74
məqalələr diqqətəĢayandır. Bu qəbildən məqalələr əskəri mühafilə mənsub
«Polska Sbrocna» qəzetində dəxi görülməkdədir.
Bu məqalələrə görə, bir tərəfdən Ģiddətlə hərbə hazırlaĢan Sovetlər, o biri
tərəfdən də Avropa millətlərini mənən pozmaqla məĢğuldurlar. Almaniyaya
göndərdikləri hava dalğaları ilə [radio propaqandası]. Hitlerin koridoru polyaklara
fəda etdiyindən bəhs edən Moskva kommunistləri, PolĢa daxilində yaydıqları
intibahnamələrdə Qdanskın hitlerçilərə tərk etdiyindən bəhs edirmiĢlər. Məqsəd
bəllidir: istənən iĢ, ortanın qarıĢmasıdır. Eyni mühərririn ayın 24-də - Almaniya-
Yaponiya anlaĢmasının imzalanmasına müsadif (rast gələn) günlərdə PolĢa radiosu
ilə söylədiyi bir nitqi dinlənilmiĢdir. Bu nitqdə Otmar məmləkətlərini sevən bütün
patriotların Komintern ilə mücadilə edən cəbhədə olmaları lüzumundan bəhs
etmiĢdir. Bu lüzum yalnız PolĢada deyil, bir çox məmləkətlərdə dəxi hiss
edilməkdədir. Sovetlərlə dost keçinən və bununla öyünən məmləkətlər belə öz
içlərindəki kommunist axınları və Komintern agentlərilə mücadilədən farig
(sıxıntısız, rahat) deyillər. Bu sadə, Avropadakı deyil. ġərqdəki sovet dostlarına da
aiddir... Məlum olduğu üzrə, Komintern deyilən isim Sovetlər Ġttifaqı deyilən
hökumətin müstəir (gizli) adıdır. Əcnəbi dövlətlərlə etdiyi hər diplomatiya
münasibətlərindən əcəmi surətdə faydalanan bolĢeviklər, məlum olduğu üzrə, bu
qondarma adlarından faydalanaraq istədikləri fəsad iĢini rəsmən yaxĢı münasibətdə
olduqları dövlətlər içində yeritməkdən bir an üçün geri durmamıĢlar. Ġndi ona eyni
metodla qarĢı çıxılır. Sovet hökumətilə münasibət pozulmadan Kominternə qarĢı
antikomintern yaradılır. Bizim Moskvaya qarĢı davamız məlum olduğu üzrə, sadə,
ideoloji bir dava deyildir. Hər Ģeydən əvvəl biz, Rusiya istilası ilə, rus
imperializminin bu yeni Ģəkli ilə vuruĢuruq. Kommunizmlə mücadilə bizim üçün
əlimizdən çalınmıĢ istiqlalınızı geri almaq yolunda edilən bir mücadilədir. Öncə
qeyd etdiyimiz alman-yapon anlaĢmasında da bu motiv mövcuddur. AnlaĢma milli
mövcudiyyətlər və mövcud dövlətlər üçün Komintern fəaliyyətini təhlükəli görür
və bununla mücadiləyə təhlükəyə məruz bütün dövlətləri çağırır.
Bu çağırıĢın müvəffəqiyyəti demək, Kominternin əsil üzü demək olan Sovet
hökumətinin siyasətcə təklənməsi deməkdir. Bu təklənmə nə qədər müvəffəqiyyətli
və nə qədər təsirli olursa, bizim üçün o qədər xeyirli və ümidli olur.
19-cu ildönümünü içəridə, əski bolĢevikləri boğazlamaqla məĢğul bir halda
qarĢılayan moskvalı kommunistlər üçün, dıĢarıda vücuda gələn bu antikomintern
ittifaqını duymaq qədər düĢündürücü bir sürpriz ola bilməz!...
Cahan gec də olsa oyanır. Təhlükənin Moskvada olduğunu görür. Bu
görüĢün daha Ģamil və daha real olmasını təmanna edəyin. Təmənna edəyin ki,
Komintern deyilən Ģeyin eyni zamanda Kremlin yeni təcavüzçü rus imperializmi
olduğu və bu imperializmin onlarca milləti əsarəti altında tutduğu dəxi görülmüĢ
olsun!
75
Kommunizmə qarĢı millətlərarası mücadilə. Bu gözəl. Hələ bu mücadilənin
Almaniya və Yaponiya kimi dövlətlər arasında bağlanan müahidə Ģəklində rəsmi
bir Ģəkil alması bilxassə!...
Ümid edilə bilir ki, bu gün sadə, müzürr (xəstə) bir fikir cərəyanı və
aksiyasına qarĢı müdafiə mahiyyətində olan bu anlaĢma, təcrübə ilə gözlənməsi
təbii nəticəsinə varır. Kommunizmi millətlərarası bir təhlükə zəhəri olaraq
canlandıran təĢəkkül (quruluĢ) Sovetlər Ġttifaqı deyilən qüvvədir. Yüzdə əlli ikisi
rus olmayan, böyük əksəriyəti süngü gücü ilə tutan bu qüvvədir ki, dünyanı fəsada
vermək istəyən ocağı tütdürür. Ukraynanın kömürü ilə buğdası, Qafqazın nefti və
digər sərvətləri, Türküstanın da bilxassə pambığı və digər millətlərə aid bir çox bu
kimi zənginliklər qızıl Moskva imperializminin əlində və idarəsində qaldıqca, sadə,
beynəlmiləl
müdafiə təĢəbbüsü ilə mədəniyyət dünyasını kommunizm
təhlükəsindən qorumaq mümkün deyildir.
Kommunizm təhlükəsi deyilən Ģey, dünya üçün hər zaman təhlükə təĢkil
etmiĢ olan qaba və təcavüzçü rus imperializminin yeni həmləsindən baĢqa bir Ģey
deyildir. Bu təhlükə yalnız bolĢevik istibdadı və qızıl rus süngüsünə dayanan Sovet
hakimiyyətinin çökdüyü və oradakı millətlərin uğrunda vuruĢduqları istiqlallarına
eriĢdikləri gün ortadan qalxar!
“Qutlu od”, sayı 1, dekabr 1936.
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ
I
Bu siyasətin nə kimi bir istila iĢi olduğu ümumi xətlərilə məlumumuz
olduğu halda, çarlığın XIX əsrin ilk yarısında yendiyi və likvidə (ləğv) etdiyi
Azərbaycan xanlarının yerində tətbiq etdiyi rejim və qullandığı idarə üsulları
haqqında vəsiqə (sənəd) və məxəzlərə dayanan təfsilli məlumatımız nöqsanlıdır.
Çarlığın qərb vilayətlərindən indiki Baltik sahilindəki cümhuriyyətlərə,
Türküstan istilasına və hətta qonĢumuz Gürcüstana aid çoxluca tədqiqi nəĢrlər və
tarixi sənədlər nəĢr edilmiĢ ikən, Azərbaycan xanlıqları bu günə qədər bu nöqtədən
ihmal (unudulmuĢdur) edilmiĢdir.
Sovet Elmlər Akademiyasının çarlıq dövrü və idarəsinə aid olaraq nəĢr
etdiyi arxiv materialları arasında, axirən, tariximizin bu dövrünü iĢıqlandıran çox
mühüm bəzi vəsiqələr dəxi nəĢr edilmiĢdir.
Əsasında üç cilddən ibarət olub, indilik «Rus imperializminin
Azərbaycanda 1820-dən 1860-a qədər sürən koloni (müstəmləkəçilik) siyasəti»nə
aid olan arxiv material və vəsiqələrinin ilk cildi SSRĠ Elmlər Akademiyasının
Tarix Ġnstitutu tərəfindən «Sovetlər Ġttifaqı millətlərinin tarixi» seriyasına daxil
olaraq 1936-cı ildə nəĢr edilmiĢdir.
Dostları ilə paylaş: |