Mdb-nin qərb qrupu ölkələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 



Maşınqayırmanın  əsas  sahələri  inkişaf  etdirilibdir.  Üstün  yeri  ağır  və  hərbi 

maşınqayırma  sahələri  təşkil  edir.  Ağır  maşınqayırma,  nəqliyyat  maşınqayırması, 

gəmiqayırma,  avtomobil,  kənd  təsərrüfatı  maşınqayırması,  cihaz,  elektrotexnika. 

Ən  iri  mərkəzləri  RF  Mərkəz,  Volqaboyu,  Ural  və  Sankt-Peterburq  və  b. 

Çelyabinsk  və  Krasnoyarsk  şəhərlərində  yük  avtomobilləri,  dağ-mədən 

avadanlıqları və digər məhsullar istehsal edilir. 2011-ci ildə yük avtomobilləri 206 

min, Minsk avtomobilləri 1.7 mln ədəd, 15 min traktor istehsal olunub.  Rusiyada 

Moskva,  Nijni-Novqorod,  Ulyanovsk,  Tolyatti,  Naraberejnin,  Çelksi,  İjevsk  əsas 

avtomobilqayırma  sənayesi  mərkəzləridir.Traktorların  istehsalı  Volqoqrad, 

Lipetsk,  Vladimir,  Sankt-Peterburq  şəhərlərində  cəmlənir.  Yaroslavl,  Mıtışşi  və 

İvanovo  şəhərlərində  avtomobillər,  vaqonlar,  sənayenin  müxtəlif  sahələri  üçün 

avadanlıqlar,  elmtutumlu  sənaye  məhsulları  istehsal  olunur.  Sankt-Peterburq, 

Volqoqrad, Tolyatti, Ulyanovsk, Naberejni Çelnı şəhərlərində müxtəlif istiqamətli 

maşınqayırma  məhsulları  istehsal  edən  komplekslər  yaradılmışdır.  Cihazqayırma, 

dəzgahqayırma, radioelektronika kimi elmtutumlu istehsal sahələri Moskva, Sankt-

Peterburq, Nijni-Novqorod, Novosibirsk şəhərlərində yerləşir.  

Kimya  və  meşə  sənayesinin  əhəmiyyəti  böyükdür.  Burada  onun  bir  çox 

sahələri:  neft-kimya  (kauçuk,  plastik  kütlələr,  süni  liflər  və  b.  )  əsas  kimya  

(mineral  gübrələr  istehsalı,  soda,  xörək  duzu  və  b.  )  inkişaf  etdirilmişdir.Əsas 

rayonları: Mərkəz, Şimal, Volqaboyu, Ural, Qərbi Sibir və b.  



Meşə  sənayesi  böyük  xammal  bazasına  malikdir.  Əsasən  şimal,  Volqa-

Vyatka, Uzaq  Şərq  Sivir,  Uzaq  Şərq və b. inkişaf  etdirilibdir. Yüngül sənaye  zəif 

inkişaf  etmişdir,  əsasən  Mərkəzdə  və  Sankt-Peterburqda  yerləşir.  Qida  sənayesi 

yaxşı  inkişaf  etmişdir.  Onun  sahələri  kənd  təsərrüfat  məhsulları  istehsal  edən  –

Qaratorpaq,  Mərkəz,  Volqaboyu,  Şm.Qafqazda  və  istehlakçı  rayonlarda-  iri 

şəhərlərdə yerləşir. 



RF-nin kənd təsərrüfatı sahələrinin coğrafiyası.  

Ölkənin k/t özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda çox da 

yüksək  inkişaf  etməyibdir.  İslahatlar  zəif  aparılır,  texniki  təminatı  aşağı 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

səviyyədədir.  Hər  il  ölkəyə  xaricdən  çoxlu  k/t  məhsulları  və  hətta  özündə 



yetişdirilən taxıl idxal edilir. 

Təbii  şəraiti  ölkənin  geniş  ərazisində  k/t  üçün  o  qədər  də  əlverişli  deyildir 

Onun ümumi torpaq fondunun cəmi 13%-i k/t yararlı torpaqlar, 8%-i isə əkirlər. 

Burada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir.  



Taxılçılıq  əsas  yer  tutur.  Meşə  zonasında  boz  taxıl  növləri  –  darı,  çovdar, 

arpa,  vələmir,  qarabaşaq  vəs.;  meşə-çöl  və  çöl  zonalarında  buğda  və  qarğıdalı 

əkilir.  Taxılçılıq  yaz  və  payızda  səpilən  zonalara  bölünür.    Payızlıq  qalın  qar 

örtüyü  olan  Avropa  hissəsində,  yazlıq  şərq  rayonlarında  yerləşir.  Ölkənin  bütün 

əkinçilik  zonalarında  yayılıb.  Bu  taxıl  növlərinin  müxtəlifliyi  ilə  bağlıdır.  Taxılın 

məhsuldarlığı aşağıdır. İldə 94.0 mln. tona qədər taxıl toplanır. Taxəl rayonlarında 

məhsuldarlıq 22sen/ha.dır. (2011-cı il). Öz tələbatını ödəmir. Texniki  bitkilərdən 

ən geniş yayılanı şəkər çuğunduru, günəbaxan, kətan lifi, soya, tənbəki və b.  2011-

ci ildə kartof 12.7 mln t, şəkər çuğunduru 42.7 mln t, günəbaxan 9 mln t. Istehsal 

olunub. 


Şə

kər  çuğunduru  və  şəkər  istehsalı  Mərkəzi  Qaratorpaq,  Şimali  Qafqaz  və 

Altay diyarındadır.  2011-ci ildə 43.0 mln t. Şəkər çuğunduru yığılmışdır. 



Günəbaxan  əkinləri  əsaən  Şim.  Qafqazda  və  Voqaboyundadır.  Daha  çox 

rütubət  sevən  kətan  bitkisi  (parça  və  kəndir  hazırlanır)  əsasən  Şimal-Qərb,  Şimal 

və Volqa-Vyatka rayonlarında yerləşir. 9 mln ton məhsul yığlıb. 

Soya  bitkisi  Uzaq  Şərqin  Cənub  rayonlarında  becərilir.  Kartof  və  tərəvəz 

əkinlərinin  coğrafiyası  daha  genişdir.  Kartof  əkinləri  RF-nin  Avropa  hissəsində, 

tərəvəz  Şimali  Qafqaz,  Mərkəz  və  Mərkəzi  Qaratorpaqda  və  iri  şəhərlərin 

ətraflarında becərilir. RF iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda 

tərəvəz  yetişdirmək  üçün  istehsallar  yardılıblar.  Bağçılıq  RF  Avropa  hissəsinin  

Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və b. inkişaf etmişdir.  



Heyvandarlıq  ölkənin  k/t  məhsullarının  60%-dən  çoxunu  verir.  2012-ci  ilin 

əvvəllərində iri buynuzlu heyvanların sayı 20 mln, qoyun-keçi 23 mln. baş olub Ən 

geniş  yayılan  iri-  buynuzlu  mal-qara    və  donuzçuluqdur.  Meşə  və  meşə  çöl 

zonalarında  südlük-ətlik,  cənub  çöl  zonalarında  ətlik-südlük  istiqaməti  əsas  yer 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



 

tutur.  Donuzçuluq  Mərkəz  Qaratorpaq,  Şm.  Qafqazın  Rostov,  Krosnodar  və 



Stavrapol  ərazilərində  və  iri  şəhərlərin  ətraflarında  cəmləşmişdir.  Qoyunçuluq 

Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir. 

Eyni  zamanda  Altayda  buynuzundan  dərman  hazırlanan  xallı  maralçılıq  inkişaf 

etdirilir. Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqaməylərində yerləşir. 

Ölkədə Qara, Xəzər, Baltik dənizinin sahilləri, Şimali Qafqazda olan mineral 

bulaqlar  mühüm kurort-rekreasiya  rayonlarıdır.  Dağlarda  alpinizmin inkişafı üçün 

əlverişli  şərait  vardır.  Moskva,  Sankt-Peterburq,  Novqorod  və  digər  qəədim 

şəhərlərdə olan abidələr əsas turizm obyektləridir. 

 

RF-nin nəqliyyat və iqtisadi əlaqələri. 

1)

 

Nəqliyyatın əhəmiyyəti 

2)

 

Rusiya  kimi  dünyanın  ən  böyük  ərazisi  olan  ölkə  üçün  nəqliyyatın 

inkişafı  müstəsna  əhəmiyyət  kəsb  edir.  Onun  yeni  əraziləri,    təbii  sərvətlərinin 

mənimsənilməsi, şəhərlərin inkişafı, xarici əlqalər və s.  məhz nəqliyyat vasitəsilə 

həyata  keçirilir.  Nəqliyyat  həm  də  iqtisadiyyat  sahələrinin  yerləşməsi,  regionların 

mənimsənilməsinin amilidir. 



 

Rusiyada  müasir  nəqliyyatın  bütün  sahələri  inkişaf  etmişdir.  Onun  yollarının 

uzunluğu aşağıdakı cədvəldə verilir. (cədvəl 1) 

                                                                                   Cədvəl 1. 

2000-2008ci  illərdə  nəqliyyat  yollarının  uzunluğunda  baş  verən  dəyişiklik 

(min km). 

 

2000 



2008 

Dəmir yolu 

86,1 

85,2 


Avtomobil yolları 

584,0 


581 

Daxili su yolları 

85 

102 


 

3)  2006-cı  ildə  daşınan  yüklər  nəqliyyat  növləri  arasında  aşağıdakı  kimi 

bölüşdürülmüşdür: dəmir yol – 41%, boru-kəmər – 33%, dəniz nəqliyyatı – 0.5%, 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə