Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

145 
 
1958-ci  ildə  149  elmi,  elmi-texniki  və  xüsusi  kitabxana  fəaliyyət  göstərirdi.  Ali  və  orta  ixtisas 
məktəblərində 56 kitabxana, ümumtəhsil məktəblərində isə 2667 kitabxana var idi. 1965-ci ildə Azərbaycanda 
daha bir iri kitabxana - Firidun bəy Köçərli adına Dövlət Uşaq Kitabxanası yaradıldı. Kitabxana respublikada 
fəaliyyət  göstərən  bütün  uşaq  kitabxanaları  üzrə  elmi-metodik  mərkəzdir.  Kitabxananın  Bakının  müxtəlif 
rayonlarında  fəaliyyət  göstərən  5  filialı,  206  min  nüsxə  kitab  fondu,  7  min  200  dövri  mətbuat  fondu  var. 
Kitabxananın fondunda toplanmış tarix, ekologiya, kino, teatr və s. sahələri əhatə edən kitablar uşaqların elmi 
idrak səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Kitabxananın 25 min oxucusu var 
(2006).  Bunlar  17  yaşa  qədər  olan  məktəblilər  və  uşaq  mütaliəsinə  rəhbərlik  edən  məktəb  müəllimləri, 
metodistlər, kitabxanaçılar, dərnək rəhbərləridir. 
1960-80-ci  illərdə  respublikada  kütləvi  kitabxanalar  şəbəkəsinin  mərkəzləşdirilməsi  və 
təkmilləşdirilməsi,  kitabxanaların  informasiya  fəaliyyətinin  inkişafı  ilə  əlaqədar  onların  funksiyalarının 
əhəmiyyətli  dərəcədə  genişləndirilməsi,  kitabxana  fondlarının  əsaslı  şəkildə  yaxşılaşdırılması,  depozitar  kitab 
fondlarının  yaradılması,  kitabxanaşünaslıq  və  biblioqrafiya  sahəsində  elmi-tədqiqat  işlərinin  genişləndirilməsi 
və s. diqqəti cəlb edir. 
60-cı  illərdə  köhnə  kitabxanaları  bərpa  etmək,  yeni 
kitabxanalar  açmaqla  yanaşı,  yüksəkixtisaslı  kitabxanaçı 
kadrlar  yetişdirmək  kimi  mühüm  işlər  həyata  keçirildi. 
Azərbaycanın kənd rayonlarını yüksəkixtisaslı kadrlarla təmin 
etmək  üçün  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 
fakültəsinin tərkibində fəaliyyət göstərən kitabxanaçılıq şöbəsi 
müstəqil fakültə kimi formalaşdırıldı və genişləndirildi. Onun 
maddi-texniki  bazası  möhkəmləndirildi  və  tələbə  qəbulu 
artırıldı.  70-ci  illərdə  Bakı  Dövlət  Universitetinin 
Kitabxanaçılıq  fakültəsi  Azərbaycanın  kənd  rayonları  üçün 
xeyli kadr hazırladı. 
1970-80-ci 
illərdə 
məktəbdənkənar 
uşaq 
müəssisələrindəki  kitabxanaların  şəbəkəsi  genişləndirilərək 
onların sayı 2185-ə, müstəqil uşaq kitabxanalarının sayı isə 118-ə çatmışdı. 
Bu dövrdə təhsil sistemində aparılan islahatlarla əlaqədar olaraq ümumtəhsil və ali məktəb kitabxana 
şəbəkələrinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  ön  plana  çəkilmiş,  təhsil  kitabxanaları  təhsil 
sisteminin  əsas  tərkib  hissələrindən  birinə,  atributuna  çevrilmiş,  onlara  diqqət  və  qayğı  çoxalmış,  təhsil 
kitabxanalarının qarşısında təhsil prosesinin təşkilində yaxından iştirak etmək vəzifəsi qoyulmuşdu. 
1969-82  illərdə  bütün orta  təhsil  müəssisələrində  kitabxanalar  yaradıldı.  Onların  kitab  fondu  tədris 
ədəbiyyatı, dərsliklər, dərs vəsaitləri, ədəbi-bədii və elmi ədəbiyyatla zənginləşdirildi. Əgər 1970 ildə 7,9 mln. 
nüsxə kitab fonduna malik olan 3749 məktəb kitabxanası var idisə, 1981 ildə onların sayı 4238-ə, kitab fondu 
isə 25,2 mln. nüsxəyə çatmışdı. 
1982-ci  ildə  elmi  sahə  kitabxanası  olan  Respublika  Elmi-Pedaqoji  Kitabxanası  yaradıldı.  O,  ölkədə 
elmi-pedaqoji ədəbiyyatın əsas kitabsaxlayıcısı funksiyasını yerinə yetirməklə yanaşı, respublikanın bütün təhsil 
işçilərinə,  təhsil  sistemində  fəaliyyət  göstərən  müəssisələrə  kitabxana  və  məlumat-biblioqrafiya  xidmətini  və 
eyni zamanda Təhsil Nazirliyinin kitabxana şəbəkəsinin elmi-metodik və əlaqələndirmə mərkəzi kimi müvafiq 
kitabxanalara metodik və praktik köməyi həyata keçirir. 
Kitabxanada  500  min  nüsxədən  artıq  kitab,  avtoreferat,  elmi  əsər,  jurnal,  qəzet,  mikrofilm  və 
mikrolentlər saxlanılır. Kitabxanada fondu əks etdirən zəngin soraq-məlumat aparatı yaradılmışdır. Baş, əlifba 
və sistemli kataloqlar, ayrı-ayrı mövzular üzrə kartotekalar oxuculara ədəbiyyatı seçməyə kömək edir. Fəaliyyət 
göstərdiyi  dövrdə  kitabxana  tərəfindən  metodik  vəsait,  təlimat,  tövsiyə  məktubları,  sənədlər,  müxtəlif 
biblioqrafik  vəsait  və  göstəricilər  çap  edilmişdir.  Onlardan  "Məktəb  kitabxanası  işinin  planlaşdırılması", 
"Məktəb  kitabxanası  fondlarının  kitabxana-biblioqrafiya  təsnifatına  keçməsi", "Məktəb  kitabxanalarında  kənd 
təsərrüfatı  peşələrinin  təbliği",  "Məktəb  kitabxanalarında  kitab  bayramının  təşkili"  adlı  metodik  vəsait  və 
materialları,  "Azərbaycanın  görkəmli  maarif  xadimləri",  "Xalq  maarifı,  pedaqogika,  pedaqoji  elmlər" 
seriyasından  kitab,  qəzet  və  jurnalların  biblioqrafık  göstəricilərini  və  digər  materialları  qeyd  etmək  olar. 
Kitabxanada beş şöbə fəaliyyət göstərir (2006). 
1969-82-ci  illərdə  Azərbaycanda  6  yeni  ali  məktəb  kitabxanası  yaradılmış,  onlara  bina  ayrılmış  və 
zəngin kitabxa-na fondları ali məktəb tələbələrinin istifadəsinə verilmişdir. 
1970-80-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının mühüm elmi bazası olan elmi kitabxanalar 
nəinki  respublikanın,  həmçinin  keçmiş  SSRİ-nin  ən  böyük  elmi  kitabxanaları  səviyyəsinə  yüksəlmişdir.  Bu 
dövrdə  akademiyanın  kitabxanası  yeni  binaya  köçürülmüş,  qiymətli  yeni  avadanlıqla,  kitabxana  texnikası  ilə 
təchiz  edilmişdir.  Müasir  kitabxana  metodlarmı  tətbiq  edən,  yeni  kitabxana  texnologiyası  ilə  zənginləşən, 
kitabxana xidmətinin müasir yeniliklərindən istifadə edən kitabxana yüksəkixtisaslı akademiya oxucularının ən 


146 
 
çox istifadə etdiyi yeni tipli elmi-informasiya müəssisəsinə çevrilmişdir. AMEA-nın kitabxanası keçmiş SSRİ 
miqyasında ilk dəfə olaraq akademiya kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi ideyasını irəli sürmüş və onu 
həyata keçirmişdir. 
1970-80-ci illər Azərbaycanda kitabxana işinin inkişafı, yenidən qurulması və kitabxana işi sahəsində 
böyük  islahatlar  dövrü  olmuşdur.  Məhz  bu  illərdə  kitabxana  işi  sahəsində  ilk  dəfə  olaraq  ölkədə  əhaliyə 
kitabxana  xidmətinin  forma  və  məzmununda,  təşkilati  prinsiplərində,  kitabxana  işinə  rəhbərliyin  təşkilati 
forması sahəsində islahatlar aparılmış, kitabxana işinin mərkəzləşdirilməsi həyata keçirilmişdir. Bir neçə böyük 
kitabxananın və rayon kitabxanalarının bütövlükdə mərkəzləşmə işi 1976-cı ildə başa çatdırıldı. Respublikada 
təhsil  müəssisələrinin  kitabxana  şəbəkəsi,  Elmlər  Akademiyasının  elmi  tədqiqat  institutlarının  kitabxana 
şəbəkəsi  və  s.  yaradıldı.  Həmin  illərdə  respublikada  kitabxanaların  avtomatlaşdırılması  prosesinə  başlanıldı. 
1976-cı  ildə  Mərkəzi  Elmi  Kitabxana  respublikada  ilk  dəfə  olaraq  kitabxana  sistemini  qismən  də  olsa 
avtomatlaşdırdı. 
Düzgün  olmayan  siyasət  nəticəsində  XX  əsrin  60-cı  illərinin  sonunadək  Azərbaycanda  500  kənd 
kitabxanası  ləğv  edilmişdir.  1969-cu  ildə  Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  sonra  bunun  ciddi  səhv 
olduğunu  bildirmiş  və  həmin  səhvi  düzəltmək  üçün göstəriş  vermişdi.  Bu  göstərişdən  sonra  Azərbaycan 
Respublikası Dövlət Plan Komitəsi hər il orta hesabla 100 kənd kitabxanasının bərpa edilməsi haqqında plan 
hazırladı. Ləğv edilmiş kitabxanaları təxminən 4-5 ilə bərpa etmək mümkün oldu. 
Həmin illərdə respublikanın 8 şəhərində 111 filialı olan mərkəzləşdirilmiş kitabxana sistemi yaradıldı. 
Rayon kitabxanalarının mərkəzləşməsinin müvəffəqiyyətlə başa çatmasına baxmayaraq, şəhər kitabxanalarının, 
xüsusilə Bakı şəhər kütləvi kitabxanalarının mərkəzləşməsi prosesini müəyyən obyektiv və subyektiv çətinliklər 
üzündən tam başa çatdırmaq mümkün olmadı. Şəhər kitabxanalarında mərkəzləşmənin aparılması 80-ci illərin 
əvvəllərinə qədər davam etdi. 
Hazırlıq işi aparıldıqdan sonra, 1975-80 illər ərzində mərkəzləşmə, əsa-sən, həyata keçirildi. Əgər 1970 
ildə Azərbaycanda 25 mln. 400 min nüsxə kitab fonduna malik 2923 kütləvi kitab-xana var idisə, 1985 ildə 38 
mln.  800  min  kitab  fondu olan  4245  kütləvi  kitabxana  fəaliyyət  göstərirdi.  Son 15  ildə  daha  1322  kitabxana 
yaradılmış, kitab fondu isə 13 mln. 400 min nüsxə artmışdır. 1970-ci ildə kütləvi kitabxanalarda orta hesabla hər 
100  oxucuya  90  kita  düşürdüsə, son  15  ildə  hər  100 nəfərə  düşən  kitabların  miqdarı  488  nüsxə  artmışdı. Bu 
dövrün ən böyük nailiyyəti yeni kitabxanaların əksəriyyətinin yaşayış məntəqələrində açılması idi. Bu da əhalini 
kitabxana xidməti ilə təmin etməyə imkan verir, kitab mədəniyyətinin, informasiyanın geniş yayılmasını təmin 
edirdi. 
1970-80 illərdə Respublika Dövlət Kitabxanası, 6 sahə kitabxanası, 17 ali məktəb və Azərbaycan SSR 
Elmlər Akademiyasının 27 kitabxanadan ibarət kitabxana şəbəkəsi daha sürətlə inkişaf etməyə başladı. Xüsusi 
statusa və kadr potensialına malik olan bu kitabxanaların respublikada xalq təsərrüfatının, el-min, mədəniyyətin 
inkişafında  böyük  xidmətləri  olmuşdur.  Göstərilən  kitabxanalar  respublikada  kitabxanaların  metodik 
təminatında  mühüm  işlər  görməklə  yanaşı,  kitabxana  işinin  inkişaf  istiqamətinin  müəyyənləşdirilməsində, 
kitabxanaşünaslıq  və  biblioqrafiyaşünaslıq  sahəsində  elmi-tədqiqat  işinin  təşkilində  də  geniş  fəaliyyət 
göstərirdilər. 
80-ci  illərin  sonunda  Azərbaycanda  əhalinin  bütün təbəqələrinə  xidmət  edən  təkmilləşmiş  kitabxana 
sistemi  fəaliyyət  göstərirdi.  Bu  sistemə  dövlət  kitabxanaları,  ayrı-ayrı  nazirliklərin,  idarə  və  müəssisələrin, 
ictimai-siyasi  təşkilatların  kitabxanalar  şəbəkəsi  daxil  idi.  Respublikada  geniş,  universal,  universal-elmi, 
universal-kütləvi, xüsusi, elmi-texniki və təhsil kitabxanası şəbəkələri meydana gəlib inkişaf etmişdi. 1980-ci 
illərin  əvvəllərin-də  Azərbaycanda  120  mln.-dan  artıq  kitab  fondu  olan  10000-ə  yaxın  kitabxana  fəaliyyət 
göstərirdi. Bu kitabxanalar 4 mln.-a yaxın oxucuya xidmət edirdi. 
1980-ci  illərin  ikinci  yarısından  başlayaraq  Sovetlər  İttifaqında  aparılan  yenidənqurma  işlərinin iflasa 
uğraması, ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da göstərdi. Respublikada, bütün sahələrdə 
olduğu kimi, kitabxana işi sahəsində də ciddi problemlər yarandı. Kitabxana işinə ayrılan maliyyə vəsaiti xeyli 
azaldı və ayrılan vəsait öz təyinatı üzrə xərclənmədi. 1988-ci ildən respublikada iqtisadi və siyasi böhran daha 
da  kəskinləşdi.  İdarəetmədə  ciddi  hərc-mərclik,  xaos  yarandı.  1988-ci  ilin  axırlarından  başlayan  qondarma 
Dağlıq  Qarabağ  problemi  bu  böhranı  daha  da  dərinləşdirdi.  Ölkədə  mədəniyyət  müəssisələrinin,  o  cümlədən 
kitabxana  işinin  vəziyyəti olduqca  pisləşdi.  1993-cü ilə  qədər  davam  edən  bu  proses  kitabxana  işinə  olduqca 
böyük zərbə vurdu, bir çox mədəniyyət müəssisələrinin, o cümlədən kitabxanaların binası əlindən alındı, 100-ə 
yaxın texniki kitabxana bağlandı. Torpaqların erməni vandalları tərəfindən işğalı zamanı fondunda 4 mln. nüsxə 
kitab olan 982 kitabxana məhv edildi. 
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun bilavasitə rəhbərliyi və qayğısı 
sayəsində  kitabxanalar  dağılmaqdan  xilas  oldu.  Kitabxanaların  özəlləşdirilməsi,  onların  binalarının  başqa 
məqsədlər  üçün  istifadə  olunması  ölkə  rəhbəri  tərəfindən  qadağan  edildi.  Mövcud  kitabxana  şəbəkələrinin 
qorunub  saxlanılması  uğrunda  mübarizə  başlandı  (1993-99).  Məhz  bu  illərdə  Azərbaycan  dövləti  keçid 
dövrünün çətinliklərinə  baxmayaraq,  kitabxana  şəbəkələrini  qorumağa  müvəffəq  oldu.  1996  ildə  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə