Mdb-nin qərb qrupu ölkələri


RF iqtisadi coğrafi mövqeyi və təbii ehtiyatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 



 



RF iqtisadi coğrafi mövqeyi və təbii ehtiyatları 

 

RF dünyanın ən böyük ərazisi olan ölkəsidir, Azərbaycanln şimal qonşusudur 

və cənub nöqtəsi Bazardüzü (sərhədd 390 km). Rusiya Federasiyasının  sahəsi 17 

mln.  km


2

,  əhalisi  142,2  mln  (2010-cu  il)  nəfərdir.  Sayına  görə  dünyada  7-ci  yeri 

tutur (Çin, Hindistan, ABŞ, İndoneziya, Brazilya, Pakistan). 

RF federativ dövlətdir. 83 subyekti vardır. Parlamenti 2 palatalıdır. Duma və 

nümayəndələr palatası. Parlamenti partisa sistemi ilə seçilir. Onun 21 respublikası, 

9diyarı  (Perm  yenidir),  4  milli  mahalı,  46  vilayəti,  2  iri  federativ  şəhəri  vardır 

(hansılardır?). 

Son  illər  mərkəzdənqaçmanın  qarşısını  almaq  üçün  7  federal  dairə-Mərkəz, 

Şimal-Qərb, Cənub, Volqayanı, Uralı, Sibir, Uzaq Şərq və 2 federal şəhər-Moskva 

və Sankt-Peterburq. 

ÜDM həcminə görə dünyada15-ci yeri tutur, xarici ticarətin həcminə görə  20-

ci  yeri,  MDB-nin  yaradıcısıdır.  Onun  ən  böyük    təsir  dairəsi  məhz  MDB 



məkanıdır.  

Bu  ölkələri  öz  ətrafında  birləşdirir.  Müxtəlif  birliklər  yaradıb.  Azərbaycanla 

əlaqələri yaxşı səviyyədədir. MDB-nin ÜDM 77% ni, sənaye məhsullarının 70%-i,  

k/t 53% verir. Ümumi Dünya Ticarət Təşkilatının özvüdür. 

  Avrasiyanın  şimalı-şərqində  yerləşir.  İCM  hər  yerdə  eyni  dərəcədə 

əlverişli  deyildir. Avropa hissəsinin və uzaq şərqinin  cənubu əlverişlidir. Qərbdən 

şərqə 9 min, şimaldan cənuba 4 min km uzanır. Ən cənub nöqtəsi Bazardüzüdür.  

Ərazisinin  böyüklüyü  onun  mənimsənilməsinə  çoxlu  kapital  tələb  edir, 

nəqliyyatın inkişafına böyük ehtiyac yaradır. Təbii sərvətlərlə çox zəngindir. RF ən 

uzun  quru  və  dəniz  sərhədlərinə  malikdir.  Qərbdə,  şərqdə  və  cənubda  bir  çox 

ölkələrlə  həmsərhəddir.  Şimal-şərqdən  isə  ABŞ-ın  Alyaska  şm.  ilə  qonşudur. 

Hazırda  Arktikanın  bölüşdürülməsi  uğrunda  ABŞ,  Kanada  və  Norveçlə  rəqabət 

aparır. 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

Son  illər  geosiyasi  mövqeyi  zəifləmişdir.  ABŞ-ın  və  NATO-nun  təsirinin 



genişləndirilməsi, Yaponiya və Çinin güclənməsi, cənubda islam ölkələrinin onun 

mövqeyinə  güclü  təsir  göstərir.  Yenə  də  qonşularla  və  Avropa  ölkələri  ilə  dərin 

ziddiyyətləri qalmaqdadır. 2008-ci ilin avqustunda Gürcüstana hücum etməsi, ona 

daxil  olan  Abxazya  MR  və  cənubi  Osetiyanı  müstəqil  dövlət  kimi  tanıması  bu 

ölkənin geosiyasi mövqeyinə mənfi təsir göstərir.  

Hərbi  potensialı  güclüdür,  (2-ci  yer)  Ermənistanı  silahlandırır  və  onun 

ərazisində hərbi baza saxlayır. Qırğızıstan və Tacikistanda da hərbi bazalar vardır. 

Təbii  şəraiti  və  ehtiyatları.  Sərt  iqlim  şəraiti  olan  ərazilər  geniş  yer  tutur. 

Daim  donuşluq  xüsusilə şərqində çox  böyük sahəni  əhatə edir və ekstermal  şərait 

yaradır.  Dağlıq  ərazilər  onun  kənarlarında  yerləşir  Qərb  hissəsi  əhalinin 

məskunlaşması,  k/t-nın  inkişafı  üçün  əlverişlidir.  Şimaldan  cənuba  doğru 

yağıntının miqdarı azalır, istilik isə artır. Geniş ərazisi k/t inkişafı üçün o qədər də 

əlverişli deyilir.  



Təbii  ehtiyatlarla  çox  zəngindir,  xüsusilə  meşə,  kömür,  neft-qaz,  filiz,  qızıl, 

almaz  və  s.  Bu  ehtiyatlar  ölkə  ərazisində    qeyri  bərabər  paylanıb.  Onun  şərq 

rayonları  Qərb  rayonlarına  nisbətən  təbii  sərvətlərlə  çox  zəngindir.  Kömür,  neft-

qaz  ehtiyatları,  filiz  sərvətlərinin  iri  yataqları  vardır.  (Hansılardı,  xəritə  üzrə 

öyrənin).  Ural  da  daxil  olmaqla  Qərb  rayonlarının,  xüsusilə  Mərkəz  və 

Volqaboyunun,  Şərqində  isə  iri  kömür  hasilatı  rayonlarında  ekoloji  vəziyyət 

ağırdır. 

Meşə, su, balıq, xəzdərili heyvanlar ilə zəngindir. Hidroenerji ehtiyatları onun 

şərq rayonlarda daha geniş yayılmışdır.RF yanacaq, filiz, qiymətli metallar, kimya, 

duzlar  zəngindir.    RF-nin  təbii  ehtiyatları  çox  zəif    mənimsənilmişdir,  sadəcə 

olaraq onları istifadəyə cəlb etmək üçün məaliyyə imkanları çatmır.  

Gələcəkdə  RF  təbii  sərvətləri  bütün  dünya  üçün  böyük  əhmiyyət  kəsb  edə 

bilər. Elə indinin özündə Avropanı qazla təmin etməkdə hökümran rol oynayır.  

RF  təbii    şəraitində,  ixtisaslaşmasında  və  s.  olan  fərqlərə  görə  11  iqtisadi 

rayona  ayrılır.  Mərkəz,  Mərkəzi  Qaratorpaq,  Şimal-Qərb,  Şimal,  Volqa-Vyatka, 

Volqaboyu, Şimali Qafqaz, Ural, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq.  

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



 



  RF-nin əhali coğrafiyası – Rusiya əhalisi qocalır. Belə ki, orta yaş kişilərdə 

60, qadınlarda 72-dir. 2012-ci ilin əvvəlinə  RF əhalisi 143.0 mln. təşkil etmişdir. 

Dünya əhalisinin 3%-ə qədərini MDB-nin əhalisinin 51%-i əhatə edir.  

Təbii  artım  yox  dərəcəsindədir.  2006-cı  ildə  onun    əhalisi  533  min  nəfər 

azalmış,  2006-cı  ildə  miqrasiya  hesabına  onun  əhalisi  678  min  nəfər  artmışdır, 

2011-ci  ildə  cəmi  129  min   nəfər  artmışdır.  Əhalinin  təbii atrımı  ölkə  üzrə qeyri-

bərabərdir.  Ən  az  artım  Rusiyanın  Mərkəz,  şimal-şərq  vilayətlərində  və  

şəhərlərində,  ən  çox  artım  isə  şimali  Qafqazın  və  Volqaboyunun  milli 

respublikalarında müşahidə olunmuşdur. 

 

Əhalinin  demoqrafik  vəziyyətini  yaxşılaşdırmaq  üçün  dövlət  müxtəlif 



tədbirlər həyata keçirir.  

Ə

mək  ehtiyatları  çatmır  və  buraya  kənar  respublikalardan  kütləvi  miqrasiya 

edir.  Əhali  əsasən  Orta  Asiya  dövlətləri,  Qafqaz  ölkələrindən    gəlir,  o  cümlədən 

Azərbaycandan  gəlir.  Təxmini  hesablamalara  görə  onların  sayı  1,5-2  mln.  nəfərə 

çatır,  çoxu  orada    daimi  qeydiyyata  düşür.  Əhalinin  60%-i  əmək  qabiliyyətlidir. 

Son illər işsizlər qrupu yaranmışdır. 

Əhalinin  təbii  atrımı  yüksək  olan  yerlərdə  işsizlik  çox  (Şm.  Qafqaz, 

Volqaboyu)  aşağı  olan  rayonlarda  isə  aşağı  səviyyədədir.  Şimali  Qafqazda  etnik 

ziddiyyətlərin  elə  bir  səbəbi  də  işsizlik  problemidir.  Dağ  mədən  rayonlarında 

işsizlik  aşağıdır.  Ölkə  əhalisi  hazırda  ən  çox  sənaye,  sosial-xidmət  və  ticarətlə 

məşğul  olur.  K/t  məşğul  olan  əhalinin  kəskin  sürətdə  azalıbdır.  Bir  sıra  sənaye 

müəssisələri fəaliyyətini dayandrıb (Novqorodda “Volqa” avtomobil zavodu). 

Məskunlaşma.  Ölkədə  əhali  seyrəkdir,  1km

2

  8,3  nəfər  əhali  düşür.  Avropa 



hissəsində orta sıxlıq 27 nəfər/km

2

, Asiya hissəsində isə cəmi 2 nəfər/km



2

-dir. Ən 

sıx məskunlaşan ərazi Mərkəzi Rusiya, Moskva vilayətidir. Əhalinin 80%-i ölkənin 

Qərb,  20%  Şərq  zonasında  yerləşir.  Onun  qərb  sərhədlərindən    başlayaraq 

Vladivostoka qədər dəmir yolu boyu nisbətən sıx məskunlaşan Baş Məskunlaşma 

zolağı yerləşir. Ondan şimala və cənuba əhali seyrəkləşir.  

Urbanizasiya  prosesi  burada  yüksəkdir,  bu  həm  də  təbii  şəraitlə  bağlıdır. 

Əhalisinin  73%  şəhərlərdə  yaşayır.  Qərb  hissəsində  iri  şəhərlər  daha  çoxdur.  İri 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə