Mdb-nin qərb qrupu ölkələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

 



Müstəqil Dövlətlər Birliyinin  (MDB) və Baltikyanı ölkələrin  coğrafi mövqeyi, 



tərkibi müasir geosiyasi şəraiti və daxil olan ölkələr qrupu. 

 

   


MDB  və  Baltikyanı  ölkələrin  iqtisadi  coğrafiyası–postsovet  məkanı 

ölkələrinin iqtisadi coğrafiyası və daxili regionlarını öyrənir. 



  MDB-nin öyrənilməsi səbəbləri aşağıdakılardır: 

1.

 



Bu siyasi-coğrafi məkan heç bir digər fənn tərəfindən öyrənilmir 

2.

 



Azərbaycan bu məkana daxildir, çoxlu azərbaycanlı bu məkanda işləyir 

3.

 



Bu məkanda ən çox türk dövlətləri və qurumları yerləşir 

4.

 



Uzun illər bir yerdə siyasi, iqtisadi və sosial sahələrdə əlaqələr yaranmışdır 

5.

 



Vahid nəqliyyat, neft-qaz kəmərləri ilə indi də bu ölkələri əlaqələndirir. 

6.

 



Azərbaycanın k/t məhsullarının əsas satış bazarı sayılır 

Kursun məqsədi Azərbaycanın uzun əsrlərdən bəri tərkibində olduğu Rusiya və 

keçmiş  SSRİ-nin  siyasi  və  iqtisadi    məkanın  dağılması  və  hazırda  yenidən    MDB-də 

birləşməsinin səbəblərini, daxil olan ölkələr qrupunun iqtisadi və sosial coğrafiyası ilə 

tanış  etməkdir.  Azərbaycan  MDB-də    iqtisadi  və  siyasi  cəhətdən  önəmli  yer  tutur  və 

daxil  olan  ölkələrlə  geniş  iqtisadi  əlaqələr  saxlayır.  Belə  əlqaələr  hələ  Çar  Rusiyası 

dövründən    yaranmışdır.  XVII-XIX  əarlərdə  Rusiya  öz  ətraflarında  boş  olan 

torpaqların  və  zəif  ölkələrin  olmasından  istifadə  edərək  özünün  sərhədlərini  şimala, 

qərbə, şərqə və cənuba genişləndirirdi və Rusiya imperiyası yarandı. Sonralar isə onun 

yerində  SSRİ  kimi  nəhəng  dövlət  yarandı  və  sosializm  prinsiplərinə  uyğun  olaraq 

xalqların  öz  müqqəddaratını  təyin  etməsi  əsasında  müttəfiq  muxtar  respublikalar  və 

digər milli qurumlar yarandı. Məhz həmin prinsiplər əsasında yaranmış Azərbaycanın 

Respublikasının bu gün müstəqil dövlət  olmasına perspektivlər yarandı. Belə ki, 90-cı 

illərdəki daxili iqtisadi çətinliklər, ölkədə yenidən qurma işlərinin aparılmaması, etnik 

zidiyyətlərin  dərinləşməsi  SSRİ  kimi  nəhəng  bir  dövlətin  dağılmasına  səbəb  oldu. 

1991-ci il dekabırında Rusiya özünü SSRİ-nin varisi elan etdi. Onun yerində 3 slavyan 

respublikası  Rusiya,  Ukrayna  və  Belarus  birləşərək  Müstəqil  Dövlətlər  Birliyini 

(MDB-ni  )  yaratdılar  və  sonralar  buraya  Baltikyanı  ölkələr  müstəsina  olmaqla  yerdə 

qalan respublikalar birləşdilər, o cümlədən ən sonuncusu Azərbaycan oldu. Bu hadisə 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

19  sentyabr  1995-ci  ildə  baş  verdi.  Azərbaycanın  daxil  olmaqda  məqsədi  Rusiyanın 



təsiri  azaltmaq, ticarət və insan əlaqələri genişləndirmək olmuşdur. Beləliklə, hazırda 

MDB-yə:  RF,  Ukrayna,  Belarusiya,  Moldova,  Azərbaycan.  Ermənistan,  Qazaxıstan, 

Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacıkıstan respublikaları daxildir. Baltikyanı 

ölkələr- Estoniya, Latviya və Litva; eyni zamanda Gürcüstan (2008-ci ildə cıxıb, lakin 

yenidən qayıtmaq istəyir) MDB-yə daxil olmasalar da sıx əlaqəda olduqlarına görə biz 

həmin  ölkələri  də  öyrənirik.  SSRİ  dağıldıqdan  və  MDB  yarandıqdan  sonra  bütün 

postsovet  məkanında  geosiyasi  dəyişikliklər  baş  verdi.  Ayrı-ayrı  ölkələrdə  fərdi 

xarakter  daşıyan  islahatlar  keçirildi,  xüsusilə  aqrar  sahədə.  Hazırda  bu  ölkələrdə 

islahatların səviyyəsi, məqsədi və s. biri-birindən fərqlənir.  

   


MDB-Avrasiyanın  mərkəzi  və  şimal-şərqini      əhatə  edir,  qərbdən  şərqə  və 

ş

imaldan –cənuba böyük məsafə də uzanır. Şimalında Şimal Buzlu, şərqində Sakit və 



qərbində Atlantik okeanı suları ilə yuyulur.  

   


Sahəsinin  böyüklüyünə  görə  (22  mln  km

–dan  çox)  dünyanın  bir  çox  iri 



regionlarını qabaqlayır. Əhalisi  270.2  mln nəfərdir  (1/2010). Lakin  SSRİ dağıldıqdan 

sonra  burada  münaqişə  ocaqları  yarandı ki,  onların  fəsadları  bizə  də  dəydi.  Belə  ki, 

Ermənistanın  və  yardım  göstərən  daxili  və  xarici  qüvvələrin  köməkliyi  ilə  Dağlıq 

Qarabağ    Vilayəti  və  onun  ətrafında  yerləşən  7  rayon-  Kəlbəcər,  Laçın,  Qubadlı, 

Zəngilan Cəbrayıl tam, Ağdam və Füzuli qismən işğal olundu. Hazırda Azərbaycanın 

11min km


2

 (20% ərazilər) Erməni işğalı altındadır. Bundan başqa MDB-nin Gürcüstan 

Respublikasından Cənubi Ostetiyaya Muxtar Vilayət və Abxaziya Muxtar Respublika 

çıxdılar.  2008-ci  ilin  avqustunda  Cənubi  Osetiyaya  hücum  etməsini  bəhanə  gətirən 

Rusiya Gürcüstana qarşı hərbi əməliyyata başladı, həm də həmin seperatçı bölgələrin 

müstəqilliyini tanıdı. Digər münaqişə zonası Moldovanın Dnestiryamı Respublikasıdır.  

Coğrafi yerləşməsinə, iqtisadi inkişafına görə MDB-ni bir neçə ölkələr qrupuna 

ayırmaq olar. 

1)  Avrasiyadan  şimalda  böyük  ərazi  tutan  Rusiya  Federasiyası.  Onun  5  mln  km

2

 



Avropa hissəsində 12 mln km

2

  şərqində yerləşir: 



Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 

2)  Şimali-Qərb  qrupu  ölkələri-MDB-yə  daxil  olmayan  Estoniya,  Latviya  və  Litva 



daxildirlər. Bu ölkələr MDB ilə sıx  iqtisadi əlaqələr saxlayırlar. Hazırda Aİ və NATO-

ya daxildirlər (Şimali Atlantika təşkilatı)  

3) Qərb qrupu ölkələri-Moldaviya, Ukrayna, Belarus: 

4)  Cənub  qupu  ölkələri  və  ya  Cənubi  Qafqaz  ölkələri-  Azərbaycan,  Gürcüstan    və 

Ermənistan: 

5)  Orta  Asiya  -Qazaxıstan,  Türkmənistan,  Özbəkistan,  Qırğızıstan  və  Tacikistan 

Respublikaları: 

Ə

lbəttə  göstərilən  ölkələr    inkişaf  səviyyələrinə  görə,  biri-birilərindən 



fərqlənirlər. Elə bu əlamətlər nəzərə alınaraq onlar aşağıdakı dərəcələrə bölünürlər: 

  Birinci  dərəcəli  ölkələrə  Rusiya,  Azərbaycan,  Belarus,  Qazaxıstan  və  Ukrayna 

daxildir.  

  İkinci dərəcəli ölkələrə-Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Moldova və 

Türkmənistan  daxildir.  ÜDM  bütün  dünyada  ölkələrin  inkişaf  səviyyəsinin  əsas 

göstəricisi  sayılır.  (Dünyanın  5  ölkəsində-  Lüksemburq,  Norveç,  İsveçrə,  Hollandiya 

və  İsvəç  adambaşına  ÜDM  həcmi  59.3-38.6  min  $  arasındadır)  MDB  və  ona  yaxın 

qonşu  olan  ölkələrdə  adambaşına  ÜDM  həcmi  dollarla  aşağıdakı  kimi  olmuşdur. 

(2009-cu  ilin  məlumatları)-  RF-  18.3  MİN  $,  Belarus-  12.7min  $,  Qazaxıstan  -10.3 

min  $,  Azərbaycan-  9.0  min  $,  Türkmənistan-7.0  min  $,  Gürcüstan  4.7  min  $, 

Özbəkistan -2.9 min $, Qırğızıstan -2.2 min $, Tacikistan -2.0 min $, Ukrayna -6.2 min 

$,  Moldova  -3.0  min  $,  MDB  qonşu  ölkələr  Estoniyada  18.9  min  $,  Latviyada  16.5 

min $, Litvada 16.8 min $ təşkil edir. 

   


Gürcüstan  NATO-ya  daxil  olmaq  istəyirdi,  lakin  hakimiyyət  bu  böyük 

ziddiyyətə səbəb olmuşdur. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdi. Onun 

ə

sas səbəbi Gürcüstan Cənubi Osetiya MV və Abxaziya MR-da Rusiyanın köməkliyi 



ilə separatçı qurumların yaradılması olmuşdur. Hazırda hər iki qurum Rusiyanın təsiri 

altındadır.  2008ci  ildə  bu  səbəbdən  də  Gürcüstan  MDB-nin  tərkibindən  çıxmışdır. 

Lakin buna baxmayaraq Gürcüstanla Rusiya arasında insani gediş-gəliş viza ilə həyata 

keçirilir  və  şərab  məhsullarını  Rusiya  “brendi”  məhsulu  kimi  tanıyır,  eyni  zamanda 

alqı-satqı həyata keçirilir.  

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə