MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
69 
M.Ə.Rəsulzadə  1928-ci  ildə  İstanbulda  «İnqilabi  sosializmin 
iflası və demokratiyanın gələcəyi», «Millət və bolşevizm» və 
«Qafqasiya  türkləri»  kimi  əsərlərini  çap  etdirmişdir.  Həmin 
ildə onun redaktorluğu ilə «Azəri Türk» (1928-1931), sonrakı 
illərdə  isə  «Odlu  yurd»  (1929-1930)  jurnalları  və  həftəlik 
«Bildiriş»  (1929-1931)  qəzeti  də  nəşr  edildi.  İstanbulda  işıq 
üzü  görən  «Yeni  Qafqasiya»,  «Azəri  Türk»,  «Odlu  yurd» 
jurnalları ədəbi-ictimai, elmi-siyasi və milliyyətçi məcmuələr 
idi.  
1930-cu 
ildə  Rəsulzadənin  Parisdə  fransız  dilində 
«Azərbaycan  istiqlaliyyəti»  və  rus  dilində  «Qafqaz  problemi 
ilə  əlaqədar  olaraq  panturanizm  haqqında»  kitabları  çap 
olundu.  1931-ci  ilin  sonlarında  Türkiyəni  tərk  edərək 
Almaniyaya  gedən  M.Ə.Rəsulzadə  Berlində  nəşr  etdirdiyi 
«İstiqlal»  (1932-1934)  qəzetində  ölməz  ideyalarını  davam 
etdirirdi. 
1933-cü 
ildə 
M.Ə.Rəsulzadənin 
Berlində 
«Azərbaycan  Respublikası  haqqında  bəzi  qeydlər»  əsəri  nəşr 
olundu.  1934-cü  ildən  başlayaraq  M.Ə.Rəsulzadə  Berlində 
«Qurtuluş» (1934-1938) jurnalını nəşr edir.  
1934-cü  ildə  Qafqaz  Konfederasiyası  aktını  Azərbaycan 
adından  M.Ə.Rəsulzadə  ilə  Ə.Topçubaşov  imzalamışdılar. 
Qeyd  edək  ki,  bəzi  mühacirlər  bu  iki  görkəmli  şəxsiyyət 
arasında  narazılıq  salmağa  çalışsalar  da,  bunu  nail  ola 
bilməyiblər  (112,  s.40).  Mühacirətdəki  bütün  fikir 
ayrılıqlarına  son  qoymaq  üçün  M.Ə.Rəsulzadə  1934-cü  ildə 
«Şəfibəyçilik» kitabını yazıb. ««Şəfibəyçilik» yalnız bir şəxsə 
aid  deyildir,  bu,  «milli  Azərbaycan  hərəkatına  qarşı  atılan 
şübhəli intriqalar»dır» (107, s.3). 
M.Ə.Rəsulzadənin  fəaliyyəti,  istiqlal  mübarizəsi  «Prometey» 
təşkilatı  ilə  sıx  bağlı  idi.  «Prometey»  təşkilatı  Sovetlər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
70 
70 
Birliyindəki  rus  olmayan  millətləri  birləşdirirdi.  Ə.Qaraca 
«Qafqaziya 
Federasiyonu 
Qafqaziya 
Cümhuriyətinin 
əmniyyət  qalxanı  ola  bilərmi?»  məqaləsində  yazır  ki, 
M.Ə.Rəsulzadənin  yurd  xaricində  önəm  verdiyi  mühüm 
işlərdən  biri  «fikir  və  dava  arkadaşları  olan  Krım,  İdil,  Ural, 
Şimali Qafqaz və Türküstan liderləriylə»  (93,  s.19) bir araya 
gəlib  kommunizmə  qarşı  aparılan  milli  mücadilədə  «Türk 
birliyi»nə  çalışması  olmuşdu.  ««Prometey»  təşkilatında  ilk 
vaxtlar  aşağıdakı  xalqları  təmsil  edən  partiyalar  toplaşmışdı: 
gürcü sosialistlər, azarbaycanlıların "Müsavat" Partiyası, Krım 
tatarlarının  «Milli  firqəsi»,  türküstanlıların  «Milli  Türküstan 
Birliyi»  və  müxtəlif  Şimali  Qafqaz  və  tatar  qrupları.  Erməni 
qrupları  təşkilatda  türk  tatarlarının  çoxluğunu  görüb  yaxın 
durmadılar.  «Prometey»  təşkilatının  Parisdə    ki,  orqanı 
«Prometey»  jurnalı  çap  olunurdu.  Məmməd  Əmin  Rəsulzadə 
jurnalda yazılar, məqalələr dərc etdirirdi» (84, s.218). 
Rəsulzadənin  1936-cı  ildə  Berlində  «Çağdaş  Azərbaycan 
ədəbiyyatı»  və  Varşavada  (polyak  dilində)  «Azərbaycan 
ədəbiyyatı»  məqaləsi  çap  olunmuşdur.  Onun  1938-ci  ildə 
Berlində  almanca  «Azərbaycan  poblemi»  və  1939-cu  ildə 
Varşavada polyakca «Azərbaycanın hürriyyət savaşı» kitabları 
nəşr olunur.  
O,  1938-ci  ildə  Polşa  hökumətində  məsləhətçi  işləmişdi. 
1939-cu  ildə  sovet  qoşunları  Polşanı  işğal  etdikdə 
M.Ə.Rəsulzadə  bu  ölkəni  tərk  etmək  məcburiyyətində  qalır. 
O,  əvvəlcə  Fransaya  gedir,  almanların  təzyiqinin  burada  da 
artdığını  hiss  etdikdə  İsveçrəyə  keçir.  İsveçrədən  sonra  qısa 
müddət  Londonda  yaşayan  Rəsulzadə  1940-cı  ildə 
Rumıniyanın  paytaxtı  Buxarestə  gedib,  burada  siyasi-ədəbi 
fəaliyyətinə davam edir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
71 
1941-ci  ildə  M.Ə.Rəsulzadə  Hitlerin  «Şərq  nazirliyi» 
tərəfindən  Almaniyaya  dəvət  olunur.  O  zaman  yaradılmış 
«Şərq  nazirliyi»  üç  bölmədən  ibarət  idi  və  siyasi  bölmədəki 
Qafqaz  şöbəsinə  professor  Fon  Mend  başçılıq  edirdi. 
Almanlar  M.Ə.Rəsulzadə  ilə  hər  vasitədə  işbirliyinə 
çalışırdılar  (97,  s.109).  Hitler  1941-ci  il  dekabrın  22-də 
rəsmən  türküstanlı,  gürcü  və  qafqaziyalı  müsəlman 
legionlarının  yaradılması  əmrini  vermişdi.  «Qafqasiyalı 
müsəlman legionu sonradan azərbaycanlı və şimali qafqasiyalı 
legionu  olmaq  üzrə  iki  yerə  ayrılmış,  1942-ci  il  baharın 
sonlarında  Volqa  tatarlarının  regionu  təşkil  edilmişdi… 
Yaradılmış  hərbi  legionda  azərbaycanlıların  sayı  70  minə 
yaxın  idi.  Azərbaycan  legionunda  «Bozqurd»,  «Aslan»  kimi 
batalyonlar  var  idi.  Legionda  «Azərbaycan»la  yanaşı, 
«Hücum»  adlı  bir  qəzet  də  çıxırdı.  Məmməd  Əmin 
Rəsulzadənin  Azərbaycan  legionunda  hörməti  çoxdu... 
Məmməd  Əmin  Rəsulzadə  o  zaman  legionların  təşkilindən 
sonra  Berlindəki  Milli  Azərbaycan  Komitəsində  çalışırdı.  Bu 
komitənin  başlıca  vəzifəsi  milli  Azərbaycan  davasını  alman 
hökumətinə  qəbul  etdirmək  idi.  Çünki  Hitlerin  Azərbaycan 
haqqındakı  planını  Məmməd  Əmin  Rəsulzadə  qəbul  etmirdi. 
Hitlerin  planı  belə  idi  ki,  müharibədən  sonra  Bakı  birbaşa 
Berlinə tabe olunacaq, Azərbaycan xanlıqlar dövründə olduğu 
kimi  əyalətlərə  bölünəcək,  başda  isə  almanlar  oturacaq. 
Məmməd Əmin Rəsulzadə Hitlerin bu fikri ilə razılaşmır, ona 
görə  də  ciddi  mübarizə  aparıb  Azərbaycana  müstəqil  bir 
dövlət  hüquqa  qazandırmaq  istəyirdi»  (84,  s.224).  O, 
Almaniyanı  tərk  etməyə  məcbur  olanda  1943-cü  ilin  sonları 
idi.  Rəsulzadə  Almaniyadan  uzaqlaşdırılmasına  baxmayaraq 
oradakı  dostları  ilə  əlaqəsini  kəsmir,  fəaliyyətini  davam 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə