228
başlanğıcın yeganə mənbəyi allahdır, çünki o insana qanunları
öyrətmişdir. Adətən mədəniyyətin dini əsaslandırılmasının
xeyrinə olan aşağıdakı müddəalarını irəli sürürlər:
1. İnsan öz təbiətinə görə daima eqoist tələbatlarını
ödəməyə can atır və ona görə də əxlaqi ideyaları və anlayışları
özü irəli sürə bilməz.
2. İctimai həyatda yaxşılıq heç də həmişə alqışlanmır və
mükafatlandırılmır, günah isə tez-tez qələbə çalır və cəzasını
almır.
Beləliklə, insanların mənəviyyatın tələblərinə əməl
etməsini yalnız onların axirət gününə olan inamı təmin edə
bilər. İnsanlar bilməlidirlər ki, həm yaxşı, həm də pis
əməllərinə görə cənnət və cəhənnəm var, deməli, hətta Allaha
inanmayan adamlar belə mənəvi şüurun formalaşmasında dinin
oynadığı müsbət rolu gərək qəbul etsinlər.
Bununla belə məlumdur ki, bu məsələyə münasibət
müxtəlif olmuşdur. Qədim Yunanstanda əxlaqın dini
əsaslandırılmasını tənqid atəşinə tuturdular (epikürçulər).
Maarifçilər də mənəviyyatın dini mövqedən izahına qarşı çıxış
edirdilər. Sübut etməyə çalışırdılar ki, din əsrlər boyu daha çox
əxlaqa qarşı cinayət törədib, nəinki ona fayda verib. Fransa
maarifçiləri teologiyaya qarşı “ağıllı eqoizm”
nəzəriyyəsini irəli
sürmüşlər. Onlar hesab edirdilər ki, insan, öz maraqlarını ağıllı
şəkildə başa düşüb qavrasa, əsl əxlaqi şəxsiyyətə çevrilə bilər,
əks təqdirdə əxlaqi tələblərin pozulması onun maraqlarına
ziyan vura bilər.
Maarifçilər həm də düşünürdülər ki, cəmiyyət o dərəcədə
ağıllı qurula bilər ki, yaxşılıq və pisliyin əvəzi avtomatik olaraq
verilə bilsin. Vaxt ötdükçə bu mövqe sarsıdıldı, əvəzinə isə
əxlaqın izahında dini mövqelər güclənməyə başladı. Məsələn,
Kant hesab edirdi ki, insanın bu dünyadakı arzu və istəkləri
eqoizm üzərində qurulur, ona görə də əxlaq əbədi həyat
ideyasının qəbul edilməsi, o dünyada əvəzin verilməsi ideyası
olmadan mümkün deyildir. Müasir tədqiqatçıların da bəziləri