86
Bu tədbir sayəsində «bəylərin» Rusiyaya sədaqəti təmin olunur, çünki
«müsəlman bir hökumətin tərəfinə keçərlərsə əldə etdikləri bu imtiyazı qeyb etmiĢ
olurlar - çünki müsəlman dövlətlərində zadəganlıq imtiyazı yoxdur» (§ 24).
Bundan baĢqa vəsiqə bəy cocuqlarının haiz (aid) olduqları dvoryanlıq ünvanının
mucibincə bilxassə əskəri xidmətlərə alınacaqlarından, dövlətin əlində bir növ
rehinə (girov) halını alacaqlarını və bu surətlə atalarının sədaqətlərini təmin etmiĢ
olacaqlarını dəxi hesablayır. Və bu sahədəki mənəvi təsiri daha ziyadə
qüvvətləndirmək üçün Tiflisdə, dvoryan cocuqlarına məxsus olmaq üzrə bir
təlimxana təsisilə, 12 yaĢını
burada bulduqdan sonra, bu «əsilzadələrin» Moskva və
ya Peterburqa göndərilərək, əskəri korpus, akademiya və s. kimi məktəblərdə
oxutdurulmasını tövsiyə edir. Təhsilərini tamam etdikdən sonra, bu gənclər beĢ il
Rusiyada xidmət edəcəklər və yalnız ondan sonra Qafqazda bir məmurluğa təyin
olunacaqlar. «Ayrılıq, tərbiyə və ruslar arasındakı xidmət onları ruslaĢdırır və
indiki halda ruslarla yaxınlaĢmalarına mane olan məhəmmədiliklərini çox
zəifləĢdirir» (eyni § 28).
Gürcü zadəganlarının hüquq və səlahiyyətləri 1783-cü il müahidəsi, 1801-ci
il manifesti və 1824 və 1827-ci illərdəki çar qərarları ilə təyin edilmiĢdi. Müsəlman
və erməni zadəganlarının təsis və tərifi haqqında isə vəsiqə belə bir təsəvvürdədir:
«Müsəlman vilayətlərində dvoryanlıq təsis edərkən, hüquqi dörd əsasa
etibar edilməlidir: 1) KeçmiĢdəki hökmdar xanların nəsillərinə mənsub olanlar,
gürcü knyazları ilə eyni səviyyədə tutularaq, knyaz [xan] adını daĢımalıdırlar,
bilxassə ki, gürcülər bu sonuncuların daima əlaltıları olmuĢlar. 2) Dvoryanlıq
rütbəsini verən xidmətlərdə olmuĢ adamlara dvoryan [bəy] ünvanı verilməlidir. 3)
Əski xanlardan və ya Ġran Ģahlarından bəy, ağa və sultan ləqəblərini daĢımaq üçün
təliqələri olan adamlar da «dvoryan» adını daĢıyırlar. Təliqələri mövcud olmayıb
da eyni haqqa malik olduqlarını isbat edə bilənlərə də dvoryanlıq adı verilir (§ 28).
Paskeviçin xüsusi qeydincə, «bütün bir millətin sadə, alçaq təbəqədən ibarət
olması» kimi «münasibətsizliyi» bu surətlə «bərtərəf» etməklə bərabər, «kökündən
dönüklüyə müsaid olan» bu «yeni zadəganları» təsərrüd (əl altında) tutmağı dəxi, o
zamankı rus bürokratları unutmamıĢ, eynilə indiki qızıl rejim kimi, casusluq
üsulunu ailə əfradı (üzvləri) içinə qədər soxmaq «fəzilətini» göstərmiĢlər.
Xəyanətləri görünən zadəgan ailəsi təbii olaraq bütün haqq və hüquqlardan
selb (məhrum) olunur. Yalnız ailə əfradından biri mütəsəvvər (düĢünülmüĢ)
xəyanəti vaqe olmasından əvvəl xəbər verirsə, xəyənatkara aid əmlak və ərazinin
yarısına sahib olur (§ 37).
Bir tərəfdən rus dvoryanlarının Azərbaycanda kökləĢməsi, digər tərəfdən də
hüquqi bir keçmiĢləri yoxsa da, təamül (adət-ənənə) gücü və təsirilə əhali arasında
o və ya bu surətlə nüfuz sahibi olan
6
ailələrdən özünə uyğun yerli dvoryan zümrəsi
yaratmaq surətilə hakimiyyətinə ictimai əsas hazırlamaq istəyən çarlıq, bu
6
Knyaz VarĢavskinin tərifindən.