Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

60 
 
müxtəlifdir.  Bunlar  yerinə  görə,  mühitinə  görə  və  mövzusuna  görə  mühacirət 
suyunu  bulandırmaq,  nüfuz  sahibi  siyasiləri  mənən  ləkələməkdən  baĢlayaraq, 
cismən meydandan qaldırmağa qədər türlü Ģəkillər olaraq dəyiĢir. 
YaĢadığımız  mühacirət  həyatının  çəkilməz  Ģərtləri  içərisində  çox  kərə 
obyektiv  vəziyyəti  ihmal  (unudaraq)  edərək  subyektiv  amillərin  təsirilə  hərəkət 
edən  vətəndaĢ,  çox  kərə  zahirdə  haqq  görünən  sözlər  arxasında  gizli  qəsdlər 
saxlandığının  fərqində  olmur,  öz  arzuları  xaricində,  bir  də  baxırsan  ki,  QPU-nun 
kim bilir neçənci əldən atdığı bir tuzağa düĢmüĢ olur. 
YaĢadığımız  dövrün,  keçirdiyimiz  mühacirlik  həyatının  müĢkülatı  sadə, 
maddi  məhrumiyyətlərlə  dolu  əngəllərdən  ibarət  deyildir.  Ən  böyük  müĢkülat 
bütün dünyanın da tutulduğu mənəvi böhran və bilxassə siyasi ideyalar sahəsindəki 
anarxiyadadır. 
Cahan  heç  bir  zaman  bəlkə  bu  gün  olduğu  qədər  bir  ideya  böhranı  içində 
olmamıĢdır.  Müstəqil  məmləkətlərində,  öz  evlərində  yaĢayan  firqə  və  zümrələri 
belə,  əsasından  sarsaraq,  saç-baĢ  buraxan  bu  böhranın  bizim  kimi  vətənsizlər 
üzərində yapacağı təsir bəllidir. 
DüĢmən, özünə məxsus sinsi (gizli) bir hərəkətlə səflərimiz arasına girərək, 
Ģübhə yoxdur ki, ən böyük strategiyasını özəlliklə bu fikir anarxiyası üzərinə qurur. 
Buna diqqət edək, «hər gələn xoĢ avazın quran olduğunu» düĢünəcək qədər sadədil 
olmayaq!... 
Gürcülər,  ermənilər  və  digər  milli  mühacirlər  arasındakı  pozğunçu 
fəaliyyətinin  bir  nümunəsinə  Ģahid  olduğumuz  düĢmənin  bizim  aramızda 
çalıĢmadığını düĢünürsək əlbəttə ki, yanılarıq. 
Belə  bir  yanlıĢlığa  meydan  verməmək  üçün  daim  diqqətli  davranaq  və  hər 
zaman  düĢmən  intirqası  ilə  QPU  fitnəsinə  hədəf  olduğumuzu  gözdən  iraq 
tutmayaq. DüĢmənin bizi daima  demoralizə  və  dezorqanizə  etmək  üzrə  olduğunu 
bir an üçün olsun unutmayaq. 
Hə,  QPU  iĢləyir,  buna  diqqət  edək:  onun  iĢini  qısır  buraxdırmaq  bizə 
borcdur. 
Bu  borcumuzu  müvəffəqiyyətlə  icra  etmək  üçün:  Ģübhəli  sözlər,  Ģübhəli 
iĢlər  və  Ģübhəli  adamlardan  saxlanmaq,  istiqlal  idealının  ötədən  bəri  tanınmıĢ 
kadrosu  ətrafında  birləĢərək  bu  cidalın  sınanmıĢ  taktikasından  qətiyyən 
ayrılmamaq lazım. 
Ġman və dissiplin - budur, QPU iĢini qısır buraxacaq Ģüar... 
 
“Ġstiqlal”, 1 iyul 1933, Berlin. 
 
ĠYUL HADĠSƏSĠ MÜNASĠBƏTĠLƏ 
 
«Pravda»  qəzetinin  Ġzmir  mühakiməsi  münasibətilə  yazdığı  yazıların 
Türkiyə mətbuatında doğurduğu inikaslar bir hadisə Ģəklini aldı. 


61 
 
Sovet  hökumətinin  bolĢevik  firqəsi  diktatorluğuna  verilmiĢ  hüquqi  bir 
isimdən  ibarət  olduğunu  bilməyən  yoxdur;  «Pravda»  isə  bolĢevik  firqəsi  mərkəz 
heyətinin fikirlərini nəĢr edən rəsmi bir qəzetdir. Belə rəsmi bir qəzetin Türkiyənin 
daxili iĢlərinə  bu qədər açıqdan  müdaxiləsi və  Türkiyə  kommunistlərini bu qədər 
əlaqə  və  hərarətlə  müdafiəsi,  baĢda  «Milliyyət»  qəzeti  olmaq  üzrə,  Türkiyə 
mətbuatının çox haqlı olaraq müqabiləsini cəlb etdi. 
Gündəlik  mətbuat  moskvalı  qəzetin  «hədyanlarmdan»  bəhs  edərkən, 
«düĢmən  ağzından  çox  dinlədikləri  sözlərin  eynini  dost  bildikləri  ağızlardan  da 
eĢitdiklərini qəribə» bulur. 
Onlarca  qəribə  görülən  bu  «hədyan»  bizə  görə  heç  də  qəribə  deyildir. 
Cümhuriyyət Türkiyəsilə Sovet Rusiyası siyasətcə dost ola bilirlər, mənfəətləri bir 
qaldıqca  bu  dostluq  da  varlığını  mühafizə  edə  bilir.  Fəqət,  unudulmamalıdır  ki, 
Türkiyə Cümhuriyyətilə Sovetlərin siyasi mənfəətləri bir zaman üçün bir olsa da, 
bu  iki  təĢəkkülü  (quruluĢu)  canlandıran  əsil  əsaslar  arasında  dərin  bir  müxalifət 
vardır.  Milliyyətçiliklə  kommunizmin  yekdigərinə  dost  bir  qüvvə  olduğunu  kim 
iddia edə bilir?... 
BolĢevizm məlum olduğu kimi, burjua sisteminin düĢmənidir. Milliyyətçilik 
isə  onun  görüĢündə  burjua  sinfinin  məfkurəsidir.  Onun  bütün  dünyaya  yaymaq 
istədiyi  inqilabın  yıxacağı  qüvvə  bir  milliyyət  qüvvəsidir.  Doğrudur,  kapitalizmə, 
burjua  aləminə  bir  küll  olaraq  hərb  elan  etmiĢ  olan  bu  qızıl  qüvvə  daha  yeni 
toparlanmaqda  olan  Ģərq  milliyyətçiliyilə  ora  milliyyətçiliyi  arasında  fərq  qoyur, 
birincinin  ikinciyə  qarĢı  almıĢ  olduğu  vəziyyətə  görə,  onu  özünə  müəyyən  bir 
zaman üçün yol yoldaĢı görür. Fəqət, ancaq müəyyən bir zaman üçün. 
Bu  zaman  hankıdır,  nə  zamana  qədər  milliyyətçi  ġərq,  kommunist 
Rusiyanın dostudur?... 
Buxarinin bu xüsusdakı klassik tərifi H. Sübhi bəyin bu nüsxəmizdə nəqlən 
dərc olunan məqaləsində qeyd olunmuĢdur.
*
 
Uzaq  Ģərqdən  tutaraq,  Yaxın  Ģərqə  qədər  bütün  təcrübələrilə  sabit  olduğu 
kimi,  Sovet  hökumətinin  müəyyən  bir  Ģərq  məmləkəti  və  milliyyət  hərəkatı  ilə 
münasibəti  o,  məmləkətdəki  kommunist  hərəkatının  vəziyyəti  və  o  məmləkət 
hökumətinin beynəlmiləl Moskva siyasətinə qarĢı «sədaqəti»nə bağlıdır. 
Onunla  dostluqda  bulunan  bir  ġərq  məmləkəti  Avropa  dövlətlərilə 
əlaqəsində çox istiqlal göstərdimi Moskva o istiqlalı mütləq Ģübhə gözü ilə görəcək 
və  buna  qarĢı  dərhal  tədbirlər  alacaqdır.  Bu  tədbirlər  isə  o  məmləkət 
kommunistlərinin  Üçüncü  Ġnternasionalın  bir  iĢarəsilə  qiyama  hazır  olmasıdır  və 
bunun  üçündür  ki,  «öz  daxilində  kommunistləri  təqib  edən  milli  bir  Ģərq 
hökumətinin Avropa kapitalistlərindən heç də fərqi yoxdur». 
                                                           
*
 Daha çox məlumat üçün müraciət olunan «Milliyyət və bolĢevizm». M.Ə. Rəsulzadə, Ġstanbul, 1928. 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə