82
I HİSSƏ
M a d d ə 2
Yerli özünüidarənin konstitusiya və qanunvericilik əsasları
Yerli özünüidarə prinsipi ölkə qanunvericiliyində və imkan
daxilində ölkənin konstitusiyasında təsbit olunmalıdır.
M a d d ə 3
Yerli özünüidarə anlayışı
1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının
dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun
çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götür-
məklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ
və real qabiliyyəti başa düşülür.
2. Bu hüququ azad, gizli, bərabər, birbaşa və ümumi səs-
vermə yolu ilə seçilmiş üzvlərdən ibarət şuralar yaxud yığıncaq-
lar həyata keçirir. Şuraların yaxud yığıncaqların onlara hesabat
verməli olan icra orqanları ola bilər. Bu müddəa, qanunla yol
verilən yerlərdə vətəndaşların yığıncaqlarına, referenduma və
ya vətəndaşların birbaşa iştirakının hər hansı başqa formasına
müraciət olunmasını istisna etmir.
M a d d ə 4
Yerli özünüidarənin səlahiyyət sahəsi
1. Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri
konstitusiya ilə yaxud qanunla müəyyən edilir. Lakin bu müd-
83
dəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-
ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
2. Yerli özünüidarə orqanları onların səlahiyyətindən çı-
xarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid
edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata ke-
çirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sər-
bəstliyə malikdirlər.
3. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda
olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət
orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı
birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyul-
muş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və
qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir
qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir haki-
miyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız
qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud
məhdudlaşdırıla bilər.
5. Mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə
edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində on-
ların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sər-
bəstliyinə malik olmalıdırlar.
6. Yerli özünüidarə orqanlarına bilavasitə aidiyyəti olan hər
hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqan-
larla məsləhətləşmək və bunu, imkan daxilində, qabaqcadan və
müvafiq formada etmək zəruridir.
84
M a d d ə 5
Yerli özünüidarə orqanlarının ərazi hüdudlarının
qorunması
Yerli ərazi hüdudlarının istənilən dəyişməsi zamanı müva-
fiq yerli özünüidarə orqanları ilə qabaqcadan məsləhətləşmək
zəruridir, qanunun yol verdiyi hallarda bunu referendum keçiril-
məsi yolu ilə etmək olar.
M a d d ə 6
İnzibati strukturların və vasitələrin yerli özünüidarə
orqanlarının vəzifələrinə uyğunluğu
1. Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik
müddəalarını pozmadan, yerli tələbata cavab verən və səmərəli
idarəetməni təmin edən öz daxili inzibati strukturlarını özləri
müəyyənləşdirmək hüququna malik olmalıdırlar.
2. Yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə
olmalıdır ki, təcrübə və səriştəliliyin nəzərə alınması prinsiplə-
rinə əsaslanan yüksək ixtisaslı kadrlar seçimini təmin etmək
mümkün olsun; bundan ötrü peşə hazırlığının, əməyin ödənil-
məsinin və vəzifədə irəliçəkilmənin müvafiq şərtlərinin təmin
edilməsi zəruridir.
M a d d ə 7
Yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri
1. Yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin
sərbəst həyata keçirilməsini təmin etməlidir.
85
2. Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini
həyata keçirmələri ilə bağlı çəkdikləri xərclərin müvafiq pul
kompensasiyasını, həmçinin zərurət olduqda, əldən çıxmış fay-
daya, yaxud əmək haqqına görə kompensasiyanı və müvafiq so-
sial sığortanı almağa imkan verməlidir.
3. Yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan istə-
nilən funksiyalar və fəaliyyət yalnız qanunla, yaxud əsas hüquqi
prinsiplərlə müəyyənləşdirilə bilər.
M a d d ə 8
Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət
1. Yerli özünüidarə orqanları üzərində istənilən inzibati nə-
zarət yalnız konstitusiya ilə, yaxud qanunla nəzərdə tutulmuş
formalarda və hallarda həyata keçirilə bilər.
2. Yerli özünüidarə orqanlarının fəaliyyətinə istənilən in-
zibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitu-
siya prinsiplərinə riayət olunmasını təmin etmək üçün nəzərdə
tutulmalıdır. Bununla belə, inzibati nəzarət, həmçinin yerli özü-
nüidarə orqanlarının onlara həvalə edilmiş səlahiyyətləri lazımi
qaydada yerinə yetirmələri üzərində yuxarı hakimiyyət orqanla-
rının nəzarətini də ehtiva edə bilər.
3. Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə
tərzdə həyata keçirilməlidir ki, nəzarət edən orqanın müdaxilə
dərəcəsi bu müdaxilənin qorumağı nəzərdə tutduğu maraqların
əhəmiyyətinə mütənasib olsun.
Dostları ilə paylaş: |