Mehdi Calal
BAŞIN ÜSTƏ DOLAN BULUD
ş e i r l ə r
Redaktor: f.e.d. Aydın Paşayev
Naşir: Müşfiq XAN
Bədii redaktor: Ziba Məmmədli
Dizayn və qrafika: Teymur Fərzi
Mətn tərtibatı: Esmira Kamal
Korrektor: Jalə Dursunova
Rəssamlar: Əbdülşərif və Ədalət
Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın yaxud
onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.
© Hədəf Nəşrləri / 2013
Təşəkkür
Kitabın çapında göstərdikləri həm mənəvi, həm
də maddi dəstəyə görə “Hədəf Nəşrləri” kollektivinə,
sevimli Zöhrə x., Günel x., Nailə x., Aynur x. və başqa
tələbələrimə, Mətləb və Mais müəllimə və xidməti olan
hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.
5
“Əzəli bir, sonu bir” olanlar...
Mükəmməl sufi şeiri budur:
Bu dünya bir qərib yerdi,
Əzəli bir, sonu birdi,
Ölüm ən gözəl şerdi
Onu da yaza bilmirəm.
Bu, professor Tofiq Hacıyevin “Yeni
ədəbiyyat yaranır” adlı məqaləsindən götürül-
müşdür. Tofiq müəllim çağdaş ədəbiyyatımızda
təsəvvüf şeirinin ənənələrini araşdırarkən ən
yaxşı nümunə kimi şeirləri ilə mətbuatdan tanış
olduğu gənc şair Mehdi Calalın yaradıcılığına
müraciət etmiş, onun şeirlərini təhlil etmiş,
qiymət vermişdir.
Sufilər qəlblərində Allah sevgisini yaşa-
dırlar. Ən uca və sonsuz sevgini Ona aid edirlər.
Bütün sevgilər bu Uca Sevgidən qaynaqlanır.
Vətən, yurd, millət sevgisi, ata-anaya, ailəyə,
övlada olan sevgilər onun davamıdır. Mehdi
Calalın şeirlərində bunu duymamaq, hiss etmə-
mək mümkün deyil. Özü dediyi kimi “Bu dünya
sevgi görküdü.” Yəqin ona görə ki, gözünü aç-
andan ağzı dualı anasının həzin, zümzüməylə
dediyi bayatılarını eşidib, atasının halal çörəyi
6
ilə boy atıb, kamala dolub. İman ruhlu, həzin
şeiriyyət anasından, halallıq, mübarizlik, atasın-
dan, xeyir-dua hər ikisindən ona miras qalıb.
Demək olmaz ki, bu xətt onun şeirlərində qəm,
kədər, pessimizm ifadə olunmasına şərait yara-
dır, əksinə onun poeziyasında özünəməxsus
sərtlik, döyüşkənlik ruhu var.
Sağımın solumdan fərqi var axı,
Qılıncın qolumdan fərqi var axı:
“Ölüm”ün “Olum”dan fərqi var axı:
Məni qoymursunuz şair olmağa.
Şeirdəki misralar xalq dastanlarımızda
qəhrəmanların döyüşqabağı deyişmələri ilə səs-
ləşir. Burada rəqib, düşmən tərəf görünmür.
Onun ünvanını özü nişan verir:
Anamın qəbrinə güllə atanlar!
Mənim daş səbrimə güllə atanlar!
Uzaq səfərimə güllə atanlar,
Məni qoymursunuz şair olmağa.
Mehdinin doğulduğu bölgə təbiətinin
gözəlliyi ilə seçilən yurd yerlərimizdəndir. Şai-
rin yurd ünvanlı, həsrət dolu şeirləri ümid üstə
köklənmişdir.
7
Yamac qalxdım, düzən keçdim, yal
aşdım,
Könlüm uman çox yerləri dolaşdım.
Hər ötən gün sinəm üstdən yol açdı
Dönəcəyəm, dönəcəyəm o yurda.
Və ya
Yurd yerində daş üstə daş qoyanlar
Dönəcəyəm, dönəcəyəm o yurda.
Amma onun üçün Vətən təkcə dünya
işığına göz açdığı yalçın qayalı, zirvəsi dumanlı
dağların, şaqraq şəlalələrin, buz bulaqların, əlik-
li-kəklikli yamacların, laləli, çiyələkli düzlərin
arasından boylanan dağ vüqarlı oğulları və bə-
növşə duruşlu qızları ilə secilən indi həsrət-həs-
rət yollara boylanan Başarat kəndi, Qubadlı ra-
yonu deyil, “Yarısı da yarımcandı” dediyi və ta-
rix boyu olanları düşünə-düşünə “qeylü-qallı”
dünyada taleyinə öz körpə balasıtək yanıb-ya-
xıldığı o taylı, bu taylı böyük Azərbaycandı.
8
Son anında qəlpələrim ağlayar,
Ucalarım, təpələrim ağlayar.
Bu tufanda ləpələrim ağlayar
Bölünməzdi Azərbaycan,bölünməz!
Professor Tofiq Hacıyev onun əksər şe-
irlərini oxuduğunu qeyd edərək yazır: “Mehdi
Calalın imzasını 90-cı illərdən mətbuatımızda
müntəzəm izləyirəm. O, müxtəlif mətbuat or-
qanlarında, xüsusi ilə “Ədəbiyyat”, “Mədəniy-
yət”, “Rezonans” kimi nüfuzlu qəzetlərdə “Ul-
duz”, “Cahan”, “Azərbaycan” kimi sayılan jur-
nallarda çap olunub. Mehdi Calalın şeirlərinə
gənclik almanaxlarında da rast gəlirik. Mən bu
gənc şairin 50-dən çox şeirini oxumuşam. Bu
şeirlər yetkin düşüncənin, aydın bədii üslubun,
yüksək poetik zövqün məhsullarıdır. Hansı
mövzuda yazır-yazsın, həyat həqiqətinə və oxu-
cu zövqünə hörmət bəsləyir. Şerlərində bu mis-
ranın doğruluğuna şahid oluruq: “Doğulandan
haqq gəzirəm”. Şair dünyanın bədii dərkini cə-
miyyətin gözəlləşməsinin şərtlərindən bilir və
dünyanın bədii təhlilinə cəhd edir. “Bəlkə bu
dünya yuxudu, Bəs niyə yoza bilmirəm”. Şair
məharətlə cəmiyyətin ziddiyyətlərini misraları-
nın emosiyasına köçürür. Ona görə də şeirlə-
Dostları ilə paylaş: |