Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   2   3   4   5   6   7   8   9   ...   20

15 
 
olmalarıdır. Müxtəlif  şairlərdə bu hissiyyatın 
dərəcəsi də çox müxtəlif olur və fitri istedadla 
həyata gələn  şairlərdə bu istedad ancaq ictimai 
mühitin və təlim-tərbiyənin köməyi ilə üzə çıxa 
bilir. Bu baxımdan hər bir cəmiyyət özünə mü-
vafiq olan sənətkarını və ədəbiyyatını yaradır. 
Sınıq görünürəm qohuma, yada 
Sirli arzularım bayatı, ağı. 
Bir ömür yol getdim kefli dünyada, 
Nə dəyişə bildim, mən kiməm axı?! 
 
Doğrudan da, bu sakit, həzin, bulaq su-
yu kimi saf, təmiz lövhə  məhz həyat hadi-
sələrinin bir parçasının Mehdi Calalın sənət 
güzgüsündəki uğurlu əks-sədasıdır. Şairin aldığı 
tərbiyə, yaşadığı  həyat tərzi, uşaqlıqdan onun 
xarakterində formalaşan mülayimlik, təbiilik, 
səmimilik şeirlərinə də hopmuşdur. 
Adətən,  şair qəlbi, onun söz və fikir 
xəzinəsi dünyanın özü kimi sehirli bir aləmdir. 
Şairlər dünyanın sirli xüsusiyyətlərini daha tez 
görə və dərk edə bilir. Mərhum professor Dər-
gah Qüdrətov M.Calalın yaradıcılığına müra-
ciət edərkən qeyd etmişdir ki, həyat bizim onun 
haqqında düşündüklərimizdən də qat-qat zən-
gindir. Söz ustaları isə bu zənginlikləri daha 
rəngarəng duya bilirlər. Bu cəhətlər Mehdi Ca-


16 
 
lalın “Yeri var”, “Dünya, “Səndə”, “Ay ana” 
və s. şeirlərində xüsusilə diqqəti cəlb edir. Bə-
zən  şair oxucuları dialoqa çəkir. Onları kasıb-
ların çörək pullarını  əlindən alıb özlərini bə-
zəyənlərə, mənəvi dəyərlərini itirib dünya ayna-
sında təkcə özünü axtaranlara qarşı mübarizəyə 
çağırır. 
Qədim yunan filosofları iki şeyi Tanrı 
vergisi hesab edirlər: haqqı və nahaqqı. Bu ba-
xımdan məhəbbət-nifrət, yaxşılıq-pislik, xeyir-
xahlıq-bədxahlıq və s. kimi əksikliklər Mehdi 
Calal poeziyasında tez-tez qarşılaşdırılır. Onun 
“Məhəbbət”, “İlk eşqin yolu”, “Lal məhəbbət”, 
“Kim çəkəcək dərdimi?”, “Bağışla ana” şeir-
lərindəki sual dolu misralarda sirli, sehrli dün-
yamızın hikmətləri oxuculara çatdırılır. Şair in-
sanlar üçün qiymətli nemət olan saf, təmiz mə-
həbbət duyğuları ilə, haqqın qalib gələn yolunu 
işıqlandırır. Çalışır ki,bu məhəbbət ziyası get-
dikcə güclənsin, nurlu sabahlara gedən yollar 
daha aydın görünsün. 
 Mehdi 
müəllimin  şeirlərini oxuduqca 
belə qənaətə gəlmək olar ki, şair dostumuz poe-
ziyaya,  şeiriyyətə, sənətə  təəssübkeş bir vətən-
daş, əqidəli bir ziyalı kimi gəlmişdir. O, xalqı-
mızın zaman-zaman itirdiklərini, qazandıqları 
nailiyyətləri sadəcə olaraq təbliğ etmir, o həm 


17 
 
də ağı qara görən, yaxşını yamandan, haqqı na-
haqdan ayıra bilməyən nankorlara qarşı müba-
rizə aparır. Xalqımızın ən böyük dərdi torpaq it-
kisidir. Oğuz yurdunun bütövlüyü uğrunda mü-
barizəsi “Torpağın bərəkətindən pay olar, torpa-
ğın özündən pay olmaz” çağırışı Mehdi Calalın 
vətənpərvər ziyalı varlığını əks etdirir. Şair dos-
tumuzun şeirlərində inamla deyilir ki, gün gələ-
cək, haqq öz yerini tapacaq, qələbə çalacaq
düşmən tapdağı altında qalan torpaqlarımızı az-
ad edəcəyik və inşallah, yurdumuza nur çilənə-
cəkdir. 
 Niyyətin çin olsun, bizim ziyalı dostu-
muz, istedadlı şair qardaşımız! 
 Elmin, 
sənətin Vətəni yoxdur. Elmə, 
ədəbiyyata və incəsənətə gətirilən hər bir yeni-
lik hamının, hər kəsin-bəşəriyyətindir. 
 
Bir küskün bəndən var, cığal taleyi 
Didərgin ellərə, yaraşan oldu. 
Hamının göyündə buluda dönüb. 
Düzlərə, çöllərə qarışan oldu 
 
Təsəvvür etmək çox çətindir ki, Mehdi 
Calalı şəxsən tanımayanlar onun şeirlərini oxu-
yanda hans hisslər keçirir? Amma bizə elə gəlir 
ki, oxucu ilk növbədə, ürəkdən gələn və ilhamla 


18 
 
yazılmış  təbii sözlə boğazdan yuxarı deyilmiş 
sözləri asanlıqla müəyyənləşdirə bilir. Zorla şeir 
qəlibinə salınmış “sənət  əsəri” saxtalığın məh-
sulu olur. Onu yazanın xarakteri, əqidəsi, ürə-
yindən keçənlər başqa, yazdığı şeirlər də başqa-
dır. Bu, Mehdi Calalın şeirlərinə yaddır. Hər bir 
şeirin arxasında onu ərsəyə  gətirən  şairin ürək 
çırpıntıları,  şəxsiyyəti dayanır. Bu baxımdan 
Mehdinin  şeirlərini oxuyarkən onun özünü, 
mənliyini görmək çox asan olur. Şeirləri də qəl-
bi kimi sehrli bir aləmdir. Onu dərk etmək, şeir 
vasitəsi ilə şairin özü haqqında müəyyən təsəv-
vürə gəlmək o qədər də çətin olmur. 
 Bütün 
gənclər nə  qədər savadlı, iste-
dadlı, bacarıqlı olsalar da, onlar həmişə yaşlı 
nəslin məsləhətinə, qayğısına möhtacdır. Köklər 
öz rişəsini verməsə, bağ bağ olmaz. Millət də 
belədir. Onun aqil, istedadlı  və dünya tribu-
nasında öz millətinin, Vətəninin hüququnu mü-
dafiə etməyi bacaran gəncliyi olmasa, o millətin 
millətlər arasında imzası olmaz. 
 Bu 
fikirlərin müəllifi Xalq şairi Mirva-
rid Dilbazi hələ 1997-ci ildə Mehdi Calal haq-
qında demişdir: “Mənim  ən xoşbəxt dəqiqələ-
rim istedadlı, vətənpərvər, elmli gənclərimizi 
görüb-tanıdığım zaman olur. Bir təsadüf məni 
istedadına çox sevindiyim bir gənc filoloq oğlu-


19 
 
muzla görüşdürdü.  Əvvəlcədən “Ulduz” jurna-
lında, “Ədəbiyyat”, “Gənclik” və s. qəzetlərdə 
onun  şeirləri ilə tanış olmuşdum. Medhi Calal-
dan mənə  şeirlərindən bir neçəsini oxumasını 
təklif etdim. O, Səməd Vurğuna ithaf etdiyi şei-
ri oxuyarkən o qədər sevindim ki, bu şeiri müt-
ləq çap etdirməyi ondan xahiş etdim. Çünki şeir 
çox böyük məhəbbətlə yazılmışdı. Şeir məhəb-
bətin övladı olduğu üçün bədii cəhətdən də gö-
zəl doğulmuşdu. Bu gəncin daha bir neçə şeirini 
dinlədikdən sonra onun parlaq istedadına sevi-
nərək, xeyir-dua vermək qərarına gəldim. Mil-
lətin, Vətənin xoşbəxt gələcəyini onun yetkin 
gəncliyində görmək istəyənlərin hamısı bu 
gənclərə xeyir-dua verməlidirlər”. 
 Doğrudan da, Mehdi Calalın  şeirləri 
həmişə diqqət mərkəzində olmuşdur.  
Şair  Ağa Laçınlı 25 aprel 2006-cı il 
tarixdə “Ürəyi isidən  şeirlər” adlı qeydlərində 
Mehdi Calal yaradıcılığını yüksək qiymətlən-
dirərək yazır: “Mehdi Calal şeir həvəskarlarının 
maraqla izlədiyi yenilikçi şairlərdəndir. Onun 
çap olunmuş  şeirləri  ədəbi aləmdə  həmişə 
maraqla qarşılanıb.  Şairin  şeirləri  ən çox yeni 
ruhda olması baxımından məni sevindirir.  
Axı, istedadı olan üçün şeir sənətinin 
imkanları genişdir. Bu genişliyə ardıcıl yol açan 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə