Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

76 
 
«Feodal münasibətləri və müstəmləkəçilik rejimi»ni iĢıqlandıran bu cilddən 
sonra  gəlcək  cildlərdə  kitabın  müqəddiməsindən  görüldüyü  kimi,  «Azərbaycanda 
milli müstəmləkəçilik hərəkatları» ilə «Azərbaycanda ticarət və sənaye tarixinə aid 
materiallar»  dərc  olunacaqdır.  Fəqət,  bu  cildlərdən  indiyə  qədər  hələ  bir  xəbər 
yoxdur. 
Rus  müstəmləkəçilik  rejimini  iĢıqlandıran  sənədlərdən  ələnmiĢ  bir  qismini 
içinə  alan  əlimizdəki  beĢ  yüzə  yaxın  böyük  səhifədən  ibarət  olan  bu  cild 
diqqətəĢayan və maraqlı bir çox məlumat və sənədlərə malikdir. 
Bu  sənədlərlə  aĢina  olmaq,  yaxın  tariximizin  iĢıqlanmağa  möhtac  mühüm 
bəzi  fəsillərini  sənədlərdə  görmək  olduğundan,  oxucularımıza  bu  xüsusda  bir  az 
məlumat vermək istədik. 
Çarlıq  Qafqazdakı  Azərbaycan  xanlıqlarını  yendikdən  sonra,  onlardakı 
idarəni  həmən  «ruslaĢdırmağa»  qalxmamıĢdır.  Əksinə,  baĢlanğıcda  bir  tərəfdən 
Ġran,  digər  tərəfdən  Türkiyə,  üçüncü  tərəfdən  də  Dağıstan  qəzavatı  kimi  hal  ilə 
uğraĢmaq  məcburiyyətində  olduğu  pürüzlü  (çətin,  dolaĢıq)  məsələlərlə  məĢğul 
olduğundan, o, ġərqi Qafqazda vaqe olan bu xanlıqlarda sırf ordu arxasını, iaĢəsini 
və təchizatını təmin edən bir iĢğal idarəsi qurmaqla iqtifa (keçinmiĢdir) etmiĢdir. 
Bu məqsədlə də o, ona qarĢı gəlmədən baĢ əyən xanları iĢlərinin baĢında, öz 
hallarına  buraxdığı  kimi,  qarĢılıq  göstərənlərin  yerlərinə  qoyduğu  xanlara  dəxi  iç 
iĢlərdə geniĢ səlahiyyətlər buraxmıĢdır. 
Fəqət, 
yuxarıda 
qeyd 
etdiyimiz 
qailələrindən 
(sıxıntılarından, 
çətinliklərindən)  qurtulduqdan  və  1928-ci  ildə  Türkmənçay  müahidəsi  mucibincə 
(görə),  Qafqazda  tamamilə  yerləĢdikdən  sonra,  xanlıqlardan  və  əski  istiqlalı 
andıran müəssisələrdən niĢan buraxmamaq əzminə gəlmiĢdir. 
Bununla bərabər, 1841-ci ilə qədər xanlar atılmıĢ olsalar da, Azərbaycanda 
xanlıqların tamamilə likvidə edildiyini təsəvvür etmək doğru olmaz. Quba xanlığı, 
məsələn,  ġeyxəli  xanın  əzlindən  (hakimiyyətdən  salınmasından)  sonra  da  (1808-
1810),  rəsmən  Quba  xanlığı  adını  daĢımıĢ  və  bir  növ  naiblik  müəssisəsi  demək 
olan  dörd  «möhtərəm»  bəylərdən  ibarət  «Divan»  tərəfindən  idarə  edilmiĢdir  ki, 
rəisi də Hacıbəy  «naib» ünvanını taxınmıĢdır.  1826-1841-ci illərdə TalıĢ da buna 
bənzər vəziyyətdə o araq, «TalıĢ xanlığının müvəqqəti idarəsi [Divan]» tərəfindən 
idarə edilmiĢdir ki, buradakı «Divan» bir rus generalının rəyasətində (baĢçılığında) 
iki  yerli  bəydən  təĢəkkül  etmiĢdir.  Digər  xanlıqlar  isə  əksəriyyətlə  bir  «vilayət» 
halına  qoyularaq,  valiliklərinə  rus  «vilayət  komendantları»  təyin  edilmiĢdir.  Bu 
komendantlar, ya polkovnik, ya da general rütbəsində olmuĢlar. Cənubi Qafqaz baĢ 
komendantlığından aldıqları təlimata görə, bu «komendantlar», idarələrinə verilmiĢ 
«vilayətləri»  əskisi  kimi  yəni  «xanlıq  adətlərilə»  mütabiq  (uyğun)  olan  nizamı 
pozmadan - idarə edəcəkdilər. 
Bu  komendantlıq  sistemi  bütün  Azərbaycanda  1841-ci  ilə  qədər  davam 
etmiĢdir. 


77 
 
Xanlıq  sisteminə  varis  olan  bu  komendantlığın  ərz  etdiyi  hüquqi  və  idari 
bünyə  (quruluĢ)  haqqında  bir  az  təfsilat  vermək  üçün  «cildin»  müqəddiməsini 
təĢkil edən təhlilin bir xülasəsini buraya göçürüriık. Sənədlərə dayanan bu xülasəyə 
görə: 
«Komendantlar,  edam  cəzası  müstəsna  olmaq  üzrə,  vaxtilə  xanın  haiz 
olduğu (əlində olan) bütün haqq və səlahiyyətlərə sahib olmuĢlar». 
Komendantlar  vilayət  məhkəmələri  olan  divanxanada  rəyasət  (yerləĢir) 
edirlər, mahal qazısını və vilayət [xanlıq] daxilindəki bütün mahal naiblərilə baĢqa 
idarə  adamlarını  təyin  edirlər.  Komendantlar,  sabiq  xanlar  tərəfindən  verilən 
fərmanları və müxtəlif bəylərə müəyyən ərazi və üzərindəki köylü rəncbərlərə aid 
mülkiyyət  və  idarə  səlahiyyəti verən təliqələri təsdiq etdikləri kimi,  özləri Ģəxsən 
dəxi, haqq və səlahiyyətlə kəndlilər tərəfindən məskun torpaqları müxtəlif bəylərin 
mülkiyyətinə  və  ya  idarəsinə  [tiyuluna]  verir  və  köylüləri  «rəncbər»  ünvan  ilə 
bəylərin Ģəxsinə bağlayırdılar. Bu növdən tiyul və təvdiyatı (mal-mülk, banka pul-
para  qoymağı)  təsdiqləyən  təliqələr  Ģəkil  və  üslub  etibarı  ilə  xanlar  tərəfindən   
verilən  fərmanların  eynini  andırırdı.  Xanlar  tərəfindən  özlərinə  bəyik  verilmiĢ 
adamların  vəsiqə  və  fərmanlarını  tədqiqlə  onları  bu  sifətlərində  təsdiq  etmək 
komendantların  idarəsindən  asılı  idi.  Eyni  zamanda  qəbahət  və  sədaqətsizlikləri 
görülənlərin  ünvanlarını  selb  (zorla  almaq)  ilə  və  mülklərinin  müsadirəsi  dəxi 
komendantlardan  asılı  idi.  Komendantların  ələladə  (sıradan,  adi)  bir  əmirilə 
xəzinəyə aid torpaqlar xüsusi Ģəxslərin mülkiyyətinə verilə bildiyi kimi, rəiyyətlər 
rəncbərlər, rəncbərlər də rəiyyət halına qoyula bilirdi. 
Nökər deyilən zabitə (polis) məmurlarının çaparxana adındakı süvari mislin 
idarə  və  komandası  komendanta  aid  olduğu  kimi,  dövlət  vergilərinin  köylü 
cəmiyyətləri  arasında  bölüĢdürülməsi  ilə  toplanması,  xəzinəyə  aid  otlaqların, 
duzlaqların,  balıq  və  s.  kimi,  ovlaqların  icarə  və  ihaləsi  (geri  alınması),  mizan 
deyilən  çəki  vergisi,  rahdari  təbir  (deyilən)  olunan  gömrük  iĢləri  dəxi 
komendantların  əlində  idi.  Komendantlar  rəiyyətlərin  mülkədarlara  qarĢı  olan 
təkliflərini təyin etmək üzrə qərarlar elan edərlərdi. Bu qərarlar əksəriyyətlə xanlıq 
dövründən qalan fərmanların  hökmlərini  yeniləməkdən və  təsdiq etməkdən ibarət 
olurdu». 
Hər  vilayətdə  -  demək  ki,  hər  xanlıqda  divanxana  deyilən,  bəzən  də  Ģəhər 
məhkəməsi  anılan  «vilayət  məhkəməsi»  vardı.  Bu  məhkəmə  bəy,  xan,  ağa  kimi 
feodal  sinif  arasından  çeçilən  iki  divanbəyindən,  tacir,  əsnaf,  kimi  Ģəhərli 
təbəqədən  seçilən  iki  nümayəndədən  və  bir  də  bir  növ  hüquq  müĢaviri,  Ģəriət 
qanunlarını bilən fəqihən - molladan ibarət olaraq təĢəkkül edərdi. Bütün bunlar öz 
təbəqələri  tərəfindən  seçilir  və  komendantlar  tərəfindən  təsdiq  olunurdular. 
Məhkəmədə iĢlər Ģəriət və xanlardan qalan nizam və təlimat mucibincə (əsasında, 
gərəyincə)  həll  olunurdu.  Məsələn,  ġəki  xanlığında  XVIII  əsrin  sonlarında 
yaradılınıĢ  Məhəmmədhəsən  xan  dövründən  qalan  «Dəstür  ül-əməl»in  əhkamı 
(hökmü) cari idi. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə