www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
415
415
415
415
415
415
415
415
415
tapĢırıq verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir
az məktəbdə sənə verəcəkləri tapĢırıqlara oxĢayır, lakin əsil
məktəb tapĢırığı deyil. Məncə onlar sənin xoĢuna gələcək".
Bundan sonra "Seqen lövhəsi" üzrə iĢ aparmaq olar. Bu
tapĢırıq bağça yaĢlı uĢaqlar tərəfindən asanlıqla yerinə
yetirilir. O, bir növ oyun xarakteri daĢımaqla uĢaqların
xoĢuna gəlir, onları sakitləĢdirir, gərginliyi aradan qaldırır.
Bununla yanaĢı, dərhal müvəffəqiyyət Ģəraiti yaradır. UĢaq öz
iĢinin nəticəsini qiymətləndirə bilməsə də, onun üçün əsas
məsələ ümümiyyətlə tapĢırığı yerinə yetirə bilməsindən və
tanımadığı adamın onu tərifləməsindən ibarətdir.
"Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Həmin
lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə
hissəyə kəsilməsindən asılıdır.
Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə
etmək olar. Birinci (1 №-li) lövhə toplusu aĢağıdakı doqquz
bütöv fiqurdan ibarətdir: dairə, xaç, kvadrat, üçbucaq, romb,
oval, trapesiya, ulduz, altıguĢəli fiqur. Ġkinci lövhə (2 №-li) iki
hissəyə bölünmüĢ fiqurdan (dairə, oval, altıguĢəli, kvadrat) və
üç hissəyə bölünmüĢ bir fiqurdan (xaç) ibarətdir. TapĢırığı
yerinə yetirmək üçün uĢağa aĢağıdakı Ģəkildə təlimat
verilməlidir: "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə
tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz
qurtaran kimi fiqurları tökmək, uĢağın iĢə baĢlamasını
gözləmədən saniyəölçəni iĢə salmaq lazımdır. Əgər uĢaq iĢə
dərhal baĢlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt
keçdiyini göstərmək lazımdır. Protokolda uĢağın bütün
hərəkətləri, fəallığı, iĢgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə
və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq
həmin iĢə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir.
Bununla həmin uĢağın fərdi tempini müəyyənləĢdirmək olar.
Həmin yaĢ dövründə birinci lövhə üzrə iĢin orta vaxt
göstəricisi 30-35 saniyə, ikinci lövhə üzrə bir dəqiqə təĢkil edir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
416
416
TapĢırığı yerinə yetirərkən uĢaq çətinlik çəkərsə,
psixoloq həmin çətinliyin nədən ibarət olduğunu: uĢağın buna
necə münasibət bəslədiyini, onu aradan qaldırmağa necə cəhd
göstərdiyini protokola qeyd etməlidir. UĢağa necə hərəkət
etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona
birinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi
aradan qaldırsın. Əgər uĢaq elə ilk andan ona köməklik
göstərilməsini istəyirsə, onu dərhal protokola qeyd edib uĢağı
müstəqil iĢə istiqamətləndirmək lazımdır. Çox zaman uĢaqlar
ən azacıq çətinlikdən kömək üçün böyüklərə müraciət edir və
deyirlər: "Mən bunu edə bilmərəm", "bilmirəm necə edim",
"bacarmıram". Belə olduqda çox mülayim Ģəkildə uĢağı
tapĢırılan iĢi müstəqil Ģəkildə yerinə yetirməyə məcbur etmək
lazımdır. Çətinliyin mürəkkəb xarakter daĢıdığını hiss etdikdə
uĢağın köməyinə gəlmək lazımdır. Köməyi daima ehtiyatla
etmək lazımdır, uĢağın özünün yerinə yetirə biləcəyi iĢə
qarıĢmaq lazım deyildir.
"Seqen lövhəsi"ndən sonra uĢaqlara N. A. Brenşteynin
"ardıcıl hadisələr" tapĢırığını vermək olar.
Bunun üçün "Canavarlar" seriyasından ibarət beĢ süjetli
Ģəkildən istifadə etmək olar. Hər bir Ģəkil müəyyən bitkin
situasiyanı əhatə edir. Həmin Ģəkillərin məzmunu aĢağıdakı
kimidir: birinci Ģəkildə əlində çanta tutmuĢ gülərüz bir oğlan
uĢağı qarla örtülmüĢ meĢə yolu ilə gedir. Ġkinci Ģəkildə -
nədənsə çox qorxmuĢ həmin uĢaq əlində çanta meĢə ilə qaçır,
Ģəklin sağ tərəfində uĢağın yolu üstündə böyük ağaclar
görünür. Üçüncü Ģəkildə ağaca dırmaĢan uĢaq görünür.
Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın
altında görünür. Sol tərəfdə pöhrəlikdə üç canavar uĢağın
dırmaĢdığı ağaca tərəf qaçır. Dördüncü Ģəkildə uĢaq ağacın
ortasındakı aĢağı budağın üstündə uzanmıĢdır. Ağacın altında
onun çantası və ətrafa səpələnmiĢ kitab dəftərlər görünür.
Ağacın dövrəsində üç canavar dayanmıĢdır. Onlardan biri
qabaq pəncələrini ağacın gövdəsinə söykəyib, ikinci dayanıb
ağzını uĢaq olan tərəfə qaldırıb, üçüncü isə ağacın yanında
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
417
417
417
417
417
417
417
417
417
nəyisə iyləyir. BeĢinci Ģəkildə sağ tərəfdə hündür ağac
çəkilmiĢ, onun gövdəsini qucaqlayıb aĢağı düĢmək istəyən
uĢaq və ona aĢağıdan kömək edən saqqallı kiĢi görünür. Sol
tərəfdə arxa planda xizəyə qoĢulmuĢ at görünür. Xizəkdə
oturmuĢ adam fiquru var. Xizəyin qarĢısında baĢqa bir adam
fiquru çəkilmiĢdir. O, ensiz ağaca bənzəyən bir əĢyanı üfüqi
vəziyyətdə çiyninə söykəmiĢ, onun ucundan qırmızıya çalan
bir iz uzanır.
ġəkillər uĢağa ardıcıl deyil, qarıĢıq verilir. Məsələn,
beĢinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aĢağıdakı
təlimatla müĢayət olunur: "Mən sənə bir hadisəni təsvir edən
Ģəkillər verəcəm. Lakin həmin Ģəkillər qarıĢıb. Sən həmin
Ģəkillərə diqqətlə baxıb, yaxĢı-yaxĢı düĢünüb ardıcıl Ģəkildə
stolun üstünə düzməlisən. Bax bura hadisənin baĢlanğıcını
göstərən Ģəkli, sonra qalanlarını qoymalısan (ikincini və
sonrakı Ģəkillərin hər birini hara qoyacağını göstərməklə).
Onda Ģəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy».
ġəkilləri uĢağa verdikdən sonra psixoloq daha onun
iĢinə qarıĢmır, uĢağın hər bir hərəkətini, emosional vəziyyətini
protokola daxil edir.
Əgər uĢaq bir dəqiqə ərzində iĢə giriĢmirsə onu bu kimi
sözlərlə ruhlandırmaq olar: "ġəklə bax, sən onları sıra ilə
düzməlisən" və yaxud "Qorxma, bir düz görüm".
UĢaq iĢi yerinə yetirməyə baĢlayıbsa onun nə dərəcədə
düzgün iĢləməsi barədə heç nə demək lazım deyildir. Yalnız
uĢaq bütün Ģəkilləri düzüb qurtardıqdan sonra demək olar:
"ġəkillərin hamısını sıra ilə düzmüsənmi?" Ġndi göstər
görüm birinci Ģəkil hansıdır? Ġkinci hansıdır? Üçüncü,
dördüncü, sonuncu hansıdır?" UĢağın düzdüyü ardıcıllığı
protokolda qeyd etmək lazımdır. Əgər ardıcıllıq düzgündürsə,
sadəcə (+) iĢarəsi qoymaqla kifayətlənmək olar.
Bundan sonra demək lazımdır: "Ġndi mənə bu hadisəni
danıĢ". UĢağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir,
Dostları ilə paylaş: |