MəHƏMMƏD Əliyev həMİd həMİdov


Coğrafi amillər və rəqabət



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   135
KY0000382

Coğrafi amillər və rəqabət 
İşçi qüvvəsinin təklifinə təsir edən əsas amillərdən biri də işçi axınlarıdır. Bir 
ölkənin müəyyən bir ərazisinə və ya xarici olkələrdə olan axın işçi qüvvəsinin 
təklifinə güclü təsir göstərən amillər sırasındadır. Məs: Azərbaycan Respub likasında 
əmək qabiliyyətinə malik gənclərin Rusiyaya axını ölkədə böyük problemlər doğura 
bilər. Bundan başqa müəyyən bir ərazidə yeni fabrik və zavodların inşası yeni 
rəqiblərin ortaya çıxmasına yol açır. Bu rəqabət nəticəsində işçi qüvvəsinə olan 
ehtiyacın aradan qaldırılmasında bəzi problemlərlə qarşılaşır. Plan laşdırma işindən 
məsuliyyətli olan şəxslər digər müəssisələrin istədikləri maaş siyasəti, sosial ödəmə 
siyasətini yaxından tədqiq etməli işçi qüvvəsini öz müəs sisələrinə çəkmək məqsədilə 
rəqiblərə nisbətən daha yüksək maaş, sosial güzəştlər tətbiq etməlidirlər. 
Məsələn: müəssisə digər müəssisələrə nisbətən yüksək maaş ödəməklə işçi 
qüvvəsi təmin edə bilər. Eyni zamanda beynəlxalq rəqabət şərtləri də xarici 
faktorlardan biridir. 
Müəssisədaxili faktorların analizi
 
 
1. İşlərin analiz edilməsi. 
Müəssisədaxili faktorlar analiz edilərkən əsas diqqəti xüsusilə müəssisənin işçi 
qüvvəsi baxımından güclü və zəif tərəflərini nəzərdən keçirməkdir. Bu zaman 
planlaşdırma işini aparan şəxslər aşağıda göstərilən suallara cavab tapmalıdırlar: 1. Bu 
anda hansı işlər mövcuddur? 2. Görüləcək hər bir işin digər işlərlə bağlantısı (əlaqəsi) 
nə vəziyyətdədir? 3. Hər bir işi neçə işçi görə bilər? 4. Hər bir iş müəssisə üçün nə 
downloaded from KitabYurdu.org


44 
qədər əhəmiyyət kəsb edir? Bu suallara cavab verməklə planlaşdırma aparan şəxs 
işçilər və görüləcək işlərlə bağlı bir analiz edə bilər. 
2. İşçilərin qabiliyyət və bacarığının analiz edilməsi 
Planlaşdırma fəaliyyətini yüksək səviyyədə həyata keçirmək və bu planla uyğun 
olaraq müəyyən edilən işçi qüvvəsini əldə etmək üçün müəssisənin malik olduğu 
işçilərin sayı, bacarıqları, xüsusiyyətləri, güclü və zəif tərəfləri haqqında məlumata 
malik olmaq lazımdır. 
Bu işi müasir texnikanın yəni kompüterlərin köməyi ilə də həyata keçirmək 
mümkündür. Müəssisədə işləyən işçilərlə əlaqədar verilənlər müəyyən sənədlərdə öz 
əksini tapmalıdır Belə bir inventarlaşdırma fəaliyyətinin həyata
 
keçirilməsi nəti- 
cəsində müəssisədə çalışan insanların yaşları, cinsləri, bacarıqları haqqında 
məlumatlar toplanır. Gələcəkdə bu məlumatları boşalan yerlərin kadrlarla doldurmaq 
üçün istifadə olunur. Işçilərlə bağlı məlumatlar hər il bəzən isə hər ay dəyişiklik 
göstərə bilər. Buna görə də bu məlumatlar mütəmadi olaraq dözdən keçirilməlidir. 
İşçilərə aid məlumatlar əsas etibarıyla kıdrlar uçotunun şəxsi vərəqində göstərilir. Bu 
vərəqələrdə rşçinin adı, soyadı, cinsi, yaşadığı yer, doğum tarixi, iş yerinə giirdiyi 
tarix, xarici dil bilmə qabiliyyəti, təhsili, aldığı maaş artımları, işləmə müddətində 
aldığı tərifnamələr və ya töhmətlərlə bağlı məlumatlar göstərilir. Eyni zamanda əmək 
kitabçasından göstərilən məlumatlar da bunlar arasındadır. 
Planlaşdırmadan məsul olan şəxslər bu məlumatlardan istifadə edərək gələcəkdə 
kimlərin ixtisaslaşma kurslarına göndəriləcəkləri ya da kimlərin yüksək vəzifələrə 
keçiriləcəkləriylə bağlı qərarlar verə bilərlər. 
Eyni zamanda müəssisə daxilində təqaüdə çıxacaq işçiləın sayının müəyyən 
edilməsi, ölüm kimi faktorların analiz edilməsi lazımdır. Çünki bu faktorlar işçi 
sayının azalmasına səbəb olur. Müəssisədaxili faktorların analiz edilməsində əsas 
məqsəd 
müəssisənin 
gələcəkdə 
yerinə 
yetirəcəyi 
siyasətin 
qabaqcadan 
müəyyənləşdirilməsidir. 
downloaded from KitabYurdu.org


45 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə