1
Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin coğrafi mövqeyi,
tərkibi müasir geosiyasi şəraiti və daxil olan ölkələr qrupu.
MDB və Baltikyanı ölkələrin iqtisadi coğrafiyası–postsovet məkanı
ölkələrinin iqtisadi coğrafiyası və daxili regionlarını öyrənir.
MDB-nin öyrənilməsi səbəbləri aşağıdakılardır:
1.
Bu siyasi-coğrafi məkan heç bir digər fənn tərəfindən öyrənilmir
2.
Azərbaycan bu məkana daxildir, çoxlu azərbaycanlı bu məkanda işləyir
3.
Bu məkanda ən çox türk dövlətləri və qurumları yerləşir
4.
Uzun illər bir yerdə siyasi, iqtisadi və sosial sahələrdə əlaqələr yaranmışdır
5.
Vahid nəqliyyat, neft-qaz kəmərləri ilə indi də bu ölkələri əlaqələndirir.
6.
Azərbaycanın k/t məhsullarının əsas satış bazarı sayılır
Kursun məqsədi Azərbaycanın uzun əsrlərdən bəri tərkibində olduğu Rusiya və
keçmiş SSRİ-nin siyasi və iqtisadi məkanın dağılması və hazırda yenidən MDB-də
birləşməsinin səbəblərini, daxil olan ölkələr qrupunun iqtisadi və sosial coğrafiyası ilə
tanış etməkdir. Azərbaycan MDB-də iqtisadi və siyasi cəhətdən önəmli yer tutur və
daxil olan ölkələrlə geniş iqtisadi əlaqələr saxlayır. Belə əlqaələr hələ Çar Rusiyası
dövründən yaranmışdır. XVII-XIX əarlərdə Rusiya öz ətraflarında boş olan
torpaqların və zəif ölkələrin olmasından istifadə edərək özünün sərhədlərini şimala,
qərbə, şərqə və cənuba genişləndirirdi və Rusiya imperiyası yarandı. Sonralar isə onun
yerində SSRİ kimi nəhəng dövlət yarandı və sosializm prinsiplərinə uyğun olaraq
xalqların öz müqqəddaratını təyin etməsi əsasında müttəfiq muxtar respublikalar və
digər milli qurumlar yarandı. Məhz həmin prinsiplər əsasında yaranmış Azərbaycanın
Respublikasının bu gün müstəqil dövlət olmasına perspektivlər yarandı. Belə ki, 90-cı
illərdəki daxili iqtisadi çətinliklər, ölkədə yenidən qurma işlərinin aparılmaması, etnik
zidiyyətlərin dərinləşməsi SSRİ kimi nəhəng bir dövlətin dağılmasına səbəb oldu.
1991-ci il dekabırında Rusiya özünü SSRİ-nin varisi elan etdi. Onun yerində 3 slavyan
respublikası Rusiya, Ukrayna və Belarus birləşərək Müstəqil Dövlətlər Birliyini
(MDB-ni ) yaratdılar və sonralar buraya Baltikyanı ölkələr müstəsina olmaqla yerdə
qalan respublikalar birləşdilər, o cümlədən ən sonuncusu Azərbaycan oldu. Bu hadisə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
2
19 sentyabr 1995-ci ildə baş verdi. Azərbaycanın daxil olmaqda məqsədi Rusiyanın
təsiri azaltmaq, ticarət və insan əlaqələri genişləndirmək olmuşdur. Beləliklə, hazırda
MDB-yə: RF, Ukrayna, Belarusiya, Moldova, Azərbaycan. Ermənistan, Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacıkıstan respublikaları daxildir. Baltikyanı
ölkələr- Estoniya, Latviya və Litva; eyni zamanda Gürcüstan (2008-ci ildə cıxıb, lakin
yenidən qayıtmaq istəyir) MDB-yə daxil olmasalar da sıx əlaqəda olduqlarına görə biz
həmin ölkələri də öyrənirik. SSRİ dağıldıqdan və MDB yarandıqdan sonra bütün
postsovet məkanında geosiyasi dəyişikliklər baş verdi. Ayrı-ayrı ölkələrdə fərdi
xarakter daşıyan islahatlar keçirildi, xüsusilə aqrar sahədə. Hazırda bu ölkələrdə
islahatların səviyyəsi, məqsədi və s. biri-birindən fərqlənir.
MDB-Avrasiyanın mərkəzi və şimal-şərqini əhatə edir, qərbdən şərqə və
ş
imaldan –cənuba böyük məsafə də uzanır. Şimalında Şimal Buzlu, şərqində Sakit və
qərbində Atlantik okeanı suları ilə yuyulur.
Sahəsinin böyüklüyünə görə (22 mln km
2
–dan çox) dünyanın bir çox iri
regionlarını qabaqlayır. Əhalisi 270.2 mln nəfərdir (1/2010). Lakin SSRİ dağıldıqdan
sonra burada münaqişə ocaqları yarandı ki, onların fəsadları bizə də dəydi. Belə ki,
Ermənistanın və yardım göstərən daxili və xarici qüvvələrin köməkliyi ilə Dağlıq
Qarabağ Vilayəti və onun ətrafında yerləşən 7 rayon- Kəlbəcər, Laçın, Qubadlı,
Zəngilan Cəbrayıl tam, Ağdam və Füzuli qismən işğal olundu. Hazırda Azərbaycanın
11min km
2
(20% ərazilər) Erməni işğalı altındadır. Bundan başqa MDB-nin Gürcüstan
Respublikasından Cənubi Ostetiyaya Muxtar Vilayət və Abxaziya Muxtar Respublika
çıxdılar. 2008-ci ilin avqustunda Cənubi Osetiyaya hücum etməsini bəhanə gətirən
Rusiya Gürcüstana qarşı hərbi əməliyyata başladı, həm də həmin seperatçı bölgələrin
müstəqilliyini tanıdı. Digər münaqişə zonası Moldovanın Dnestiryamı Respublikasıdır.
Coğrafi yerləşməsinə, iqtisadi inkişafına görə MDB-ni bir neçə ölkələr qrupuna
ayırmaq olar.
1) Avrasiyadan şimalda böyük ərazi tutan Rusiya Federasiyası. Onun 5 mln km
2
Avropa hissəsində 12 mln km
2
şərqində yerləşir:
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
3
2) Şimali-Qərb qrupu ölkələri-MDB-yə daxil olmayan Estoniya, Latviya və Litva
daxildirlər. Bu ölkələr MDB ilə sıx iqtisadi əlaqələr saxlayırlar. Hazırda Aİ və NATO-
ya daxildirlər (Şimali Atlantika təşkilatı)
3) Qərb qrupu ölkələri-Moldaviya, Ukrayna, Belarus:
4) Cənub qupu ölkələri və ya Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və
Ermənistan:
5) Orta Asiya -Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan
Respublikaları:
Ə
lbəttə göstərilən ölkələr inkişaf səviyyələrinə görə, biri-birilərindən
fərqlənirlər. Elə bu əlamətlər nəzərə alınaraq onlar aşağıdakı dərəcələrə bölünürlər:
Birinci dərəcəli ölkələrə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ukrayna
daxildir.
İkinci dərəcəli ölkələrə-Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Moldova və
Türkmənistan daxildir. ÜDM bütün dünyada ölkələrin inkişaf səviyyəsinin əsas
göstəricisi sayılır. (Dünyanın 5 ölkəsində- Lüksemburq, Norveç, İsveçrə, Hollandiya
və İsvəç adambaşına ÜDM həcmi 59.3-38.6 min $ arasındadır) MDB və ona yaxın
qonşu olan ölkələrdə adambaşına ÜDM həcmi dollarla aşağıdakı kimi olmuşdur.
(2009-cu ilin məlumatları)- RF- 18.3 MİN $, Belarus- 12.7min $, Qazaxıstan -10.3
min $, Azərbaycan- 9.0 min $, Türkmənistan-7.0 min $, Gürcüstan 4.7 min $,
Özbəkistan -2.9 min $, Qırğızıstan -2.2 min $, Tacikistan -2.0 min $, Ukrayna -6.2 min
$, Moldova -3.0 min $, MDB qonşu ölkələr Estoniyada 18.9 min $, Latviyada 16.5
min $, Litvada 16.8 min $ təşkil edir.
Gürcüstan NATO-ya daxil olmaq istəyirdi, lakin hakimiyyət bu böyük
ziddiyyətə səbəb olmuşdur. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdi. Onun
ə
sas səbəbi Gürcüstan Cənubi Osetiya MV və Abxaziya MR-da Rusiyanın köməkliyi
ilə separatçı qurumların yaradılması olmuşdur. Hazırda hər iki qurum Rusiyanın təsiri
altındadır. 2008ci ildə bu səbəbdən də Gürcüstan MDB-nin tərkibindən çıxmışdır.
Lakin buna baxmayaraq Gürcüstanla Rusiya arasında insani gediş-gəliş viza ilə həyata
keçirilir və şərab məhsullarını Rusiya “brendi” məhsulu kimi tanıyır, eyni zamanda
alqı-satqı həyata keçirilir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
Dostları ilə paylaş: |