Mdb-nin qərb qrupu ölkələri


Şimal-Qərb  iqtisadi  rayonu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   10   11   12   13   14   15   16   17   18

 

13 


  Şimal-Qərb_iqtisadi_rayonu.'>Şimal-Qərb  iqtisadi  rayonu.  Rysiya  Federasiyasının  Avropa  hissəsinin 

şimal-qərbini  əhatə  edir.  Tərkibinə  Sankt-Peterburq  şəhəri,  Leninqrad,  Novqorod 

və  Pskov  vilayətləri  daxildir.  Bəzən  Şimal-Qərb  iqtisadi  rayonuna  Kalininqrad 

vilayətini  də  aid  edirlər.  Sahəsi  211,6  min  km.-dir.  Yanar  şist,  kəhrəba,  meşə 

ehtiyatları  ilə  zəngindir.  Maşınqayırma  (xüsusilə,  gəmiqayırma,  elektrotexnika, 

cihazqayırma),  sellüloz-kağız,  yüngül,  yeyinti  sənayesi  inkişaf  etmişdir.  Kənd 

təsərrüfatında  südlük  və  südlük-ətlik  heyvandarlıq,  tərəvəzçilik,  kartofçuluq, 

kətançılıq əsas yer tutur. İnkişaf etmiş nəqliyyat şəbəkəsi yaradılmışdır. 

  Şimal iqtisadi rayonu. Rysiya Federasiyasının Avropa hissəsinin şimalında 

yerləşir.  Tərkibinə  Komi  və  Kareliya  respublikaları,  Murmansk  və  Arxangelsk 

vilayətləri  daxildir.  Sahəsi  1  mln.  km.-ə  qədərdir.  Əlvan  metal,  daş  kömür,  torf,  

neft-qaz,  meşə  ehtiyatları  ilə  zəngindir.  Gəmiqayırma,  kağız-sellüloz,  dağ-mədən 

sənayesi  daha  yaxşı  inkişaf  etmişdir.Dənizsahili  rayonlarda  balıqçılıqla  məşğul 

olurlar.  Kənd təsərrüfatında kətançılıq,  maralçılıq  mühüm  yer  tuturlar.  Murmansk 

şəhəri atom buzqıran gəmilərinin bazası sayılır. 

  Volqa-Vyatka iqtisadi  rayonu.    Rysiya  Federasiyasının Avropa hissəsinin 

mərkəzində,  Şərqi  Avropa  düzənliyinin  şərq  yarısındadır.  Tərkibinə  Çuvaşiya, 

Mordva,  Mari-El    respublikaları,  Kirov  və  Nijni  Novqorod  vilayətləri  daxildir. 

Sahəsi 263 min km.-dir. Əsas təbii təbii ehtiyatları meşə materialları və fosforitdir. 

Rayonun təsərrüfat kompleksi sənayenin və  meşə təsərrüfatının kənd təsərrüfatına 

nisbətən  üstünlüyü  ilə  xarakterizə  olunur.  Maşınqayırma  (avtomobillər,  çay 

gəmiləri  və  s.)  kimya,  ağac  emalı,  kağız  emalı,  kağız-sellüloz  sənayesi  inkişaf 

etmişdir.  Region  ölkənin  mühüm  kətan  istehsalı  rayonudur.  İqtisadi  əlaqələri 

əsasən dəmiryol və su nəqliyyatı ilədir. 

  Mərkəzi  Qaratorpaq  iqtisadi  rayonu.  Rysiya  Federasiyasının  Avropa 

hissəsinin  Qaratorpaq  zonasının  mərkəzindəki  əraziləri  əhatə  edir.  Orta  Rusiya 

yüksəkliyinin  cənubunu  və  Oka-Don  düzənliyinin  şərqini  tutur.  Tərkibinə 

Belqorod,  Voronej,  Kursk,  Lipetsk  və  Tambov  vilayətləri  daxildir.  Sahəsi  167,7 

min    km-dir.  Ümumrusiya  əhəmiyyətli  təbii  ehtiyatları  kənd  təsərrüfatına  yararlı 

torpaqlar(rayon ərazisinin 82 faizə qədəri), Kursk Maqnit Anomaliyasının (KMA) 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



 

14 


dəmir  filizi, dolomit və табаширдир.  Игтисадиййаты  кянд təsərrüfatı və  yeyinti 

sənayesi üzrə ixtisaslaşmışdır. Rayon KMA bazasından kompleks istifadə əsasında 

inkişaf  etmiş  mədən sənayesi, qara  metallurgiya,  çox  metaltutumlu  maşınqayırma 

və  tikinti  materialları  sənayesinə  malikdir.  Əkinçilik  şəkər  çuğunduru,  yağlı  və 

dənli  bitkilər  istehsalı  üzrə  ixtisaslaşmışdır.  Heyvandarlıq  mövcuddur.  Sıx  dəmir 

yolu şəbəkəsinə malikdir. 

  Volqaboyu iqtisadi rayonu. Volqa çayının orta və aşağı axınları boyundakı 

əraziləri  əhatə  edir.  Tərkibinə  Kalmıkiya  və  Tatarıstan  respublikaları,  Həştərxan, 

Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəsmi 536,4 

min  km.-dir.  Əsas  təbii  ehtiyatları  neft,  təbii  qaz,  Volqa  və  Kama  çaylarının  su 

enerjisidir.  Neftçıxarma  və  neft  emalı,  xüsusilə  neft-kimya  üstünlük  təşkil  edir. 

Maşınqayırmanın  müxtəlif  sahələri  inkişaf  etmişdir.  Ümumrusiya  əhəmiyyətli 

tikinti  materialları  istehsalı  mövcuddur.  Kənd  təsərrüfatında  buğda,  yağlı  bitkilər, 

bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, 

avtomobil  və  hava  nəqliyyatı  ilə  yanaşı  su  yollarının  (Volqa)  xüsusi  əhəmiyyəti 

vardır. 


  Урал  игтисади  район    Ərazi  Orta,  qismən  Şimali  və  Cənubi  Uralı,  həmçinin 

ona  bitişik  Şərqi  Avropa  və  Qərbi  Sibir  düzənliklərinin  bir  hissəsini  əhatə  edir. 

Tərkibinə  Başqortostan  və  Udmurt  respublikaları,  Kurqan,  Orenburq,  Perm, 

Sverdlovsk,  Çelyabinsk  vilayətləri  daxildir.  Sahəsi  824,0  min  km.-dir  Faydalı 

qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi 

kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və 

əlvan metallurgiua, maşınqayırmadır. 

Ümumrusiya  əhəmiyyətli  mədən-kimya  sənayesi,  ağac  tədarükü  və 

qazçıxarma  inkişaf  etmişdir.  Kənd  təsərrüfatında  taxılçılıq  və  ətlik-südlük 

heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir. 



Ş

imali  Qafqaz  iqtisadi  rayonu.  Kuma  –Manıç  çökəkliyi  ilə  Böyük  Qafqaz 

dağlarının  Baş  suayrıcı  silsiləsi  arasındakı  əraziləri  əhatə  edir.  Tərkibinə  Adıcey, 

Dağıstan,  İnquşetiya,  Şimali  Osetiya-Alaniya,  Kabardin-Balkar,  Qaraçay-Çərkəz, 

Çeçen  respublikaları,  Krasnodar  və  Stavropol  diyarları,  Rastov  vilayəti  daxildir. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



 

15 


Sahəsi  355,1  min  km.-dir  Təbii  ehtiyatları:  neft,  təbii  qaz,  polimetall  filizlər, 

mineral  sular  və  s.    Regionun  kənd  təsərrüfatı  taxılçılıq,  yağlı  bitkiçilik,  ətlik 

heyvandarlıq 

üzrə 


ixtisaslaşmışdır. 

Sənayedə 

yeyinti, 

kənd 


təsərrüfatı 

maşınqayırması,  əlvan  metallurgiya,  sement  istehsalı  əsas  yer  tutur.  Dövlət 

əhəmiyyətli  kurortları  vardır.  Ərazisindən  beynəlxalq  əhəmiyyətli  boru  kəmərləri 

keçir.  


   

Orta  Sibir  iqtisadi  rayonu.  Əsasən  Qərbi  Sibir  düzənliyini  əhatə 

edir. Tərkibinə  Altay  respublikaları, Altay diyarı,  Kemerovo, Novosibirsk,  Omsk, 

Tomsk,Tümen  (Xantı-Mansi  və  Yamal-Nen  mahalları  ilə)  vilayətləri  daxildir. 

Sahəsi 2427,2 min km.-dir. Faydalı qazıntıları: neft, təbii qaz, daş kömür, qara və 

əlvan  metalla  rvə  s.  Zəngin  meş  əvə  su  enerji  ehtiyatlarına  malikdir.  Region 

ölkənin  əsas  neft  bazasıdır.  Yanacaq,  qara  metallurgiya,  kimya  sənayesi,  ağac 

tədarükü  inkişaf  etmişdir.  Ölkənin  mühüm  taxılçılıq  bazalarındandır.  İqtisadi 

əlaqələrində dəmiryol, çay və hava nəqliyyatı mühüm yer tutur. 

  Şərqi Sibir iqtisadi rayonu. Ərazisi Cənubi və Şimal-Şərqi Sibir dağlarını, 

Orta  Sibir  yaylasını,  Taymır  yarımadasını  əhatə  edir.  Tərkibinə  Buryatiya,  Tuva, 

Xakasiya  respublikaları,  Krasnoyarsk  diyarı  (Taymır  və  Evenk  muxtar  mahalları 

ilə  İrkutsk  (Ust-Orda  Buryat  muxtar  mahalı  ilə)  və  Çita  (Aqin  Buryat  muxtar 

mahalı  ilə)  vilayətləri  daxildir.  Sahəsi  4122,8  min  km.-dir  Su  enerjisi,  meş  əvə 

müxtəlif  faydalı  qazıntı  (kömür,  əlvan  və  nadir  metallar  və  s.)  ehtiyatları  ilə 

zəngindir. Əlvan metallurgiya, meş əvə ağac emalı, mədən, kimya sənayesi inkişaf 

etmişdir.  Rayonun  iqtisadiyyatında  Yenisey  və  Anqara  çaylarındakı  SES-lərin 

xüsusi  əhəmiyyəti  vardır.  Kənd  təsərrüfatı  nisbətən  zəifdir.  Nəqliyyatında  dəniz 

yolları və çay gəmiçiliyi əsas yer tutur. 

  Uzaq  Şərq  iqtisadi  rayonu.  Rusiya  Federasiyasının  ucqar  şərq  hissəsini 

tutur.  Tərkibinə  Saxa  (Yakutiya)  respublikası,  Yəhudi  muxtar  vilayəti,  Çukot 

muxtar mahalı, Primorye və Xabarovs diyarları, Amur, Kamçatka (Koryak muxtar 

mahalı  ilə),  Maqadan  və  Saxalin  vilayətləri  daxildir.  Sahəsi  6215,9  min  km.-dir. 

Təbii  ehtiyatları:  meşə,  su  enerjisi,  müxtəlif  növ  faydalı  qazıntılar  və  s. 

İqtisadiyyatında  mədən,    meşə  və  balıq  sənayesi  daha  çox inkişaf  etmihdir.  Kənd 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə