Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 
78
qarşılıqlı  fəaliyyətin, habelə landşaftların qorunması üzrə 
transsərhəd  əməkdaşlığın təşviq edilməsinə yönələn milli və 
beynəlxalq səviyyələrdə hüquqi və maliyyə tədbirləri təklif edi-
lir. Konvensiyada, həmçinin dövlətlər tərəfindən, öz konkret tə-
ləbatlar nəzərə alınmaqla, istifadə edilə bilən məsələnin müxtə-
lif həlli yollarının paketi təsbit edilir. 
 Konvensiyanın həyata keçirilməsini Avropa Şurasının 
qeyri-hökumət komitələri izləyəcək. Mətndə, həmçinin 
landşaftların qorunması, idarə edilməsi və planlaşdırılması üzrə 
nümunəvi və uzunmüddətli siyasət və  tədbirlər həyata keçirən 
yerli və regional hakimiyyətlərə və ya qeyri-hökumət təşkilatla-
rına təqdim edilən Avropa Şurasının landşaftlar sahəsində mü-
kafatla təltif olunma da nəzərdə tutulur. 
 
 
Gənclərin  şəhərlərin və regionların həyatında iştirakı 
haqqında Xartiya (21 may 2003-cü il) 
 
 Xartiya 
öz 
mahiyyətinə görə gənclərin onların maraqla-
rına birbaşa toxunan məsələlər üzrə qərarların qəbul edilməsin-
də iştirakının dəstəklənməsini nəzərdə tutur. Bu sənəd gənc in-
sanları bələdiyyə və regional səviyyələrində sosial dəyişikliklə-
rin reallaşdırılmasında daha fəal olmağa çağırır. 
 
 
Avropa Şəhərlər Xartiyası (29 may 2008-ci il) 
 
 Xartiya 
vətəndaşların Avropa şəhərlərində hüquqlarını 
təsbit edir. Bu sənəd  şəhər idarəetməsi,  şəhərsalma, nəqliyyat, 


 
79
kommunal təsərrüfat, idman, ekologiya, habelə  vətəndaşların 
təhlükəsizliyinin təmin edilməsi sahəsində praktiki rəhbər prin-
sipləri özündə ehtiva edir.  
 
 
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd 
əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına Avrore-
gionların  əməkdaşlıq qruplarına dair 3 saylı  Əlavə Protokol 
(16 noyabr 2009-cu il) 
 
 Avropa 
Çərçivə Konvensiyasına 3 saylı Protokol 
“avroregionların  əməkdaşlıq qrupları”nın hüquqi statusunu
yaradılmasını və fəaliyyətini nəzərdə tutur. Tərkibində Razılığa 
Gələn Tərəflərin yerli hakimiyyət orqanları və digər dövlət or-
qanları daxil olan bu qrupların məqsədi onun üzvləri tərəfindən 
öz səlahiyyətləri daxilində transsərhəd və  ərazilərarası  əmək-
daşlığın həyata keçirilməsindən ibarətdir. Bu Protokol əsasında 
Avropa  Şurası Razılığa Gələn Tərəflər tərəfindən avrore-
gionların  əməkdaşlıq qruplarının səmərəli fəaliyyətinin təmin 
edilməsi üzrə müvafiq milli qanunların qəbul edilməsinə kö-
məklik göstərilməsi üçün milli qanunvericilik modellərini işlə-
yib hazırlaya bilər.  
 
 
Yerli Özünüidarə haqqında Avropa Xartiyasına yerli ha-
kimiyyətin işlərində  iştirak etmək hüququ üzrə  Əlavə Protokol 
(16 noyabr 2009-cu il) 
 


 
80
 Bu 
Əlavə Protokol yerli hakimiyyət orqanının işlərində 
iştirak etmək hüququna münasibətdə beynəlxalq hüquqi təmina-
tın verilməsinə görə Yrli Özünüidarə haqqında Avropa Xartiya-
sına dair yeni ölçü əlavə edir. Yerli hakimiyyət orqanının işlə-
rində iştirak etmək hüququ dedikdə yerli hakimiyyət orqanının 
səlahiyyətlərinin və  məsuliyyətinin həyata keçirilməsi xarakte-
rinin müəyyən edilməsi və ona təsir göstərilməsi nəzərdə tutu-
lur. Bu Protokolda Tərəflərdən bu hüququn həyata keçirilmə-
sinə köməkliyin göstərilməsi və onun təmin edilməsi üzrə hüqu-
qi və digər tədbirlərin görülməsi tələb olunur. Protokol, həmçi-
nin iştirak etmək hüququnun yerinə yetirilməsinin yerli ha-
kimiyyətlərin səlahiyyətlərinin və məsuliyyətinin həyata keçiril-
məsi zamanı etik düzgünlüyə və şəffaflığa xələl gətirməməsinin 
təmin edilməsi üçün zəruri olan tədbirlər görülməsini tələb edir. 
 
4.2. Yerli özünüidarə haqqında Avropa Xartiyası 
Strasburq, 15 oktyabr 1985-ci il 
PREAMBULA 
 
Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış döv-
lətlər, 
 Avropa Şurasının məqsədinin ümumi sərvət sayılan ideal 
və prinsiplərin təntənəsi və qorunması naminə onun üzvləri ara-
sında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu hesab edə-
rək; 
 idarəetmə sahəsində sazişlər bağlanmasının bu məqsədə 
xidmət edən vasitələrdən biri olduğunu hesab edərək


 
81
 yerli  özünüidarə orqanlarının istənilən demokratik quruluş 
əsaslarından birini təşkil etdiyini hesab edərək; 
 dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hü-
ququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün 
ümumi sayılan demokratik prinsiplərə aid olduğunu hesab edə-
rək; 
 real  hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının 
mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın 
idarəetməni təmin etməsi qənaətinə söykənərək; 
 Avropanın müxtəlif ölkələrində yerli özünüidarənin müda-
fiəsinin və möhkəmləndirilməsinin demokratiya və hakimiyyə-
tin mərkəzləşdirilməsi prinsiplərinə əsaslanan Avropanın qurul-
masına əhəmiyyətli töhfə olduğunu dərk edərək; 
 bunun, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokra-
tik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, 
onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan və-
saitlər baxımından geniş muxtariyyətə malik olan yerli özü-
nüidarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu təs-
diq edərək; 
 aşağıdakılar barədə razılığa gəldilər: 
 
M a d d ə   1    
 Tərəflər aşağıdakı maddələrə bu Xartiyanın 12-ci maddə-
sində  nəzərdə tutulmuş qaydada və  həcmdə riayət etməyi 
öhdələrinə götürürlər. 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə