Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

Anar – 75  

 

35 



lar  vermişdir.  “1960-cı  ildə  bir  neçə  hekayəmi  “Azərbaycan” 

jur


nalına təqdim etdim. “Ürəyim ağrıyır” hekayəsini atama oxu-

muşdum. Çapa verməyi məsləhət bilmədi. “İztirabın vicdanı”nı 

isə  atam  bəyənmişdi,  amma  Ənvər  Məmmədxanlı  bu  hekayəni 

oxu


yub qəti surətdə pislədi. Hekayənin hifz olunmuş yeganə əl 

yaz


masının  son  səhifəsində  Ənvər  müəllimin  karandaşla  yazıl-

mış çox sərt rəyi durur: 

 

“At  peçə!  Böyük,  tarixi  bir  faciəni  məzmunsuz,  bayağı  bir 



təlxəyin qara qışqırığının hədəfi etmək olmaz!”. ...Ənvər müəlli-

min fikriylə o vaxt razılaşmışdım və hekayəni heç yerə təqdim 

et

məmişdi. İndi bu rəyi tam şəkildə qəbul edə bilmirəm... “İzti-



ra

bın  vicdanı”  hekayəsinin melodramatik  üslubunun,  bəzi  hind 

film

lərini  xatırladan  gurultulu  adının  bütün  naqisliyini  bu  gün 



daha ay

dın görürəm. Amma otuz il sonra həmin yazını bir cüm-

ləsini,  bir  sözünü  dəyişmədən  olduğu  kimi  oxuculara  təqdim 

edərkən xəcalət çəkmirəm... Nə deyim, bəlkə o dövrdə doğrudan 

da elə sobaya atılasıydı... Amma məlum olduğu kimi əlyazmala-

rı yanmır—bu həqiqət dahi əlyazmalarına da aiddir, mənim kimi 

ən adi, iddiasızlarına da...”(12,3). 

Bu sözlər müəllifin öz “sandıq yaradıcılığı”na olan təvazökar 

möv

qeyini əks etdirir. Əslində bu hekayələrlə tanış olduqda isə 



əllifin  gənc  olmasına  baxmayaraq,  onun  parlaq  istedadının, 

ya

zı qabiliyyətinin, mövzu dərinliyinin yetkinliyinin şahidi olu-



ruq.  

“İztirabın vicdanı” hekayəsində gənc ədib 37-ci ilin ağır hadi-

sələrindən—repressiya  dövründən  bəhs  etmişdir.  “Bizdə  30-cu 

il

lərin repressiyalarından bəhs edən əsərlər elə də çox deyil; am-



ma “İztirabın vicdanı” hekayəsinin yazıldığı zaman (1958-ci il-

də!) yəqin ki, belə əsərlərin sayı tək-tük olardı. Özü də bu heka-

yə həmin illərin dəhşətli, amansız hadisələrinə münasibət bizim 

o  illərdə  yazılmış  başqa  əsərlərdəkindən  daha  kəskin  və  daha 

açıqdır” (32,7).  

Əsər repressiya dövründə bu rejimin cəza orqanlarında çalış-

mış və bu ağır hadisələrə dözməyərək istefa vermiş, sonda özü 



Aytən Quliyeva

 

 



36 

də bu sistemin növbəti qurbanına çevrilmiş bir insanın etirafları 

üzərində qurulmuşdur.  

Hadisələr  Moskvada  bir  mehmanxanada  baş  verir.  Əsərin 

qəhrəmanı tanımadığı bir insanın qapısını döyərək onunla danış-

maq istədiyini deyir. Yazıçı onun xarici görünüşünü belə təsvir 

edir: “Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yor-

ğun çöhrəsində dərin qırışlar, əzab izləri onun sifətini qoca gös-

tərirdi.  İztirab  izləri  sönük  gözlərində  daha  çox  qalmışdı” 

(12,15).  Bu  sətirlərdə  sənətkar  ustalıqla  obrazının  bədii  portre-

tini yaradır.  

Bu təsvirlər qəhrəmanın keçdiyi ağır həyat yolu oxucuda mü-

əyyən  təsəvvür  yaradır.  Qəhrəmanın  daxili  dünyasındakı  əzab-

la

r, psixoloji vəziyyətindəki sarsıntılar onun hərəkətlərində özü-



nü  aydın  büruzə  verir.  “Bayaq  qapıda  durduğu  vaxt  üzünün 

utan


caq ifadəsiylə indi əsəbi ifadəsi arasında sonsuz bir kontrast 

var


dı. Bütün axşam ifadəsi min dəfə dəyişən bu adamın üzü san-

ki təzadlardan yapılmışdı. Gah uşaq kimi utancaq, gah dəli bir 

eh

tirasla yanan, gah mehriban, gah qəzəbli, gah kinli, gah yal-



taq, gah xoş, gah məsum, gah məğrur, gah yazıq”(12,15). Bir-bi-

rin


dən ağır günahlar etdiyinə görə iztirablar içində, vicdan əzabı 

ilə çırpınan, heç olmasa kiməsə ürəyini boşaltmaq istəyən və öz-

özü

nü ifşa etməklə vicdani rahatlıq tapacağını düşünən bu insa-



nın monoloqları olduqca təsiredicidir.  

O, gah törətdiyi ağır cinayətlərdən, o dövr üçün “günahkar” 

sa

yılan  insanlara  qarşı  etdiyi  iyrənc  hərəkətlərdən  danışır,  gah 



insan

lara olan dərin sevgisindən, onlara verdiyi yüksək dəyərdən 

söh

bət açır. Bu haqda N. Əliyeva yazır: “Əsərdəki bu daxili mü-



rəkkəblik,  psixoloji  situasiyaların  tez-tez  və  gözlənilmədən 

əvəzlənməsi onu göstərir ki, Anar elə ilk yaradıcılıq nümunələ-

rin

dən başlayaraq sadəlikdən, bəsitlikdən qaçmağa çalışmış, da-



ha doğrusu, həyatdakı ən sadə situasiyalarda belə, mürəkkəblik-

lər, çalpaşıq ziddiyyətlər axtarıb tapmağa can atmışdır”(32,7). 

Gənc ədib Sənanın dili ilə bir çox mənəvi-əxlaqi məsələlərə 

to

xunur. Sovet dövründəki insana qarşı süni qayğıkeşliyi, zahiri 




Anar – 75  

 

37 



ye

nidənqurmanı ifşa edir.  Əslində bu təmtəraq içərisində insana 

heç bir qiymət verilmədiyini göstərir. Hekayənin qəhrəmanı, hə-

yəcan, qəzəb, nifrət, etiraz və üsyan dolu monoloqları ilə oxucu-

nu həyəcanlandırır, onu daxilən silkələyir: “–Nəyə, kimə lazım-

dır? Kimi aldadırsınız, kimə nə isbat eləmək istəyirsiniz, sözü-

nüz nədir? Bütün o sərgi, bütün o cah-cəlal kimin üçündür? Ru-

hul


la olmayandan sonra bütün bu təmtərağın nə mənası var? Ru-

hul


lanı, Cavidi, Müşfiqi demirəm, ən adi, ən balaca, ən istedad-

sız, bax mənim kimi bir şairin, bir həkimin, bir alimin, bir mü-

həndisin, bir azərinin, rusun, ukraynalının, gürcünün qanı nahaq 

axıdılmışsa, bütün bu yuxarı qalxan qırmızı qrafiklər, bütün bu 

şü dolu qəhrəmanların şəkli, bütün bu alma boyda alçalar və 



qar

pız  boyda  almalar,  bu  qucağa  sığmayan  sünbül  dərzləri, bu 

ma

şınlar, çilçıraq binalar, rəngbərəng su püskürən fəvvarələr ki-



min ürəyində fərəh doğura bilər?”(12,17). 

O, insanı dünyadakı hər bir nemətdən üstün tutur. Günahsız 

in

sanların,  repressiya  qurbanlarının  yerini  cəmiyyətdə  heç  bir 



şey ilə doldurmağın mümkün olmadığını vurğulayır: “–Bilirəm. 

tün dəlillərinizi bilirəm,–dedi,–"A" qrupu. Ağır sənaye, vətə-



nin müdafiəsi, ölkənin qüdrəti, düşmən əhatəsi, daxili fitnəkar-

lıqlar, azğın ministr və nəhayət, şəxsiyyətə pərəstiş dövründə so-

sialist qanunç

uluğunun bəzi təhrifləri.

 

Sən  bilirsənmi  ki, bütün 



za

vodların qüdrəti insan damarlarından axan qanı yarada bilməz, 

bilirsənmi  ki,  heç  bir  elektrostansiya  insan  ürəyini  döyündürə 

bil


məz, bilirsənmi ki, hələ doğulmamış, anasının qarnında tələf 

ol

muş körpə, hətta şikəst, xəstə, yarımçıq doğulsa belə bəşərin 



ən böyük möcüzəsi, insanların bütün nailiyyətlərindən böyük bir 

nai


liyyət, bütün qələbələrdən ulu bir qələbə, 52 min peykdən da-

ha yüksək bir varlıqdır”(12,20). 

Yazıçı bu dövrdə cəmiyyətdə olan repressiya cəza orqanları-

nın  işçilərinin  süniliyini,  onların  mənəviyyatında  və  əxlaqında 

olan naqis

lik və ikiüzlülüyü belə təsvir edir: “Küçədə onları gör-

səniz bir-birlərini "bizim uşaqlarımızdandır" deyə adlandıran bu 

gənclər çox gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərə-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə