Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

138 
 
tikintidə, təhsildə, səhiyyədə və s. olan neqativ hallar kinojurnalda kəskin tənqid olunurdu. 1971-79-ci illərdə 
rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. 
Bəzi filmlərdə İkinci dünya müharibəsi (1939-45) mövzusu öz əksini tapmışdır: "Bizim Cəbiş müəllim" 
(1969,  rejissor  H.Seyidbəyli),  "Şərikli  çörək"  (1969,  rejissor  Ş.Mahmudbəyov,  Azərbaycan  SSR  Dövlət 
mükafatı, 1970), "Bakıda küləklər əsir" (1975, rejissor M.Dadaşov), "Tütək səsi" (1975, rejissor R.Ocaqov) və 
s. Rejissor R.İsmayılovun "Sizi dünyalar qədər sevirdim", (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova 
həsr edilmişdir. 
Azərbaycanda  uşaq  filmlərinin  istehsalına  da  mühüm  əhəmiyyət  verilir  ["Bir  qalanın  sirri",  "Sehrli 
xalat",  "Qərib  cinlər  diyarında"  (1959,  1964,  1976,  rejissor 
Ə.Atakişiyev), "Şir evdən getdi" (1978, rejissor R.İsmayılov), "Mən 
mahnı  qoşuram",  "Əzablı  yollar",  "Musiqi  müəllimi"  (1978,  1982, 
1983, rejissor T.İsmayılov), "Gəmi saatının sirri" (1982, A.Dovjenko 
ad.  kinostudiya  ilə  birlikdə;  rejissor  R.Şabanov),  "Qaladan  tapılan 
mücrü"  (1982,  rejissor  G.Əzimzadə)  və  s.).  1989  ildə  ilk  fantastik 
Azərbaycan bədii filmi ("Əlaqə", rejissor Ç.Zeynallı) yaradılmışdır. 
Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  edildikdən 
(1991)  sonra  kino  sahəsində  böyük  inkişaf  prosesi  getsə  də, 
çəkilən  filmlərin  sayı  əvvəlki  illərə  nisbətən  az  olmuşdur. 
Bununla  belə,  Azərbaycan  kinematoqrafçıları  yüksək  bədiiliyi  ilə 
seçilən  bir  sıra  filmlər  yaratmışlar:  "Qəzəlxan"  (1991,  rejissor 
Ş.Ələkbərov),  "Nakəs"  (1991,  rejissor  V.Mustafayev),  "Təhminə" 
(1993,  rejissor  R.Ocaqov),  "Həm  ziyarət,  həm  ticarət"  (1994,  rejissor  R.Ocaqov),  "Yarasa"  (1995,  rejissor 
A.Salayev), "Özgə vaxt" (1996, rejissor H.Mehdiyev), "Hər şey yaxşılığa doğru" (1997, rejissor V.Mustafayev), 
"Otel  otağı"  (1998,  rejissor  R.Ocaqov),  "Sarı  gəlin"  (1997,  rejissor  Y.Rzayev),  "Ailə"  (  rejissorlar 
R.İbrahimbəyov,  R.Həsənoğlu),  "Nə  gözəldir  bu  dünya"  (1999,  rejissor  E.Quliyev),  "Yuxu"  (2001,  rejissor 
F.Əliyev),  "Ovsunçu"  (2002,  rejissor  O.Mirqasımov),  "Girov"  (2005,  rejissor  E.Quliyev),  "Əlvida,  cənub 
şəhəri" (2006, rejissor O.Səfərəliyev). 
XX  əsrin  90-cı  illərindən  kinoda  özəl  sektor  yaranmağa  başladı.  Müstəqil  studiyalarda  xeyli  kino  və 
videofilmlər  çəkildi  ("Gecə  qatarında  qətl",  1990, 
rejissor  Ə.Mahmudov;  "Girişmə,  öldürər!",  1990, 
rejissor  C.Mehdiyev;  "Qırmızı  qatar",  1993,  rejissor 
H.Fətullayev; "Yük", 1995, rejissor R.Almuradlı). 
Müstəqillik  dövrü  kinosunun  müraciət  etdiyi 
əsas 
mövzulardan 
biri 
Qarabağ 
münaqişəsi, 
azərbaycanlıların  öz  yurd-yuvalarından  didərgin 
salınması,  ermənilərin  Azərbaycan  torpaqlarında 
törətdikləri  vəhşiliklərlə  bağlı  olmuşdur.  Ceyhun 
Mirzəyevin  "Fəryad"  (1993),  Ənvər  Əblucun  "Ağ  atlı 
oğlan"  (1995),  Gülbəniz  Əzimzadənin  "Ümid"  (1996), 
Rüfət Əsədovun "Arxada qalmış gələcək" (2005) filmləri 
bu mövzudadır. 
Rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi silsilə 
filmlər böyük maraqla qarşılanmışdır. Həmin silsilədən "Heydər Əliyev. Əsl məhəbbət haqqında" adlı 6-cı film 
IV Avrasiya teleforumunda (Moskva, 2001) əsas və xüsusi mükafatlara, "Bir həsədin tarixi" adlı 7-ci film isə 
XIII sənədli filmlər festivalında (Yekaterinburq, 2002) xüsusi mükafata və V Avrasiya teleforumunda (Moskva, 
2002) Qran-pri mükafatına layiq görülmüşdür. 
Son illərdə Azərbaycanın kino xadimləri xarici həmkarları ilə yaradıcılıq əlaqələrini genişləndirmişlər. 
Xalq  artisti  Hacı  Murad  Yagizarov  "Bavariyafılm"in  istehsalı  olan  "Şpeyer  və  O"  (2005),  Münhenin  ZDF 
telekanalının istehsal etdiyi "Şübhə altında" (2005) filmlərində əsas rollara çəkilmişdir. 
90-cı  illərin  ikinci  yarısından  Azərbaycan  kinosu  müstəqil  şəkildə  beynəlxalq  festivallarda  iştirak 
etməyə  başlamış  və  bir  sıra  uğurlar  qazanmışdır.  Rejissor  Ayaz  Salayevin  "Yarasa"  bədii  filmi  1996  ildə 
Fransanın Anje şəhərində keçirilən beynəlxalq kinofestivalda Qran-Pri mükafatına layiq görülmüşdür. Hüseyn 
Mehdiyev "Özgə vaxt" bədii filminə görə Madrid kinofestivalında ən yaxşı rejissor işi üçün təsis olunmuş "Qızıl 
Sevilla",  Ayan  Mirqasımova  ən  yaxşı  gənc  aktrisa  üçün təsis  edilmiş  "Gümüş  Sevilla"  prizlərini  almışlar. 
A.Mirqasımova həmin filmdəki roluna görə 1997 ildə Daşkənddə keçirilən XII Beynəlxalq kinofestivalda "Qızıl 
Zanbaq", Rusiyada keçirilən "Kinoşok" festivalında (1997) qadın rolunun ən yaxşı ifaçısı mükafatlarına layiq 
görülmüşdür.  Rejissor  Yavər  Rzayevin  (o,  həm  də  ssenari  müəllifidir)  "Sarı  gəlin"  bədii  filmi  "Kinoşok" 
festivalında (1999) ən yaxşı ssenariyə görə baş mükafat, V.Mustafayevin "Hər şey yaxşılığa doğru" bədii filmi 


139 
 
Oberhauzen (Almaniya) Beynəlxalq kino-festivalında (1999) bir neçə mükafat, Karlovı Varı festivalında (2000) 
"Azadlıq"  prizi,  O.Mirqasımovun  "Ovsunçu"  bədii  filmi  Kazan  şəhərində  keçirilən  I  Beynəlxalq  müsəlman 
kinosu festivalında (2005) "Ən yaxşı bədii film" nominasiyası üzrə mükafat almışlar. 
Ramiz Məmmədov 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, 
“Kino” məqaləsi, səh. 812-817. 
 


140 
 
Kitabxanalar 
 
Bəşər  mədəniyyətinin  beşiyi  olan  Şərqdə  ilk  kitabxanaçılıq  fikirləri  yarandığı  kimi,  gil  lövhələrdən 
ibarət kitabları saxlayan ilk kitabxanalar da burada meydana gəlmişdir. İlk kitabxana kataloqlarının burada tərtib 
olunması  da  həmin  fikri  təsdiq  edir.  Şərqlə  Qərbin  qovşağında  yerləşən  Azərbaycanın  zəngin  tarixi,  əsrlərlə 
formalaşan  mədəniyyəti  vardır.  Bu  mədəniyyətin  ayrılmaz  hissəsi  olan  Azərbaycan  kitabxanalarının  da  tarixi 
çox  qədimdir. Hələ V əsrdə Albaniyada əlifbanın meydana gəlməsi ilə əlaqədar kitablar yaranmış, məbəd və 
məktəblərdə kitabsaxlayıcılar təşkil edilmişdi. VII əsrdə Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması və 
islam  dininin  yayılması  nəticəsində  məscidlərdə  Quranın  müxtəlif  əlyazmalarını  və  digər  dini  kitabları 
cəmləşdirən  kiçik  kitabxanalar,  sonralar  isə  din  xadimləri  hazırlayan  mədrəsələrdə  təlim-tədris  işinə  kömək 
məqsədilə  xüsusi  kitabxanalar  təşkil  olunurdu.  Azərbaycanda  ilk  məscid  və  mədrəsə  kitabxanaları  Bərdə, 
Gəncə,  Şamaxı,  Naxçıvan,  Ərdəbil,  Təbriz,  Beyləqan  və  s.  şəhərlərdə  yaradılmışdı.  Kitablar  ilk  dövrlərdə 
sandıqlarda  və  xüsusi  rəflərdə  saxlanılırdı.  Artıq  XI-XII  əsrlərdə  bəzi  böyük  məscid  kitabxanalarında  kitab 
saxlamağın,  onu  oxucuya  verməyin  özünəməxsus  sadə  üsulları  formalaşdı.  Məscid  kitabxanaları  başqa 
kitabxanaların  yaradılmasında,  kitabçılığın  inkişafında,  kitabxanaların  cəmiyyətdəki  rol  və  əhəmiyyətinin 
möhkəmlənməsində  mühüm  rol  oynadı.  Həm  kitabxana,  həm  də  kitabın  üzünü köçürüb yayan  dini  ocaqlar 
Azərbaycan  kitabçılığının  inkişafı,  kitabxanaların  və  kitabxana  işi  proseslərinin  təkmilləşdirilməsi  sahəsində 
xeyli  iş  görmüşlər.  Məscid  və  mədrəsə  kitabxanaları  həmçinin  kitabxanaçılıq  biliklərinin  rüşeym  halında 
meydana  gəlib  formalaşmasında  da  yaxından  iştirak  etmişdir.  Məscid  kitabxanalarında  ayrıca  kitabdar 
(kitabxanaçı)  vəzifəsi  var  idi.  Ən  savadlı  ruhanilər  bu  vəzifədə  çalışmış,  kitabxanaları  idarə  etmək, 
kitabxanaların quruluşuna, texniki təchizatına, kitab fondlarının zənginləşməsinə kömək göstərmək, kitabxana 
fondlarının  mühafizə  olunması,  düzgün saxlanma  və  düzülüş  sistemlərinin  yaradılması,  kitabların  oxuculara 
verilmə qaydalarının müəyyənləşdirilməsi, fondda olan kitabların siyahılarının tərtibi və s. kimi vəzifələri yerinə 
yetirmişlər.  Məscid  və  mədrəsə  kitabxanalarının  taxçaları  sonralar  kitab  dolablarına  (rəflərinə),  siyahılar  isə 
kitabxana kataloqlarına çevrildi.  
XI-XIII əsrlərdə Azərbaycanın iri mədəniyyət və təhsil mərkəzlərində saray kitabxanaları təşkil edildi. 
Belə kitabxanaların Gəncə, Şamaxı, Təbriz və s. şəhərlərdə olması barədə Nizaminin, Xaqaninin, digər alim və 
şairlərin əsərlərində məlumatlar vardır. XII əsrin II  yarısında Şirvanşahlar sarayında zəngin  kitabxana olmuş, 
minlərlə  kitabı  olan  bu  kitabxanadan  dövrün görkəmli  alim  və  şairlərindən  Əbül-Üla  Gəncəvi,  Əfzələddin 
Xaqani, Fələki Şirvani və başqaları istifadə etmişlər. Kitabxananın nəzdində şairlər məclisi olmuşdur. 
XII əsrdə Gəncədə "Darəl kitab" adlı böyük bir kitabxana fəaliyyət göstərirdi. Bu kitabxana bir çox Şərq 
ölkələrindən ən qiymətli əlyazma kitabları alırdı. Kitabxananın özündə də kitabın üzü köçürülüb çoxaldılırdı. 
Orta əsrlərin məşhur saray kitabxanalarından biri də XII əsrin 90-cı illərində fəaliyyətə başlamış Qəzvin 
şəhərinin  şimalında  yerləşən  Ələmut  qalasındakı  "Seyyidanə"  kitabxanası  idi.  Qala  və  kitabxana  İsmaililər 
dövlətinin banisi Həsən Səbbah (1055-1124) tərəfindən yaradılmışdı. "Seyyidanə" kitabxanasının Azərbaycanla 
yanaşı, xarici ölkələrdə də oxucuları var idi. Nəsirəddin Tusi XIII əsrin 30-cu illərində Kuhistanda həbs olunub 
Ələmut qalasında saxlandığı dövrdə bu kitabxanada işləmiş, bir neçə il həmin kitabxananın müdiri olmuşdur. 
XIII  əsrdə  Təbrizdə  Qazan  xanın  sarayında  zəngin  kitabxana  yaradılmış,  bu  məqsədlə  xüsusi  bina 
tikilmişdir. Dövlət kitabxanası hüququna malik həmin kitabxanada qiymətli elmi və dini əsərlərlə yanaşı dövlət 
fərmanları, diplomatik məktublar və digər rəsmi sənədlər də toplanmışdır. Kitabxananın idarə olunması xüsusi 
kitabdarlar tərəfindən həyata keçirilmişdir. 
Təbrizin  Qazan  adlanan  hissəsində  daha  iki  böyük  dövlət  əhəmiyyətli  kitabxana  olmuşdur.  "Beytül-
kütüb" ("Kitab evi") və "Beytül-qanun" ("Qanun evi") adlanan bu kitabxanalarda müxtəlif elm sahələrinə dair 
zəngin əlyazmaları mühafizə edilmişdir. 
1300-cü ildə  görkəmli  alim  Fəzlullah  Rəşidəddin  tərəfindən  Təbrizin  şimal-şərqində  salınmış  "Rəbi-
Rəşidi"  şəhərciyindəki  7  minə  qədər  tələbənin  təhsil  aldığı  universitetin  zəngin  kitabxanası  olmuş,  bu 
kitabxanada  bir  çox  Şərq  ölkələrindən  gətirilmiş  müxtəlif  elm  sahələrinə  dair  60  mindən  artıq  ədəbiyyat 
saxlanılmışdır. 
Orta əsrlərdə Azərbaycanda məşhur elmi kitabxanalardan biri böyük alim Nəsirəddin Tusinin bilavasitə 
rəhbərliyi  və  iştirakı  ilə  1258-61-ci  illərdə  yaradılmış  Marağa  rəsədxanasının  kitabxanası  olmuşdur. 
Kitabxanada  İraqdan,  İrandan,  Suriyadan,  Mərkəzi  Asiyadan,  Anadoludan  gətirilmiş  riyaziyyat,  astronomiya, 
fəlsəfə, məntiq, tarix və s. elm sahələrinə dair kitablar, o cümlədən N.Tusinin özünün 100-dən artıq əsəri vardı. 
Kitabxana fondunun ümumi həcmi isə 400 min nüsxə idi. 
XIII-XIV əsrlərdə mədrəsə kitabxanaları öz fondlarının zənginliyi ilə fərqlənmiş, burada dini kitablarla 
yanaşı dünyəvi ədəbiyyat da saxlanılmışdır. 
XIV-XVI  əsrlərdə  Qaraqoyunlular,  Ağqoyunlular  və  Səfəvilər  dövründə  Azərbaycanın  bir  sıra 
hökmdarları  tərəfindən  zəngin  saray  kitabxanaları  yaradılmışdır.  Bu  kitabxanalar  içərisində  Cahanşahın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə