Mdb-nin qərb qrupu ölkələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   10   11   12   13   14   15   16   17   18

 

10 


daxili  su  yolları  –  3.4%,  avtomobil  nəqliyyatı  –  22%.  Dəniz  nəqliyyatının  belə 

kiçik yer tutması Rusiyanın xaricə ixrac etdiyi neft-qaz məhsullarının  

Rusiya  şəraitində  uzaq  məsafələrə  yüklərin  daşınmasında  dəmir  yol 

nəqliyyatının rolu böyükdür.  

RF  dəmir  yol  şəbəkəsi  XIX  ərsrdə  kapitalizmin  inkişafı  ilə  bağlı 

yaradılmışdır.  Özü  də  ölkədə  istehsal  olunan  neft,  metal, taxıl,  meşə  məhsullarını 

iri  şəhərlərə  Qara  və  Baltik  dənizləri    limanlarına  çıxarmaq  üçün  müxtəlif 

istiqamətli  dəmir  yolları  çəkilmişdir.  XIX  əsrin  sonunda  Bakı  neft  rayonunu 

Rusiyanın sənaye rayonları və xariclə əlaqələndirən dəmir yolları çəkilmişdir.  

RF-nin  Asiya  hissəsində  Çelyabniskini  Vladivostokla  birləşdirən  Transsibir 

dəmir yolu magistralı çəkilmişdir. 

Sonrakı  illərdə  daha  çox  dəmir  yolları  ölkənin  Asiya  hissəsində  çəkilir. 

Onlardan ən uzunu Baykal-Amur magistralıdır. 

Dəmir yolları ilə ən çox filiz, metal, taxıl, mineral gübrələr, meşə materialları 

və s. daşınır.  



Avtomobil  nəqliyyatı  son  illər  inkişaf  etdirilir.  Lakin  Rusiyanın  avtomobil 

yolları  şəbəkəsi  zəif  inkişaf  etmişdir.  Bu  nəqliyyatdan  şəhər  daxili,  şəhər  ətrafı, 

rayon daxili yük və sərnişin daşınmasında geniş istifadə olunur.  

Dəniz  nəqliyyatı  xarici  ixracat-idxalat  daşınmalarını  yerinə  yetirir.  RF  çoxlu 

dənizləri olduğuna görə daxili kapotajda da əhəmiyyətli yer tutur. Ən iri limanları 

Sankt-Peterburq, Murmansk, Kalininqrad, Vladivostok, Novorosiysk və b.  

Çay  nəqliyyatı  daha  yaxşı  Volqa-Kama  sistemində  Sibir  və  Uzaq  Şərq 

çaylarında inkişaf etmişdir. Volqa-Kama sistemi  - Volqa-Don, Moskva ad,Kanal, 

Volqa-Baltik  kanalları  vasitəsilə  dünyanın  dənizlərinə  çıxır.    Məhz  Xəzər-Volqa-

Volqa-Don dəniz-kanal-çay sistemi Azərbaycanı dünya dəniz yollarına çıxara bilir. 

Ağdəniz Baltik kanalı ölkənin şimala çıxışını təmin edir.  

Borukəmər  nəqliyyatı  çox  güclü  inkişaf  etmişdir.  Onun  əsası  hələ  keçmiş 

SSRİ dövründən qoyulmuşdur. Əvvəllər Volqaboyu və Şimali Qafqaz və Bakı neft 

rayonlarını  ölkənin  iri  şəhərləri  ilə  birləşdirən  kəmərlər  çəkilmişdir.  Sonralar 

Tükmənistanın  qaz  hasilatı,  Qazaxıstanın  neft  hasilatı  rayonlarını  Moskva  və 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



 

11 


xariclə  birləşdirən  nrft-qaz  kmərləri  çəkilmişdir.  Hazırda  Qərbi  Sibirin  neft-qaz 

yataqlarını    Avropa  ölkələri  ilə  birləşdirən  magistral  neft-qaz  kəmərləri  fəaliyyət 

göstərir.  

RF  böyük  ərazisi  ilə  əlaqə  saxlanılmasında  hava  nəqliyyatı  əhəmiyyətli  rol 

oynayır.  

Nəqliyyatın işi onun yük və sərnişin daşınmasından ibarətdir. 2006-cı ildə RF 

yük daşınması və yük dövriyyəsi verilir. (cədvəl 2) 

 

 2006-cı ildə RF nəqliyyat növləri ilə yük  



                    daşınmalar və yük dövriyyəsi. 

 

Yük daşınmalarında 



            x.c.%-lə 

Yük 


dövriyyəsində 

x.c. %-lə 

Bütün nəqliyyat növləri 

100,0 


100 

o cümlədən dəmir yolu 

40,7 

42,4 


Boru nəqliyyatı 

33,2 


54,3 

Dəniz  


0,5 

1,0 


Daxili su yolları 

3,4 


1,3 

Avtomobil 

22,1 

0,9 


hava 

0,02 


0,1 

 

        RF-nin xarici iqtisadi əlqaləri. 

        Xarici  iqtisadi  əlaqələr  beynəlxalq  ərazi  əmək  bölgüsünün  təsiri  altında 

yaranır. Ona görə xarici əlaqələri ölkənin inkişaf səviyyəsi, coğrafi mövqeyi, təbii 

sərvətlərinin istifadəsi, təbi şəraiti və s. kimi amillər təsir göstərirlər.  

  RF  çox  geniş  xarici  əlaqələr  coğrafiyasına  malikdir.  Ölkənin  ixracatında 

aparıcı  yeri  enerji  daşıyıcıları-neft,  qaz,  elektirik  enerjisi  və  s.  tutur.    Hazırda 

(2006-cı  ildə)  həmin  sahələrin  ixracatda  xüsusi  çəkisi  69%  təşkil  edir.  Rusiya 

“Qazpromu”  Avropaya  qaz  ixrac  edir.  İxracatda  ikinci  yeri    kimya  məhsullarının 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

12 


ixracatı tutur. Daha sonra meşə materialları, avtomobillər, digər maşınlar tutur. Ən 

çox ixracatı Qərbi Avropa və MDB öklələri ilə aparır.  

  RF  idxalının  aparıcı  mövqeyi  yenə  də  maşınqayırma  ərzaq  və  istehlak 

malları tutur.  

RF-ni xarici əlaqələrində Azərbaycan əhəmiyyətli  yer tutur. 2006-cı ildə RF-

Azərbaycanla idxal və ixracı aşağıdakı kimi olmuşdur.  (mln. dol.). 

 

idxal 


ixrac 

saldo 


Azərbaycan 

1381 


(göndərir) 

259  


(alır) 

1121 


  Göründüyü kimi Azərbaycanla ticarətdə çox böyük müsbət sadoya malikdir. 

Əlbəttə belə ticarət bizim ölkəmiz üçün əlverişli sayılmır. 



Daxili fərqlər. 

  Rusiya  11  iqtisadi  rayona  bölünür.Şimal,  Şimal-Qərd,Mərkəzi,  Mərkəzi 

Qaratorpaq,  Volqa-Vyatka,  Volqaboyu,  Ural,  Şimali  Qafqaz,  Qərbi  Sibir,  Şərqi 

Sibir  və  Uzaq  Şərq  ölkədə  ayrılmış  iqtisadi  rayonları  üzrə  tədqiqatlar  aparılır, 

layihələr hazırlanır və RF coğrafiyası tədqiq olunur.. 

  Mərkəz  iqtisadi  rayonu.  Rusiya  Federasiyasının  Avropa  hissəsinin 

mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, 

Ivanova,  Kaluqa,  Kostroma,  Oryol,  Ryazan,  Smolensk  vilayətləri  daxildir.  Sahəsi 

485 min km2 –dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. 

Rusiyanın  geniş  istehsal  profili  mühüm  emal  sənaye  rayonudur.  Ümumrusiya 

miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, 

dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya 

(xüsusilə  rezin)  sənayesi,  həmçinin  tikinti  materialları  istehsalı  ilə  tanınır.  Elmi-

texniki  və  layihə  işləri  üzrə  ixtisaslaşmışdır.  Mühüm  kənd  təsərrüfatı    rayonudur. 

Taxıl, tərəvəz, istehsalı inkişaf etmişdir. Geniş nəqliyyat şəbəkəsinə malikdir. Ölkə 

paytaxtı Moskva burada yerləşir. Əhalisi 10 mln nəfərdən coxdur. Rusiyanın ən irir 

sənaye,  elm-texniki  mərkəzidir.  İri  avtomobil,  dəzgahqayırma  və  digər 

müəssisələri vardır. 5 dənizə çıxmaq imkanı yaradılmışdır. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə