90
1837-ci ilin sentyabrında «Cənubi Qafqazın idarəsi haqqında layihə
hazırlayan komissiya»nın rəisi sifətilə I Nikolaya göndərdiyi məruzəsində senator
Qan aĢağıdakı fikir və mülahizələri bəyan etməkdədir:
«Qara dənizlə Xəzər dənizi arasında 3 böyük nəhrlə (çayla) qolları
tərəfindən suvarılan və müxtəlif abu-havaya malik məntəqələrdən ibarət olub da,
cənubun ən sıcaq yerlərilə Ģimalın soyuq qitələrində göyərən [yeĢərən] hər türlü
bitkilər yetirən və məhsullar verən Cənubi Qafqaz ölkəsi uzun müddət Rusiyanı
dıĢarıdan gətirmək zərurətində olduğu məhsul və malların bir çox qismindən təmin
edər. Bu məmləkət, Avropa ilə Asiya arasında ən qısa, ən əmin və ən əlveriĢli
ticarət yolunu təĢkil etməkdədir. Asiyanın içinə çıxan bu məmləkət Ģimali Asiya
millətləri üzərində qüvvətli təsirə malik olması Ģərtilə, lüzumu gəlincə «dəniz
qüvvətini suiistimal ilə, milli haqlara riayət etməyən Hindistana qarĢı» Rusiyanın
əlinə ən əmin müdafiə [əslində intiqam - «mest» deyilmiĢdir] vasitə və imkanlarını
verməkdədir»
*
.
Qanın bir az muğlaq (dolaĢıq) ifadəsi dəxi Qafqazı «fəthə» çıxan Rusiyanın
baĢında Hindistan havası əsən Dəli petro vəsiyyətlərinə sadiq, doymaq bilməyən
çılğın bir imperialist qüvvəti olduğuna iĢarədir.
Qan, Rusiya üçün iqtisadi və siyasi bu qədər böyük dəyərə malik olan
Cənubi Qafqazın o zamanda ərz edən «boĢluq, səfəalət və intizamsızlığına» acıyır
və onu «indiki karsız vəziyyətindən» çıxarıb da, faydalı və qazanclı bir
müstəmləkə halına gətirmək üçün, idarəcə islah edilməyə möhtac olduğunda israr
edir və «indiki halında, Rusiyaya heç bir qazanc gətirməyən bu gözəl malikanələr
[vladeniya] dolayısı ilə əcnəbi dövlətlərin həsədini qaynadıb da yüksələn Rusiya
əleyhinə kürsülər hər türlü böhtanlarla dolu hayharaylara verilir və xeyrimizi
istəməyən dövlətlərin əl altından etdikləri fəsad və intriqalarla dağlardakı
düĢməncə müqavimət ruhu təĢviq olunursa, bu torpaqların imperatorun feyzli
əmrlərilə imar (quruluĢ) və intizama malik olacaqları təqdirdə dövlətin bu
yerlərdən edəcəyi istifadə və alacağı sərvət dolayısı ilə rəqiblərin duyacağı qibtənin
dərəcəsini indidən təsəvvür etmək qəbuldur» (s. 303).
Qan, Cənubi Qafqaz islahatını düĢünürkən, buranın Rusiyaya xam mal
verən bir müstəmləkə halında qalması fikrini əsas olaraq alır. «Hökumət - deyir -
yalnız ziraatı (əkinçiliyi) təĢviq etməklə iqtifa (yetinməli) etməlidir. Fabrik və
manufaktura sənayesinin tərvici (dəstəklənməsi) isə burada əkinçiliyə lazım olan
qüvvələrin azalmasını mucib (səbəb) olub, bura üçün bir fayda gətirməz, Rusiya
sənayesi ilə ticarətinə də zərər gətirir, çünki dövlətin himayəsi sayəsində vətən
fabrik və manufakturası mükəmməl surətdə çalıĢaraq, ucuz əmtəə çıxarır və
Cənubi Qafqazdan çıxacaq ipək, kətan, pambıq, boya və s. kimi məhsullar ilə hər
türlü təbii zənginlikləri tamamilə qullana bilirlər».
*
“Materiallar”, s. 303.
91
Xammal müstəmləkəsi Cənubi Qafqaz ilə sənaye metropolu Rusiya,
qarĢılıqlı mənfəətlər əsasına dayanaraq, Qanın anlayıĢına görə, qaynayıb qarıĢar,
maddi olan bu qaynama mənəvi tədbirlərlə dəxi, təkmil olununca bu «mülklər»
ayrı-ayrı əcnəbi təsir və intriqanın təsirindən saxlı, əmin bir hala gəlirlər (s. 314).
«Ġndiki halında», yəni Qanın «islahat»la məĢğul olduğu illərdə isə, vəziyyət
çox da əmin deyilmiĢ. Məmləkətin imperatorluq mərkəzindən uzaqlığı, bilxassə
müsavilə (dediĢ-gəliĢ) yollarının müĢküllüyü, nəhayət «Rusiya düĢmənlərinin
təhrikə mühəyya (hazır) olduqları təəssüb və milliyyət hissləri» və hətta «gələcək
valilərin ehtimal olunan zəfər və hökmranlıq sevdaları» hər zaman düĢməncə
intriqa ruhunun dövlətə müĢkülat çıxarmaq üçün qullana biləcəyi vasitələrdir» (s.
303).
Yeni idarə sisteminin tesisində hakim fikir senatorca - makul (ağıllı,
əlveriĢli) qanunlar, ədalət və hüsü idarəyə dayanan modern bir nizam ilə yerli
əhalini Rusiyaya mənən bağlamaq əzmidir.
Bu, sözdə çox müdəbbiranə (uzaqgörən) görünən niyyətinin təhəqqüqü
(gerçəkləĢməsi) üçün ortaya qoyacağı müəyyən mülahizə və təkliflərə keçmədən
əwəl, Qan Cənubi Qafqazı təĢkil edən baĢlıca üç ünsürün onunca səciyyələrini
anladır:
«Gürcülər, öz dinlərindən olub, onlara xilas, əmniyyət və hüzur gətirən
Rusiyaya bağlıdırlar. Kef, səfahət (əyləncə) və israfa dalıb da, at belində, qılınc
oynatmağı sevən gürcülər, ticarət və sənaye iĢlərini ermənilərə buraxaraq, özləri
maldarlıq və əkin iĢlərilə məĢğuldurlar. Bunda da çox ibtidai bir haldadırlar. Gürcü
dvoryanları, çox az qismi müstəsna, iflas etmiĢlər.
Ermənilər, toplu olaraq, əksəriyyətlə Eçmiədzin və Qarabağ səmtlərində
yaĢayırlar; gərçi Cənubi Qafqazın hər tərəfinə səpələnmiĢlər. Zəngindirlər.
TəĢəbbüskardırlar. Ticarət ilə kiçik sənayeni əllərinə almaq istedadındadırlar.
Hiyləgərliklə mənfəətpərəstlikləri dillər əzbəridir. Ġran və Türkiyə təqibat və
istibdadlarından xilaslarına vasitə olduğu üçün, «Asiyanın bütün qitələrində
hökumətimizin hər cür məqsədlərinə mükəmməl vasitə və amil olurlar».
Müsəlmanlara gəlincə - bunlar, əksəriyyətlə «tatar cinsindəndirlər (sənəddə
- tatarskoqo proisxocdeniya, yəni tatar (türk) soyundan yazılıb)»
*
. «Əli və Ömər
məzhəblərinə» bağlıdırlar (Yüksək rus məmurları Azərbaycan müsəlmanları üçün
sünni və Ģiə din idarələri, bölücülük tumu səpən əsasnamələr yaratsalar da,
Azərbaycan türklərinin bütün aydınları, eləcə də baĢqa müsəlman azərbaycanlılar
islam dininin heç bir təriqətinə üstünlük vermir, özlərini müsəlman sayırlar. Bu, ən
azı Azərbaycanın böyük bilgini Nizami Gəncəvi çağından belədir. Alp Arslan
deyən kimi: «Biz türklər əsil müsəlmanıq, bidət bilmərik!»). Gürcüstan və erməni
vilayətlərində olduğu kimi, bunlar böyük bir kütlə halında Qafqazın Ģimali-Ģərq
ətəklərində və Kür nəhri (çayı) ovalığında yaĢayırlar. «ÇalıĢqan və mərd
*
Türklərə o zaman Rusiyada tatar deyildiyi məlumdur.
Dostları ilə paylaş: |