15
olmalarıdır. Müxtəlif şairlərdə bu hissiyyatın
dərəcəsi də çox müxtəlif olur və fitri istedadla
həyata gələn şairlərdə bu istedad ancaq ictimai
mühitin və təlim-tərbiyənin köməyi ilə üzə çıxa
bilir. Bu baxımdan hər bir cəmiyyət özünə mü-
vafiq olan sənətkarını və ədəbiyyatını yaradır.
Sınıq görünürəm qohuma, yada
Sirli arzularım bayatı, ağı.
Bir ömür yol getdim kefli dünyada,
Nə dəyişə bildim, mən kiməm axı?!
Doğrudan da, bu sakit, həzin, bulaq su-
yu kimi saf, təmiz lövhə məhz həyat hadi-
sələrinin bir parçasının Mehdi Calalın sənət
güzgüsündəki uğurlu əks-sədasıdır. Şairin aldığı
tərbiyə, yaşadığı həyat tərzi, uşaqlıqdan onun
xarakterində formalaşan mülayimlik, təbiilik,
səmimilik şeirlərinə də hopmuşdur.
Adətən, şair qəlbi, onun söz və fikir
xəzinəsi dünyanın özü kimi sehirli bir aləmdir.
Şairlər dünyanın sirli xüsusiyyətlərini daha tez
görə və dərk edə bilir. Mərhum professor Dər-
gah Qüdrətov M.Calalın yaradıcılığına müra-
ciət edərkən qeyd etmişdir ki, həyat bizim onun
haqqında düşündüklərimizdən də qat-qat zən-
gindir. Söz ustaları isə bu zənginlikləri daha
rəngarəng duya bilirlər. Bu cəhətlər Mehdi Ca-
16
lalın “Yeri var”, “Dünya, “Səndə”, “Ay ana”
və s. şeirlərində xüsusilə diqqəti cəlb edir. Bə-
zən şair oxucuları dialoqa çəkir. Onları kasıb-
ların çörək pullarını əlindən alıb özlərini bə-
zəyənlərə, mənəvi dəyərlərini itirib dünya ayna-
sında təkcə özünü axtaranlara qarşı mübarizəyə
çağırır.
Qədim yunan filosofları iki şeyi Tanrı
vergisi hesab edirlər: haqqı və nahaqqı. Bu ba-
xımdan məhəbbət-nifrət, yaxşılıq-pislik, xeyir-
xahlıq-bədxahlıq və s. kimi əksikliklər Mehdi
Calal poeziyasında tez-tez qarşılaşdırılır. Onun
“Məhəbbət”, “İlk eşqin yolu”, “Lal məhəbbət”,
“Kim çəkəcək dərdimi?”, “Bağışla ana” şeir-
lərindəki sual dolu misralarda sirli, sehrli dün-
yamızın hikmətləri oxuculara çatdırılır. Şair in-
sanlar üçün qiymətli nemət olan saf, təmiz mə-
həbbət duyğuları ilə, haqqın qalib gələn yolunu
işıqlandırır. Çalışır ki,bu məhəbbət ziyası get-
dikcə güclənsin, nurlu sabahlara gedən yollar
daha aydın görünsün.
Mehdi
müəllimin şeirlərini oxuduqca
belə qənaətə gəlmək olar ki, şair dostumuz poe-
ziyaya, şeiriyyətə, sənətə təəssübkeş bir vətən-
daş, əqidəli bir ziyalı kimi gəlmişdir. O, xalqı-
mızın zaman-zaman itirdiklərini, qazandıqları
nailiyyətləri sadəcə olaraq təbliğ etmir, o həm
17
də ağı qara görən, yaxşını yamandan, haqqı na-
haqdan ayıra bilməyən nankorlara qarşı müba-
rizə aparır. Xalqımızın ən böyük dərdi torpaq it-
kisidir. Oğuz yurdunun bütövlüyü uğrunda mü-
barizəsi “Torpağın bərəkətindən pay olar, torpa-
ğın özündən pay olmaz” çağırışı Mehdi Calalın
vətənpərvər ziyalı varlığını əks etdirir. Şair dos-
tumuzun şeirlərində inamla deyilir ki, gün gələ-
cək, haqq öz yerini tapacaq, qələbə çalacaq,
düşmən tapdağı altında qalan torpaqlarımızı az-
ad edəcəyik və inşallah, yurdumuza nur çilənə-
cəkdir.
Niyyətin çin olsun, bizim ziyalı dostu-
muz, istedadlı şair qardaşımız!
Elmin,
sənətin Vətəni yoxdur. Elmə,
ədəbiyyata və incəsənətə gətirilən hər bir yeni-
lik hamının, hər kəsin-bəşəriyyətindir.
Bir küskün bəndən var, cığal taleyi
Didərgin ellərə, yaraşan oldu.
Hamının göyündə buluda dönüb.
Düzlərə, çöllərə qarışan oldu
Təsəvvür etmək çox çətindir ki, Mehdi
Calalı şəxsən tanımayanlar onun şeirlərini oxu-
yanda hans hisslər keçirir? Amma bizə elə gəlir
ki, oxucu ilk növbədə, ürəkdən gələn və ilhamla
18
yazılmış təbii sözlə boğazdan yuxarı deyilmiş
sözləri asanlıqla müəyyənləşdirə bilir. Zorla şeir
qəlibinə salınmış “sənət əsəri” saxtalığın məh-
sulu olur. Onu yazanın xarakteri, əqidəsi, ürə-
yindən keçənlər başqa, yazdığı şeirlər də başqa-
dır. Bu, Mehdi Calalın şeirlərinə yaddır. Hər bir
şeirin arxasında onu ərsəyə gətirən şairin ürək
çırpıntıları, şəxsiyyəti dayanır. Bu baxımdan
Mehdinin şeirlərini oxuyarkən onun özünü,
mənliyini görmək çox asan olur. Şeirləri də qəl-
bi kimi sehrli bir aləmdir. Onu dərk etmək, şeir
vasitəsi ilə şairin özü haqqında müəyyən təsəv-
vürə gəlmək o qədər də çətin olmur.
Bütün
gənclər nə qədər savadlı, iste-
dadlı, bacarıqlı olsalar da, onlar həmişə yaşlı
nəslin məsləhətinə, qayğısına möhtacdır. Köklər
öz rişəsini verməsə, bağ bağ olmaz. Millət də
belədir. Onun aqil, istedadlı və dünya tribu-
nasında öz millətinin, Vətəninin hüququnu mü-
dafiə etməyi bacaran gəncliyi olmasa, o millətin
millətlər arasında imzası olmaz.
Bu
fikirlərin müəllifi Xalq şairi Mirva-
rid Dilbazi hələ 1997-ci ildə Mehdi Calal haq-
qında demişdir: “Mənim ən xoşbəxt dəqiqələ-
rim istedadlı, vətənpərvər, elmli gənclərimizi
görüb-tanıdığım zaman olur. Bir təsadüf məni
istedadına çox sevindiyim bir gənc filoloq oğlu-
19
muzla görüşdürdü. Əvvəlcədən “Ulduz” jurna-
lında, “Ədəbiyyat”, “Gənclik” və s. qəzetlərdə
onun şeirləri ilə tanış olmuşdum. Medhi Calal-
dan mənə şeirlərindən bir neçəsini oxumasını
təklif etdim. O, Səməd Vurğuna ithaf etdiyi şei-
ri oxuyarkən o qədər sevindim ki, bu şeiri müt-
ləq çap etdirməyi ondan xahiş etdim. Çünki şeir
çox böyük məhəbbətlə yazılmışdı. Şeir məhəb-
bətin övladı olduğu üçün bədii cəhətdən də gö-
zəl doğulmuşdu. Bu gəncin daha bir neçə şeirini
dinlədikdən sonra onun parlaq istedadına sevi-
nərək, xeyir-dua vermək qərarına gəldim. Mil-
lətin, Vətənin xoşbəxt gələcəyini onun yetkin
gəncliyində görmək istəyənlərin hamısı bu
gənclərə xeyir-dua verməlidirlər”.
Doğrudan da, Mehdi Calalın şeirləri
həmişə diqqət mərkəzində olmuşdur.
Şair Ağa Laçınlı 25 aprel 2006-cı il
tarixdə “Ürəyi isidən şeirlər” adlı qeydlərində
Mehdi Calal yaradıcılığını yüksək qiymətlən-
dirərək yazır: “Mehdi Calal şeir həvəskarlarının
maraqla izlədiyi yenilikçi şairlərdəndir. Onun
çap olunmuş şeirləri ədəbi aləmdə həmişə
maraqla qarşılanıb. Şairin şeirləri ən çox yeni
ruhda olması baxımından məni sevindirir.
Axı, istedadı olan üçün şeir sənətinin
imkanları genişdir. Bu genişliyə ardıcıl yol açan
Dostları ilə paylaş: |