəhmət  bölgüsü  və  birlikdə  zəhmət 
çəkmək  nə  dərəcə  vüsətli  isə,  o  dərəcədə  tərəqqi  və 
mədəniyyətləri  vüsətlidir:  «Məntiq  diyor  ki,  bir  ölkənin,  bir 
əyalətin  tərəqqi  və  təməddünü  bağlıdır  o  əyalətdə  olan 
müxtəlifülcins  millətlərin  təvafüq  qədəm  ilə  tərəqqi 
etmələrinə» (70). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə