66
QORXUDAN «ĠSLAHAT»
Moskvadan «islahat» xəbəri gəldi. Sovetlər Ġttifaqı konqresində mühüm
bir qərar alınmıĢdır: bundan sonra sovet seçkiləri müsavi, doğru və gizli olaraq
keçiriləcəkmiĢ.
Demək ki, indilik nəzəri olaraq [çünki yeni seçkilər bir neçə il sonra
keçiriləcək] bir tərəfdən köylü ilə Ģəhər fəhləsi arasındakı siyasi müsavatsızlıq
qalxacaq, digər tərəfdən də hər köylü ilə fəhlə beĢ-altı vasitəyə ehtiyac qalmadan
dövlətin ən böyük konqresinə öz delegələrini doğrudan-doğruya göndərəcəkdir və
eyni zamanda rəyini hər kəsdən saxlı və gizli olaraq verə biləcəkdir.
Bu siyasi islahatla bərəbər Sovet hökuməti, öz təbəələrini bir də iqtisadi
bir «islahat»la sevindirir: kolxozlarda çalıĢan köylü kolxoz torpaqları xaricindəki
hökumət yerlərindən uzun müddət qullanmaq üzrə, əkməyə veriləcək və eyni
zamanda hər kolxozçu bir baĢ inəklə bir neçə baĢ qoyun-keçi [və yaxud donuz] və
istədiyi qədər toyuq sahibi ola biləcəkmiĢ.
Biri siyasi, o biri cə iqtisadi bir müsaidədən ibarət olan bu «islahat»ın
yönəldiyi Ģey Ģübhəsiz köylüdür. Bu müsaidələrlə kəndliyə nə kimi qiymət
verildiyinin təfsilatı digər məqalədə ətraflı anladılmıĢdır, burada onu təkrar edəcək
deyilik.
Fəqət, bunu təkrar edək ki, Sovet hökuməti rəisi Molotovun söyləməsinə
rəğmən, bu «islahat» ilə həqiqi demokratizm və həqiqi parlamentarizm arasında
heç bir münasibət yoxdur.
Demokraizmin də, parlamentarizmin də, əsil hikməti hürriyyətdədir. Bu
hürriyəti Ģiddətlə rədd etməkdə israrla hər gün yeni bir həmləyə, Ģəxsi və keyfi
istibdada doğru gedən Stalinizmin bu yapma «demokratizminə» əlbətdə ki,
əhəmiyyət verməyə gəlməz.
Fəqət, nə olsa da, sözdə olsa da, bu «islahat»ın köylüyə qarĢı bir güzəĢt
olduğu meydandadır.
Səbəb nə? Nədən «iĢçi diktatorluğu» durub-dururkən dönüb «köylü
hökuməti» olur?...
Bu sualın cavabını biz təbii, sovet hüquqçularının anlatmalarında deyil,
Sovet hökumətinin beynəlmiləl vəziyyətində aramalıyıq. Bu xüsusda general
VoroĢilovun tərifi, siyasətçı Molotovun təfsirindən daha aydın və daha səmimıdir.
Ġnanmırıq ki, bu «islahat» «köy bünyəsindəki (kökündən) dəyiĢmənin əsəri» olsun.
Doğrudur ki. «sülh çağında «iĢçi» olan qızıl ordu, yapon savaĢının baĢlayacağı
sıralarakı səfərbərliyin ertəsində həmin «köylü olacaq».
Əslində bütün tədbirlər, bütün siyasətlər və «islahatlar»ın həqiqi sanki
(səbəbi) budur. Bu savaĢ qorxusudur.
Diqqət edəcək olursaq görürük ki: ġərqə doğru getdikcə bu «köylüləĢmə»
əməliyyatı çoxalır. Mancuriya hüdudlarına yaxın Sovet vilayətlərində
kommunizmdən adəta əsər belə görünməzmiĢ...
67
BolĢeviklər sənayeləĢdirmə iĢində ən böyük əhəmiyyəti orduya verirlər.
Qızıl ordu var qüvvə və imkanlarla silahlandırılır, xüsusi istilah ilə -
«motorlaĢdırılır». Sovet hava qüvvələri bütün dünyanı özü ilə məĢğul edir - çünki
bu sahədə olsun mühtəməl (ehtimal olunan) düĢmənlərə qarĢı bolĢevizm üstünlük
qazanmaq istəyir.
DıĢ siyasətlərinə baxın: eyni görünüĢ. ġərqdən qorxulur. Qərb hüdudları
düĢünülür. Budur paktlar. BarıĢıqlar. AnlaĢmalar. BağlaĢmalar. Diplomatiyadakı
bütün ixtilaf prinsiplərinə əlvida... Rapollodan niĢan yox, Moskva indi versalçıdır.
Əskidən «quldur dəstəsi» idi, indi «Millətlər Cəmiyyəti»dir. Moskva bu cəmiyyətə
üzv olmaqla fəxr edir. «Qalın qalalı»lar indi əlləri sıxılacaq centlimenlərdir.
«Mürtəce fransız kapitalistləri»lə çar Rusiyasına nəsib olan ittifaqı yeniləyə bilmək
Kremlin diplomatlarının ən müqəddəs düĢüncələridir.
Hətta QPU adını dəyiĢdikləri kimi, indiki demokratiya oyunları da eyni
taktikanın bir cüzidir (parçasıdır). Digər «cəmiyyətçi»lər kimi, «Sovetlər»də də
«seçkilər» həm “müsavi”, həm də “gizli”dir, yoxlayan gözlərə dəsmal asılacaqdır.
Sovetlər konqresindəki nitqlərə baxılsın – mövzular bütünlüklə müdafiə!
“Kimsənin torpağında gözümüz yox, - fəqət, torpaqlarımıza göz dikənlərə qarĢı
qüvvəmiz var!...” – budur söylənənlərin xülasəsi!...
Diktator Stalin yüksəldikcə yüksəlir! O, indi sadə, “tək məmələkətdə
sosializm”in müəllimi, Leninin ustadını keçmiĢ bir Ģagird deyildir. O, Qızıl
ordunun ruhu və onun ən böyük yaradıcısıdır. Ġndi ona yeni bir ad dəxi taxdılar –
“ən təbii baĢ komandan”. Gərçi, indilik bu ünvan ədəbi mahiyyətdədir,
məddahların ağzındadır. Fəqət, bu ağızlar özbaĢına söyləməzlər: yarın rəsmiyyət
alacağı ehtimal olunan bir motivin tütəyini indidən ötdürürlər!..
Bütün bunlar bir ildən bəri nəqarat halını alaraq son zamanlarda bilxassə
təkrarlanan “vətən” mövzusundakı ideoloji propaqanda ilə qarĢılaĢdırılır və
“Ġzvestiya” qəzetinin “əskərlik Ģərəfdə, vətənçilik modadır” dediyi üzərində bir az
durulursa, o zaman bütün bu “islahat”ın qorxudan hərb qarĢısımda görülən
tədbirdən baĢqa bir Ģey olmadığı aĢkar olur!..
Bu hərb təhlükəsi isə hələ bərtərəf edilməmiĢ durur. Bundan təkcə bolĢevik
mətbuatı və qızıllar deyil, bolĢeviklərin dıĢ siyasətini tutan bəyaz (ağ) ruslar dəxi,
təkrar bəhs etməyə baĢladılar. General Denikin, Parisdə verdiyi bir konfransda
təkrar bu məsələni yenilədi. Almaniya, PolĢa və Yaponiya arasında Sovetlər
Ġttifaqını bölüĢmək üçün gizli bir plan varmıĢ. Qafqaz ilə Ukrayna, Türküstan kimi
ölkələrin Rusiyadan ayrılması da bu plana daxil imiĢ.
Əskəri müdafiə strategiyası ilə bilxassə məĢğul olan sonku Sovetlər
konqresində dəxi ehtimallara çox yanaĢıldı.
Bax, köylülərə qarĢı edilməkdə olan “icazələrin” əsil hikməti burada, bu
hərb qorxusunda aramalıdır.
Dostları ilə paylaş: |