Məad müƏLLİF: ŞƏHİd ayətullah seyyiD ƏBDÜl hüseyn dəSTĞeyb biSMİllahiRRƏhmaniRRƏHİM



Yüklə 0,55 Mb.
səhifə2/6
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19550
1   2   3   4   5   6

ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR

Ölümdən sonra yalnız əməllərin insana yardımçı olması haqqında Qur`an ayələri çoxdur. Onlardan yalnız birini xatırlamaqla kifayətlənirik:

«Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz bəndələrinə mehribandır.» («Ali-imran», 30)

Məhz bu səbəbdən də Öz peyğəmbərləri vasitəsi ilə bəşəriyyətə saysız xəbərdarlıqlar çatdırmışdır.

PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR YOLDAŞIDIR

Şeyx Bəhaidən nəql olunur ki, buyurdu: «İsfahan qəbiristanlığında daim məqbərə üstə ibadətlə məşğul olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü işlərindən nə görmüsən? Dedi: Dünən qəbiristana bir cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. Qürub zamanı pis bir qoxu qalxdı və məni də narahat etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən itə oxşar qorxunc bir heykəl gördüm, pis qoxu da ondan gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə görünməz oldu. Bir az keçməmiş ətrafı xoş ətir bürüdü ki, belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl, dilruba bir surət gəlib həmin qəbrin başında yox oldu. (Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış, qana bulaşmışdı. Dedim, ey Rəbbim, bu işlərin hikmətini mənə anlat, bu surətlər nədir? Mənə anladıldı ki, gözəl surət onun yaxşı əməlləri, qorxunc heykəl isə pis əməlləri idi. Pis əməllər çox olduğundan, qəbir yoldaşı da o oldu. (Pislik paklanıb, növbə gözəl surətə çatanadək.)



QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR

Əllamə Məclisi «Həqqül-yəqin`də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö`təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yə`ni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Mö`min üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi ne`mətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.» Mərhum Kuleyni Əbu Bəsirdən olan mö`təbər sənəd əsasında rəvayət edir ki, o deyib: «Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı»? Buyurdu: «Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!»

Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: «Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.» (Allah onu Həzrət Rəsula bağışladı).

Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Sə`d ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:

SƏ`D DƏ QƏBİR ƏZABI GÖRDÜ

Ənsarın rəisi Sə`d ibni Məaz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun tabutunu çiyninə götürdü və buyurdu: «Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də gedirdim.» Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, «xoş halına, Behişt sənə ruzi oldu» deyə anası dilləndi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir sıxıntısındadır»! Səhabələr soruşdular ki, ya Rəsuləllah, Sə`d kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.»

Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir.

BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI MÜMKÜNDÜR

Kuleyni, Yunisdən rəvayət edir ki, İmam Riza (əleyhissalam)-dan sual etdim: Dar ağacında asılmış adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd (əleyhissalam) 3 il dar ağacında qaldı.) İmam (əleyhissalam) buyurdu: Bəli, Allah havaya əmr edər ki, onu sıxsın.

Digər rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur: «Torpağın və havanın yaradanı bir Allahdır. Havaya vəhy edər və hava qəbirdən daha pis sıxar.» Su da eynən.

QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ

Əvvəlki söhbətlərdən qəbir əzabının səbəbləri mə`lum oldu-ilahi ne`mətləri heç etmək, inkar etmək və ailədə tünd xasiyyətlilik, acı dillilik.

Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən də tə`sirlənsin. Əksinə, gözəl rəftarı, xoş əxlaqı olanlarsa, genişlikdə, vüs`ətdədirlər. Əlbəttə, burada da mərtəbələr vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir qisim adam da göz işlədikcə genişlikdədir (yə`ni ruhları genişlikdədir).



İKİNCİ FƏSİL:  BƏRZƏX

BƏRZƏX

Bərzəxin lüğət mə`nası «pərdə» deməkdir-yə`ni, iki şeyin arasında dayanıb, onların qovuşmasına mane olan pərdə. Məsələn, şor və şirin sular hərəkətdə olsalar da Allah onların arasında maneə qərar vermişdir ki, heç biri digərini aradan aparmasın. (54-cü surə, 19-cu ayə)

Adi mə`nada bu maneəyə bərzəx deyilir. Əslində isə Bərzəx Allah-Taalanın dünya və axirət arasında yaratdığı aləmdir-dünya və axirət işləri arasındakı bir aləm!

NE`MƏT VƏ CƏZALARDA ORTA HƏDD

Bərzəxdə bu dünyanın zəruriyyətlərindən olan başağrı və dişağrı kimi dərdlər yoxdur. Maddi olmayan (mücərrəd) bərzəx aləmi axirət kimi də deyil – yə`ni, burada günahkarlar üçün mütləq zülmət və itaət əhli üçün mütləq nur yoxdur. İmamdan Bərzəxin vaxtı barədə sual olunanda buyurub: «Ölüm saatından başlamış qəbirdən ayağa qaldırılanadək.»

Qur`ani-Məciddə buyurulur: «...Qiyamətədək Bərzəxdir.» («Mö`minun» surəsi)

MİSALİ ALƏM VƏ MİSALİ BƏDƏN

Olduğumuz aləmə oxşadığına görə Bərzəxə misali aləm də deyirlər. Bu oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə fərqlidirlər. Ölümdən sonra elə bir aləmə daxil oluruq ki, bu dünya ona nisbətən ana bətnini xatırladır.

Bərzəxdə bədən də misali bədəndir, yə`ni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir. Və ona mane olası onun qarşısını alacaq bir şey yoxdur. Qərar tuduğu nöqtədə hər şeyi görür və onun üçün divarın bu tərəfi, o tərəfi yoxdur. İmam Sadiq (əleyhissalam) buyurur: «Misali bədəni görsəniz, elə həmin dünyəvi bədəndir, deyərsiniz. Əgər vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyəvi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Siz gördüyünüzsə misali bədəndir. Bərzəx bədəninin bu günkü gözlərimiz şəklində gözləri var, amma bu gözlərin piyi, eləcə də göz ağrısı onda yoxdur.»

Bu gözlər Qiyamət gününədək görür, özü də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.

İKİ ŞƏRT DAXİLİNDƏ GÜZGÜDƏKİ SURƏTƏ OXŞATMA

Hikmət sahibləri və mütəkəllimlər iki şərt daxilində bərzəx bədənini güzgüyə düşmüş surətə oxşatmışlar: birincisi, o, güzgüdə yox, öz zatı əsasında dayanır; ikincisi isə onun dərki, şüuru vardır.

Onun oxşarı yuxudakı şəxsdir ki, bir göz qırpımında uzun məsafələri ötüb Məkkəyə, Məşhədə gedir. O aləmdə növbənöv yeməli, içməli, nuş ediləsi ne`mətlər və gözəl surətlər, nəğmələr vardır ki, dünya sakinlərində o vücudlara taqət yoxdur. Ruhlar həmin misali bədənlərlə bütün sadalanmışlardan bəhrələnir və ruzi yeyirlər. (3-cü surə, 169-cu ayə)

BÜTÜN QİDALAR BİR QİDADA TOPLANMIŞLAR

Əlbəttə, o aləmin bütün ne`mətləri maddi yox, lətifdir. Rəvayətlərdə buyurulmuşdur ki, vahid bir şey mö`minin istəyi ilə müxtəlif növlərə çevrilə bilər. Məsələn, bir meyvə sənin istəyinlə başqa meyvə olar.

Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət olunmuşdur ki, (Həmzə (əleyhissalam)-ın şəhadətindən sonra) buyurdu: «Seyyidüş-şühəda əmim Həmzəni gördüm ki, qarşısında Behişt meyvələrindən bir tabaq var idi. O meyvələrdən meyl edirdi, onun istəyi ilə birdən nar üzümə döndü, üzümdən yedi, yenidən üzüm xurmaya çevrildi.»

Bəli, lətif olduğundan, bir şey başqasına çevrilir.

TƏ`SİR GÜCÜ

Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən biri orada tə`sir gücünün böyüklüyüdür. Ali hikmətdə hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir).

Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, mütləq cəmal oradadır. Rəbbimiz Qur`anda buyurur: «Biz yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan üçündür.» (18-ci surə, 6-cı ayə)

Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru səadət gözləyir.

QƏBİR SAHİBİNİN DƏ`VƏTİ

Beləcə, bərzəx aləmində tə`sir gücü, tə`sir qüvvəsi bu dünyadakı tə`sirlərə müqayisə olunası deyil. Bə`zən bu dünya sakinlərinin qarşısına mövzumuzla əlaqəli nümunələr çıxır ki, başqaları üçün ibrət olsun.

Mərhum Nəraqi «Xəzain`də, inanılmış səhabəsindən belə nəql edir: «Mən cavanlıq dövründə, İsfahanda Novruz bayramı münasibətilə atam və dostlarımla gəl-get edirdik. Çərşənbə axşamı dostlardan biri ilə görüşə getdik. Onun mənzili qəbirstanın yaxınlığında olurdu. Azca dincəlmək və dünyasını dəyişənləri ziyarət etmək üçün yolüstü qəbirstanlığa döndük. Oturduğumuz yerdə dostlardan biri zarafata üzünü bir qəbirə tutub dedi: «Ey qəbir sahibi, Novruz bayramıdır»? Qəfildən bir səs ucaldı: «Gələn çərşənbə axşamı hamınız mənə qonağsınız.» Dəhşətə gəldik. Fikirləşdik ki, yə`qin gələn çərşənbə axşamınadək ölüm bizi haqlayacaq. İşlərimiz sahmanlayıb, vəsiyyətimizi etsək də ölümdən bir xəbər çıxmadı.

Deyilən gün bir az günortadan ötmüş toplaşıb, fikirləşdik ki, həmin qəbirin üstünə gedək. Bəlkə heç məqsəd bizim ölümümüz deyilmiş. Qəbirə yetişəndə aramızdan bir nəfər dilləndi: «Ey qəbir sahibi, öz və`dənə əməl et»! Bir səs ucaldı ki: «Buyurun»! (bə`zən ibrət xatirinə Allah bərzəxin görünməsi üçün gözlərdən pərdələri götürər). Gözlərimizin önü dəyişdi. Məlakuti (bəsirət) gözlərimiz açıldı. Son həddə təravətli, səfalı bir bağ göründü. Bu bağda nəhrələrdən saf sular axırdı. Ağaclarda bütün fəsillərə məxsus, növbənöv meyvələr vardı. Bu ağaclarda xoşsəsli, növbənöv quşlar oxuyurdu. Son həddə zinətli bir imarət bu bağın ortasında idi. İmarətə daxil olduq. Nəhayət həddə gözəl bir şəxs əyləşmişdi. Bizi görüb ayağa qalxdı, üzr istədi. Dünyada görüb təsəvvür etmədiyimiz ne`mətləri orada müşahidə etdik.

ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI

Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: «Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə ləzzətlər dadmamışdıq. Nə qədər yeyirdiksə də, doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın kənarınadək müşayət etdi. Atam ondan soruşdu: «Siz kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır»? O buyurdu: «Mən sizin həmvətəninizəm. Filan məhəllənin qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında qılmışam. Əti tərəziyə qoyanda azançının «Allahu əkbər» sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti barədə suallar verib, cavab aldıq. «Sən 90 il yaşayacaqsan» dediyi adam hələ də sağdır. Mənə dediyi müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin qəbirin yanında gördük.»

BƏRZƏX ALƏMİNDƏ LƏZZƏTİN DAVAMI

O aləmin xüsusiyyətlərindən biri ləzzətlərin davamlı olmasıdır. Bu dünyada isə əbədi şey yoxdur. Gözəllik ötəri, ağzına qoyduğun təamın ləzzəti müvəqqətr, izdivac da eləcə.! Meyvələrin, xörəklərin də davamı yoxdur, qısa müddətdə xarab olub aradan gedir. Ümumiyyətlə, dünya davam yeri deyil. Bərzəx aləmi isə maddilikdən, tərkibdən uzaq olduğu üçün davamlıdır. Dediklərimin sübutu üçün öz zamanının çox böyük alimi, mərcəyi-təqlidi Əllamə Şeyx Mehdi Nəraqinin «Müstənədüş-şiə» kitabından bir qəziyyə də nəql edirəm. Həqiqətləri ümumi kütlələr hekayələr əsasında daha asan qavradığından bu gerçək qəziyyələrdən nəql olunur.

BUĞDA DOLU ƏBA

«Darüs-səlam» kitabının sonunda Şeyx Məhmud Əraqi mərhum Nəraqidən nəql edir ki, o cənab buyurur: Nəcəfdə olduğum zaman möhkəm bir qıtlıq baş verdi. Bütün uşaqlarım ac olduğu bir halda evdən bayıra çıxdım. (uşaqlar aclıqdan nalə çəkirdilər). Əmvatın ziyarəti üçün Vadiyüs-səlama getdim. Bir cənazə gətirdilər, mənə də «bizimlə gəl» dedilər və əlavə etdilər: «Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.» Onu geniş bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O məni görüb adımla çağırdı, salam verdim, yanında yer verdi, hörmət göstərdi. Sonra dedi: «Mən gördüyün həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi). Gördüyün cəmiyyət məlaikələr idi ki, məni öz şəhərimdən bu bərzəx Behiştinə gətirdilər.» Bu sözləri eşidib, sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da qəsrlər vardı. O qəsrlərdə atam, anam və bə`zi tanışları gördüm. Məni də`vət etdilər, tə`amlarından yedim. Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki, indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi, sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. «Bu buğda anbarıdır götür» dedi atam. Əbamı buğda ilə doldurdum. Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim. Əyalım «bu buğdanı haradan gətirdin»? deyə sual verdi. Demədim. Bir müddət həmin buğdadan istifadə etdik, buğda qurtarmırdı.

Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları «Darüs-səlam» kitabında zikr olunub. İstəyənlər müraciət edə bilərlər.

ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR

Bərzəx aləminin ne`mətləri kimi, əzabları, bəlaları da davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya bəlaları nəzərimizdə heç olar.

Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Be`sətdən (risalətə çatmazdan) əvvəl qoyun otardığım zaman bə`zən qoyunların heyrətli bir hala gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini soruşdum. Dedi ki, bərzəx aləmində (bərzəx Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat olarlar.»

HAŞİMİNİN QATİLİNİN YUXUDA NALƏLƏRİ

Səduq (r)ın «Səvabul-ə`mal» kitabında nəql olunub ki, İmam Hüseyn (əleyhissalam)-ın qardaşlarından birini qətlə yetirmiş misilsiz gözəl surətli bir cavanın surəti Kərbəla hadisələrindən sonra qır tək qaralmış, zifləmişdi (ravidən nəql olub). Onun vəziyyətini qonşularından soruşanda, dedilər: Kərbəla səfərindən qayıdandan sonra gecələr o qədər nalə çəkir ki, bizi də yuxudan oyadır. Yanına gedib, əhvalını özündən soruşdum. Dedi: «Öldürdüyüm haşimi cavan hər gecə gəlir, məni atəşə tərəf çəkir. O qədər nalə çəkirəm ki, yuxudan oyanıram.» Bu nalələr və üzüqaralıq sonrakı əzabın bu dünyada görünən mində bir zərrəsidir.

ƏTTARIN MÖİZƏSİ VƏ VERDİYİ BORCU İSTƏYƏN YƏHUDİ

Bərzəx əzabının bu dünyada zuhuru üçün çox əsaslar vardır ki, onları xatırlamaq uzun çəkər. Təkcə «Darüs-səlam`da zikr edilmiş bir qəziyyəni nəql edirik. Zahid alim Seyyid Haşim Bəhrani buyurmuşdur: «Nəcəfdə bir əttar (ətir satan tacir) vardı. Hər gün günorta namazından sonra dükanında camaata moizə edərdi və məclisi heç vaxt boş olmazdı. Bir hind şahzadəsi bu şəxsin yanında içində nəfis gövhərlər və qiymətli cəvahirlər olan sandıqçanı əmanət qoyur. Geri qayıdıb əmanətini geri götürmək istəyəndə, əttar əmanət qoyulduğunu inkar edir. Hər yerdən əli üzülən hind şahzadəsi Həzrət Əmirəl-mö`minin (əleyhissalam)-ın pak qəbrindən yardım istəyib, dedi: «Ya Əli, mən sənin qəbrinin yanında qalmaq üçün vətənimi, rahatlığımı tərk edib, olanımı əttara əmanət verdim. İndi o inkar edir, mənimsə nə başqa bir şeyim, nə də şahidim var. Səndən başqa dadıma yetəcək bir kimsə yoxdur.»

Axşam yuxuda Həzrət Əli (əleyhissalam) buyurdu ki, sübh şəhər darvazasında çıx, gördüyün birinci adamdan əmanətini istə. Yuxudan oyanan kimi şəhərdən çıxdı. Gördüyü ilk adam ailəsinin ehtiyacı üçün dalındakı şələni satmaq istəyən bir qoca oldu. Hindu ondan bir şey istəməyə utandı və pak məzara qayıtdı. İkinci kecə də həmin yuxunu və sübh həmin şəxsi gördü, amma yenə də bir söz demədi. Üçüncü dəfə də eyni yuxunu görüb, səhəri həmin abidlə rastlaşdı.

Bu dəfə vəziyyətini ona danışıb, əmanətini istədi. O şərif şəxs bir az fikirləşib, sabah günortadan sonra əttarın dükanına gəl, əmanətini çatdırım-dedi.

Səhəri gün camaat əttarın dükanına yığışdığı vaxtda abid kişi gəlib, buyurdu: Bu gün moizə etməyi mənim öhdəmə qoy.

Əttar qəbul etdi. Abid buyurdu: Ey camaat, mən filankəsin oğlu filankəsəm. Xalqın haqqından bərk qorxanam. Allahın yardımı ilə qəlbimdə dünya malına məhəbbət yoxdur. Qənaət, üzlət əhliyəm. Amma bütün bu tə`riflərə baxmayaraq, başıma çox acı bir hadisə gəlib ki, sizə danışmaq istəyirəm. Sizi ilahi əzabın şiddəti, Cəhənnəm odunun yandırması ilə qorxutmaq, cəza gününün bə`zi xəbərlərini sizə çatdırmaq istəyirəm. Bir gün mən borc almağa məcbur oldum. Bir yəhudidən 10 qran aldım və 20 günə qaytarmağa şərtləşdik – yə`ni gündə yarım qran. On gün yarım qran qaytarandan sonra yəhudini görə bilmədim. Sonra yuxuda Qiyamətin başlandığını gördüm. Məni və sair adamları hesab üçün ayırdılar. İlahi fəzldən, mən Behişt əhlindən olub, Behiştə tərəf hərəkət etdim. Sirata çatanda Cəhənnəmin nə`rəsini eşitdim. Borclu qaldığım yəhudinin Cəhənnəmdən alov şö`ləsi tək ayrılıb yolumu kəsdiyini gördüm. «Mənim 5 qranımı ver, get»! dedi. Ağlayaraq dedim: «Mən səni axtardım ki, borcunu qaytaram.» Nə qədər dedimsə buraxmadı. «Onda qoy bir barmağımı bədəninə toxundurum.» Razı oldum. Bədənimə toxunan barmağının dağlayıcı istisindən yuxudan oyandım və sinəmdə onun barmağının yarasını gördüm. Bəli, ində də yaralıyam və etdiyim dərmanlar heç bir fayda vermir.»

Bunu deyib, qoca abid sinəsini açdı, yaranı görən adamların naləsi qalxdı. Əttar ilahi əzabın çətinliyindən qorxuya düşdü. Həmin hindunu evinə aparıb, əmanətini qaytardı və üzr istədi.

KİMSƏ İNKAR ETMƏDİ

Əql hökm edir ki, eşitdiyimiz sözlər qeyri-mümkün (məhal) deyilsə, onu inkar etməməli, əksinə, mümkün hesab etməliyik. Məsələn, bir astranom Ayın Yerin ətrafında fırlandığını, Marsın da ətrafında fırlanan ulduzların (peyklər) mövcud olduğunu deyirsə, görəsən bu xəbəri eşidəndə inkar etməliyikmi?! Əksinə, mümkündür ki, bu xəbər doğru olsun. Şeyxür-Rəis deyir: «Əgər eşitdiyiniz xəbərin ziddinə dəliliniz yoxdursa, onu mümkün hesab edin. Məsələn, eşitsəniz ki, dünyaya ikibaşlı uşaq gəlib, əql üçün qeyri-mümkün olmadığında, bu xəbəri mümkün bilin.»

ÜÇ NÖV XƏBƏR

1. Qeyri-mükünlüyünə əqli dəlil olmayan xəbər inkar edilməməlidir.

2. Ziddinə dəlil olmamaqla yanaşı, bu xəbərə sadiq və doğruçu şahid varsa, əqlin hökmü ilə bu xəbər qəbul olunmalıdır.

3. Əgər xəbər verən şəxsin Allah-Taala tərəfindən mö`cüzə kimi bir sənədi, şəhadətnaməsi varsa, bu xəbər tam yəqinliklə qəbul olunmalıdır.

MƏADIN OLMAMASINA ƏQLİ DƏLİL YOXDUR

Ölümdən sonra sual-cavabın olmayacağına kimin dəlili var?! Kim iddia edə bilər ki, qəbir sıxıntısı, bərzəx və Qiyamət yoxdur?! Siz əql sahibləri özünüz mühakimə edin: bir astronomun «Marsla Merkuri arasında dörd min ulduz var» deməsi ilə Həzrət Peyğəmbərin «kafir üçün qəbirdə 99 əjdaha var» deməsinin nə kimi fərqləri var? Əgər kimsə iddia edərsə, astronom hiss vasitəsilə deyib, bilməlidir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də hiss vasitəsi ilə xəbər verib. Dində məhşur «Mer`ac» gecəsində o Həzrət hər şeyi gördü və müqəddəs ruhu hər şeydən xəbərdar oldu. Bəli, hissin əyri-əskiyi ola bilər, amma Həzrətin qəlb gözü yanıla bilməz.

HƏZRƏT MƏHƏMMƏD (səlləllahu əleyhi və alihi və səlləm) MÜTLƏQ DOĞRUÇUDUR

Bəli Həzrət (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduqları atronomların dediklərindən qat-qat ucadır. Onun dediklərini inkar etmək əqli zəiflikdəndir. Buyurduqlarının ziddinə heç bir dəlil olmayan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütləq doğruçudur. Hələ İslamdan əvvəl onu Məkkədə «Əssadiqül-əmin» adlandırmışdılar. Onun peyğəmbərlik sənədi və əbədi mö`cüzəsi Qur`ani-Kərim hər zaman qarşımızdadır. Belə bir şəxsin qəbir sorğusu, Qiyamət barədə buyurduqlarını necə qəbul etməmək olar?!

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN MƏRASİMİ

Fatimə binti Əsəd vəfat edəndə Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna ağlar gəlib, anam dünyadan getdi» xəbərini verdi. Bir müddət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)ə analıq etmiş bu sevimli qadın haqqında Həzrət buyrdu: «Mənim anam dünyadan gedib.» Kəfən zamanı Həzrət öz köynəyini gətirib, «ona bürüyün» buyurdu. Sonra qəbirdə bir müddət uzanıb dua etdi. Dəfndən sonra qəbrin başında dayandı və birdən uca səslə «ibnəki, ibnəki, la Əqil, la Cə`fər» dedi. Həzrətdən bu əməllərin səbəbini soruşulanda buyurdu: «Bir gün Qiyamətin üryanlığından söhbət düşəndə, Fatimə ağlayıb, onu öz göynəyimə bükməyimi istədi. Qəbir əzabından qorxduğu üçün qəbirdə uzanıb, dua etdim. Qəbirdə Allah və Peyğəmbər barədə olan suallara cavab verən Fatimə İmam barəsindəki sualda tutuldu (çünki İmamət əmri aşkar olmamışdı), ona görə mən dedim ki, Cə`fər yox, Əqil yox, söylə oğlun Əli.»

FATİMƏ GƏLƏCƏK ƏZABDAN QORXUR

Fatimə binti Əsəd kimi əzəmətli bir şəxs, Kə`bə daxilində üç gün Allaha qonaq qalmış kəs, Həzrət Əli (əleyhissalam)-ın pak vücudunu böyütmüş ana, Peyğəmbərə ikinci iman gətirmiş qadın, o sayaq ibadət əhli sonrakı əzablardan bu cür qorxursa və Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ona bu sayaq kömək edirsə, gəlin biz də özümüzü fikirləşək.

Qayıdaq söhbətimizin davamına.

CİSMANİ BƏDƏNƏ RUHUN TƏ`SİRİ

Bərzəxdə ne`mət və ya əzab ruha aid olsa da bə`zən ruhun qüvvəsindən bədən də tə`sirdə olur. Bə`zən ruhun həyat qüvvəsindən qəbirdəki bədən min il ötsə də, çürümür, təravətini itirmir. Sübut üçün çox mövzular vardır. Məsələn, təqribən Fətəlişah döründə tə`mir məqsədi ilə İbn Babəveyhin (r) sərdabəsini açır və cənazənin, kəfənin zərrəcə çürümədiyinə şahid olurlar. Ən maraqlısı isə odur ki, dəfndən doqquz yüz il keçməsinə baxmayaraq, onun dırnaqlarındakı hənanın rəngi getməmişdi.

SƏDUQUN CƏSƏDİ TƏRAVƏTLİ QALMIŞDI

«Rovzatül-cənnat» kitabında yazılır: 1238-ci ildə güclü yağış Şeyx Səduqun (r) məqbərəsini uçurtdu. Tə`mir məqsədi ilə şərif qəbrə daxil oldular və cəsədin tamamilə səhih, salamat qaldığını gördülər. Cənazənin dırnaqlarında hənanın əlamətləri vardı. Bu xəbər Tehranda yayılıb, Fətəlişahın qulağına çatdı. Sultan özü bir dəstə alim və dövlət işçiləri ilə bu xəbəri yoxlamağa gedib, deyilənlərin həqiqiliyinə şahid oldular. Sultan binanın tə`mir edilib, güzgülənməsini əmr etdi.

HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL

Mühəddis Cəzairi «Ənvari-nö`maniyyə» kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tə`nə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi tə`yin etdi.

KULEYNİNİN QƏBRİNDƏ SÜDƏMƏR KÖRPƏ

Məşhur «Kafi» kitabının müəllifi Kuleynini qəbri Bağdadda yerləşir. Zalım hakimlərdən biri Kazimeynə ziyarətin qarşısını almaqdan ötrü İmam Kazim (əleyhissalam) qəbrini uçurmaq fikrinə düşür. Qəlbən şiə olan vəzir öz əqidəsini açmamaqla, yolüstü Kuleyninin qəbrini hakimə göstərib, deyir: Gördüyün qəbir İmamın nümayəndələrindən birinin qəbridir. Deyirlər ki, onun cəsədi çürüməyib, təzədir. Gəl, bu sözü yoxla. Əgər doğru çıxsa, İmamımn qəbrinə toxunmağın məsələhət deyil.» Hakim qəbul etdi. Dərhal Kuleyninin qəbrinin açılması əmr olundu. Qəbri açıb cəsədin çürümədiyinə əmin oldular. Ən təəccüblüsü isə cəsədin yanında təravətli südəmər bir körpə cəsəd də vardı. Bu körpənin kimə məxsus olduğu mə`lum deyil. Bildiymiz budur ki, həyat çeşməsinə bağlı olanlar da ondan faydalanarmışlar. Əlbəttə, bütün xeyirlərin mə`dəni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ailəsidir. Onların, İmam övladalarının, həqiqi alimərin qəbirlərindəki mö`cüzələr həmən həyatın əsərləridir. Bu səbəbdən də onların cəsədləri çürüməmişdir.

Əksinə, insan əzab, od əhlidirsə, ruhun çəkdiyi əzablar cəsədə də sirayət edər. Abbasilər Əməvilərə qalib gəldikdən sonra onların qəbirlərini xaraba qoydular. Mə`lun Yəzidin qəbri açılanda qəbirdə cəsəd uzunluqda kül xətdən başqa bir şey tapılmadı.

BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ`LƏ SAÇIR

Mərhum Şeyx Məhmud Əraqi «Darüs-səlam`da mö`təbər şəxslərdən nəql edir ki, buyurublar: Tehrandakı İmamzadə Həsən qəbirstanlığına getdik. Hələ gün batmamışdı. Dostlardan biri bir qəbrin daşı üstə oturdu və elə o an da fəryad çəkdi ki, məni qaldırın. Məzarın daşı eynən alov kimi idi. Ruhun əzabının şiddətindən hətta qəbir daşı da qızmışdı. Mən qəbir sahibini tanıyıram. Rüsvay olmasın deyə, adını çəkmirəm.

Qumda dəfn edilmiş daha bir nəfərdən danışılır ki, qəbrindən od şö`ləsi qalxıb, məqbərənin xalçalarını yandırmışdı.

Şeyx Şüştəri öz moizələrində buyurub: Qur`anda buyurulur «narun hamiyə», yə`ni «isti alov.» Görəsən soyuq alov da varmı? Bəli. Əgər müqayisə olunsa, dünya alovu bərzəx və Qiyamət alovuna nisbətən çox soyuqdur.

DÜNYADA ƏN BÖYÜK ALOV ŞİMŞƏKDİR

Buyurur, ağac alovunu şimşək alovu ilə müqayisə edin. Şimşək buludların toqquşmasından yaranan lətif alovdur. Toxunduğu cismi yandırıb uzaqlaşır. Yandırdığını heç bir şey söndürə bilmir. Ağacı vurduqda tamamilə külə döndərir. Dənizə düşdükdə, hətta suyun altındakı balıqları da yandırır. Bəli, ağacdan da alov yaranır. Amma bu alovu bir ovuc torpaq və ya su söndürür. Yandırıcılığı da məhduddur.

Aydın olur ki, digər bir aləmin alovu bu dünyanın heç bir alovu, hətta şimşək alovu ilə də müqayisə edilə bilməz. Bərzəxdə ruhi əzabda olan insanın qəbirdəki cəsədinin də tə`sirlənməsi mümkündür. Əlbəttə ki, həmişə yox. Əksinə, bə`zi Allah dostlarının məzarında heç bir ətir səpələnmədiyi halda xoş qoxular, müşk, ətir qoxusu duyulmaqdadır.

KİMLƏR ÜÇÜN QORXULU DEYİL?

Əhli-beyt (əleyhissalam)-dan xoş bir müjdə yetişib ki, bir dəstəni Allah-Taala qəbir qorxusu qəbir sıxıntısı və bərzəx əzablarından amanda saxlayır. Əvvəl o adamları ki, təlqin olunmuş olsunlar. Zahirən dəfndən sonrakı üçüncü təlqin nəzərdə tutulur. Yəhya ibni Əbdüllah deyir ki, İmam Sadiq (əleyhissalam) buyurdu: «Nə edə bilərsiniz ki, sizin meyyitləriniz Nəkir və Münkərdən amanda qalsınlar?» Soruşdum ki, nə edək, buyurdu: «Meyyit dəfn olunduqdan sonra onun vəlisi qəbrin yanında durub ağzını qəbrin baş tərəfinə yaxınlaşdırsın, sonra uca səslə təlqin desin. Təlqindən sonra Münkir Nəkirə deyər: «Gedək, höccəti, cavabı ona təlqin etdilər.» Təlqin 3-dür: Öləndə, dəfn zamanı qəbirdə və dəfndən sonra. Kimsə deməsin ki, ölü nə eşidir deyilənləri! Əvvəldə qeyd olunmuşdu ki, ruh oradadır və bizdən daha yaxşı eşidir. Deməyin ki, ölü ərəb dilini bilmir. Bu dünyadan köçən adam üçün bütün dillər eynidir. Məhdudluq bu dünyanın xüsusiyyətidir.

İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM

Növbəti qəbir əzabından amanda qalacaq dəstə cümə axşamının günortasından cümənin günortasınadək dünyadan gedənlərdir. Çünki bu müddət ərzində ilahi rəhmət nazil olur. Ölənlər həmin rəhmət yağışında Allah dərgahına qovuşduqlarından, rəhmət ağuşunda olarlar. Bu güzəşt əslində ilahi lütfdən olub bəndənin bağışlanması üçün bəhanədir.

XURMA BUDAĞI VƏ 40 NƏFƏRİN ŞAHİDLİYİ

Və`d edilmişdir ki, qəbrə qoyulan çubuq, budaq qəbir əzabına mane olar. Yaxşı olar ki, budaq xurma ağacından və tər, yaş olsun. Həzrət Baqir (əleyhissalam) buyurmuşdur: «Nə qədər ki, budaq yaşdır, nəmdir meyyitə əzab verilməz və çubuq quruduqdan sonra əzabı iki çubuqca olmaz, inşallah!» Əzabdan amanda qalmağın digər səbəbi meyyitin yaxşılığına 40 nəfərin şəhadət verməsi və onun bağışlanmasını istəmələridir. «Ənvari-nö`maniyyə»də İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: «Əgər 40 nəfər şəxs meyyitin yanında hazır olub «Xudaya, biz onun yaxşılığından başqa bir şey bilmirik» desələr, Allah-Taala buyurar: «Onun haqqındakı şəhadətinizi qəbul edib sizin bilmədiklərinizi bağışladım.»

NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN CƏNAZƏSİNƏ NAMAZ QILMADI?

Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır. Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: «İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!» Qüsl veriləndə də 40 nəfər gəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduğunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.» Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.

MƏCLİSİNİN KƏFƏNİNƏ HÜSEYN (əleyhissalam)IN TÜRBƏTİ İLƏ YAZILMIŞ ŞƏHADƏT

Xeyir əməl sahibləri öz kəfənlərini hazırlayar və mö`minlərin o kəfənə (kəfən sahibi haqqında) şəhadətlərini yazmalarını xahiş edərdilər. Mühəddis Cəzairi nəql edib ki, ustadı Əllamə Məclisi mö`minlərdən istəyib ki, onun kəfəninə Hüseyn (əleyhissalam)-ın türbəti ilə (kəfən sahibinin imanına) öz şəhdətlərini yazsınlar. Belə yazıblar: «İmanına şəkk yoxdur», sonra adlarını yazıb, möhür vurublar.

Eləcə də qəbrə və kəfənə Həzrət Hüseyn (əleyhissalam)-ın türbətindən qoymaq, meyyitin alnına və iki övcuna türbət çəkmək fövqəl-adə tə`sirli işlərdəndir.

ÖLÜMDƏN SONRA İNSANA YETİŞƏCƏK XEYİR İŞLƏR

Ölən şəxsin yerinə, onun üçün bu dünyada görülən işlər bərzəx və Qiyamətdə həmin şəxs üçün faydalıdır. Məsələn, bir işin savabını ölənə hədiyyə etmək, borcunu ödəmək, qəza namaz və orucunu, boynunda qalmış vacib həccini yerinə yetirmək, ölən üçün Allah yolunda sədəqə vermək, dua edib bağışlanmasını istəmək və s. Bu barədə Əhli-beyt (əleyhissalam)-dan çoxlu rəvayət gəlib. İstəyənlər «Vəsailüş-şiə» kitabına müraciət edə bilərlər. Xülasə, Allah-Taala ölən üçün işlərin savabını mərhuma çatdırır və bu işi görən adama neçə qat artıq savab mərhəmət edir.

MEYYİT ÜÇÜN HƏDİYYƏLƏR

Həzrət Sadiq (əleyhissalam) buyurur: «Meyyit sıxınıtı və narahatlıqda olduğu zaman, bə`zən onun üçün rahatlıq yaranar, ona deyərlər ki, bu rahatlıq dünyada filan şəxsin sənin üçün hədiyyəsinin nəticəsidir.»

Bə`zi bəxşişlərin meyyit üçün daha çox savabı olar, «Vəsail» kitabında İmam Sadiq (əleyhissalam)-dan belə rəvayət olub:

Xudavənd Cəbrəilə əmr edər ki, hər birinin əlində Behişt ne`məti dolu xonça olan yetmiş min mələklə həmin qəbrə doğru getsinlər və «ey Allahın dostu, salam olsun sənə, bunlar filankəs oğlu filankəsin sənə göndərdiyi hədiyyədir», desinlər, sonra qəbri nurla dolar...

ÖLÜLƏRİN DİRİLƏRDƏN İSTƏYİ

«Cameül-əxbar» kitabında Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan nəql edilmişdir ki, buyurub: «Öz ölənlərinizə hədiyyə göndərin.» Soruşdular ki ölülərin hədiyyəsi nədir? Buyurdu: – Sədəqə və dua. Hər cümə axşamı mö`minlərin ruhları dünya asimanında öz evlərinin müqabilinə gəlib, həzin səslə ağlayıb fəryada edərlər ki, ey mənim əhlim, ey mənim övladlarım, ey atam, ey anam, ey qonşularım, bizə mehribanlıq göstərin, Allah sizə rəhmət etsin, əlimizdə onlardan bizə çatan əzab və hesab oldu, xeyri özgələrə çatdı, bizə mehribanlıq göstərin bir dirhəmlə, bir parça çörklə, bir paltarla...»

BƏRZƏX BU DÜNYADAN QEYBDƏDİR

Bə`ziləri belə bir sual verə bilərlər ki, bu genişlikdə olan bərzəx aləmi harada yerləşir.?

Əlbəttə, əqlimiz bunu dərk edə bilməz. Onu deyə bilərik ki, bərzəx bu dünyadan qeybdədir. Bu məsələni anlamağımız üçün rəvayətlərdə bir sıra misallar çəkilib. Məsələn, yerdən göyədək bütün dünya bərzəxlə müqayisədə ucsuz-bucaqsız biyabandakı kiçik üzük həlqəsini xatırladır. Dünyada olan insan almadakı qurd, ana bətnindəki uşaq kimidir, yalnız öldüyü zaman azad olur. Doğrudur ki, başqa bir yerə getmir, həmin aləmdə mövcuddur, amma məhdudiyyətlərdən azad olur. Maddi məfhumlar olan zaman və məkan məhdudiyyətləri onun qarşısından götürülür.

BƏRZƏX ALMİ DÜNYANIN MÜHİTİDİR (MÜHİT – ƏHATƏ EDƏN)

Ana bətnindəki körpəyə, çöldə ana bətnindən qat-qat geniş bir aləm olduğu deyilsə, dərk edə bilməz. Biz də ana bətni ilə bərzəx arasında eyni vəziyyətdə olduğumuzdan, bərzəxi anlamırıq.

Qur`ani Məcid buyurur: «Sənin üçün nə hazırlandığını kimsə bilmir.» Bəli, biliklərimizi sadiq, doğruçu şəxslər xəbər verdiyinə görə, biz də təsdiq edirik.

Bu dünya ana bətnində mühit (əhatə edən) olduğu tək, bərzəx də bu dünyaya mühitdir – bundan dəqiq izahat, ifadə yoxdur.

RUHLARIN BİR-BİRLƏRİ İLƏ ÜNSİYYƏTİ VAR

İsbəğ ibni Nəbatə deyir: Mövlam Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın Kufə darvazasında səhra ilə üzbəüz durduğunu gördüm. Sanki, kiminləsə danışırdı, amma kimsə görünmürdü. Mən də dayandım, bir az ötdü, yorulub oturdum.

Bir dəfə də durdum, əyləşdim, amma Həzrət Əli (əleyhissalam)-dayanıb söhbət edirdi. Ərz etdim, ya Əli, kiminlə danışırsan? «Söhbətim mö`minlərlədir» buyurdu. Soruşdum mö`minlərlə? Buyurdu: Bəli, o şəxslər ki, dünyadan getmişdilər, indi buradadırlar. Sual verdim ki, ruhdurlar, yoxsa cism? Buyurdu: «Ruhdurlar. Kaş onların toplanaraq, ünsiyyət saxlayıb, ilahi ne`mətlərini necə yad etdiklərini gördəydin.!»

VADİYÜS-SƏLAM RUHLARIN YERİDİR

Digər bir hədisə görə istər şərq, istərsə də qərbdə dünyadan gedən mö`minin ruhu (misali qəlibdə) Vadiyüs-Səlamda, Əmirəl-Mö`minin Əli (əleyhissalam)-ın yaxınlığında zühur edər. Başqa sözlə, Nəcəfül-Əşrəf (şərif nəcəf şəhəri) uca mələkutun nümayişidir.

Eləcə də, Yəməndə ot bitməyən, quş uçmayan Bərəhut səhrası kafir ruhlarının zühur yeridir.

ELM VƏ ƏMƏLƏ GÖRƏ HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)LA YAXINLIQ

Əli (əleyhissalam)la yaxınlığın əhəmiyyəti haqqında eşitdiklərimiz ruhani yaxınlığa aiddir. Həzrətə yaxınlıq elm və əmələ görədir. İnsanın bircə günahı onu Həzrətdən, həmin günah qədər uzaqlaşdırır. İnsanın ruhunun Əli (əleyhissalam)la olub, cəsədinin Nəcəfdə dəfn olunması böyük səadətdir.

Amma Allah eləməsin ki, kimsənin cəsədi Nəcəfdə, ruhu isə Bərəhutda əzabda olsun. Ruhən qovuşmağa çox sə`y edilməlidir. Əlbəttə, Nəcəfdə dəfn olunmağın da tə`siri böyükdür.

YƏMƏNDƏN NƏCƏFƏ GƏTİRİLƏN CƏNAZƏ

«Mədinətül-məaciz» (mö`cüzələr şəhəri) kitabında nəql olunub ki, bir gün Həzrət Əli (əleyhissalam) əshabdan bir dəstəylə birlikdə Kufə darvazasının yanında oturmuşdu. Həzrət nəzər salıb buyrdu: «Mənim gördüklərimi siz də görürsünüzmü.» Ərz etdilər ki, Siz nə görürsünüz, ya Əmirəl-mö`minin? Buyurdu: «Dəvə üstündə cənazə gətirən iki adam görürəm. Bura çatmaqlarına üç günlük yol qalıb.» Üç gündən sonra Həzrət (əleyhissalam) və dostları həmin yerdə gözləyərkən uzaqdan bir dəvə göründü. Cilovunu bir şəxs tutan dəvənin üstə cənazə vardı. Bir nəfər də dəvənin arxasınca gəlirdi. Onlar yetişəndə Həzrət (əleyhissalam) soruşdu ki, bu kimin cənazəsidir, siz kimsiniz və haradan gəlirsiniz? Ərz etdilər ki, biz Yəmən əhliyik, cənazə atamızın cənazəsidir, vəsiyyət edib ki, onu Nəcəfdə dəfn edək. Həzrət (əleyhissalam) sual verdi ki, bunun səbəbini atanızdan soruşdunuzmu? Dedilər bəli, atamız deyirdi ki, orada bir şəxs dəfn ediləcək ki, bütün məhşər əhlini əfv etdirə biləcək.

Əli (əleyhissalam) buyurdu: Doğrudur (və iki dəfə təkrar etdi), and olsun Allaha həmin adam mənəm!

EVİNİN ƏTRAFINDAKI ÇƏYİRTKƏLƏRİ MÜDAFİƏ EDƏN ŞƏXS

Mühəddis Qummi «Məfatihül-cinan» kitabında Əli (əleyhissalam) mübarək qəbrinə sığınanların (onun yaxınlığında dəfn olunanların) bəhrələnəcəyini çox gözəl bəyan edib: Təyy tayfasından olan bir ərəb əllərində çuval olan bir dəstə həmtayfasının onun xeyməsinə doğru hərəkət etdiyini gördü. Soruşdu ki, nə olub? Dedilər: Sənin xeymənin ətrafında çoxlu çəyirtkə toplanıb, gəldik ki, onları tutaq.

Bunu eşidən ərəb nizəsini ələ alıb, atlandı və dedi: «And olsun Allaha, çəyirtkələrə toxunan adamı qətlə yetirəcəyəm. Necə olar ki, bu çəyirtkələr mənim pənahıma sığına, siz də onları tutasınız»? Nəhayət, günəş qalxdı, çəyirtkələr uçub getdilər. Ərəb dedi: «Onlar məndən uzaqlaşdılar, indi özünüz bilərsiniz.»

Bəli, bu ibrətamiz rəvayət təsdiq edir ki, Həzrət Əli (əleyhissalam)-ın pak qəbrinə sığınanlar hökmən faydalanacaqdır.

RUHUN QƏBİRLƏ ƏLAQƏSİ DAHA ÇOXDUR

Mühəddis Cəzairi «Ənvari-nömaniyə»də nəql edir: Soruşa bilərsiniz ki, əgər misali qəlibdə olan ruh Vadiyüs-səlamda olursa, nə üçün qəbir üstünə getmək əmr olunub? Əgər ruhlar qəbirdə deyilsə, öz ziyarətçisini necə başa düşür? Cavab: Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, ruhlar Vadiyüs-səlamda olsalar da, öz qəbirlərinədək məhəlli əhatə edə bilirlər. İmam (əleyhissalam) ruhu günəşə oxşadıb: günəş səmada olsa da, şüaları bütün yeri əhatə edir. Ruhların da elmi, biliyi belədir.

GÜNƏŞ ŞÜASININ GÜZGÜDƏ İN`İKASI (ƏKS OLUNMASI)

Günəşin şüası başqa yerlərə nisbətən güzgüdə daha çox əks olunur. Ruhun da öz qəbrinə diqəti daha çoxdur.

İllər boyu onunla (bədənlə) iş görüb, onun bərəkətiylə səadətə çatması ruhun qəbrə əlaqəsinə səbəb olacaqdır.

Buradan, «imam hər yerdədir, şərif qəbrinin ziyarətinə getmək nə lazım» deyən şəxsin cavabı mə`lum olur: İmamların və din böyüklərinin məzarları onların ruhlarının daha artıq diqqət etdiyi, ilahi rəhmətin nazil olduğu, məlaiklərin dolandığı məhəldir. Kamilən faydalanmaq istəyənlər bu mübarək məhəllərdən əl götürməməlidirlər.

Bə`zilərində belə bir zəif şübhə görünüb: Əgər ölümdən sonra ruh misali bədən deyilən bir bədənlə əlaqələnirsə, nə üçün həmin bədən ki, günah edib, cəzaya çatmasın? Bu sualın bir neçə cavabı vardır.

BÜTÜN RUHLAR İKİ BƏDƏNƏ MALİKDİR

Məclisi rəhmətliyin buyurduğu kimi, misali bədən maddi deyil ki, ölümdən sonra onu gətirib, ruha deyələr: O bədəndən çıxıb, bu bədənə buyurun. Misali bədən bir lətif (qeyri-maddi) bədəndir ki, ölməzdən əvvəl də həmin şəxslə idi. Hər bir ruh iki bədənə malikdir: Lətif bədən və kəsif, torpaq bədən. Bu iki bədən istər ibadəti, istərsə də savabı birgə ediblər. Amma yuxudakı bütün işləri yol getmək, danışmaq və s. misali bədən icra edir. Bir göz qırpımında Kərbəlaya, Məşhədə gedir, şərqə, qərbə gedir və məhdudiyyəti də yoxdur. Göründüyü kimi misali bədən həmişə şəxslədir. Lakin ölü zamanı misali bədən həmişə şəxslədir. Lakin ölüm zamanı misali bədən cismin bədəndən tam ayrılır.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə