Mdb-nin qərb qrupu ölkələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

aqlomerasiyalardan  Moskva  (ölkə  paytaxtı),  Sankt-Peterburq,  Nijni-Novqorod, 



Novosibirsk,  Kazan  və  b.  göstərmək  olar.  RF-da  13  milyonçu  şəhər  –  Moskva, 

Sankt-Peterburq,  Nijnıy  Novqorod,  Novosibirsk,  Yekaterinburq,  Samara, 

Çelyabinsk,  Omsk,  Perm,  Kazan,  Uta,  Rostov,  Volqoqrad  və  s.  Üç  şəhərin  – 

Krasnoyarsk,  Saratov,  Vorenej  əhalisi  1  milyona  yaxınlaşır.  Moskva  ətrafında 

qədim şəhərlər çoxdur. Turist marşrutu ətrafında birləşən bu şəhərlər “Qızıl dairə” 

adlanır  (Moskva  –  Vladimir  –  Suzdal  –  Yaroslav  –  Moskva).  Mərkəz,  Ural  və 

Sibirdə  şəhər  əhalisinin  xüsusi  çəkisi  daha  yüksəkdir.  Səbəbi:  Moskva  və  Uralın 

köhndən sənaye rayonu olmaları, Sibirdə yeni şəhərlərin  yaranması, k/t inkişafına 

əlverişli şəraitin olmamasıdır.  

Çoxmillətli  respublikadır,  əhalisinin  86%  ruslar,  ukraynalılar  və  beloruslar 

(slavyan  qrupu)  təşkil  edir.  İkinci  yerdə  altay  ailəsinə    məxsus  olan  xalqlar 

(tatarlar, başqırlar, altaylar, tuvalılar, yaqutlar və b. ) durur. Xalqlar 3 böyük qrupa 

bölünür – slavyanlar; türkdilli xalqlar; və azsaylı xalqlar və etnoslar. Ona görə də 

RF federativ respublika adlanır. (Əsas xalqların arealları?) 

Ə

halinin miqrasiyası – Təbii artımın aşağı düşməsi ilə bağlı azalan əhalisinin 

yerini miqrantlar doldurur. SSRİ dağıldıqdan sonra yaxın xaricdən çoxlu rus əhalisi 

RF-a  köçdü.  Keçmiş  SSRİ  dövründə  qonşu  ölkələrin  ərazisində  25-30  mln  rus 

yaşayırdı.  Hazırda  rusların  ən  çoxu  Ukraynada,  Qazaxıstanda,  Latviyada, 

Estoniyada,  Litvada  və  b.  ölkələrdə  yaşayırlar.  Son  illər  Rusiyadan  yüz  minlərlə  

əhali xüsusilə üzaq xaric ölkələrinə emiqrasiya etmişlər. 



RF-nin  təsərrüfatının  ümumi  icmalı  –  RF  təsrrüfatı  keçid  mərhələsində 

kəskin  dəyişikliklərə  məruz  qalmışdır.  İnkişaf  səviyyəsi  xeyli  aşağı  düşübdür. 

Təsərrüfatın  sahə  strukturunda  əsas  yeri  xammal  hasilatı  tutur.  Təsərrüfatın 

strukturu  sənayeləşmə  dövründə  hasilat  sahələri  hesabına  xeyli 

ağırlaşmışdır”. 



Təsərrüfatın  ərazi  strukturu,  sosial-iqtisadi,  təbii  şərait  və  ərazi  əmək  bölgüsünün 

təsiri  nəticəsində  əmələ  gəlibdir.  Ölkənin  ümumdaxili  məhsulunun    41%-ni  

istehsalı  sahələri  –  sənaye,  kənd  təsərrüfatı,  tikinti,  50%  xidmət  sahələri  – 

nəqliyyat, rabitə, ticarət və xidmət sahələri , yerdə qalan 9%-ni isə vergidən yığılan 

vəsaitlət təşkil edir. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

Xammalla sıx bağlı olan sahələrin əksəriyyəti hasilat yerlərində inkişaf edir. 



Onların sonrakı emal sahələri, xüsusilə emal sənayesi iri şəhərlərdə yerləşir. 

Rusiya  hazırda  “keçid  şəraiti”ndə  olan  ölkələrə  aiddir.  Əvvəllər  iqtisadi 

cəhətdən güclü olan ölkələr sırasında durduğu halda hazırda xeyli geriləmişdir. 

Hazırda  adambaşına  düşən  ÜDM  həcminə  görə  nəinki  inkişaf  etmiş  hətta 

Meksika,  Braziliya,  Argentina  və  b.  bir  sıra  digər  ölkələrdən  geri  qalır  (  dollar, 

2010-cu ildə). 

Rusiya  üçün  Avropaya  inteqrasiyanın  əhəmiyyəti  böyükdür.  Lakin  2008-ci 

ildə Gürcüstana müdaxiləsi, Ukrayna ilə qaz mübadiləsi və uzun müddət Avropaya 

verilən qazın kəsilməsi onun Avropaya inteqrasiyasına ziyan vurdu. 

Adambaşına ÜDM həcminə görə dünyada 25-27-ci yerləri tutur. MDB-də isə 

bütün iqtisadi göstəriciləri üzrə hakim yer tutur. 

Texnoloji cəhətdən müəssisələri köhnəlib. 

Təsərrüfatın  strukturu,  onun  xüsusiyyətləri,  iri  şirkətləri.  Ərazi  strukturu  və 

sənaye  –  Sənayenin  şərqə  doğru  irəliləməsi  baş  verib.  Avropa  hissəsində  köhnə 

sahələrin yenidən  qurulması daha səmərəlidir  

AİZ-lər  yaradılıbdır.  RF-də  15  belə  AİZ  vardır.  Bu  AİZ-lər  Kalinqradda, 

Sankt-Peterburqda,  Vıborqda,Novqorodda,  Moskva  hava  limanında,  Uzaq  Şərqə 

yerləşdirilibdir. İxracat və azad gömrük zonası vardır.  

Rusiyanın sənaye coğrafiyası 

Rusiya  dünyanın  iri  sənaye  ölkələrindəndir.    Onun    müasir  sənayesinin  əsas 

əlamətləri aşağıdakılardır: 

-

 



dağ-mədən  sənayesi,  yanacaq  və  xammalın  ilkin  emalının  üstünlük 

təşkil etməsi; 

-

 

Sənayesinin emal sahələrinin zəif təmsil olunması; 



-

 

əhalinin    istehlak  malları  ilə  təmin  edən  yüngül  və  digər  sahələrin 



aşağı səviyyədə olmaları; 

-

 



 hərbi-sənaye  kompleksinin  üstünlük  təşkil  etməsi  –  sənayenin 

konversiyasının    (hərbi  zavodların  profilini  dəyişdirərək  istehlak  malları 

buraxması) aparılması. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

Göstərilən  struktur  sərfəli  deyildir.  Son  illər  emal  sahələri  böhran  keçirir. 



Əksinə hasilat sahələri yaxşı inkişaf edir. Rusiya sənayesinin strukturu: 

Yanacaq-energetika  sahəsi  ümumi  sənaye  məhsullarının  26,6%,  metallurgiya 

18,2%,  emaledici  sənaye  35%  verir.  Onun  sənaye  müəssisələri  avadanlıqları 

köhnəlib. Əvəz olunur. Son illər sənaye sahələrində dirçəliş müşahidə olunur.  



Yanacaq-energetika  kompleksinin  əsas  sahələri  neft-qaz,  kömür  və 

elektroenergetikadır. 2011-cı ildə RF-də  1.1trilyon kvt. saat elektirik enerjisi, 512 

mln t. neft və 621 mlrd. m

3

 qaz, 331 mln t. kömür  hasil olunmuşdur.  



Neft-qaz.  Hasil  olunan  qazın  93%,  neft70%,  kömür  85%  Rusyanın  şərq 

rayonlarının- Volq aboyu,  Şimali  Qafqaz  kömür  neft  rayonlarının  payına  düşür. 

Hazırda ən böyük neft-qaz rayonu Qərbi Sibirdir. Onun şimalında çox nəhəng qaz 

yataqları  vardır.  Qərbi  Sibirdən  Rusiyanın  Avropa  hissəsi  və  xaricə  neft-qaz 

kəmərləri  cəkilib.    Çoxlu  istilik  və  su  elektirik  stansiyaları  tikilmişdir.  AES-lər 

ölkənin  qərb  hissəsində  yerləşibdir.    (Hansı  neft-qaz  kəmərləri  çəkilib,  harda?) 

Kola  yarımadasında,  Sankt-Peterburqda,  Kolada,  Novorojenskda,  Beloyarsk 

(Ural),  Kurskda  və  Smolenskdə  iri  AES-lər  vardır.  Rusiya  enerjisinin  xeyli 

hissəsini ucuz hidroelektrik stansiyaları verir. Volqa , Ob, Yenisey çayları üzərində 

kaskad  SES-lər  tikilmişdir.    Elektrik  enerji  sistemləri  yaradılıb.  Belə  sistemlər 

ğlkənini Avropa hissəsi və Sibirdədir. 

Russiyada  qeyri-ənənəvi  enerji  mənbələrindən  də  istifadə  edilir.  Kola 

yarımadasında  Qabarma-çəkilmə  Elektrik  Stansiyası,  Kamçatka  yarımadasında 

Geotermal  Elektrik  Stansiyası  fəaliyyət  göstərir.    Neft  emalı  zavodları  istehsal 

rayonlarında Mərkəzi Rusioyada, Volqaboyu və Qərbi Sibirdədir. 

Metallurgiya  -  qara  və  əlvan  metallurgiya    inkişaf  edibdir.  Qara 

metallurgiyanın  iri  rayonları  Ural,  Mərkəz  (Kusk-Maqnit  Anomaliyası)  və  Qərbi 

Sibirdir. Əlvan metallurgiyanın corafiyası daha genişdir (Şərqi Sibir, Şimal rayonu, 

Ural və b. ). Qızıl , platin, nikel, gümüş və s. qiymətli metallar istehsal edir, almaz 

hasil  və  cilalama  işləri  aparılır.    Ucuz  enerji  istehsal  edən  SES-in  yanında 

aliminium zavodları tikilib. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə